Borc içində olan Avropanın şübhəli “səxavəti”...
17.10.2023 [10:36]
Pandemiyadan sonra iqtisadiyyatın bərpası və Ukraynaya dəstək üçün aktiv vəsaitin cəlb olunması nəticəsində Avropa İttifaqının (Aİ) borcu 2026-cı ildə 900 milyard avroya çatacaq. Bu barədə xəbərlər “Financial Times” qəzetinə istinadən yayılıb. Aİ nümayəndəsinin sözlərinə görə, Brüssel qısa müddətdə borc bazarında “əsl oyunçuya” çevrilib. Hazırda onun borcu 450 milyard avrodur ki, bu da 2020-ci ildə qeydə alınan göstəricidən doqquz dəfə çoxdur.
Qeyd edək ki, iqtisadiyyatın bərpası və dayanıqlı inkişaf üzrə plan pandemiyanın mənfi nəticələrinin aradan qaldırılmasına, həmçinin “Avropanın yaşıl və rəqəmsal keçidinə” yönəlib. Lakin onun reallaşdırılması üçün 800 milyard avro lazımdır. Avropa İttifaqının üzərinə götürdüyü öhdəliyə əsasən, Brüssel 2028-ci ildən borcları bağlamağa başlamalıdır.
Aİ-nin üzləşdiyi acı reallıq
2019-cu ilin sonlarından etibarən ilk dəfə Çində qeydə alınan və tezliklə dünyanın əksər ölkələrinə yayılan yeni növ koronavirus pandemiyası özü ilə bərabər yalnız ölkələrin səhiyyə sistemləri, insanların sağlamlığı üçün təhdidlər yaratmadı. Həmçinin qlobal iqtisadiyyat da ciddi sınaqla üz-üzə qaldı. Mal və xidmətlərə tələbat azaldı, sərt qapanmalar səbəbindən əmək bazarları kiçildi, təchizat zəncirləri qırıldı. Belə mənfi təzahürlər iqtisadiyyatların kiçilməsini və bunun məntiqi nəticəsi olaraq kəskin maliyyə çatışmazlığını şərtləndirdi. Təsadüfi deyildir ki, pandemiya dövründə çətinliklərlə üzləşən təxminən 150 dövlət təcili kömək üçün Dünya Bankına və Beynəlxalq Valyuta Fonduna müraciət etmək məcburiyyətində qaldı.
Pandemiyanın pik mərhələsindən sonra başlayan Rusiya-Ukrayna müharibəsi fonunda qlobal iqtisadiyyat yeni çağırışlarla üzləşdi. Bu dəfə Avropa İttifaqı məkanına daxil olan ölkələr həm də enerji və ərzaq təhlükəsizliyi ilə bağlı problemlərlə sınağa çəkildilər. Müharibənin lap əvvəlindən kollektiv Qərb Ukraynaya dəstək verdi və Rusiyaya qarşı geniş əhatə dairəsinə malik olan sanksiyalar tətbiq etdi. Bu sanksiyaların tətbiqində əsas məqsəd Rusiyanın gündəlik müharibə xərclərini qarşılamaq imkanlarını məhdudlaşdırmaq idi. Rusiyadan valyuta mənbəyi olan bir sıra məhsulların, o cümlədən də enerji daşıyıcılarının tədarükünə qadağalar qoyulması şimal qonşumuzun gəlirlərini azaltmaqla yanaşı, Avropa ölkələrinə də mənfi təsirlərsiz ötüşmədi. Bütün Aİ məkanında inflyasiya yüksəldi, ayrı-ayrı ölkələrin enerji məhsullarının tədarükü üçün xərcləri əhəmiyyətli dərəcədə artdı. Vəziyyətdən çıxmaq üçün əlavə borclanmaya getmək zərurətə çevrildi. Eyni zamanda, hazırlanan “Avropanın yeni xilas planı”nın reallaşdırılmasına astronomik həcmlərdə maliyyə vəsaitləri tələb olunur.
“Qoca qitə”nin maraqlarına zidd olaraq...
Borclanmada “aparıcı oyunçuya” çevrilən Aİ-nin düşdüyü acınacaqlı duruma rəğmən, qurumun məsuliyyətsiz dövlət kimi tanınan Ermənistana pul kisəsinin ağzını səxavətlə açması suallar doğurur. Hazırda Avropa İttifaqı (Aİ) Ermənistana növbəti yardım paketini reallaşdırmaqdadır. “Aİ Ermənistana 25 milyon avrodan çox yardım ayıracaq”. Bunu Avropa Komissiyasının (AK) rəhbəri Ursula fon der Lyayen oktyabrın 5-də İspaniyanın Qranada şəhərində keçirilən Avropa Siyasi Birliyinin Sammiti ərəfəsində deyib. Onun sözlərinə görə Aİ Ermənistana indiyə qədər 5,2 milyon avro ayırıb: “Bu məbləğ artıq 10,2 milyon avroya çatdırılıb. Daha 15 milyon avro yardım ayrılacaq”, - deyə Ursula fon der Lyayen vurğulayıb. Axı nəyə görə əlavə borclanmaya getmək məcburiyyətində qalan Aİ bu məkana daxil olan ölkələrin maraqlarına zidd olaraq Ermənistana milyonlarla avro vəsait ayırır? Sualı aktuallaşdıran həm də o məqamdır ki, Ermənistan Aİ-nin üzvü deyil.
Aİ ilk dəfə deyil ki, Ermənistana himayədarlıq edir. Qurum bu ölkəyə demokratiyanın inkişafına dəstək, vətəndaş cəmiyyətinə kömək, regionlarda sosial infrastruktur quruculuğu, məktəb tikintisi və s. cəlbedici adlar altında davamlı şəkildə qrantlar ayırır. Avropa İttifaqı Ermənistana münasibətdə inanılmaz səxavətlilik nümayiş etdirərkən həqiqətənmi səmimidir? Və yaxud bu vəsaitlər doğrudanmı ehtiyac duyulan istiqamətlərə xərclənir? Sualların cavabı birmənalıdır: Qətiyyən! İndiyədək Aİ pullarının Ermənistanda şəffaf xərclənməməsinə, hətta “qara dəlik”dən qeybə çəkilməsinə aid çoxsaylı faktların üstü açılıb. Məlumdur ki, Ermənistanda məmurlar korpusu ciddi şəkildə korrupsiyalaşıb. Son vaxtlarda ölkədə rüşvətvermə və rüşvətalma zəminində çoxsaylı həbslər reallaşdırılıb. Eyni zamanda, Aİ strukturlarından da ard-arda eyni motivli xəbərlər gəlir. Belə görünür ki, Ermənistana qrantlar da məhz çirkin məqsədlər üçün ayrılır. Aİ pullarının yuyulması üçün korrupsiyanın adı həyat normasına çevrildiyi Ermənistandan ideal məkan tapmaq mümkündürmü?
Mübariz FEYİZLİ
Xəbər lenti
Hamısına baxSosial
07 İyul 16:45
Dünya
07 İyul 16:20
Sosial
07 İyul 16:09
Siyasət
07 İyul 16:09
Sosial
07 İyul 16:08
İqtisadiyyat
07 İyul 16:08
YAP xəbərləri
07 İyul 16:06
İqtisadiyyat
07 İyul 16:00
YAP xəbərləri
07 İyul 15:50
İqtisadiyyat
07 İyul 15:45
Siyasət
07 İyul 15:35
Xəbər lenti
07 İyul 15:25
Dünya
07 İyul 15:10
Dünya
07 İyul 14:40
Xəbər lenti
07 İyul 14:35
İqtisadiyyat
07 İyul 14:30
Dünya
07 İyul 14:10
YAP xəbərləri
07 İyul 13:07
Sosial
07 İyul 13:03
Siyasət
07 İyul 12:52
İqtisadiyyat
07 İyul 12:51
Elm
07 İyul 12:47
Sosial
07 İyul 12:08
İqtisadiyyat
07 İyul 11:54
İqtisadiyyat
07 İyul 11:54
İdman
07 İyul 11:53
Siyasət
07 İyul 11:35
Gündəm
07 İyul 11:35
Gündəm
07 İyul 11:34
Sosial
07 İyul 11:30
Siyasət
07 İyul 11:25
Siyasət
07 İyul 11:10
COP29
07 İyul 10:55
Analitik
07 İyul 10:40
YAP xəbərləri
07 İyul 10:21
YAP xəbərləri
07 İyul 10:21
Ədəbiyyat
07 İyul 09:48
Dünya
07 İyul 09:41
Analitik
07 İyul 09:39
Maraqlı
07 İyul 09:34
Maraqlı
07 İyul 09:25
Dünya
07 İyul 09:20
Dünya
07 İyul 08:58
Dünya
06 İyul 22:38
Dünya
06 İyul 22:10
Dünya
06 İyul 21:45
Dünya
06 İyul 21:18
Dünya
06 İyul 20:56
Dünya
06 İyul 19:53
YAP xəbərləri
06 İyul 19:27
Dünya
06 İyul 19:25
Dünya
06 İyul 19:20
Siyasət
06 İyul 18:27
Dünya
06 İyul 17:28
Maraqlı
06 İyul 16:42
Sosial
06 İyul 16:08
Dünya
06 İyul 15:59
Maraqlı
06 İyul 15:35
Dünya
06 İyul 14:45
Sosial
06 İyul 14:41
Siyasət
06 İyul 14:24
Sosial
06 İyul 14:23
Dünya
06 İyul 14:22
İqtisadiyyat
06 İyul 14:20
Elm
06 İyul 14:10
Dünya
06 İyul 13:58
Dünya
06 İyul 13:30
YAP xəbərləri
06 İyul 13:04
YAP xəbərləri
06 İyul 13:00
YAP xəbərləri
06 İyul 12:55

