Təsdiqləndi...
26.08.2023 [11:50]
Ukraynaya “F-16”-lar veriləcək
Müharibənin aqibəti həll ediləcək?
Yeganə BAYRAMOVA
Norveçin Baş naziri Yonas Qahr Stor ölkəsinin “F-16” qırıcılarını Ukraynaya təhvil vermə planını təsdiqləyib. Rusiyanın “Tass” informasiya agentliyinin xəbərinə görə, bu barədə Norveç hökumətinin rəsmi saytında məlumat verilib.
Saytda qeyd olunub ki, Norveç müasir hava hücumundan müdafiə sistemi yaratmaq səylərində Ukraynanı dəstəkləyir: “Bu, həm vacib, həm də zəruridir. Artıq ukraynalı pilotların hazırlanmasına qərar vermişik və yayda təlim məqsədləri üçün onlara iki Norveç “F-16” təyyarəsi verəcəyimizi bəyan etmişik. Norveç “F-16” döyüş təyyarələrini bağışlamağı planlaşdırırıq və qırıcıların çatdırılma vaxtı haqqında əlavə məlumatı vaxtında təqdim edəcəyik. Ukraynada müasir hava hücumundan müdafiə sisteminin inkişafı ilə bağlı ABŞ və digər yaxın müttəfiqlərimizlə dialoqumuzu davam etdirəcəyik. Norveç Ukraynaya əhəmiyyətli hərbi dəstək verib və bunu davam etdirəcəyik. “F-16” təyyarələrinin təhvil verilməsi Ukraynanın hərbi potensialını nəzərəçarpacaq dərəcədə gücləndirəcək”.
Oktyabrda təlimlər başlayır
Qeyd edək ki, ABŞ Müdafiə Nazirliyi “F-16”-lardan səmərəli istifadə etmək üçün ukraynalı pilotlarla təlimə başlayacaq. Bu barədə Pentaqonun sözçüsü, briqada generalı Patrik Rayder Arizona ştatının Tucson şəhərində ukraynalı pilotlar üçün planlaşdırılan “F-16” təlimləri haqqında məlumat verib.
Onun sözlərinə görə, təlimin oktyabr ayında başlaması gözlənilir. Təlimdən öncə ukraynalı pilotlar ingilis dili təhsili alacaqlar: “ABŞ tərəfindən verilən təlim Avropada davam edən “F-16” təlimini tamamlayacaq. Bu, Danimarka və Hollandiyanın rəhbərlik etdiyi “F-16” təlimlərinə dəstəyimizi daha da artıracaq”.
Bir müddət öncə Hollandiya və Danimarka “F-16” döyüş təyyarələri ilə bağlı ukraynalı pilotlara təlim keçirilməsi barədə razılığa gəliblər.
“F-16”-lar NATO standarlarına uyğundur...
Mövzu barədə fikirlərini “Yeni Azərbaycan”la bölüşən hərbi ekspert Ədalət Verdiyev bildirib ki, Ukrayna rəhbərliyi müharibənin başlandığı gündən hava hücumundan müdafiə və hava hücum vasitələrini Qərbdən almaq niyyətində idi. Lakin ABŞ və müttəfiqləri bu məsələdə kifayət qədər uzun müzakirələr apardılar və ləngimiş qərar verdilər. Ancaq hər bir halda “F-16”-lar NATO standarlarına uyğun gələn silahlardır, öz imkan və potensiallarına görə, rus aviasiya hücum vasitələrini dəfələrlə üstələyir”.
Müharibənin aqibətini həll edə bilər...
Politoloq İlyas Hüseynov bildirib ki, Rusiya-Ukrayna müharibəsinin başlanğıcında Ukraynanın ən böyük çətinlik çəkdiyi sahə hava hücumundan müdafiə sistemləri idi: “Ukraynanın demək olar ki, bütün hava məkanları hücumlara məruz qalırdı və eləcə də Rusiya qırıcılarını, helikopterlərini vurub salmaq mümkün olmurdu. Bu maneə və təhlükəsizliyə təhdid törədən çətinlik aradan qaldırılandan sonra İran istehsalı olan PUA-lar dövriyəyə keçdi və bu PUA-lar Ukrayna ordusu üçün bir əngəl olmuşdu. Hazırda görürük ki, həmin PUA-ların da qarşısı uğurla alınır, bəziləri hədəfə çatsa da, çox az faiz təşkil edir. Lakin “F-16”-ların Ukraynaya verilməsi onların məhz hava məkanında üstünlüklərini təmin edəcək. Çünki “F-16”-lar bir sıra güclü özəlliklərə malikdir və şübhəsiz ki, həm Ukrayna ordusunu gücləndirəcək, həm hava məkanında üstünlük qazandıracaq, həm də ola bilsin ki, müharibənin aqibətini də həll etsin”.
Ukraynanın müqavimət potensialı artacaq
Ekspertin qənaətincə, ukraynalı pilotların hazırlığı müəyyən müddət tələb edəcək və bu hazırlıq uğurla başa çatdıqdan sonra Ukrayna-Rusiya cəbhəsində Kiyev üçün müəyyən irəliləyişlər müşahidə olunacaq: “ “F-16”-ların verilməsi Ukraynanın səmadan düşmənə qarşı müqavimət potensialını artıracaq və daha uzaq məsafələrdə yerləşən hədəflərə dəqiq zərbələr endirməyə imkan verəcək”.
Qərb müharibənin bitməsini istəyir
Politoloqun fikrincə, Qərb artıq “F-16”-larla bağlı qərarı təsdiqlədikdən sonra müharibənin sürətlə bitməsində maraqlıdır: “Ukrayna öz maksimalist və prinsipial mövqeyindən geri çəkilmir. Onlar üçün Krım da daxil olmaqla ərazi bütövlüyünün bərpası önəmli prioritetdir. Rusiyanın da prinsipial fikirləri, “qırmızı cizgi”ləri mövcuddur. Onlar bəzi ərazilərdən heç çıxmaq istəmirlər. Ona görə də ən aktiv fazanı müşahidə etməkdəyik. Rusiyanın daxilində olan fikir ayrı-seçkilikləri, “Vaqner”lə bağlı məsələlər artıq geridə qalır, Rusiya da bütün fikrini məhz hərbi əməliyyatlara cəmləşdirəcək, bir sözlə, intriqalar arxada qaldı. Ona görə Qərbin də birbaşa olaraq bu amili nəzərə alaraq güclü hərbi dəstəyi müşahidə olunmaqdadır. Eləcə də NATO öz sərhədlərini qorumaq niyyətini ifadə edir. Çünki Ukrayna-Polşa sərhədinə güclü bir qruplaşma göndərilib. NATO sərhədlərinə hər hansısa müdaxilə olacağı təqdirdə, bu qruplaşma çevik reaksiya göstərəcək”.
Xəbər lenti
Hamısına baxDünya
16 May 19:16
Dünya
16 May 18:33
Sosial
16 May 17:22
Sosial
16 May 16:48
Siyasət
16 May 15:50
Sosial
16 May 14:27
Gündəm
16 May 13:05
Gündəm
16 May 12:21
Gündəm
16 May 11:59
Siyasət
16 May 11:36
İqtisadiyyat
16 May 11:14
Sosial
16 May 10:53
Analitik
16 May 10:30
Analitik
16 May 10:17
Ədəbiyyat
16 May 09:58
Analitik
16 May 09:31
Sosial
16 May 09:15
Ədəbiyyat
16 May 08:50
Ədəbiyyat
16 May 08:33
Dünya
15 May 23:35
Dünya
15 May 23:17
Gündəm
15 May 23:14
Sosial
15 May 22:40
Mədəniyyət
15 May 22:31
Dünya
15 May 22:18
Elm
15 May 21:56
Sosial
15 May 21:23
Sosial
15 May 21:10
Dünya
15 May 20:45
İqtisadiyyat
15 May 20:32
Dünya
15 May 20:19
Sosial
15 May 19:53
Sosial
15 May 19:30
Dünya
15 May 19:17
Ədəbiyyat
15 May 18:55
Dünya
15 May 18:45
Sosial
15 May 18:10
Sosial
15 May 17:55
Gündəm
15 May 17:48
Dünya
15 May 17:34
Dünya
15 May 16:58
Dünya
15 May 16:26
Sosial
15 May 16:14
Sosial
15 May 16:04
Siyasət
15 May 16:03
Siyasət
15 May 16:02
Dünya
15 May 15:50
Gündəm
15 May 15:45
Siyasət
15 May 15:40
Mədəniyyət
15 May 15:39
Dünya
15 May 15:19
YAP xəbərləri
15 May 15:15
YAP xəbərləri
15 May 15:05
Dünya
15 May 14:46
Gündəm
15 May 14:30
Dünya
15 May 14:22
Elanlar
15 May 13:57
Sosial
15 May 13:55
Dünya
15 May 13:51
Dünya
15 May 13:47
Mədəniyyət
15 May 13:46
Xəbər lenti
15 May 13:42
Dünya
15 May 13:17
Gündəm
15 May 12:42
Sosial
15 May 12:41
Sosial
15 May 12:41
Sosial
15 May 12:27
Sosial
15 May 12:19
YAP xəbərləri
15 May 11:54
Gündəm
15 May 11:35

