Hikmət Hacıyev: “Ermənilərlə barışıq baş tuta bilər, amma Ermənistan tərəfdən çox şey asılıdır”
06.09.2023 [14:24]
“Ermənilərlə barışıq baş tuta bilər, amma Ermənistan tərəfdən çox şey asılıdır”.
“Report” xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Arab News”a müsahibəsində deyib.
O, “Sülhə nail olmaq üçün nə edilməlidir?” sualına cavabında qeyd edib ki, hazırda top Ermənistanın meydançasındadır: “Azərbaycan sülh müqaviləsi imzalamaq, regionda qarşıdurma və zülmlərlə bağlı səhifəni çevirmək istəyir. Biz həqiqətən sülh içində yaşamaq istəyərik. Amma top Ermənistan Respublikasının meydançasındadır. Bu reallığı nə qədər tez başa düşsələr, hamı üçün bir o qədər yaxşı olar.
Ermənistanın Azərbaycana qarşı çirkin təbliğatı bizi çox yüksək qiymətləndirdiyimiz Vaşinqtonun təqdim etdiyi platformada sülh müqaviləsi danışıqları yolundan çıxardı. Halbuki, çox mühüm irəliləyiş əldə etmişdik. Sənədin demək olar ki, 70 faizi ilə müəyyən mənada razılaşmışdıq”.
Hikmət Hacıyev bildirib ki, sülh müqaviləsinin imzalanması Cənubi Qafqaz regionunun mənzərəsini tamamilə dəyişəcək.
Prezidentin köməkçisi onu da əlavə edib ki, Ermənistanın Baş naziri hələ də Azərbaycan ərazisindəki qanunsuz rejimi maliyyələşdirir: “O, bir tərəfdən Azərbaycanın ərazi bütövlüyünü tanıyır, digər tərəfdən isə hələ də Ermənistan silahlı qüvvələrini bizim ərazimizdə saxlayır və ərazimizdəki qanunsuz rejimi maliyyələşdirir”.
Sülhlə bağlı daha səmərəli mexanizmin olub-olmaması barədə suala cavabında isə H.Hacıyev məsələdə aktiv iştirak etməkdə maraqlı olan təşkilatlardan söz açıb və onlardan birinin digərindən üstün tutulmadığını vurğulayıb: “Müxtəlif platformalar var. Birini digərindən üstün tutmuruq. Bizim yanaşmamız ondan ibarətdir ki, yerdə real sülhə töhfə verməyə hazır olan hər kəs xoş qarşılanacaq.
Avropa Şurasının prezidenti Şarl Mişel tərəfindən dəstəklənən Brüssel formatı var. Bu, çox yüksək qiymətləndirilir. Çünki Ermənistan və Azərbaycan arasında normallaşdırma şurası üzrə sülh müqaviləsi danışıqlarının mühüm elementləri məhz həmin platformada formalaşıb.
Bundan başqa, biz ABŞ hökumətini, xüsusən də dövlət katibi Antoni Blinkenin sülh müqaviləsi müzakirələrində şəxsi iştirakını yüksək qiymətləndiririk. Onlar çox şey ediblər.
Həmçinin, Rusiyanın da rolunu inkar edə bilmərik. Rusiya həm də ona görə töhfə verir ki, regionun bir hissəsidir və həm Ermənistan, həm də Azərbaycanla tarixi əlaqələri var”.
Azərbaycanlılarla ermənilərin tarixdə olduğu kimi yenidən mehriban şəkildə yaşamalarının mümkünlüyü barədə suala gəldikdə Hikmət Hacıyev barışığın münaqişədən sonrakı vəziyyətin ən çətin hissələrindən biri olduğunu söyləyib. Lakin onu da diqqətə çatdırıb ki, belə bir ehtimal var, sadəcə gələcəklə bağlı dəqiq bir proqnoz vermək çətindir: "Bu, yenidən baş verə bilər, amma proqnoz vermək həmişə çətindir. Barışıq, həqiqətən də, hər bir münaqişədən sonrakı vəziyyətin ən çətin hissələrindən biridir. Azərbaycanda yüzminlərlə ailə öz yaxınlarını itirib, qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Təsəvvür edin ki, insanlar öz evlərinə qayıdır və orada xarabalıqlar görürlər. Bu, asan deyil. Cavab axtarırlar. Cavab yoxdur, çünki erməni tərəfdən heç kimin “xahiş edirik, bizi bağışlayın. Bütün səhvlərimizə görə üzr istəyirik” deməyə cəsarəti çatmayıb.
Ermənistanda Azərbaycana qarşı bədnam əməllər törədən şəxslərə qarşı bir dənə də olsun iş açılmayıb. Ədalətli mövqe də insanlara müsbət siqnal verə bilər. Bəli, mən hesab edirəm ki, barışıq mümkündür, amma bu, vaxt aparacaq. Ermənistan tərəfdən çox şey asılıdır”.
Xəbər lenti
Hamısına baxDünya
12 İyul 23:26
Dünya
12 İyul 22:34
Dünya
12 İyul 21:20
Maraqlı
12 İyul 20:17
Dünya
12 İyul 19:20
Dünya
12 İyul 18:39
Dünya
12 İyul 17:28
Dünya
12 İyul 16:42
Xəbər lenti
12 İyul 15:31
Dünya
12 İyul 14:20
Dünya
12 İyul 13:19
Dünya
12 İyul 12:35
Dünya
12 İyul 11:16
Dünya
12 İyul 10:28
Dünya
12 İyul 10:06
İdman
12 İyul 09:56
İdman
12 İyul 09:33
Dünya
12 İyul 08:52
Elm
12 İyul 08:30
Sosial
12 İyul 08:00
Dünya
11 İyul 23:30
Siyasət
11 İyul 22:38
Siyasət
11 İyul 21:17
Sosial
11 İyul 20:29
Gündəm
11 İyul 19:44
Gündəm
11 İyul 18:45
Gündəm
11 İyul 17:59
Sosial
11 İyul 17:33
Hadisə
11 İyul 16:44
Gündəm
11 İyul 15:59
Gündəm
11 İyul 15:32
Gündəm
11 İyul 15:07
Dünya
11 İyul 14:25
Dünya
11 İyul 13:32
Gündəm
11 İyul 12:55
Gündəm
11 İyul 12:20
Siyasət
11 İyul 11:56
Gündəm
11 İyul 11:32
Sosial
11 İyul 11:18
Gündəm
11 İyul 11:05
Hərbi
11 İyul 10:52
Gündəm
11 İyul 10:45
Siyasət
11 İyul 10:39
YAP xəbərləri
11 İyul 10:23
Sosial
11 İyul 10:13
İqtisadiyyat
11 İyul 09:58
Analitik
11 İyul 09:30
MEDİA
11 İyul 09:17
Ədəbiyyat
11 İyul 08:53
Ədəbiyyat
11 İyul 08:35
İqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50

