3 istiqamət...
02.08.2023 [10:44]
Nardar BAYRAMLI
Cari ildə imzalanmasının ikinci ildönümünü qeyd etdiyimiz “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi”nin ölkələrimiz arasında münasibətlərin inkişaf tarixində yeni mərhələnin əsasını qoyduğunu bildirən nazir bundan sonra da əlaqələrimizin genişləndirilməsi istiqamətində əməli addımların atılacağını əminliklə vurğulayıb. Postmünaqişə dövründə bölgədə mövcud vəziyyət, işğaldan azad olunmuş ərazilərimizdə aparılan genişmiqyaslı bərpa və quruculuq işləri, Azərbaycanın sülh gündəliyinin 3 istiqaməti olan sülh müqaviləsinin imzalanması, sərhədlərin delimitasiyası və regional kommunikasiyaların açılması sahələrində apardığı fəaliyyəti, habelə Ermənistanın mövcud sülh gündəliyinin irəlilədilməsinə hədə törədən təxribatları barədə qarşı tərəfi ətraflı məlumatlandırıb. Ermənistanın destruktiv mövqeyi və addımlarına baxmayaraq, Azərbaycanın sülh gündəliyini irəli aparmaq əzmində və niyyətində olduğu diqqətə çatdırılıb. Bu xüsusda, bölgədə bütün kommunikasiyaların açılması istiqamətində görülən işlərin əhəmiyyətindən bəhs edən nazir Ceyhun Bayramov bağlantıların bərpasının Azərbaycan və Türkiyə arasında əməkdaşlığı daha da gücləndirəcəyinə dair inam ifadə edib.
Türkiyənin xarici işlər naziri Hakan Fidan isə ortaq tarixə, mədəniyyətə və dəyərlərə sahib ölkələrimiz arasında mövcud münasibətlərin daha da inkişaf etdirilməsi istiqamətində səylərini əsirgəməyəcəyini diqqətə çatdırıb. İki ölkənin ən çətin günlərdə daim bir-birini dəstəkləməsinin qardaşlığımızın yalnız sözdə deyil, əməldə də öz təsdiqini tapmasının göstəricisi olduğu bildirilib. Azərbaycan tərəfindən bölgədə aparılan genişmiqyaslı bərpa-quruculuq işlərinin, o cümlədən sülh gündəliyinin irəlilədilməsi istiqamətində görülən işlərin bölgədə davamlı sülhün bərqərar edilməsində mühüm rol oynadığı vurğulanıb.
Görüş zamanı, eyni zamanda, beynəlxalq təşkilatlar, xüsusilə də Türk Dövlətləri Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı, Orta Asiya ölkələri ilə üçtərəfli və dördtərəfli formatlar çərçivəsində birgə tədbirlərin, eləcə də digər çoxtərəfli təşəbbüslərin daha da genişləndirilməsinin əhəmiyyəti nazirlər tərəfindən vurğulanıb.
Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər ikitərəfli və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Daha sonra keçirilmiş mətbuat brifinqində nazirlər görüşün nəticələrinə dair bəyanatlarla çıxış ediblər, jurnalistlərin suallarını cavablandırıblar. Brifinq zamanı Türkiyənin xarici işlər naziri Hakan Fidan ortaq tarixə, mədəniyyətə və dəyərlərə sahib Türkiyə ilə Azərbaycan arasında mövcud münasibətlərin daha da inkişaf etdirilməsi istiqamətində səylərini əsirgəməyəcəyini deyib. Nazir iki ölkənin ən çətin günlərdə daim bir-birini dəstəkləməsinin qardaşlığımızın yalnız sözdə deyil, əməldə də öz təsdiqini tapmasının göstəricisi olduğunu qeyd edib.
Hakan Fidan: Laçın yolu Azərbaycan torpağıdır və hansı tədbiri istəsə, həyata keçirə bilər
Hakan Fidan bildirib ki, iki ölkə arasında münasibətlər getdikcə dərinləşir. O həmçinin deyib ki, Türkiyə beynəlxalq aləmi Azərbaycanla Ermənistan arasında danışıqlara mane olmamağa çağırır. Nazir qeyd edib ki, Türkiyə normallaşma prosesini tam dəstəkləyir və işğaldan azad olunmuş ərazilərin bərpa prosesində aktiv iştirak edir. Hakan Fidan əlavə edib ki, normallaşma prosesi bölgənin inkişafı və sabitlik üçün vacibdir.
Türkiyə xarici işlər nazirinin Laçın yolunda baş verən hadisələrə də münasibət bildirib. Hakan Fidan deyib ki, Laçın yolu ilə bağlı Azərbaycana qarşı iddialar haqlı deyil: “Tibbi keçid təmin edilir, humanitar yardımlar təmin edilir. Laçın yolu Azərbaycan torpağıdır və Azərbaycan hansı tədbiri istəsə, Laçında həyata keçirə bilər”.
Enerji sahəsində əməkdaşlığa toxunan Türkiyəli nazir TANAP və BTC-nin önəmini də qeyd edib: “TANAP artıq Avropanın əsas enerji təhlükəsizliyində rol oynayır. TANAP vasitəsilə gələn qazın böyük hissəsi Avropaya gedir. Qışda Avropada qazla bağlı yenə böhran ola bilər. Rusiya-Ukrayna müharibəsi bunu bir daha göstərdi. Azərbaycanla əlavə qaz həcmi ilə bağlı danışıqlar aparırıq. İmkanlarımızdan istifadə edərək Azərbaycanla ortaq çalışmalarımız davam edir. Bir yandan öz enerji təhlükəsizliyimizi gücləndirməklə Avropanın enerji təhlükəsizliyinə də dəstək vermək səylərimiz davam edəcək”.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
22 İyul 23:17
Dünya
22 İyul 22:59
Dünya
22 İyul 22:20
YAP xəbərləri
22 İyul 22:03
YAP xəbərləri
22 İyul 21:53
Sosial
22 İyul 21:46
YAP xəbərləri
22 İyul 21:33
Dünya
22 İyul 21:13
Dünya
22 İyul 20:58
Maraqlı
22 İyul 20:25
MEDİA
22 İyul 20:11
Siyasət
22 İyul 19:57
Xəbər lenti
22 İyul 19:54
Dünya
22 İyul 19:42
Maraqlı
22 İyul 19:17
Dünya
22 İyul 18:33
MEDİA
22 İyul 17:31
Dünya
22 İyul 17:25
YAP xəbərləri
22 İyul 17:07
Dünya
22 İyul 16:30
Dünya
22 İyul 15:59
İdman
22 İyul 15:22
Sosial
22 İyul 14:51
Dünya
22 İyul 14:45
Dünya
22 İyul 14:18
Dünya
22 İyul 13:52
Gündəm
22 İyul 13:39
Siyasət
22 İyul 13:25
Dünya
22 İyul 13:20
Sosial
22 İyul 13:09
YAP xəbərləri
22 İyul 12:51
Gündəm
22 İyul 12:50
Dünya
22 İyul 12:49
Analitik
22 İyul 12:42
Analitik
22 İyul 12:38
Dünya
22 İyul 12:35
Ədəbiyyat
22 İyul 12:32
Analitik
22 İyul 12:27
Sosial
22 İyul 12:25
MEDİA
22 İyul 12:20
Elanlar
22 İyul 12:01
İqtisadiyyat
22 İyul 12:01
Hadisə
22 İyul 12:00
Elm
22 İyul 12:00
Hadisə
22 İyul 11:59
YAP xəbərləri
22 İyul 11:54
Gündəm
22 İyul 10:52
YAP xəbərləri
22 İyul 10:50
YAP xəbərləri
22 İyul 10:44
Siyasət
22 İyul 10:34
Xəbər lenti
22 İyul 10:26
Xəbər lenti
22 İyul 09:48
Sosial
22 İyul 09:41
Xəbər lenti
22 İyul 09:23
Dünya
22 İyul 09:16
İdman
22 İyul 08:50
Xəbər lenti
22 İyul 08:42
Hadisə
22 İyul 08:27
Dünya
22 İyul 07:41
Xəbər lenti
22 İyul 07:40
Dünya
22 İyul 07:36
Dünya
22 İyul 07:00
Dünya
21 İyul 23:35
Dünya
21 İyul 22:47
Dünya
21 İyul 22:20
Gündəm
21 İyul 22:09
Dünya
21 İyul 21:50
Dünya
21 İyul 21:20
Dünya
21 İyul 20:45
Dünya
21 İyul 20:15

