Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Vətəndaşlara mənəvi stimul

Vətəndaşlara mənəvi stimul

12.07.2023 [12:55]

Yeganə BAYRAMOVA

Vətəndaşlarımızın viza rejimi olmadan bir çox ölkələrə gedə bilməsi, həmçinin xarici turistlərin rahatlıqla ölkəmizə gəlməsi müsbət amildir.

Bu barədə “Yeni Azərbaycan”a iqtisadçı Fuad İbrahimov deyib.

Onun sözlərinə görə, vizasız gediş-gəliş insanların rahat səyahət etmələri, yaxud qonaq qalmaları, hansısa işlərini asanlıqla həyata keçirmələrinə imkan yaradır: “Məsələn, elə ölkələr var ki, aramızda miqrasiya kifayət qədər intensivdir. Artıq dünya insanların bir sənədlə hərəkətinin təmin edilməsi mərhələsindədir. Elə bir sənəd ki, orada şəxsiyyətin təsdiqindən tutmuş bank hesabınadək hər bir məlumat olur. Biometrik pasportlar məhz bu imkanı yaradır. Vətəndaş haqqında bütün zəruri məlumatlara əlçatanlıq təmin edildikdən sonra viza rejiminə ehtiyac belə qalmır. Əlbəttə, hansısa ölkə ilə aramızdakı viza rejiminin ləğvi hər iki dövlətin vətəndaşlarının ürəyincə olan məsələdir. Vizasız gediş-gəliş vətəndaşlara üstünlük, rahatlıq və ən əsası mənəvi stimul verir”.

Turizm sektorunun inkişafı

Hazırda turizmin inkişafının Azərbaycan üçün prioritet məsələlərdən biri olduğunu vurğulayan F.İbrahimov qeyd edib ki, turizmin özəlliyi dolayı ixrac deməkdir. İqtisadçının sözlərinə görə, ölkəyə təşrif buyuran hər bir turist dövlətə valyuta gətirir: “Son illər ölkəmizə gələn turistlərin çoxu ərəb dövlətlərinin vətəndaşları olub. Əsas artımlar ərəb ölkələri və Körfəz dövlətlərinin payına düşür. Bu cür artım tempi əvvəlki dövrlərdə də müşahidə olunurdu. Əksər ərəb və Körfəz ölkələrinə Azərbaycan vizasız gəliş-gediş üçün şərait- hava limanında viza almaq imkanı yaradıb. Bütün bunlar da Azərbaycan vizasının daha tez və asan yolla alınmasına gətirib çıxarıb. Region ölkələri ərəb və körfəz ölkələrindən turist cəlb etməyə çalışırlar. Bu konteksdən baxdıqda hansısa beynəlxalq tədbirləri və ya idman oyunlarını izləmək üçün Azərbaycana Körfəz və ərəb ölkələrindən gələn turistlərin sayını artırmaq vacib amildir. Nəticə etibarı ilə ölkəyə gələn turist oteldə qalmaqla kifayətlənmir, restoranlara gedir, müxtəlif alış-veriş edirlər. Bundan da turizm sektoru faydalanmış olur. Ona görə də, istər daha çox xarici vətəndaşların Azərbaycana vizasız gələ bilməsi, istərsə də öz vətəndaşlarımızın siyahıda olan 71 ölkəyə vizasız və rahat səyahət etməsi təqdirəlayiq haldır”.

Paylaş:
Baxılıb: 475 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

Gündəm

İqtisadiyyat

Ədəbiyyat

Analitik

Ədəbiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31