NATO konsepsiyasına üç fərqli baxış...
05.07.2022 [10:30]
Alyans üzvləri arasında konsensus pozulub
NATO-nun Madrid sammiti Alyansın yeni konsepsiyasının qəbulu ilə yadda qalsa da, maraqlı bir məqam gözdən qaçmadı. Qurum bu dəfə də özünün monolitliyini “sübuta yetirə bilmədi”. Bəlli olduğu kimi, yeni konsepsiyaya əsasən Alyansın ən strateji hədəfləri olaraq Rusiya və Çin seçilib. Bu mənada növbəti mərhələdə bu hədəflərə qarşı mübarizənin daha da kəskinləşdirilməsi nəzərdə tutulur. Amma NATO-nun bütün üzvləri heç də bu fikirlə tam razılaşmırlar. Böyük Britaniyanın “The Sunday Times” nəşri yazır ki, Ukrayna məsələsində hələ də Alyans daxilində yekdillik yoxdur. Qəzet Rusiya-Ukrayna münaqişəsinin həlli yolları ilə bağlı ölkələrin üç düşərgəyə bölündüyünü qeyd edir.
Pərviz SADAYOĞLU
Rusiyaya münasibətdə üç rəy - göyərçin, qırğı, yoxsa dəvəquşu...
Nəşrin bildirdiyinə görə, NATO tərkibində “qırğılar”, “göyərçinlər” və “dəvəquşu” adlandırılan üç ölkə qrupu formalaşıb. Qəzetin qənaətincə, “qırğılar” qrupuna aid olan dövlətlər hesab edir ki, Rusiyaya elə bir zərbə vurmaq lazımdır ki, bir daha o, öz qonşuları üçün təhlükə yarada bilməsin. Bundan əlavə, onların fikrincə, NATO Donbas və Krımı Ukraynanın nəzarətinə qaytarmaq üçün mümkün olan hər şeyi etməli, həmçinin Rusiyada hakimiyyət dəyişikliyi üçün zəmin yaratmalıdır. Bu kateqoriyaya Rusiya ilə həmsərhəd ölkələr, xüsusən də Polşa daxildir.
“Göyərçinlər” qrupuna nəşr Ukraynanın ərazi güzəştləri hesabına olsa belə, hərbi əməliyyatların tezliklə dayandırılmasının tərəfdarı olan ölkələri aid edib. Bu xüsusda onlar rus qoşunlarının fevralın 24-dək olan mövqelərinə çəkilməsinə razı ola bilərdilər. Qəzet bu kontekstdə Skandinaviya ölkələrindən birinin adı açıqlanmayan rəsmisinə istinadən yazıb ki, “belə bir sövdələşmə ədalətsiz olardı, amma praktikdir”.
“Dəvəquşu” qrupuna isə qəzet alyansın sənədlərini formal olaraq dəstəkləyən, daha az müqavimətli bir yol axtaran və ən çox öz daxili problemlərinə fokuslanan ölkələri aid edib. “The Sunday Times”ın yazdığına görə, bu qrupa ələlxüsus Cənubi Avropa ölkələri daxildir.
Ukrayna da hamı kimi “növbəyə” durmalıdır...
Görünən budur ki, hətta yeni konsepsiyanın fonunda belə, NATO-nun Rusiya və Çinə qarşı qəti mübarizəsəni təşkil etmək mümkün olmur. Təbii ki, burada ortadakı “problemə” yanaşma məsələsi böyük əhəmiyyət daşıyır. Xatırladaq ki, bir müddət öncə Ukraynanın Avropa İttifaqına daxil olması məsələsi də gündəmə gəldiyi zaman aparıcı Qərb blokunun təzyiqlərinə baxmayaraq bəzi dövlətlər bunu heç də zərurət kimi dəyərləndirməmişdilər. Əsasən Şərqi və Mərkəzi Avropa dövlətləri Ukraynanı da digər “namizədliyə namizəd” ölkələr kimi prosedurlara riayət etməli olduğunu diqqətə çatdırmışdı. Bütün bunlar isə ümumi halda bir faktı növbəti dəfə təsdiqləyir - Rusiyaya münasibətdə aqressiyanı deyil, mümkün kompromisi daha effektiv alternativ kimi qəbul edən ölkələr hələ də mövcuddur. Bu dövlətlər Avropa coğrafiyasını fərqli maraqların savaş poliqonu kimi görmək istəmirlər. Bir müddət öncə Avropa Komissiyası rəsmilərinin İttifaqda “yekdil rəy” platformasının ləğvini gündəmə gətirməsi də məhz bu fikir ayrılıqlarından qaynaqlanırdı.
“Qızıl orta” axtarışı nəticə verəcəkmi?
Hazırda NATO platformasında da buna bənzər ab-hava hökm sürməkdədir. Məsələn, Böyük Britaniyanın xarici işlər naziri Liz Trass “Journal du Dimanche” qəzetinə müsahibəsində deyib ki, Kiyevə aşkar qələbə lazımdır, ona görə də yeni Minsk razılaşmalarının bağlanmasına yol vermək olmaz.
Nazir bildirib ki, o, razılaşmalara qarşıdır: “Çünki sənəd zəif düşünülsə, Rusiya prezidenti Vladimir Putin qüvvələrini yenidən toplaya və hücuma keçə bilər. Ona görə də biz yeni Minsk razılaşmasını qəbul edə bilmərik. Ukraynaya öz təhlükəsizliyini bərpa edəcək xalis qələbə lazımdır”.
Bu artıq məsələnin güc yolu ilə həllinin diktə edilməsidir ki, NATO-nun bəzi üzvləri haqlı olaraq bunu qəbul etmirlər. Hətta bəzi Alyans üzvü olan ölkələr bu gün də Rusiya ilə ikitərəfli ticari əlaqələrini kəsməyiblər. Ukraynada davam edən müharibəyə münasibəti NATO ilə üst-üstə düşməsinə baxmayaraq həmin ölkələr tam gücü ilə Rusiyanın çökdürülməsinə də qarşıdırlar. Bu dövlətlər daha liberal yanaşma ilə problemin həllində “qızıl orta”nın müəyyənləşdirilməsinin tərəfdarı kimi çıxış edirlər. Nəticə etibarı ilə, siyasi mütəxəssislər məhz bu dövlətlərin yanaşmasını daha rasional hesab edirlər. İndiki halda ABŞ-ın timsalında Qərbin maraqlarının Avropada təmin olunmasına yönələn yeni NATO konsepsiyası da ənənəvi köhnə qitə dövlətlərinin ürəyincə deyil. Onlar daha təhlükəsiz və iqtisadi əlaqələrin daha geniş olduğu Avropanın geridönüşünü arzulayırlar.
Xəbər lenti
Hamısına baxDünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13

