SEPAH - İslam inqilabının keşikçisi, yoxsa terror təşkilatı...
01.11.2022 [10:40]
Sentyabrın 16-da İranda 22 yaşlı Məhsa Əmininin əxlaq polisi tərəfindən zorakılığa məruz qalması və bir neçə saatdan sonra xəstəxanada vəfat etməsi əhalinin gərginləşməsinə, davamlı etiraz aksiyalarının başladılmasına səbəb olub.
SEPAH dəstələrinin özbaşınalığına etirazdan qaynaqlanan aksiyalar artıq 2 aya yaxındır ki, davam edir. Ötən iki ay ərzində İran hökuməti etirazçıların istəklərini dinləməkdənsə, dəyənək gücündən istifadə etməyə üstünlük verir. Bu işdə isə hökumətin ən yaxın “xidmətçisi” İran İslam İnqilabı Keşikçilər Korpusu, başqa adla SEPAH-dır. Məhz SEPAH şəhər və bölgələrdə insanlara qarşı görünməz vəhşiliklər törədir, divan tutur, işgəncələr verir, günahsız insanların ölümünə səbəb olur. Məsələn, İranın Sınandaş ərazisində insanların azadlıq etirazına qarşı hökumət qüvvələri silahla cavab veriblər. SEPAH gücləri birbaşa mənzillərə atəş açıblar. Bu barədə görüntülər sosial şəbəkələrdə paylaşılıb. Tonekabon şəhərində də SEPAH qüvvələriylə etirazçılar arasında qarşıdurma baş verir. Zahedan şəhərində isə SEPAH bölmələri insanları güllələmək üçün döyüş patronlarından istifadə edib. Bu barədə teleqram səhifələrində video və məlumatlar yayılıb. Bəluçestan əyalətinin Səravan şəhərində repressiv qüvvələrlə etirazçılar arasında yaşanan qarşıdurmada isə gözyaşardıcı qazdan istifadə olunub. Bundan başqa, SEPAH qüvvələri 19 yaşlı gənci vəhşicəsinə döyərək öldürüblər. Ərak şəhərindən olan və aşpaz kimi çalışan 19 yaşlı Mehrşad Şəhidi oktyabrın 27-də kütləvi etirazlar zamanı təhlükəsizlik qüvvələri tərəfindən vəhşicəsinə öldürülüb. O, çoxsaylı dəyənək zərbələri nəticəsində həyatını itirib. Mahabad şəhərində baş verən iğtişaşda 3 nəfər ölüb.
Bu siyahını daha da artırmaq olar. Ötən günlər ərzində SEPAH-ın ölkə əhalisinə qarşı silahdan istifadə etməsi, həbs olunanları işgəncələrə məruz qoyması, günahsız insanlara, hətta mənzillərə belə atəş açması bu qorxunc silahlı dəstə ilə bağlı deyilənləri bir daha təsdiqləyir. Bunun nəticəsidir ki, artıq dünyanın 5 ölkəsi - ABŞ, İsrail, Səudiyyə Ərəbistanı və Bəhreyn SEPAH-ı terror təşkilatı kimi tanıyır. Amma bu siyahı arta bilər. Belə ki, SEPAH Almaniya və Avropa İttifaqının (Aİ) terror təşkilatları siyahısına salına bilər. “Report” “Iran International”a istinadən xəbər verir ki, bu barədə Almaniyanın xarici işlər naziri Analena Berbok danışıb. Onun sözlərinə görə, Almaniya və Aİ bu məsələni nəzərdən keçirir. XİN başçısı Birgə Hərtərəfli Fəaliyyət Planının (İran və bir qrup dövlət arasında İranın nüvə proqramı ilə bağlı 5+1 kimi tanınan siyasi razılaşma) bərpası üzrə danışıqların getmədiyini də vurğulayıb.
“Milyardlarla dollarlıq iş imperiyası”na çevrilən SEPAH
1979-cu ildə İran şiələrinin lideri Xomeyninin tərəfdarları olan İslam İnqilabı Komitələrinin hərbiləşdirilmiş dəstələrinin bazasında yaradılan İslam İnqilabı Keşikçiləri Korpusu (İİKK) - SEPAH həmin dövrdə də özünün qəddarlığı ilə ad çıxarmışdı. Bu təşkilat haqda danışarkən, onun İran-İraq müharibəsində törətdikləri, həmçinin “Hizbullah” təşkilatının yaradılmasında fəal iştirakı da gözardı edilməməlidir. Rəsmi olaraq İran silahlı qüvvələrinin ən böyük qoşunu olan bu qorxunc birliyin adı xalq arasında vahimə, xof və qorxu ilə assosiasiya olunur. Guya daxili sabitliyin təmin edilməsinə, inqilabın qorunmasına və “azğınlığın” qarşısının alınmasına “cavabdehlik” daşıyan SEPAH özünün səlahiyyətində olmayan digər işlərlə də məşğul olur. Məsələn, çirkli pulların yuyulması, terrorun maliyyələşdirilməsi, hətta terrora hərbi dəstəyin verilməsi SEPAH-ın “səlahiyyətlərinə” daxildir. Təsadüfi deyil ki, müxtəlif mənbələrdən verilən məlumatlara görə, son illərdə “milyardlarla dollarlıq iş imperiyası”na çevrilən SEPAH, İran Milli Neft Şirkəti və “İmam Rza Fondu”ndan sonra İranın üçüncü ən varlı təşkilatıdır. Bu isə dünyanın bəzi terrorçu qruplarla işbirliyinin ortaya çıxardığı nəticələrdir.
Milyonlarla üzvü olan casus şəbəkəsi, bütün KİV-ə nəzarət
İdeoloji yönümlü “polis ordusu” funksiyasını daşıyan SEPAH İranda böyük səlahiyyətlərə malikdir. Hətta prezident Mahmud Ahmedinejadın dövründə SEPAH-ın genişləndirilmiş sosial, siyasi, hərbi və iqtisadi rolu 2009-cu il prezident seçkiləri və seçki sonrası etirazların yatırılması zamanı daha aydın hiss edilməyə başlamışdı. Həmin vaxt etirazçılara tutulan divan, verilən işgəncələr bu qərarın əbəs yerə rəsmiləşdirilmədiyindən xəbər verirdi.
İnqilab keşikçilərinin media təşkilatı “Sepah News” olsa da, bütün KİV, təbliğat ruporları SEPAH-ın əlində cəmləşib. Daha doğrusu, SEPAH-dan iznsiz hər hansı bir materialın dərc olunması və ya yayımlanması qeyri-rəsmi qadağandır. Əks halda, SEPAH keşikçisinin ağır dəyənəyi ilə üz-üzə qalmalı olarlar. Bu isə, İranda “söz azadlığı prinsipinin” də məhz SEPAH tərəfindən “tənzimlənməsindən” xəbər verir.
SEPAH İranın bütün ərazilərini nəzarət altında saxlayır. Təşkilatın İran ərazisində 16 qərargah və şurası fəaliyyət göstərir. Onlar da öz növbəsində inzibati bölgələrə, baza və postlara bölünür. Bu isə zorakılıq maşını statusunu qazanmış SEPAH-ın bütün prosesləri ələ almasına kömək edir. Bundan başqa, SEPAH-ın milyonlarla üzvü olan casus şəbəkəsi də ona bu işdə yardımçı olur. SEPAH İran qoşunlarını da tam nəzarəti altında saxlayır. Hətta hərbi sistemdə belə hansısa bir etiraz həmin şəxsin ölümünə yol aça bilər.
Suriyada öldürülən 6 general - SEPAH Hizbullahı da maliyyələşdirir
SEPAH dünyanın bir sıra ölkələrində hərbi toqquşmalarda da iştirak edib. Məsələn, SEPAH Suriya vətəndaş müharibəsində Bəşər Əsədin tərəfində döyüşüb. Bir ölkənin daxili işlərinə qarışmaqda “maraqlı” olan SEPAH-ın burada verdiyi itkilərin də sayı az deyil - SEPAH Suriya döyüşlərində 6 generalını itirib. 8 oktyabr 2015-ci ildə SEPAH generalı Hüseyn Həmədani Hələb yaxınlığında öldürülüb. Həmin il oktyabrın 12-də korpusun yüksək rütbəli hərbi rəhbərləri general-mayor Fərşad Xasunizadə və briqada generalı Həmid Möhtərbənd Suriyada gedən döyüşlərdə həyatını itirib. Bundan başqa, Suriyada İİKK-nın Fatemiyun diviziyasının briqada generalı Rza Xavəri də öldürülən generalların siyahısındadır. 3 yanvar 2020-ci ildə İran İslam İnqilabı Keşikçiləri Korpusunun generalı Qasım Süleymani ABŞ Hərbi Hava Qüvvələrinin prezident Donald Trampın icazəsi ilə Bağdad Beynəlxalq Hava Limanına endirdiyi hava zərbəsi nəticəsində öldürülüb.
SADİQ
Xəbər lenti
Hamısına baxAnalitik
17 Aprel 10:15
Gündəm
17 Aprel 09:58
Analitik
17 Aprel 09:33
Elm
17 Aprel 09:14
Sosial
17 Aprel 08:51
Sosial
17 Aprel 08:30
Gündəm
17 Aprel 08:15
Hərbi
17 Aprel 07:42
Siyasət
17 Aprel 07:32
Siyasət
17 Aprel 07:31
Dünya
16 Aprel 23:12
Dünya
16 Aprel 22:43
Dünya
16 Aprel 22:16
Elm
16 Aprel 21:59
Dünya
16 Aprel 21:20
İqtisadiyyat
16 Aprel 21:09
Dünya
16 Aprel 20:45
Dünya
16 Aprel 20:33
Sosial
16 Aprel 20:18
Dünya
16 Aprel 19:51
Dünya
16 Aprel 19:31
Dünya
16 Aprel 19:27
Gündəm
16 Aprel 18:59
Dünya
16 Aprel 18:23
YAP xəbərləri
16 Aprel 17:55
Siyasət
16 Aprel 17:32
YAP xəbərləri
16 Aprel 17:20
Dünya
16 Aprel 17:19
Sosial
16 Aprel 17:16
Hadisə
16 Aprel 16:28
Dünya
16 Aprel 16:09
Sosial
16 Aprel 15:52
Siyasət
16 Aprel 15:50
Dünya
16 Aprel 15:32
Siyasət
16 Aprel 15:22
Sosial
16 Aprel 15:20
Siyasət
16 Aprel 15:10
Gündəm
16 Aprel 14:51
Sosial
16 Aprel 14:41
Sosial
16 Aprel 14:15
Siyasət
16 Aprel 13:53
Sosial
16 Aprel 13:34
Gündəm
16 Aprel 12:51
Sosial
16 Aprel 12:42
İqtisadiyyat
16 Aprel 12:42
İqtisadiyyat
16 Aprel 12:41
Gündəm
16 Aprel 12:27
Siyasət
16 Aprel 12:15
İqtisadiyyat
16 Aprel 11:53
İqtisadiyyat
16 Aprel 11:30
Gündəm
16 Aprel 11:12
Siyasət
16 Aprel 10:49
İqtisadiyyat
16 Aprel 10:35
MEDİA
16 Aprel 10:11
Analitik
16 Aprel 09:58
Gündəm
16 Aprel 09:31
Gündəm
16 Aprel 09:15
Sosial
16 Aprel 08:50
Elm
16 Aprel 08:39
Dünya
15 Aprel 23:25
Dünya
15 Aprel 23:10
Dünya
15 Aprel 22:41
Dünya
15 Aprel 22:19
YAP xəbərləri
15 Aprel 22:18
Dünya
15 Aprel 21:54
Sosial
15 Aprel 21:28
YAP xəbərləri
15 Aprel 21:23
YAP xəbərləri
15 Aprel 21:19
İdman
15 Aprel 20:45
Elanlar
15 Aprel 20:39

