Ermənistan dialoq təklifindən yayınır
04.08.2023 [11:10]
Günel
Qərbi Azərbaycan İcması BMT-nin Baş katibinə məktub ünvanlayıb
Qərbi Azərbaycan İcması BMT-nin Baş katibi Antonio Quterreşə məktub göndərib.
Bu barədə “Yeni Azərbaycan”a İcmadan məlumat verilib. Bildirilib ki, İcma A.Quterreşə Ermənistandan qovulmuş azərbaycanlıların geri qayıtmasını təmin etmək barədə İcmanın dialoq təklifindən Ermənistanın yayınması, qayıdış hüququnu inkar etməsi, Azərbaycanın Qarabağ bölgəsində yaşayan ermənilərin reinteqrasiyasına mane olan təxribatlar törətməsi barədə məlumat verib və Ermənistan tərəfinin öz öhdəliyini yerinə yetirməsi üçün bu ölkəyə təsir göstərməyə, qayıdış prosesinə yardım etmək üçün Ermənistana BMT-nin xüsusi missiyasını göndərməyə çağırıb.
Məktubda deyilir: “Qərbi Azərbaycan İcması tərəfindən Zati-alinizə ünvanlanmış 2023-cü il 7 aprel tarixli məktubda da nəzərinizə çatdırıldığı kimi, Ermənistandan qovulmuş azərbaycanlıların dinc, təhlükəsiz və ləyaqətlə geri qayıtması çağırışının davamı olaraq son dərəcə vacib bir məsələ ilə bağlı Zati-alinizə bu məktubu yazırıq.
İcma Ermənistan hökuməti tərəfindən böyük əzab-əziyyətlərə məruz qalmasına baxmayaraq, uzun müddətdir davam edən bu problemin sülh yolu ilə həllinə nail olmaq üçün barışıq, dialoq və anlaşmaya sarsılmaz sadiqlik nümayiş etdirir. Biz 2023-cü il 11 mart tarixində Ermənistanın baş naziri Nikol Paşinyana yazılı müraciət ünvanlayaraq onu bizimlə xoş məramla dialoqa başlamağa və Ermənistanın azərbaycanlıları öz evlərindən qovaraq onları onilliklər boyu məruz qoyduğu ədalətsizliyi aradan qaldırmağa çağırdıq. Ermənistanın baş nazirinə ünvanladığımız məktubun surəti bu məktuba əlavə olunur.
Bununla belə, təəssüflə bildiririk ki, Ermənistan hökuməti İcmanın dialoq çağırışına cavab verməyib. Ermənistan hökuməti nəinki dialoq çağırışımız qarşısında susqunluq nümayiş etdirir, həm də bizim dədə-baba torpaqlarımıza qayıtmağa hüququmuzu təkəbbürlə inkar edərək didərgin salınmış İcmamızın iztirablarını daha da artırır.
Üstəlik, Ermənistan Azərbaycanda yaşayan etnik ermənilər arasında separatçılıq meyillərini təhrik etməyə və qızışdırmağa davam edir, Azərbaycan hökumətinin onların reinteqrasiyası istiqamətində səylərini sabotaj etməyə yönəlmiş addımlar atır. Ermənistanın bu hərəkətləri regionda sülh və barışıq əldə etmək perspektivlərini sarsıdır.
Birləşmiş Millətlər Təşkilatının üzvü kimi Ermənistanın insan hüquqları sahəsində konkret öhdəlikləri var. Ermənistan Qərbi Azərbaycan İcmasının haqlı tələblərini yerinə yetirməli, yurd-yuvamıza qayıdışımız məsələsinin tezliklə öz həllini tapması üçün bizimlə konstruktiv müzakirələrə qoşulmalıdır.
Separatçı meyillər və silahlı təcavüzün tüğyan etdiyi bölgəmizdə İcmanın dialoqa sadiqliyi və beynəlxalq hüquqa hörməti ruhlandırıcı nümunə kimi alqışlanmalıdır. Qərbi Azərbaycan İcmasının mövqeyi təqdirə və dəstəyə layiqdir, çünki o, qayıdış hüququ üçün mübarizəsində sülh, barışıq və ləyaqət kimi dəyərləri, eləcə də dövlətlərin ərazi bütövlüyünə hörməti əsas tutub.
Yuxarıda qeyd olunanları nəzərə alaraq, Ermənistan hökumətinin İcmanın insan hüquqları, sülh və reinteqrasiyaya əsaslanan dialoq çağırışına yubanmadan cavab verməsini təmin etmək məqsədilə Zati-alinizin xoşməramlı səylərinə və diplomatik nüfuzuna səmimiyyətlə müraciət edirik. Biz dinc və yanaşı yaşamanın vacibliyini vurğulayaraq, Ermənistanın beynəlxalq hüquq çərçivəsində öz öhdəliklərini yerinə yetirməsini və beləliklə, bizim təhlükəsiz şəkildə və ləyaqətlə qayıtmaq hüququmuzu təmin etməsini gözləyirik.
Bundan əlavə, BMT-dən xahiş edirik ki, Ermənistanı Azərbaycan hökumətinin Qarabağ bölgəsinin erməni sakinlərinin reinteqrasiyası üzrə səylərini sabotaj etmək məqsədi daşıyan təxribatlardan çəkindirmək üçün lazımi tədbirlər görsün.
Biz, həmçinin bu fürsətdən istifadə edərək, Zati-alinizdən İcmanın əvvəlki məktubunda xahiş edildiyi kimi, qovulmuş azərbaycanlıların təhlükəsiz, ləyaqətli və könüllü şəkildə Ermənistana geri qaytarılmasına kömək etmək, habelə azərbaycanlıların qayıdacaqları ərazilərin bərpasına və yenidən qurulmasına yardım etmək və barışığı dəstəkləmək üçün Ermənistana BMT-nin idarələrarası missiyasının göndərilməsi kimi konkret addımların atılmasına dair bir daha çağırış edirik.
Bundan əlavə, Zati-alinizdən xahiş edirik ki, BMT-nin Azərbaycandakı nümayəndəsinə sülh və insan hüquqları gündəmimizə aid məsələlərlə bağlı İcmamızla dialoqa başlamaq barədə göstəriş verəsiniz.
BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı vəzifəsində çalışdığınız müddətdə qaçqınların üzləşdiyi çətinliklərlə bağlı əldə etmiş olduğunuz şəxsi biliklərinizə müraciət edirik. Biz Ermənistandan zorla qovulmuş azərbaycanlıların iztirablarının və onların geri qayıtmaq hüququnun həllində Sizin həmrəyliyinizə və məsələyə dərin anlayışınıza bel bağlayırıq.
Biz ümid edirik ki, Sizin hörmətli rəhbərliyiniz altında Birləşmiş Millətlər Təşkilatı Qərbi Azərbaycan İcmasının haqq işinə kömək edəcək və uzun müddətdir davam edən bu problemin həllində bizim dinc dialoq təşəbbüsümüzün tərəfdarı olacaq”.
Xəbər lenti
Hamısına baxDünya
22 İyul 09:16
İdman
22 İyul 08:50
Hadisə
22 İyul 08:27
Dünya
22 İyul 07:41
Dünya
22 İyul 07:36
Dünya
22 İyul 07:00
Dünya
21 İyul 23:35
Dünya
21 İyul 22:47
Dünya
21 İyul 22:20
Gündəm
21 İyul 22:09
Dünya
21 İyul 21:50
Dünya
21 İyul 21:20
Dünya
21 İyul 20:45
Dünya
21 İyul 20:15
Dünya
21 İyul 19:45
Dünya
21 İyul 19:17
Siyasət
21 İyul 18:36
Dünya
21 İyul 18:20
Siyasət
21 İyul 17:41
YAP xəbərləri
21 İyul 17:10
Siyasət
21 İyul 17:04
Siyasət
21 İyul 16:54
Siyasət
21 İyul 16:53
YAP xəbərləri
21 İyul 16:49
Elanlar
21 İyul 16:33
Siyasət
21 İyul 15:59
Gündəm
21 İyul 15:52
YAP xəbərləri
21 İyul 15:47
Hadisə
21 İyul 15:32
Elm
21 İyul 15:32
Sosial
21 İyul 15:31
Sosial
21 İyul 15:31
Sosial
21 İyul 15:30
Siyasət
21 İyul 15:04
Gündəm
21 İyul 14:26
Gündəm
21 İyul 14:08
Gündəm
21 İyul 12:47
Müsahibə
21 İyul 12:00
İqtisadiyyat
21 İyul 11:55
Ədəbiyyat
21 İyul 11:50
Gündəm
21 İyul 11:40
Gündəm
21 İyul 11:03
Mədəniyyət
21 İyul 10:59
Turizm
21 İyul 10:54
Dünya
21 İyul 10:41
İqtisadiyyat
21 İyul 10:21
Dünya
21 İyul 10:17
Analitik
21 İyul 10:16
Dünya
21 İyul 09:53
Analitik
21 İyul 09:38
Ədəbiyyat
21 İyul 09:25
Dünya
21 İyul 09:22
Dünya
21 İyul 08:39
Dünya
20 İyul 23:41
Dünya
20 İyul 23:25
Dünya
20 İyul 22:55
Gündəm
20 İyul 22:34
Dünya
20 İyul 22:30
Dünya
20 İyul 21:55
Dünya
20 İyul 21:30
Gündəm
20 İyul 21:25
Dünya
20 İyul 21:05
YAP xəbərləri
20 İyul 20:47
Dünya
20 İyul 20:45
Elm
20 İyul 20:40
Dünya
20 İyul 20:15
Dünya
20 İyul 19:55
Dünya
20 İyul 19:30
Dünya
20 İyul 19:15
Dünya
20 İyul 18:55

