Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Ermənistanda ağır yol qəzasında 11 nəfər ölüb, 6 nəfər yaralanıb

Ermənistanda ağır yol qəzasında 11 nəfər ölüb, 6 nəfər yaralanıb

14.08.2023 [10:07]

Ermənistanda ağır yol-nəqliyyat hadisəsində 11 nəfər ölüb, 6 nəfər yaralanıb.

Bu barədə ölkənin Daxili İşlər Nazirliyinin Xilasedici Xidməti məlumat yayıb.

Bildirilib ki, hadisə avqustun 13-dən 14-nə keçən gecə İrəvan-Gümrü yolunda, Lancik kəndi yaxınlığında (Şirak mərzi) baş verib.

Olay yerinə yanğınsöndürən-xilasedicilərdən ibarət 1 briqada və rayon xilasetmə idarəsinin əməliyyat qrupu gəlib.

Məlum olub ki, İrəvan-Gümrü yolunun 90-cı kilometrliyində “Volkswagen” markalı sərnişin mikroavtobusu və “ZİL” markalı yük maşını toqquşub.

Qəza nəticəsində 11 nəfərin öldüyü, 6 nəfərin yaralandığı qeyd olunub.

Paylaş:
Baxılıb: 590 dəfə

Xəbər lenti

Hamısına bax

Dünya

2031-ci ilədək...

18 İyul 11:39

İqtisadiyyat

Turizm

Ədəbiyyat

Şənbə üçün nəzm

18 İyul 09:15  

İdman

Ədəbiyyat

“Qəliz” dil

18 İyul 08:38

Analitik

Yeni həmlə..

17 İyul 11:30

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31