Tokayevin Sankt-Peterburq “həmləsi”...
21.06.2022 [10:29]
Rəsmi Astana yeni “siyasi çağırışları” necə “cavablandırdı”?
Pərviz SADAYOĞLU
Qazaxıstan Respublikasının prezidenti Kasım Jomart-Tokayevin Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunda bir sıra bəyanatlar səsləndirməsi regionda yeni siyasi reallıqların və situasiyanın yaranmasından xəbər verir. Xatırladaq ki, Tokayev Putinin də iştirak etdiyi Peterburq İqtisadi Forumunda erməni əsilli jurnalistin sualına cavab olaraq Qazaxıstanın Ukraynadan “müstəqilliyini” elan etmiş “dxr” və “lxr”-ı tanımayacağınıı deyib, onları “kvazi-dövlət” adlandırıb: “Müasir beynəlxalq hüquq BMT nizamnaməsidir. Nizamnamədə iki əsas prinsip var, hansı ki, müasir dövrdə bu iki prinsip bir-birinə ziddiyyətə gəlib çıxıb. Bunlar dövlətlərin ərazi bütövlüyü və xalqların öz müqəddəratını təyinetmə prinsipləridir. Birləşmiş Millətlər Təşkilatının yaradıcılarının ataları görünür həmin vaxt bu məqamı nəzərə almayıblar. Mümkündür ki, bunu bilərəkdən güzəşt kimi nizamnaməyə daxil ediblər. Əlbəttə ki, bu prinsiplər nə qədər bir-birinə zidd olsalar da, bununla bağlı fərqli anlayışlar mövcuddur. Bir kateqoriya deyir ki, dövlətlərin ərazi bütövlüyü müqəddəsdir. Digər kateqoriya düşünür ki, bu və ya digər dövlətin ərazisində olan hər hansı xalq öz müqəddəratını təyin etmə hüququna malikdir, daxil olduğu dövlətin tərkibindən çıxmaq hüququna malikdir. Əgər xalqların öz müqəddəratının təyin etmə prinsipi reallıqda Yer kürəsində həyata keçirilsə, hazırda BMT-yə daxil olan 193 dövlətin yerinə dünyada 500-600-dən çox dövlət yaranar. Əlbəttə ki, bu xaos olacaq. Ona görə də, bu prinsiplə biz nə Tayvanı, nə Kosovonı, nə Abxaziyanı, nə də Cənubi Osetiyanı tanımırıq. Görünür ki, bu prinsip Luqansk və Donetsk kvazi dövlətlərinə də tətbiq olunacaq. Bu da sizin açıq sualınıza açıq cavab”.
Bununla kifayətlənməyən Tokayev Putinin yanında Dövlət Dumasının deputatlarına və Rusiya təbliğatçılarına da şikayət edərək, onları ölkələr arasında nifaq salmaqda ittiham edib. Tokayev birmənalı şəkildə “Russia Today”in rəhbəri Marqarita Simonyanın əri Tiqran Keosayana işarə edib. Rusiya Dumasının MDB İşləri Komitəsinin rəhbəri Konstantin Zatulin isə Tokayevin açıqlamalarını yanlış hesab edib və “Ukrayna kimi” tədbirlərlə hədələyib.
Bundan əlavə Qazaxıstan prezidenti Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumuna səfəri çərçivəsində Rusiyanın Aleksandr Nevski ordenindən imtina edib. Bildirilib ki, Rusiya tərəfi Tokayevi adıçəkilən ordenlə təltif etməyi təklif edib və rədd cavabı alıb. Bunun isə Tokayevin prezidentlik səlahiyyətləri bitənə qədər xarici mükafatları qəbul etməmək qərarından irəli gəldiyi bildirilir.
Rusiyadan özünəməxsus cavab
Baş verənlər isə öz növbəsində Rusiya-Qazaxıstan münasibətlərində gərginliklər yaradıb. Belə ki, Rusiya Qazaxıstan neftinin ixrac üçün daşınmasına məhdudiyyətlər qoyur. Bu barədə “Kommersant” nəşri yazıb. Nəşr vəziyyətlə tanış olan mənbələrə istinadən xəbər verib ki, Qazaxıstanın Qərb alıcılarının onu sanksiyaya məruz qoyan Rusiya markalı “Urals” ilə qarışdırmamaq üçün adını dəyişməyi qərara aldığı neftin ixracı Novorossiysk limanında dayandırılıb. “Kommersant”ın həmsöhbətlərinin sözlərinə görə, buna səbəb liman sularında İkinci Dünya müharibəsindən qalma mina ola biləcək obyektlərin tapılmasıdır. Tədqiqat üçün Rusiya limanına ildə 67 milyon ton neft nəql edən Xəzər Boru Kəməri Konsorsiumunun (CPC) uzaq yanalma qurğularına bitişik akvatoriya bağlanıb. Növbəti minatəmizləmə işləri isə iyun ayının sonuna qədər davam edə bilər.
Vurğulanmalıdır ki, bu ilin mart ayında da Avropa Birliyinin Rusiya neftinə embarqo məsələsi gündəmə gətirilən zaman Rusiya limanla Qazaxıstan neftinin nəqlini 3 həftə müddətində dayandırmışdı. Həmin vaxt Qazaxıstan öz neftinin bir hissəsinin Azərbaycan üzərindən dünya bazarına çıxarılması üçün zəruri addımlar atmağa başlayıb. Eyni zamanda, Çinə ixracın artırılması istiqamətində də addımlar atılıb. Hansı ki, Qazaxıstanın Çinə neft ixracını artırması birbaşa Rusiyanın maraqlarına ziddir: Moskva Avropanın almadığı neftin əsas alıcılarından biri kimi məhz Çini görür.
Ən maraqlısı isə Qazaxıstanın öz ərazisindən Rusiya kömürünün nəqlini dayandırmasıdır. Hazırda Qazaxıstan ərazisində 1700 vaqon Rusiya kömürünün yığılıb qaldığı bildirilir. Rəsmi Astana bunu Avropa Birliyinin sanksiyaları ilə əsaslandırır. Amma həmin sanksiyalar avqustun 1-dən qüvvəyə minəcək. Bu addımı isə Qazaxıstanla yanaşı, Belarus da atıb. Rəsmi Minskin də bu addımı atmasının səbəbi Qazaxıstanla eynidir.
“Cənub qapısı” da Kremlin üzünə bağlana bilər
Görünən budur ki, Çinin ardından Rusiyanın da yaxın dövlətlərlə əlaqələrində problemlər yaranmağa başlayır. Qlobal liderlik uğrunda mübarizə post-sovet üçün də yeni reallıqlar vəd edir. Keçmiş İttifaqın ən böyük respublikalarından sayılan Qazaxıstanın anidən bu cür açıq reaksiyası dövlətlərarası münasibətlərdən daha çox geosiyasi “gedişlərin” nəticəsidir. Anti-Çin koalisiyasının güclənməsi, eləcə də koalisiyaya taliban Əfqanıstanının da daxil olması Qazaxıstanı müəyyən dərəcədə rahatlandırıb. Eləcə də, son dövrlərdə Avropa ilə Asiya arasında həm enerji, həm də iqtisadi mübadilənin yeni, alternativ yollar vasitəsilə həyata keçirilməsi müzakirələrinin intensivləşməsi Qazaxıstana və Mərkəzi Asiyanın digər ölkələrinə fikirlərini daha sərbəst ifadə etməsinə imkan yaradır. Artıq Şərq - Qərb istiqamətində yeni kommunikasiyalar qazanan Qazaxıstan dünyanın siyasi güclərinə müstəqil və yeni çağırışlarla səslənən siyasi kursa üstünlük verdiyini göstərir. Bu isə, qarşıdakı dövrdə daha ağır sanksiyaların təhdidi altında olan Rusiya üçün aşkar çətinliklər yaradacaq. Başqa sözlə, sanksiyaların fonunda “cənub qapısı” da Kremlin üzünə bağlana bilər.
Təbii ki, bu “qarşıdurmada” Qazaxıstanın regionun əsas taxıl ixracatçılarından biri olması da önəmli rol oynayır. Ukrayna taxılının ixracı ilə bağlı məsələdə Qərblə tam razılığa gələ bilməyən Rusiya situasiyanı öz xeyrinə dəyişməyə çalışsa da, buna nail ola bilməyəcək kimi görünür. Taxıl ixracı vasitəsilə ən azından regionu təhdid altında saxlamağa hazırlaşan Kremlin planları “Astana divarına” dəymiş kimi görünür. Özünün taxıl ehtiyatlarını məhz Türkiyə vasitəsilə dünya bazarına ixrac etməyi planlaşdıran Qazaxıstan isə özü üçün yeni üfiqlər açmaqla yanaşı, siyasi vəziyyəti kökündən dəyişmək imkanı da qazanıb.
KTMT tarixə qovuşur?
Qazaxıstanın bu davranışı Rusiyaya hərbi cəhətdən də zərbə vura bilər. Özünün cənub və cənub-şərq sərhədlərini KTMT-dəki müttəfiqləri vasitəsilə qoruyacağını düşünən Rusiya deyəsən bu dəfə də yanıldı. Qazaxıstanın bu mövqeyi yaxın zamanda ölkənin hərbi ittifaqdan da çıxa biləcəyinə işarə vurur. Bu isə öz növbəsində Rusiyanın sərhədlərində yaratdığı təhlükəsizlik çəmbərini zəiflədir. Məhz hərbi müttəfiqləri vasitəsilə öz sərhədlərini Taliban və bu kimi təhlükələrdən qoruyacağını düşünən Kreml artıq yeni planlar qurmalı olacaq. Çünki bu ayın sonunda baş tutacaq olan NATO və G7 ölkələrinin zirvə toplantıları yeni hərbi reallıqların ortaya çıxmasını şərtləndirə bilər. Bu reallıqlarda isə Qazaxıstanın hansı tərəfdə yer alacağı böyük önəm daşıyır. Ən azından Rusiya üçün...
Xəbər lenti
Hamısına baxDünya
16 Aprel 23:12
Dünya
16 Aprel 22:43
Dünya
16 Aprel 22:16
Elm
16 Aprel 21:59
Dünya
16 Aprel 21:20
İqtisadiyyat
16 Aprel 21:09
Dünya
16 Aprel 20:45
Dünya
16 Aprel 20:33
Sosial
16 Aprel 20:18
Dünya
16 Aprel 19:51
Dünya
16 Aprel 19:31
Dünya
16 Aprel 19:27
Gündəm
16 Aprel 18:59
Dünya
16 Aprel 18:23
YAP xəbərləri
16 Aprel 17:55
YAP xəbərləri
16 Aprel 17:20
Dünya
16 Aprel 17:19
Sosial
16 Aprel 17:16
Hadisə
16 Aprel 16:28
Dünya
16 Aprel 16:09
Sosial
16 Aprel 15:52
Siyasət
16 Aprel 15:50
Dünya
16 Aprel 15:32
Siyasət
16 Aprel 15:22
Sosial
16 Aprel 15:20
Siyasət
16 Aprel 15:10
Gündəm
16 Aprel 14:51
Sosial
16 Aprel 14:41
Sosial
16 Aprel 14:15
Siyasət
16 Aprel 13:53
Sosial
16 Aprel 13:34
Gündəm
16 Aprel 12:51
Sosial
16 Aprel 12:42
İqtisadiyyat
16 Aprel 12:42
İqtisadiyyat
16 Aprel 12:41
Gündəm
16 Aprel 12:27
Siyasət
16 Aprel 12:15
İqtisadiyyat
16 Aprel 11:53
İqtisadiyyat
16 Aprel 11:30
Gündəm
16 Aprel 11:12
Siyasət
16 Aprel 10:49
İqtisadiyyat
16 Aprel 10:35
MEDİA
16 Aprel 10:11
Analitik
16 Aprel 09:58
Gündəm
16 Aprel 09:31
Gündəm
16 Aprel 09:15
Sosial
16 Aprel 08:50
Elm
16 Aprel 08:39
Dünya
15 Aprel 23:25
Dünya
15 Aprel 23:10
Dünya
15 Aprel 22:41
Dünya
15 Aprel 22:19
YAP xəbərləri
15 Aprel 22:18
Dünya
15 Aprel 21:54
Sosial
15 Aprel 21:28
YAP xəbərləri
15 Aprel 21:23
YAP xəbərləri
15 Aprel 21:19
İdman
15 Aprel 20:45
Elanlar
15 Aprel 20:39
Siyasət
15 Aprel 20:26
Dünya
15 Aprel 20:17
Dünya
15 Aprel 19:50
Dünya
15 Aprel 19:22
YAP xəbərləri
15 Aprel 19:17
YAP xəbərləri
15 Aprel 18:58
İqtisadiyyat
15 Aprel 18:53
Dünya
15 Aprel 18:44
Elm
15 Aprel 18:25
Siyasət
15 Aprel 17:44
Dünya
15 Aprel 17:34

