Azərbaycanın bölgədə sülh və quruculuq səyləri yüksək dəyərləndirilir
22.09.2023 [11:30]
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasının 78-ci sessiyasında iştirakı çərçivəsində bir sıra görüşlər keçirib. Ceyhun Bayramov İsrailin xarici işlər naziri Eli Kohenlə görüşündə qarşılıqlı maraq doğuran məsələlərə dair fikir mübadiləsi aparıb. E.Kohen İsrailin Azərbaycanla hərtərəfli əməkdaşlıqda maraqlı olduğunu qeyd edib. 78-ci sessiyanın yüksək səviyyəli həftəsində iştirakı çərçivəsində C.Bayramov Səudiyyə Ərəbistanı Krallığının xarici işlər naziri Faysal bin Farhan Al Saud ilə görüş keçirib. Görüş zamanı tərəflər siyasi, iqtisadi, enerji təhlükəsizliyi, humanitar və ikitərəfli əməkdaşlığın gündəliyində duran bir sıra digər məsələlər ilə bağlı fikir mübadiləsi aparıblar. Nazirlər qarşılıqlı yüksək səviyyəli səfərlərin həyata keçirilməsinin vacibliyini vurğulayıblar.
C.Bayramov regionda baş verən son proseslər ilə bağlı məlumat verərək, 44 günlük Vətən müharibəsindən sonra Ermənistanın öhdəliklərinə zidd olaraq erməni silahlı qüvvələrini ölkəmizin ərazisindən çıxarmamasının bölgədə sülh və təhlükəsizliyə əsas təhdid olduğunu bildirib.
Əməkdaşlığın inkişafı üçün perspektivlər
Azərbaycanın XİN rəhbəri, həmçinin Lixtenşteynin xarici işlər, təhsil və idman naziri Dominik Hasler ilə görüşüb. C.Bayramov, iki ölkə arasında əməkdaşlığın inkişafı üçün perspektivlərin mövcudluğundan bəhs edərək, bu xüsusda, qarşılıqlı təmasların artırılmasının münasibətlərin inkişafında mühüm rol oynaya biləcəyini qeyd edib.
C.Bayramov 44 günlük Vətən müharibəsindən sonra bölgədə mövcud vəziyyət və reallıqlar, Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması və sülh prosesi, mövcud çağırışlar və təhdidlər barədə qarşı tərəfi ətraflı məlumatlandırıb. Ermənistan tərəfindən ölkəmizə qarşı aparılan qarayaxma kampaniyasında səsləndirilən əsasız iddialar, o cümlədən bölgədə guya “gərgin humanitar vəziyyət”, “blokada”nın mövcudluğu ilə bağlı yalan fikirlərin əksinə, ölkəmizin hər zaman bütün Azərbaycanda yaşayan sakinlər kimi erməni sakinlərin də hüquq və təhlükəsizliyini qorumaq əzmində olduğu bildirilib.
İşgüzar səfəri çərçivəsində C.Bayramov Finlandiyanın Xarici və Avropa işləri naziri Elina Valtonenlə də görüşüb. Görüş zamanı C.Bayramov tərəf müqabilini Ermənistanın ərazilərimizin 30 illik işğalı, Azərbaycan tərəfindən post-münaqişə dövründə Ermənistan ilə ikitərəfli münasibətlərin normallaşması və azad edilmiş ərazilərdə bərpa və quruculuq işlərinin aparılması istiqamətində atılan ardıcıl addımlar haqqında məlumatlandırılıb.
Antiterror tədbirlərinin məqsədi...
Nazir eyni zamanda Finlandiyalı həmkarını regiondakı son vəziyyət və Azərbaycan tərəfindən başladılan lokal antiterror tədbirləri barəsində məlumatlandırıb, bu tədbirləri şərtləndirən amilləri diqqətə çatdırıb. Son olaraq, 18 sentyabr tarixində qanunsuz erməni hərbi birləşmələrinin kəşfiyyat-diversiya qrupları tərəfindən basdırılmış minaların partlaması nəticəsində aralarında ərazidə xidmət aparan Daxili İşlər Nazirliyinin əməkdaşları, habelə bərpa işlərinə cəlb edilmiş mülki şəxslərin olduğu 6 nəfərin həlak olduğu və 6 nəfərin isə ciddi xəsarət aldığı vurğulanıb.
Silahlı qüvvələr tərəfindən həyata keçirilən lokal antiterror tədbirlərinin müstəsna olaraq legitim hərbi hədəflərə qarşı aparıldığı, Ermənistanın qanunsuz hərbi infrastrukturunu zərərsizləşdirmək məqsədi güddüyü qeyd edilib.
XİN rəhbərimiz Ərəb Dövlətləri Liqasının (ƏDL) Baş katibi Əhməd Əbul Qeyt ilə görüşündə Azərbaycanın ƏDL çərçivəsində, habelə individual əsasda Ərəb ölkələri ilə əməkdaşlıq məsələlərini, habelə bölgədəki vəziyyəti müzakirə edib. C.Bayramov, tarixi və mədəni baxımından bir çox oxşar xüsusiyyətlərimizin olduğu Ərəb dünyası ölkələri ilə, o cümlədən ƏDL çərçivəsində əməkdaşlığa verdiyimiz əhəmiyyətdən bəhs edib. Xüsusilə, Qoşulmama Hərəkatına sədrliyimiz dövründə ƏDL üzvü olan bir sıra ölkələrlə əlaqələrimizin daha da genişləndirilməsi məmnunluqla qeyd edilib.
Sülhlə bağlı səylərimiz təqdir edildi
Baş katib Əhməd Əbul Qeyt isə ötən il Qlobal Bakı Forumu çərçivəsində ölkəmizə səfərini və dövlət başçımızla keçirdiyi görüşü xatırlayıb. O, bu kimi təmasların münasibətlərin inkişaf perspektivlərinin müzakirəsində əhəmiyyət kəsb etdiyini söyləyib. Azərbaycanın bölgədə sülh və quruculuq səylərinin təqdirəlayiq olduğu, bu xüsusda regionda dayanıqlı sülh quruculuğu sahəsində işlərin davam etdirilməsinin vacibliyi vurğulanıb.
Bundan başqa, Serbiya Respublikasının Baş nazirinin birinci müavini, xarici işlər naziri İvitsa Daçiç ilə C.Bayramov arasında görüş baş tutub. Azərbaycanın XİN-dən verilən məlumata görə, görüşdə iki ölkə arasında mövcud strateji tərəfdaşlıqdan irəli gələn məsələlər, xüsusilə, imvestisiyalar, iqtisadi və ticarət əlaqələrinin inkişaf etdirilməsi, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq imkanları, habelə bölgədəki son vəziyyət ətrafında müzakirələr aparılıb. Ölkəmizin Qarabağ regionunda lokal antiterror tədbirini şərtləndirən səbəblərdən bəhs olunub. Görüşdə, həmçinin qarşılıqlı maraq kəsb edən digər mövzular ətrafında fikir mübadiləsi aparılıb.
Ərazi bütövlüyümüz tam dəstəklənir
Körfəz Əməkdaşlıq Şurasının baş katibi Casim Əl-Budeyvi XİN başçımız C.Bayramovla görüşündə bir sıra mühüm məqamlara toxunub. Budeyvi qeyd edib ki, Azərbaycanın ərazi bütövlüyü Körfəz Ərəb Dövlətlərinin Əməkdaşlıq Şurası tərəfindən tam dəstəklənir. Görüşdə Azərbaycan və Körfəz Ərəb Dövlətlərinin Əməkdaşlıq Şurasına üzv ölkələr arasında siyasi, iqtisadi, ticarət, mədəni və digər sahələrdə əlaqələrin yüksək səviyyədə oldu?u, qarşılıqlı hörmət və dostluğa əsaslandığı qeyd edilib.
Yəhudi icmaları ilə ənənəvi dostluq...
C.Bayramov BMT Baş Assambleyasının 78-ci sessiyasının yüksək səviyyəli həftəsində Yəhudi Təşkilatlarının Koalisiyasının (YTK) nümayəndələri ilə də görüşüb. O, Azərbaycanın bütün dünyadakı yəhudi icmaları ilə ənənəvi dostluq münasibətinin mövcud olduğunu vurğulayıb. Görüş zamanı, ABŞ-da yerləşən yəhudi təşkilatları ilə əməkdaşlığın mövcud vəziyyəti, perspektivləri və yeni əməkdaşlıq imkanları, eləcə də bölgəmizdə cari vəziyyət müzakirə olunub.
C.Bayramov Azərbaycanın bütün dünyadakı yəhudi icmaları ilə əlaqələrin daha da gücləndirilməsi və yeni əməkdaşlıq layihələrinin həyata keçirilməsində maraqlı olduğunu vurğulayıb. Eyni zamanda, Azərbaycanın Amerika yəhudi təşkilatları ilə əlaqələrinin yüksək səviyyədə inkişafından məmnunluq ifadə olunub. Azərbaycan yəhudi icmasının illər boyu ölkəmizdə sülh şəraitində dinc yanaşı yaşadığı və yaxından cəmiyyətimizə inteqrasiya olunduğu qeyd edilib.
Azərbaycanın multikulturalizm siyasəti
Nazir həmçinin Azərbaycanda tolerantlıq və multikulturalizmin tarixən mövcud olduğunu, müxtəlif konfessiyaların nümayəndələrinin sülh və əmin-amanlıq şəraitində ölkəmizdə dinc yanaşı yaşadığını bildirib. C.Bayramov, həmçinin ölkəmizdə çox sayda sinaqoq, məktəb, mədəniyyət mərkəzinin fəaliyyət göstərdiyini və konfessional rəngarəngliyin ölkəmizin sosial həyatında xüsusi yer tutduğunu qeyd edib.
C.Bayramov YTK-nın nümayəndələrini regiondakı son vəziyyət və Azərbaycan tərəfindən başladılan lokal antiterror tədbirləri barədə məlumatlandırıb. Nazir bunları şərtləndirən amilləri diqqətə çatdıraraq, YTK-nın regionumuzdakı həqiqətlərin Amerika ictimaiyyətinə çatdırılmasındakı rolunu vurğulayıb.
Görüşdə tərəflər, həmçinin Azərbaycan-ABŞ münasibətlərinin inkişafı perspektivləri, qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.
Y.SAHİB
Xəbər lenti
Hamısına baxDünya
14 May 23:41
Dünya
14 May 23:12
Dünya
14 May 22:46
Dünya
14 May 22:30
Dünya
14 May 22:19
Dünya
14 May 21:53
Dünya
14 May 21:25
Dünya
14 May 21:13
Müsahibə
14 May 20:42
Dünya
14 May 20:30
Dünya
14 May 20:18
Dünya
14 May 19:54
Sosial
14 May 19:20
Dünya
14 May 19:05
Mədəniyyət
14 May 18:39
Sosial
14 May 18:07
Dünya
14 May 17:25
İqtisadiyyat
14 May 17:23
İdman
14 May 17:10
Dünya
14 May 17:09
Sosial
14 May 17:07
Sosial
14 May 16:35
Dünya
14 May 16:32
Dünya
14 May 16:14
İqtisadiyyat
14 May 16:10
Sosial
14 May 16:08
Dünya
14 May 15:38
Dünya
14 May 15:31
Sosial
14 May 15:29
Xəbər lenti
14 May 14:39
Dünya
14 May 14:19
Sosial
14 May 13:52
Siyasət
14 May 13:27
Gündəm
14 May 12:59
Sosial
14 May 12:42
Sosial
14 May 12:41
Mədəniyyət
14 May 12:33
Gündəm
14 May 12:26
Sosial
14 May 12:17
Sosial
14 May 12:08
Gündəm
14 May 11:49
YAP xəbərləri
14 May 11:37
Gündəm
14 May 11:31
İqtisadiyyat
14 May 11:20
İqtisadiyyat
14 May 11:19
İdman
14 May 11:18
Gündəm
14 May 11:16
Gündəm
14 May 11:05
Siyasət
14 May 10:52
Dünya
14 May 10:49
Siyasət
14 May 10:48
Siyasət
14 May 10:43
İqtisadiyyat
14 May 10:30
Sosial
14 May 10:28
Analitik
14 May 10:15
Sosial
14 May 09:57
Ədəbiyyat
14 May 09:33
Analitik
14 May 09:14
YAP xəbərləri
14 May 09:00
Müsahibə
14 May 08:50
MEDİA
14 May 08:37
Sosial
13 May 23:21
Dünya
13 May 22:43
Dünya
13 May 22:39
Dünya
13 May 22:16
Mədəniyyət
13 May 21:54
Dünya
13 May 21:20
Xəbər lenti
13 May 21:14
Dünya
13 May 21:05
İqtisadiyyat
13 May 20:43

