Şərifin Türkiyə səfəri...
02.06.2022 [10:48]
Pakistan-Türkiyə münasibətlərində yeni xətt
Sadiq İSMAYILZADƏ
Pakistanın yeni Baş naziri Şahbaz Şərif Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə bu ölkədə rəsmi səfərdədir. Səfər çərçivəsində Türkiyə-Pakistan Biznes Forumunda çıxış edən Ş.Şərif Türkiyənin son illərdə böyük irəliləyiş əldə etdiyini vurğulayıb. O, Türkiyə ilə Pakistan arasındakı qardaşlıq münasibətlərinin ticari əlaqələrdə lazımi səviyyədə əks olunmamasına təəssüfləndiyini deyib. Pakistanlı baş nazir Prezident Ərdoğanın da türk və pakistanlı iş adamları arasında ticarət və investisiyaları artırmaqda maraqlı olduğunu bildirib. O diqqətə çatdırıb ki, iki ölkə arasında iqtisadi əlaqələrə maneə törədən amillər aradan qaldırılmalıdır. Bu baxımdan nə lazımdırsa, edilməlidir. Şahbaz Şərif qarşıdakı 3 ildə Türkiyə ilə Pakistan arasındakı ticarət həcmini 5 milyard dollar səviyyəsinə çatdırmağı hədəflədiklərini də vurğulayıb. O əlavə edib ki, bunun üçün lazım olan hər şeyə sahibik. O, bütün türk iş adamlarını ölkəsinə dəvət edib.
Pakistanlı Baş nazir ölkəsi ilə Türkiyənin siyasi müstəvidə də bir-birlərinə daim dəstək verdiklərini söyləyib. O, Prezident Ərdoğana və türk xalqına Kəşmir mövzusunda Pakistanla birgə olduğu üçün təşəkkür edib: “Türkiyə düşmənləri də daxil olmaqla, bütün terror təşkilatlarına qarşı mübarizədə türk xalqının yanındayıq. Türkiyənin düşmənləri də Pakistanın düşmənləridir”.
Şahbaz Şərifin bu səfəri regionun təhlükəsizliyi və inkişafı üçün mühüm amil sayılır. Keçmiş hakimiyyətin region ölkələri, xüsusilə ilə Türkiyə ilə isti münasibətinin qarşıdakı mərhələdə də davam etməsi baxımından, Ş.Şərifin səfərinin strateji əhəmiyyət daşıdığı bildirilir.
Məsələ ilə bağlı fikirlərini bölüşən Milli Məclisin Azərbaycan - Pakistan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Elman Nəsirov bildirib ki, Şahbaz Şərifin Türkiyəyə rəsmi səfərinin ikitərəfli münasibətlərin bu günü və perspektivi üçün böyük əhəmiyyəti mövcuddur. O qeyd edib ki, əvvəlki baş nazir İmran Xanın dövründə İslamabadla Ankaranın münasibətləri dinamik inkişaf tempinə malik olub, tərəflər bir-birinə strateji tərəfdaş kimi yanaşıblar: “Şahbaz Şərif həm də Pakistan Müsəlman Liqasının rəhbəridir və hazırki koalision hökumətə başçılıq edir. O, Pakistanın 3 dəfə baş naziri olmuş Nəvaz Şərifin qardaşıdır. Ən maraqlı və düşündürücü suallardan biri isə Şahbaz Şərifin yürüdəcəyi xarici siyasət kursu ilə bağlıdır. Bəllidir ki, İmran Xanın hakimiyyəti dövründə Pakistanın bəzi aparıcı dünya ölkələri ilə münasibətləri kəskinləşmişdi. Hətta Pakistanın müstəqil siyasət yeritməsinin həmin ölkələrin strateji maraqları ilə uzlaşmadığı bildirilirdi. Fikrimcə, Şahbaz Şərif ölkəsinin Qərb dünyası, əsasən də ABŞ ilə münasibətlərinin inkişafında maraqlı tərəf kimi çıxış etməlidir. Bu kontekstdə, Türkiyə ilə münasibətlərin yüksək səviyyədə davam etdirilməsi heç şübhəsiz ki, Şahbaz Şərif üçün böyük əhəmiyyət kəsb edir. O çox gözəl anlayır ki, Türkiyə NATO-nun əsas ölkələrindən biridir, ABŞ-dan sonra gücünə görə ikinci ölkəsidir. Eyni zamanda, Türkiyə müdafiə sahəsində Pakistanla sıx əməkdaşlıq xəttinə sadiqdir. Hərbi dəniz qüvvələrinin təchizatında iki ölkə arasında sıx əməkdaşlıq mövcuddur. Təsadüfi deyil ki, Prezident Ərdoğan Pakistanı Cənubi Asiyanın əsas ölkələrindən biri kimi qəbul edir və Türkiyənin təhlükəsizliyi ilə Pakistanın təhlükəsizliyi arasında paralel apararaq söyləyir ki, bizim üçün Türkiyənin təhlükəsizliyi nə qədər əhəmiyyətlidirsə, Pakistanın da təhlükəsizliyi bir o qədər əhəmiyətlidir”.
Millət vəkili onu da əlavə edib ki, bu səfər çərçivəsində ikitərəfli və çoxtərəfli əlaqələrin geniş spektrinə dair məsələlər müzakirə obyekti olub. Səfər çərçivəsində bir sıra mühüm razılaşmaların əldə ediləcəyi gözlənilir. Onun fikrincə, Ş.Şərif Türkiyə ilə münasibətdə ənənəvi dostluq və qardaşlıq xəttinə sadiq qalacaq. Baş tutan səfər də bunu təsdiqləyir: “Həm iqtisadi - ticarət, həm humanitar, hərbi texniki və digər sahələrdə əməkdaşlığın bundan sonra da inkişafı ilə bağlı müvafiq hüquqi bazanın daha da möhkəmləndiriləcəyi istisna olunmur”, - deyə E.Nəsirov bildirib.
Xəbər lenti
Hamısına baxDünya
16 Aprel 23:12
Dünya
16 Aprel 22:43
Dünya
16 Aprel 22:16
Elm
16 Aprel 21:59
Dünya
16 Aprel 21:20
İqtisadiyyat
16 Aprel 21:09
Dünya
16 Aprel 20:45
Dünya
16 Aprel 20:33
Sosial
16 Aprel 20:18
Dünya
16 Aprel 19:51
Dünya
16 Aprel 19:31
Dünya
16 Aprel 19:27
Gündəm
16 Aprel 18:59
Dünya
16 Aprel 18:23
YAP xəbərləri
16 Aprel 17:55
YAP xəbərləri
16 Aprel 17:20
Dünya
16 Aprel 17:19
Sosial
16 Aprel 17:16
Hadisə
16 Aprel 16:28
Dünya
16 Aprel 16:09
Sosial
16 Aprel 15:52
Siyasət
16 Aprel 15:50
Dünya
16 Aprel 15:32
Siyasət
16 Aprel 15:22
Sosial
16 Aprel 15:20
Siyasət
16 Aprel 15:10
Gündəm
16 Aprel 14:51
Sosial
16 Aprel 14:41
Sosial
16 Aprel 14:15
Siyasət
16 Aprel 13:53
Sosial
16 Aprel 13:34
Gündəm
16 Aprel 12:51
Sosial
16 Aprel 12:42
İqtisadiyyat
16 Aprel 12:42
İqtisadiyyat
16 Aprel 12:41
Gündəm
16 Aprel 12:27
Siyasət
16 Aprel 12:15
İqtisadiyyat
16 Aprel 11:53
İqtisadiyyat
16 Aprel 11:30
Gündəm
16 Aprel 11:12
Siyasət
16 Aprel 10:49
İqtisadiyyat
16 Aprel 10:35
MEDİA
16 Aprel 10:11
Analitik
16 Aprel 09:58
Gündəm
16 Aprel 09:31
Gündəm
16 Aprel 09:15
Sosial
16 Aprel 08:50
Elm
16 Aprel 08:39
Dünya
15 Aprel 23:25
Dünya
15 Aprel 23:10
Dünya
15 Aprel 22:41
Dünya
15 Aprel 22:19
YAP xəbərləri
15 Aprel 22:18
Dünya
15 Aprel 21:54
Sosial
15 Aprel 21:28
YAP xəbərləri
15 Aprel 21:23
YAP xəbərləri
15 Aprel 21:19
İdman
15 Aprel 20:45
Elanlar
15 Aprel 20:39
Siyasət
15 Aprel 20:26
Dünya
15 Aprel 20:17
Dünya
15 Aprel 19:50
Dünya
15 Aprel 19:22
YAP xəbərləri
15 Aprel 19:17
YAP xəbərləri
15 Aprel 18:58
İqtisadiyyat
15 Aprel 18:53
Dünya
15 Aprel 18:44
Elm
15 Aprel 18:25
Siyasət
15 Aprel 17:44
Dünya
15 Aprel 17:34

