/ / Azərbaycan “Hava gəmilərində törədilmiş cinayətlər və bəzi digər aktlar haqqında” Konvensiyada dəyişiklik edilməsinə dair Protokol”a qoşulur
Azərbaycan “Hava gəmilərində törədilmiş cinayətlər və bəzi digər aktlar haqqında” Konvensiyada dəyişiklik edilməsinə dair Protokol”a qoşulur
14.09.2023 [12:24]
Azərbaycan “Hava gəmilərində törədilmiş cinayətlər və bəzi digər aktlar haqqında” Konvensiyada dəyişiklik edilməsinə dair Protokol”a qoşulur.
AZƏRTAC xəbər verir ki, bununla bağlı qanun layihəsi Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sentyabrın 14-də keçirilən iclasında müzakirəyə çıxarılıb.
Qeyd edilib ki, Azərbaycan Respublikasının 2003-cü il 9 dekabr tarixli 546-IIQD nömrəli Qanunu ilə ölkəmiz 1963-cü il sentyabrın 14-də Tokio Şəhərində imzalanmış “Hava gəmilərində törədilmiş cinayətlər və bəzi digər aktlar haqqında Konvensiya”ya qoşulub. Dövlətlərin hava gəmilərinin göyərtəsində intizamsız davranış hallarının qarşısının alınması və lazımı nizam-intizamın bərqərar olunması məqsədilə “Hava gəmilərində törədilmiş cinayətlər və bəzi digər aktlar haqqında Konvensiyada dəyişiklik edilməsinə dair Protokol” 2014-cü il aprelin 4-də Monreal şəhərində imzalanıb. Protokol preambula və 20 maddədən ibarətdir. Protokolun müddəalarına əsasən Konvensiyanın 1-ci maddəsinin 3-cu bəndinin, 2-ci, 3-cü, 6-cı, 9-cu, 10-cu, 17-ci maddələrinin və 16-ci maddəsinin 1-ci bəndinin yeni redaksiyada verilməsi, yeni 3 bis, 15 bis, 18 bis maddələrinin əlavə edilməsi və 5-ci maddənin 2-ci bəndinin ləğv edilməsi nəzərdə tutulub.
Protokolun 2-ci maddəsinə asasan, hava gəmisinin uçuşda olma müddətinin müəyyən edilməsinin meyarları dəqiqləşdirilib. Protokolun 4-cü maddəsinə görə hava gəmisinin göyərtəsində törədilmiş cinayət və bəzi digər aktlara münasibətdə hava gəmisinin ərazisinə eniş etdiyi dövlət və istismarçı dövlət tərəfindən yurisdiksiyanın həyata keçirilməsi qaydaları müəyyən edilib. Protokola əsasən Konvensiyanın mətninə əlavə edilən yeni 15 bis maddəsinin tələblərinə müvafiq olaraq Konvensiyanın 1-ci maddəsinin 1-ci bəndində qeyd edilən, həmçinin “ekipaj üzvünə fiziki hücum, yaxud belə hücumla təhdid etmə”, “hava gəmisinin, onun göyərtəsində olan sərnişinlərin, yaxud əmlakın təhlükəsizliyini təmin etmək məqsədilə hava gəmisinin kapitanı tərəfindən və ya onun adından verilən qanuni göstərişləri yerinə yetirməkdən imtina” cinayətlərini və yaxud cinayət hesab edilməyən digər aktları törədən şəxslər barəsində razılığa gələn dövlət tərəfindən cinayət, inzibati və ya məhkəmə icraatının istənilən digər növünün başlanılması nəzərdə tutulub.
Yuxanda qeyd olunanlarla yanaşı Protokolda Konvensiyanın Maddələrinə əsasən endirilən, yaxud təhvil verilən şəxsdən milli qanunvericiliyə uyğun olaraq vurmuş olduğu ziyanın əvəzinin ödənilməsinin tələb edilməsi ilə bağlı və sair dəyişikliklər nəzərdə tutulub.
Protokol 2020-ci ilin yanvarın 1-də qüvvəyə minib.
Xəbər lenti
Hamısına baxSiyasət
13 İyul 12:54
Sosial
13 İyul 12:34
YAP xəbərləri
13 İyul 12:16
Gündəm
13 İyul 12:05
Gündəm
13 İyul 11:14
Sosial
13 İyul 11:13
Siyasət
13 İyul 11:13
Dünya
13 İyul 11:10
Dünya
13 İyul 10:59
Dünya
13 İyul 10:23
Siyasət
13 İyul 10:19
Siyasət
13 İyul 10:18
Siyasət
13 İyul 10:18
Dünya
13 İyul 09:45
Siyasət
13 İyul 09:38
Siyasət
13 İyul 09:37
Siyasət
13 İyul 09:36
Dünya
13 İyul 09:17
Sosial
13 İyul 08:53
Dünya
13 İyul 08:29
Dünya
12 İyul 23:26
Dünya
12 İyul 22:34
Dünya
12 İyul 21:20
Maraqlı
12 İyul 20:17
Dünya
12 İyul 19:20
Dünya
12 İyul 18:39
Dünya
12 İyul 17:28
Dünya
12 İyul 16:42
Xəbər lenti
12 İyul 15:31
Dünya
12 İyul 14:20
Dünya
12 İyul 13:19
Dünya
12 İyul 12:35
Dünya
12 İyul 11:16
Dünya
12 İyul 10:28
Dünya
12 İyul 10:06
İdman
12 İyul 09:56
İdman
12 İyul 09:33
Dünya
12 İyul 08:52
Elm
12 İyul 08:30
Sosial
12 İyul 08:00
Dünya
11 İyul 23:30
Siyasət
11 İyul 22:38
Siyasət
11 İyul 21:17
Sosial
11 İyul 20:29
Gündəm
11 İyul 19:44
Gündəm
11 İyul 18:45
Gündəm
11 İyul 17:59
Sosial
11 İyul 17:33
Hadisə
11 İyul 16:44
Gündəm
11 İyul 15:59
Gündəm
11 İyul 15:32
Gündəm
11 İyul 15:07
Dünya
11 İyul 14:25
Dünya
11 İyul 13:32
Gündəm
11 İyul 12:55
Gündəm
11 İyul 12:20
Siyasət
11 İyul 11:56
Gündəm
11 İyul 11:32
Sosial
11 İyul 11:18
Gündəm
11 İyul 11:05
Hərbi
11 İyul 10:52
Gündəm
11 İyul 10:45
Siyasət
11 İyul 10:39
YAP xəbərləri
11 İyul 10:23
Sosial
11 İyul 10:13
İqtisadiyyat
11 İyul 09:58
Analitik
11 İyul 09:30
MEDİA
11 İyul 09:17
Ədəbiyyat
11 İyul 08:53
Ədəbiyyat
11 İyul 08:35

