Avropa Parlamenti, yoxsa Ermənistan parlamenti?
11.03.2022 [23:59]
Erməni lobbisinin girovluğunda olan AP siyasi oyuncağa çevrilib
Qurum erməni vandalizminə dəstək xarakterli “təşəbbüs”lərin ünvanıdır
Nurlan QƏLƏNDƏRLİ
Avropa Parlamenti (AP) yenidən siyasi şou səhnəsinə çevrildi. İclas adı altında növbəti absurd teatr tamaşası səhnəyə qoyuldu. Məsələ və məqsəd bu dəfə də ermənilərin “məzlum, əzilən toplum” kimi təqdim edilməsi idi. Erməni lobbisinin qidalandırdığı siyasi korrupsionerlər - avropalı bəzi parlamentarilər timsah göz yaşları axıdaraq barbarların “dərdinə şərik oldular”. Söhbət AP-də Azərbaycan əleyhinə “Dağlıq Qarabağda mədəni irsin məhv edilməsi haqqında” qətnamənin qəbul edilməsindən gedir.
Təbii ki, bu, Azərbaycan ictimaiyyəti tərəfindən haqlı narazılıqla qarşılanır, qəbuledilməz və yolverilməz hesab edilir. Yeri gəlmişkən, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsi, Azərbaycan QHT-ləri bununla əlaqədar bəyanat yayıblar.
Əlbəttə, Avropa Parlamentində erməni lobbisinin girovluğunda olan bir qrup deputatın təşəbbüsü və canfəşanlığı ilə Azərbaycan əleyhinə qərəzli qətnamənin qəbul edilməsi heç nəyi dəyişmir. Əvvəla, belə kağız parçalarının heç bir hüquqi qüvvəsi və siyasi təsir mexanizmi yoxdur. İkincisi, bununla reallıqları təhrif etmək, erməni vandalizmini və Ermənistanın hərbi-siyasi cinayətlərini gizlətmək, diqqəti bu məsələlərdən yayındırmaq mümkün deyil. Üçüncüsü isə, beynəlxalq ictimaiyyət belə təşəbbüslərin haradan gəldiyini, “qətnamə” adlandırılan kağız parçalarının kimlərin fəallığı ilə qəbul edildiyini yaxşı bilir. Məlumat üçün qeyd edək ki, sənədin müəlliflərindən biri Hollandiyadakı Xristian-Demokrat Partiyasının (ChristenUnie, CU) funksioneri, Avropa Xalq Partiyasının rəhbərlərindən olan Piter van Dalendir. Dalen parlamentaridən daha çox, siyasi-ideoloji ekstremist təsiri bağışlayır. Onun hansı “əqidə-mənəviyyat” daşıyıcısı və hansı mövqe sahibi olduğunu bilmək üçün bu sözlərinə diqqət yetirmək kifayətdir: “Avropada müsəlmanların sayının artması çox böyük təhlükədir. Türkiyənin Avropa İttifaqında yer almasını qətiyyən yolverilməz saydığım kimi, hesab edirəm ki, Avropa ölkələrindəki iqtisadi problemlərin əsas səbəblərindən biri sekulyarlaşmadır. Biz xristian dəyərlərini unuduruq, qloballaşırıq, hətta müsəlmanlarla yanaşı yaşamağın normal olduğunu deyirik. Halbuki dünyada intellektual və mədəniyyət, sivilizasiya və bacarıq baxımından güclü xalqlarla zəif xalqlar var”. Piterin bu mövqeyi irqçi, nasist, islamofob və barbar yanaşmadan başqa bir şey deyil. Belə olan halda, onun kimilərin pul qarşılığında, çirkin niyyət və çirkli siyasi məqsədlər naminə erməni vandalizminə haqq qazandırmaları, Azərbaycan əleyhinə “qara piar” kampaniyası aparmaları təəccüblü görünmür. Təəssüf doğuran odur ki, Avropa İttifaqının qurumu olan AP siyasi oyuncağa çevrilib, gah separatizmə, gah erməni vandalizminə dəstək verən, gah da beynəlxalq ictimaiyyəti aldatmağa yönəlmiş “təşəbbüs”lərə ev sahibliyi edir.
AP-nin deputatları “Avropa dəyərləri” adlandırdıqları normaları, o cümlədən insan hüquqlarını, ədalətli yanaşmanı əsas tuturlarsa və ikili standartlardan uzaqdırlarsa... O zaman birmənalı şəkildə ermənilərin Qarabağda mədəni irsimizi, abidələrimizi, məscidlərimizi məhv etməsinə dair müzakirələr aparmalı, müvafiq qərar qəbul etməlidirlər. Onlara da yaxşı məlumdur ki, ermənilər 30 il ərzində işğal altında saxladıqları Azərbaycan torpaqlarında misli görünməmiş vəhşiliklər törədib, tarixi, dini, mədəni abidələri dağıdıblar, məscidlərimiz təhqir olunub. Bu, əslində, təkcə xalqımıza deyil, bütövlükdə, dünya mədəni irsinə, bəşər sivilizasiyasına qarşı barbarlıq, vandalizm aktı və soyqırımı siyasəti, cinayət əməlidir. Postmüharibə dövrünün reallıqları erməni vandalizminin simasını daha dəqiq əks etdirir. Vəhşi qəbilə kimi kəndlərin, qəsəbələrin, şəhərlərin darmadağın edilməsi, dini abidələrin təhqirə məruz qoyulması erməni barbarizminin sərhəd tanımadığını göstərir. Avropa Parlamentində məlum “qətnaməyə” səs verənlər Ermənistanın Azərbaycana məxsus sərvətləri talamasından, iqtisadi resursları qanunsuz mənimsəməsi və istismar etməsindən, kəndləri, şəhərləri, qəsəbələri dağıtmasından, mədəni irsə qarşı soyqırımı siyasəti həyata keçirməsindən xəbərdardırlar.
Prezident İlham Əliyev bir müddət əvvəl Ağdamda təhqir edilmiş məscidin timsalında erməni vandalizminin simasını bütün dünyaya göstərmişdi. Dövlət başçısı “Bu məscid ermənilər tərəfindən təhqir edilib, burada inəklər, donuzlar saxlanılıb. Ermənilər nəinki Azərbaycan xalqını, bütün müsəlman aləmini təhqir ediblər”, - deyə vurğulamışdı. Erməni lobbisinin girovluğunda olanların, o cümlədən Piter van Dalenin də bu reallıqlardan xəbəri var, şübhəsiz. Amma pul hərisi və erməni faşizminin eybəcər sifətinin heyranıdırlar. Belə olmasaydı, tolerantlıqdan, multikulturalizmdən, ümumbəşəri dəyərlərdən bəhs edən Avropa Parlamenti məscidlər donuz saxlanılan tövləyə çevriləndə susmazdı.
Digər tərəfdən, AP daim hüquqdan - beynəlxalq hüquq normalarına riayət olunmasından danışır. Amma sadəcə danışır... Belə olmasaydı, erməni vandalizmi nəticəsində mədəni abidələrin qəsdən dağıdılması, onların mənsubiyyətinin dəyişdirilməsi və özününkiləşdirilməsinin beynəlxalq humanitar hüququn, xüsusən də 1949-cu il Cenevrə Konvensiyalarının, UNESCO-nun 1954 və 1970-ci il Konvensiyalarının kobud şəkildə pozulması olduğunu qətiyyətlə bəyan edərdi...
Nəhayət, bütün bunlar belə bir sual doğurur: faktları gözardı, reallıqları isə təhrif edərək qərəzli qətnamə qəbul edən qurum Avropa Parlamentidir, yoxsa Ermənistan parlamenti?!
Xəbər lenti
Hamısına baxDünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13

