Faşizmi təbliğ edən partiyanın təmsilçisi...
05.10.2023 [11:20]
“Daşnaksütyun”dan olan qondarma “parlament sədri” İşxanyan saxlanılıb
Azərbaycan dövləti beynəlxalq hüququ və beynəlxalq konvensiyaları əsas götürərək öz ərazisində keçirdiyi antiterror tədbirləri nəticəsində bir sıra cinayətkarların saxlanılmasına nail olub. Bu şəxslər uzun illər boyu ölkəmizə, qanunvericiliyimizə və dövlətimizə qarşı fərqli cinayətlərdə yer alıb, separatizmin təşviq edilməsində iştirak ediblər. Bu gün məhkəmə qarşısında cavab verən bu şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsi ədalətin təntənəsidir.
Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən saxlanılaraq Bakıya gətirilən bu cinayətkarlardan biri də Qarabağdakı separatçıların rəhbərlərindən olan, “Daşnaksütyun” partiyasının “Qarabağ təmsilçisi” və separatçı rejimin keçmiş “parlament sədri” David İşxanyandır. David İşxanyan da əlbir olduğu separatçı rejim başçıları kimi xalqımıza və dövlətimizə qarşı fərqli cinayətlər törədib.
Dosye: 1968-ci il dekabrın 28-də Xocavənd rayonunun Heşan kəndində doğulan David Rubenoviç İşxanyan 1992-ci ildə Xankəndi Pedaqoji İnstitutunun tarix-hüquq fakültəsini bitirib. 1980-ci illərin sonunda separatçı hərəkatın fəallarından olub. Əvvəlcə tələbə qrupunun üzvü kimi fəaliyyət göstərib, 1989-cu ildə “Daşnaksütyun” partiyasına daxil olub. 1991-ci ildə qondarma rejimin birinci çağırış qondarma parlamentinin üzvü olub. Birinci Qarabağ müharibəsi zamanı “dqr” “müdafiə ordusu”nda xidmət edib. Xocavənd rayonunun 28 saylı batalyonunun komandiri olub. 1995-ci ildə ordudan tərxis olunduqdan sonra doğulduğu kənd məktəbinə direktor vəzifəsinə təyin olunub və sonrakı 5 il?? burada işləyib. Heşan kənd məktəbinin direktoru, kənd icmasının başçısı olub.
2007-2021-ci illərdə qondarma rejimin təmsilçisi postunu tutub. 2022-ci ildən “büro” üzvüdür. 2023-cü il avqustun 7-də qondarma parlamentin “sədr”i “vəzifəsinə seçilib”.
İşxanyan hər zaman xüsusi amansızlığı ilə seçilib. O, təmsil etdiyi “Daşnaksütyun”un mahiyyətinə uyğun olaraq ən qəddar şəxslərdən biri kimi tanınır. Sentyabrın 19-20-də baş tutan antiterror tədbirləri nəticəsində saxlanılan İşxanyan Bakıya gətirilb.
SADİQ
Xəbər lenti
Hamısına baxHərbi
09 İyul 21:24
Sosial
09 İyul 21:09
Sosial
09 İyul 20:43
Dünya
09 İyul 20:43
Dünya
09 İyul 20:18
Dünya
09 İyul 19:52
Dünya
09 İyul 19:25
Dünya
09 İyul 19:07
Müsahibə
09 İyul 18:37
İqtisadiyyat
09 İyul 17:20
Dünya
09 İyul 17:19
Elanlar
09 İyul 16:49
İqtisadiyyat
09 İyul 16:35
Siyasət
09 İyul 16:34
Sosial
09 İyul 16:32
Dünya
09 İyul 16:32
Gündəm
09 İyul 16:31
Dünya
09 İyul 16:24
Elm
09 İyul 15:22
Elm
09 İyul 15:21
YAP xəbərləri
09 İyul 15:18
Sosial
09 İyul 14:45
İqtisadiyyat
09 İyul 14:21
İqtisadiyyat
09 İyul 13:22
Sosial
09 İyul 12:55
Sosial
09 İyul 12:50
Sosial
09 İyul 12:15
İdman
09 İyul 12:13
Elm
09 İyul 12:02
YAP xəbərləri
09 İyul 11:45
İqtisadiyyat
09 İyul 11:40
Gündəm
09 İyul 11:35
İqtisadiyyat
09 İyul 11:15
Siyasət
09 İyul 11:03
İqtisadiyyat
09 İyul 10:50
Dünya
09 İyul 10:41
Siyasət
09 İyul 10:39
Dünya
09 İyul 10:17
İqtisadiyyat
09 İyul 10:08
Dünya
09 İyul 09:52
Analitik
09 İyul 09:50
Analitik
09 İyul 09:42
Ədəbiyyat
09 İyul 09:36
Ədəbiyyat
09 İyul 09:29
Dünya
09 İyul 09:20
Dünya
09 İyul 08:43
Dünya
08 İyul 23:35
İqtisadiyyat
08 İyul 23:19
Dünya
08 İyul 22:46
Dünya
08 İyul 22:19
Sosial
08 İyul 21:55
Dünya
08 İyul 21:23
Dünya
08 İyul 20:42
Hadisə
08 İyul 20:17
Dünya
08 İyul 19:58
Dünya
08 İyul 19:20
Elm
08 İyul 19:14
YAP xəbərləri
08 İyul 18:55
Dünya
08 İyul 18:25
Dünya
08 İyul 17:43
Dünya
08 İyul 16:31
Sosial
08 İyul 16:30
Dünya
08 İyul 16:21
Siyasət
08 İyul 16:05
Sosial
08 İyul 16:01
Gündəm
08 İyul 15:23
Mədəniyyət
08 İyul 15:18
Dünya
08 İyul 15:18
YAP xəbərləri
08 İyul 15:17
Hərbi
08 İyul 15:03

