Çinin “çəmbəri” daralır...
09.06.2022 [10:16]
Tayvanın ardından uyğur problemi
Pərviz SADAYOĞLU
Rəsmi Pekin uyğurlara qarşı cinayətdə ittiham edilir
Dünya gücləri arasında gedən qlobal liderlik uğrunda savaş yeni mərhələyə qədəm qoyur. Ukraynada qəti qələbə qazanaraq Rusiyanın hərtərəfli çöküşünü təmin edə bilməyən koalisiya qüvvələri artıq hərbi yolla yanaşı palel “yumşaq güc” vasitəsindən də yararlanmağa çalışır. Belə ki, Tayvan üzərindən rəsmi Pekinə qarşı yönələn hərbi təhdidlərin ardından Çin yeni ittihamlarla üz-üzə qalıb. Sincan polisinə aid kompüterlərinin serverindən Çinin son dərəcə məxfi bölgəsində çəkilmiş minlərlə fotoşəkillərin “oğurlanması” xəbəri yayılıb. BBC-nin əlinə keçmiş bu materiallarda isə oradan qaçmağa çalışan insanların odlu silahlarla öldürüldüyü qeyd olunur. Bildirilir ki, “Sincan polisinin faylları” BBC-yə bu ilin əvvəlində verilib və onların həqiqiliyini müəyyənləşdirmək üçün üzərində aylarla iş aparılıb. Sızdırılan məlumatlar həmin bölgədə uyğurların və türk mənşəli digər xalqların internirasiyasıyla bağlı yeni və mühüm informasiya mənbəyi sayılır.
Çinin “uyğur konslageri” siyasəti ifşa edilir
Vurğulanmalıdır ki, faylların dərc edilməsi BMT-nin İnsan Haqları üzrə Ali Komissarı Mişel Baçeletin Sincanla tanışlıq üçün Çinə gəlməsiylə eyni vaxta təsadüf edib. Çin hökumətinin tənqidçiləri Baçeletin səfər proqramına hakimiyyətin ciddi şəkildə nəzarət edəcəyindən narahatdırlar.
Bu sənədlərin ortaya çıxardığı təfərrüatlar isə bir-biri ilə əlaqəli iki fərqli kütləvi həbs sistemindən - “tərbiyələndirmə düşərgələri”ndən və həbsxanalardan uyğurlara qarşı istifadənin detallarını ortaya qoyur. Təbii olaraq həmin sənədlər və ya fotoşəkillər Çin hakimiyyətinin uyğurlar haqqında dərc etdiyi məlumatların doğruluğuna ciddi şübhə yaradır. Belə ki, hökumət Sincanda 2017-ci ildə tikilmiş düşərgələrin sadəcə “məktəb” olduğunu iddia etsə də, polis sisteminin daxili instruksiyaları, gözətçilərin siyahısı və məhbusların indiyə qədər heç yerdə dərc olunmamış şəkilləri bu bəyanatla kəskin ziddiyyət təşkil edir. Minlərlə insanın terrorçuluqda ittiham olunaraq həbs edilməsi internirasiya üçün bəhanə xarakteri daşıyır, polis sənədlərində isə çox sayda və son dərəcə sərt hökmlərə rast gəlinir.
Əslində bu kimi faktlar illərdir ki, dünya mediasında yer almaqdadır. Çində uyğurların hüquqlarının pozulması, onlara ən adi azadlıq hüququnun tanınması ilə bağlı bəlkə də minlərlə hesabatlar mövcuddur. Hər zaman üstündən sükutla keçilən bu məsələnin aktuallaşması, xarici medianın birdən-birə uyğur probleminə “diqqət yetirməsi” maraqlı nüansları ortaya çıxarır. Birincisi, bu kimi məxfi materialların “Sincan polisinə aid kompüterlərinin serverindən” oğurlanması özü şübhəli sayıla ibəlr. Çin hakimiyyəti o qədər də sadəlövh deyil ki, bu qədər həyati və şantaj kompramatı sayılacaq materialı adi əyalət polis idarəsinin serverində saxlamış olsun. Qərblə münasibətlərin mənfi tendensiya ilə inkişaf etdiyi bir vaxtda insan hüquqlarının məhdudlaşdırılması kimi ağır bir ittiham Çin hökuməti üçün böyük problemlər yarada bilər. Bu, istər BMT-nin, istərsə də digər beynəlxalq təşkilatların siyasi, hətta hərbi sanksiyalarına qədər yol aça bilər. Bütün bunları bilə-bilə Çin hökumətinin özünü “ələ verməsi” inandırıcı sayıla bilməz. O mənada, ortaya çıxmış bu materiallar insan hüquqları problemlərindən çox müharibə bəhanəsinə bənzəyir.
Tayvan planı “suya” düşdü
Bir məqama toxunmaq gərəkir ki, Çin ilə ABŞ arasındakı gərginliyin konturları son dövrlərdə daha açıq şəkildə görünməkdədir. Prezident Baydenin mayın sonunda reallaşan Uzaq Şərq səfəri bu məsələni tam aydınlığa qovuşdurmuşdu. Belə ki, Ağ Ev rəhbərinin Tokioda “Tayvan adasına tam dəstək bəyanatı çoxları tərəfindən Vaşinqtonun Çinlə silahlı münaqişənin mümkünlüyünün ilk rəsmi təsdiqi kimi qiymətləndirilmişdi. Düzdür, bəyanatın ardından ABŞ-ın dövlət strukturları prezident Baydenin sözlərinin yanlış təfsir olunduğunu desə də, bu, işə yaramamışdı. Baydenin açıqlamasının ardından Çin Xalq Azadlıq Ordusunun 30-a yaxın döyüş təyyarəsi Tayvanın hava hücumundan müdafiə zonasına daxil olmuşdu. Siyasi mütəxəssislər bu addımı məhz Baydenə cavab kimi qiymətləndirmişdi. ABŞ mətbuatı isə Ağ Ev administrasiyasındakı mənbələrə istinadən Vaşinqtonun Tayvan planı ilə bağlı yazırdı ki, Amerika siyasətinin məqsədi “Tayvanı bəzi rəsmilərin “kirpi” adlandırdığı yerə - silahlarla və ABŞ-ın digər dəstəyi ilə dolu ərazi”yə çevirməkdir. ABŞ dövlət katibi Entoni Blinken mövzu ilə bağlı son çıxışında ABŞ-Çin münasibətlərindəki gərginliyin dərəcəsini azaltmağa çalışmışdı. “Biz Tayvanın müstəqilliyini dəstəkləmirik. Biz Tayvan boğazının sahilləri arasındakı fikir ayrılıqlarının sülh yolu ilə həll olunmasını gözləyirik”, - deyə Amerika diplomatiyasının rəhbəri əlavə edib. Onun sözlərinə görə, Pekin getdikcə daha çox təxribat xarakterli ritorikadan və Tayvan yaxınlığında müntəzəm uçuşlardan istifadə edir. Rəsmi Vaşinqton isə təhlükəsizliyi önəmli sayır və Tayvanın sosial - iqtisadi sistemini “təhlükə altına salacaq hər hansı güc tətbiqinə və ya digər təzyiq formalarına” qarşı çıxacaq. Ağ Evin yeni Çin strategiyasının mərkəzində isə “inteqrasiya edilmiş çəkindirmə” prinsipi dayanır - müttəfiqlər və tərəfdaşlar Çinin artan təsirinə, o cümlədən Tayvana qarşı artan ambisiyalara qarşı birgə işləməyə cəlb edilirlər.
Göründüyü kimi, Tayvan planı açıq iflasa uğramasa da, ABŞ üçün o qədər də böyük uğur vəd etmir. Tayvan problemini daxili işi sayan Çin ABŞ-ı onun daxili işlərinə müdaxilədə günahlandırır. Bu baxımdan, ABŞ ortaya çıxan mənzərədə sanki Rusiyanın Avropadakı durumuna düşür. Bu isə rəsmi Vaşinqton üçün sərfəli deyil. Ortaya çıxan mənzərə bir reallığa fokuslanıb - Tayvan adası planı “suya” düşür...
Şərq sularında AUKUS, cənubda Hindistan, şərqdə isə uyğur-taliban birliyi...
Bu baxımdan, yeni mərhələdə uyğur məsələsinin yenidən aktuallaşması Vaşinqtonun siyasi xəttini dəyişdiyini, daha doğrusu, yenilədiyini deməyə əsas verir. Hərbi gücü yumşaq güclə əvəz edən ABŞ administrasiyası ikinci mərhələdə Çini daxildən zəiflətməyə çalışmaq niyyətindədir. Bir müddət öncə prezident Baydenin xaricdə yaşayan bir qrup uyğur nümayəndələri ilə qeyri-rəsmi görüşdüyü iddia edilirdi. ABŞ mətbuatı görüşün təfərrüatları ilə bağlı məlumat verməsələr də, bu qəbulun yeni siyasi situasiyaya hesablandığını yazırdılar. Hətta bəzi siyasi mütəxəssislər ABŞ-ın Talibanın Əfqanıstanda hakimiyyətə gəlməsinə “göz yummasını” da bununla əlaqələndirirdi. Belə ki, uyğurların təşkil olunacaq “siyasi mübarizəsinə” məhz Taliban vasitəsilə hərbi dəstəyin verilməsi nəzərdə tutulur. Bu isə Çin üçün mühüm problemlərə yol aça bilər. Düzdür, say etibarı ilə Çin bu məsələdə üstün görünsə də, Pekin iki, bəlkə də üç cəbhədə savaşmalı olacaq. Şərq sularında AUKUS, cənubda Hindistan, şərqdə isə uyğur-taliban birliyinə qarşı. Bu isə Asiyaya yeni geosiyasi reallıqlar qazandıra bilər...
Xəbər lenti
Hamısına bax
Xəbər lenti
28 İyun 12:20

Xəbər lenti
28 İyun 12:10

Mədəniyyət
28 İyun 12:02

Xəbər lenti
28 İyun 11:15

Xarici siyasət
28 İyun 11:12

Xəbər lenti
28 İyun 11:03

Turizm
28 İyun 10:43

Xəbər lenti
28 İyun 10:41

Xəbər lenti
28 İyun 09:59

Dünya
28 İyun 09:37

İqtisadiyyat
28 İyun 09:21

Xəbər lenti
28 İyun 09:19

Dünya
27 İyun 18:54

Xəbər lenti
27 İyun 18:16

Xəbər lenti
27 İyun 17:00

Xəbər lenti
27 İyun 16:33

Dünya
27 İyun 15:43

Gündəm
27 İyun 13:44

Xəbər lenti
27 İyun 12:03

Siyasət
27 İyun 11:41

Xəbər lenti
27 İyun 11:36

Xəbər lenti
27 İyun 11:27

İqtisadiyyat
27 İyun 11:23

Xəbər lenti
27 İyun 11:17

Xəbər lenti
27 İyun 11:15

Xəbər lenti
27 İyun 11:12

Siyasət
27 İyun 11:08

Xəbər lenti
27 İyun 11:06

Xəbər lenti
27 İyun 11:02

Xəbər lenti
27 İyun 10:53

İqtisadiyyat
27 İyun 10:51

Xəbər lenti
27 İyun 10:49

Gündəm
27 İyun 10:40

Xəbər lenti
27 İyun 10:38

İqtisadiyyat
27 İyun 10:26

Xəbər lenti
27 İyun 09:25

Xəbər lenti
27 İyun 09:24

Xəbər lenti
27 İyun 09:21

Xəbər lenti
26 İyun 23:34

Xəbər lenti
26 İyun 21:06

Gündəm
26 İyun 19:34

Xəbər lenti
26 İyun 18:30

Xəbər lenti
26 İyun 17:18

Xəbər lenti
26 İyun 15:10

Dünya
26 İyun 14:35

Gündəm
26 İyun 13:21

Xəbər lenti
26 İyun 12:40

Xəbər lenti
26 İyun 11:37

Xəbər lenti
26 İyun 11:04

Xəbər lenti
26 İyun 10:04

Gündəm
26 İyun 09:57

Gündəm
25 İyun 21:37

Dünya
25 İyun 20:47

Dünya
25 İyun 18:46

Xəbər lenti
25 İyun 18:44

Xəbər lenti
25 İyun 15:59

Siyasət
25 İyun 14:14

Siyasət
25 İyun 14:08

Xəbər lenti
25 İyun 13:40

Xəbər lenti
25 İyun 12:38

Xəbər lenti
25 İyun 12:04

Xəbər lenti
25 İyun 11:30

Mədəniyyət
25 İyun 10:35

Sosial
25 İyun 10:32

Sosial
25 İyun 10:29

Sosial
25 İyun 10:27

Xarici siyasət
25 İyun 10:25

Analitik
25 İyun 10:24

Xəbər lenti
25 İyun 10:22

Siyasət
25 İyun 10:18
