/ / Bakıda "Müxtəlifliyin qorunması: 2024-cü ildə İslamofobiya ilə mübarizə" mövzusunda beynəlxalq konfrans keçiriləcək
Bakıda "Müxtəlifliyin qorunması: 2024-cü ildə İslamofobiya ilə mübarizə" mövzusunda beynəlxalq konfrans keçiriləcək
05.03.2024 [14:35]
Martın 5-də "Müxtəlifliyin qorunması: 2024-cü ildə İslamofobiya ilə mübarizə" mövzusunda Bakıda keçiriləcək beynəlxalq elmi konfransla bağlı brifinq təşkil olunub. Brifinqdə Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev martın 8-9-da təşkil olunacaq konfrans haqqında məlumat verib. O bildirib ki, İslamofobiya ilə Beynəlxalq Mübarizə Gününə həsr olunan "Müxtəlifliyin qorunması: 2024-cü ildə İslamofobiya ilə mübarizə" mövzusunda beynəlxalq elmi konfrans Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi, G20 Dinlərarası Dialoq Forumu və Bakı Təşəbbüs Qrupunun birgə təşkilatçılığı ilə keçirilir.
Fərid Şəfiyev vurğulayıb ki, Azərbaycanda keçiriləcək "Müxtəlifliyin qorunması: 2024-cü ildə İslamofobiya ilə mübarizə" mövzusunda ölkəmizdə keçiriləcək beynəlxalq elmi konfrans xüsusi əhəmiyyət daşıyır. Konfrans Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında mühüm rol oynayacaq. Fərid Şəfiyev qeyd edib ki, həm 30 illik işğal dövründə, həm də ondan sonra Azərbaycan İslamofobiyanın fəsadları ilə üzləşib, Qərb mediası və siyasətçiləri tərəfindən Azərbaycana qarşı aşkar qərəzli kampaniya həyata keçirilir. İslamofobiya ilə bağlı Bakıda ikinci dəfə təşkil olunacaq beynəlxalq konfransda hədəf bu mənfi tendensiyalara təkan verən siyasi, iqtisadi, mədəni, diskriminativ faktorların müəyyən edilməsi və onlara qarşı ortaq strategiyanın formalaşdırılmasıdır. Onun sözlərinə görə, Qafqazda yaranmış yeni reallığı qəbul etməmək əks-təbliğata təkan verən əsas səbəblərdəndir. Azərbaycanın artıq beynəlxalq münasibətlərdə orta güc kimi çıxış etdiyini deyən Fərid Şəfiyev qeyd edib ki, bu il ölkəmiz COP29 və digər qlobal əhəmiyyətli tədbirlərə ev sahibliyi edəcək.
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov qeyd edib ki, Konfransda dünyanın 32 ölkəsindən alimlər, beynəlxalq təşkilatların ekspertləri, din xadimləri və qeyri-hökümət təşkilatlarının nümayəndələrini əhatə edən 130-dan çox beynəlxalq qonağın iştirak etməsi gözlənilir. Həmçinin, sözügedən konfransda mövzu üzrə yerli ekspertlər, dövlət qurumlarının nümayəndələri, dini icma rəhbərləri və dövlət rəsmiləri də iştirak edəcəkdir. İkinci İslamofobiya konfransı zamanı əsas mövzu ətrafında ciddi müzakirələr, araşdırma təqdimatları və açıq dialoqların aparılması üçün platforma təmin ediləcəkdir. Rəvan Həsənov diqqətə çatdırıb ki, İslamofobiya, əsasən Qərb ölkələrində yayılmış bir ideologiyadır. Bəzi qüvvələr İslam adı altında öz məkrli məqsədlərini həyata keçirməyə çalışırlar. Azərbaycan isə hər zaman dini ayrı-seçkiliyin əleyhinə olub və bu siyasətini indi də davam etdirir. Azərbaycan dini inanclara çox həssaslıqla yanaşır və ölkəmizin qlobal problemlərə münasibəti ədalət çərçivəsindədir. O qeyd edib ki, məqsəd İslamofobiya ilə bağlı Qərb ölkələrinin çirkin niyyətlərini ifşa etməkdir. Burada söhbət təkcə bizim ölkədən getmir. Digər ölkələrdə də İslam dininə inanan insanlar təzyiqə məruz qalırlar. Düşünürəm ki, Bakıda keçiriləcək konfrans ədalətsizliyə qarşı bir platforma rolunu oynayacaq.
Brifinqdə media nümayəndələrinin sualları cavablandırılıb.
Qeyd edək ki, 15 mart tarixinin “İslamofobiya ilə mübarizə günü” olması ilk dəfə 2020-ci ilin 27-28 noyabrında İslam Əməkdaşlığı Təşkilatının Xarici İşlər Nazirləri Şurasının Niger Respublikasının Niamey şəhərindəki toplantısında elan olunub. Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası 2022-ci ildə martın 15-ni “İslamofobiya ilə Beynəlxalq Mübarizə Günü” kimi qəbul edib.
Xəbər lenti
Hamısına baxSosial
14 Avqust 12:37
Gündəm
14 Avqust 11:55
Gündəm
14 Avqust 11:35
Gündəm
14 Avqust 11:05
İqtisadiyyat
14 Avqust 10:35
Analitik
14 Avqust 10:15
MEDİA
14 Avqust 09:55
Analitik
14 Avqust 09:30
Sosial
14 Avqust 09:10
Dünya
13 Avqust 23:55
Dünya
13 Avqust 23:35
Dünya
13 Avqust 23:05
Dünya
13 Avqust 22:45
Dünya
13 Avqust 22:20
Dünya
13 Avqust 21:55
Dünya
13 Avqust 21:35
Dünya
13 Avqust 21:10
Dünya
13 Avqust 20:45
Dünya
13 Avqust 20:20
Dünya
13 Avqust 19:55
Dünya
13 Avqust 19:35
Dünya
13 Avqust 19:10
İqtisadiyyat
13 Avqust 18:57
İdman
13 Avqust 15:59
İqtisadiyyat
13 Avqust 15:47
Sosial
13 Avqust 15:20
İqtisadiyyat
13 Avqust 14:55
Mədəniyyət
13 Avqust 14:45
İqtisadiyyat
13 Avqust 14:20
Sosial
13 Avqust 14:18
Sosial
13 Avqust 13:50
Elm
13 Avqust 13:26
Elm
13 Avqust 13:20
İqtisadiyyat
13 Avqust 13:12
Elm
13 Avqust 13:11
İqtisadiyyat
13 Avqust 12:53
Gündəm
13 Avqust 12:40
Mədəniyyət
13 Avqust 12:25
Sosial
13 Avqust 12:05
Elm
13 Avqust 12:00
Gündəm
13 Avqust 11:50
Sosial
13 Avqust 11:50
Elm
13 Avqust 11:37
İdman
13 Avqust 11:35
Elm
13 Avqust 11:32
YAP xəbərləri
13 Avqust 10:59
Analitik
13 Avqust 09:55
Gündəm
13 Avqust 09:50
Gündəm
13 Avqust 09:45
Sosial
13 Avqust 09:25
Gündəm
13 Avqust 09:25
Gündəm
13 Avqust 09:20
Sosial
13 Avqust 09:05
Dünya
12 Avqust 23:55
Dünya
12 Avqust 23:45
Dünya
12 Avqust 23:20
Dünya
12 Avqust 22:55
Elanlar
12 Avqust 22:43
Dünya
12 Avqust 22:35
Dünya
12 Avqust 22:05
Dünya
12 Avqust 21:45
Dünya
12 Avqust 21:20
Dünya
12 Avqust 20:50
Dünya
12 Avqust 20:30
Dünya
12 Avqust 19:55
Dünya
12 Avqust 19:35
Dünya
12 Avqust 19:15
Mədəniyyət
12 Avqust 18:56
İqtisadiyyat
12 Avqust 18:50
İqtisadiyyat
12 Avqust 18:25

