Vahid məqsəd, vahid amal uğrunda...
17.11.2022 [10:14]
15 il əvvəl dünyaya TÜRK birliyi mesajı Bakıdan verilmişdi
Həmin gün ölkəmizdə ilk dəfə olaraq Türk dövlət və cəmiyyətlərinin dostluq, qardaşlıq və əməkdaşlıq qurultayı keçirilib
Qloballaşan dünyada türk dövlətlərinin və xalqlarının birliyi zərurətə çevrilib. Sovetlər ittifaqı dağıldıqdan sonra türk dövlətləri ilə münasibətlər qurmaq və inkişaf etdirmək Azərbaycanın xarici siyasətində prioritet olub. Bu siyasətin əsasını qoyan ümummilli liderimiz Heydər Əliyevin türk birliyinin güclənməsi istiqamətindəki xidmətləri danılmazdır. Hər il Türkdilli Dövlətlərin Zirvə Görüşünün keçirilməsi də məhz Ulu Öndərimizin təşəbbüsləri sırasında olub.
Hazırda bu siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. 2003-cü ildən etibarən İlham Əliyevin dövlət başçısı kimi siyasətində türk dünyasının birliyinin gücləndirilməsi xüsusi yer tutur. Bu baxımdan, 15 il öncə- 2007-ci ilin 17 noyabrında Bakıda Türk dövlət və cəmiyyətlərinin XI dostluq, qardaşlıq və əməkdaşlıq qurultayının keçirilməsi də vurğulanmalıdır. Prezident İlham Əliyevin təşəbbüsü ilə ölkəmizdə keçirilən qurultayda 30-dan çox ölkədən 800 nümayəndə və qonaq iştirak edib. Qonaqlar sırasında Türkiyənin o vaxtkı Baş naziri Rəcəb Tayyib Ərdoğan, Şimali Kiprin Prezidenti Mehmet Əli Tələt və digər türk dövlətlərinin rəsmi şəxsləri də var idi. Həmin vaxta qədər əvvəlki qurultaylar Türkiyədə keçirilirdi. Amma Prezident İlham Əliyevin təklifi ilə XI qurultay Bakı şəhərində baş tutdu. XI qurultaydakı çıxışında dövlətimizin başçısı bu barədə deyib: “Türk dövlət və cəmiyyətlərinin XI dostluq, qardaşlıq və əməkdaşlıq qurultayının Azərbaycanda keçirilməsi bütün türk dünyası üçün çox böyük hadisədir. Qurultaylar, adətən, Türkiyədə keçirilirdi. Mən xatırlayıram, keçən il biz Antalyada qurultayda bərabər iştirak etmişdik. Orada çox vacib, çox önəmli qərarlar qəbul edilmişdi, çox maraqlı müzakirələr keçirilmişdi. Mən çox şadam ki, növbəti qurultayın Azərbaycanda keçirilməsi barədə bizim təklifimiz qəbul olundu və bu gün biz bu gözəl qurultayı Bakıda keçiririk. Bu bir daha onu göstərir ki, bütün türk dünyası birləşməyə doğru daha da sürətlə gedir. Buna çox böyük ehtiyac var”. Prezident İlham Əliyev Azərbaycanda keçirilən bu qurultayın bütün türk dünyasının birləşməsində çox mühüm bir addım olacağını və bizim birliyimizi daha da möhkəmləndirəcəyini vurğulayıb.
Ümumiyyətlə, türkdilli dövlət və cəmiyyətlərinin XI dostluq, qardaşlıq və əməkdaşlıq qurultayı respublikamızın bütövlükdə türk dövlətlərinin konsolidasiya və əməkdaşlıq mərkəzinə çevrildiyini göstərdi. Bir qayda olaraq Türkiyədə keçirilmiş belə qurultayın ilk dəfə Azərbaycanda təşkili, respublikamızın türk dünyasındakı həlledici rolundan, artan nüfuzundan irəli gəlirdi. Qurultayın başlıca məqsədi türk dövlət və cəmiyyətləri arasında dostluq, qardaşlıq və əməkdaşlıq əlaqələrini inkişaf etdirmək, onların arasında informasiya mübadiləsinə nail olmaq, iqtisadi inkişaf sahəsində qarşılıqlı əməkdaşlığı genişləndirən tədbirlər görmək, türk dövlət cəmiyyətlərinin ümumi problemlərinin birlikdə həlli yollarını araşdırmaqdan ibarət olub. Qurultayın Azərbaycan paytaxtında keçirilməsi vahid məqsəd, amal uğrunda həyata keçirilən işlərin yeni mərhələsinə çevrildi. Beləliklə, Prezident İlham Əliyevin “bütün türk dünyası birləşməyə doğru daha da sürətlə gedir” fikrinin və ideyasının məntiqi nəticəsi kimi bu qurultaydan cəmi iki il sonra Naxçıvan şəhərində Türkdilli Ölkələrin Əməkdaşlıq Şurası (indiki Türk Dövlətləri Təşkilatı) yarandı.
Türkdilli dövlət və cəmiyyətlərinin XI dostluq, qardaşlıq və əməkdaşlıq qurultayında çıxış edən Türkiyənin o vaxtkı Baş naziri Rəcəb Tayyib Ərdoğan da bildirib ki, geniş bir coğrafiyada yerləşən ölkələrimiz və qardaş cəmiyyətlərimiz tarixin dərinliyindən gələn yaxın, güclü və sarsılmaz tellərlə bir-birinə bağlıdır: “Bu qardaşlığımız köklərini qədim dəyərlərimizdən, dərin tarixi, mədəni və insani əlaqələrdən almaqdadır. Bizləri birləşdirən bu əlaqələr həm də ölkələrimizə böyük imkanlar bəxş etməkdədir. Tarixi hadisələr keçmişdə bu əlaqələrimizin ortaya çıxmasını əngəlləmiş və aramıza sərhəd qoymuşdursa da, xoşbəxtlikdən, bu gün tarixi imkanlarla üz-üzəyik. Biz bir-birimizin təbii ortaqlarıyıq. Tariximizə, mədəniyyətimizə, inancımıza söykənərək, aramızdakı əməkdaşlıq potensialını hərəkətə gətirməliyik. Məhz bu qurultay da bu məsələləri hərtərəfli, vahid mövqedən yanaşaraq müzakirə etmək, dəyərləndirmək imkanı yaradacaqdır”.
Göründüyü kimi, artıq bu gün türk dünyasının birliyi reallığa çevrilməkdədir. Türk Dövlətləri Təşkilatının sıralarının genişlənməsi, siyasi, iqtisadi, mədəni, o cümlədən hərbi sahələrdə əməkdaşlığın gücləndirilməsi istiqamətində qəbul olunan qərarlar türk birliyinin qlobal gücə çevrilməsi yolunda atılan addımlardır. Bu hədəfin reallaşmasında isə Azərbaycan Prezidenti İlham Əliyevin müstəsna rolu var. Prezident İlham Əliyev ümumtürk birliyinin möhkəmləndirilməsi xəttini xarici siyasətdə mühüm istiqamətlərdən biri kimi müəyyənləşdirərək, təkcə Türkiyə ilə deyil, Orta Asiyanın türk dövlətləri ilə münasibətləri gücləndirmək xəttinə üstünlük verir. Dövlət başçısı türk xalqlarının oxşar milli irsinə, dəyərlərinə, mental xüsusiyyətlərinə həm də güclü ideoloji-siyasi amil kimi yanaşır. Ona görə də, bu gün Azərbaycan türk dövlətlərinin inteqrasiyası prosesinin sadəcə iştirakçısı deyil, həm də ən fəal təşəbbüskarlarındandır. Azərbaycan türk dünyasının mənəvi birliyinin siyasi təzahürünə nail olmaq, dünya qarşısına bütün cəhətlər üzrə daha üstün sivilizasiya ilə çıxmaq zərurətini diqqət mərkəzində saxlayır. Türk dövlətlərinin birliyi istiqamətində səylərin daha da intensivləşdirilməsi bu qənaəti bir daha gücləndirir. Son illər regionda və dünyada cərəyan edən qlobal siyasi-iqtisadi proseslər də türk xalqlarının birliyini aktual məsələ kimi gündəmə gətirir.
Türk dövlətlərinin, xalqlarının, diaspor təşkilatlarının vahid ideya və məqsədlər uğrunda mübarizə aparması, ideoloji-siyasi cəbhədə eyni mövqe nümayiş etdirməsi, erməni lobbisinə qarşı mütəşəkkil mübarizəyə qoşulması Azərbaycanın ən çox səy göstərdiyi məsələlərdəndir. Rəsmi Bakının tarixi, siyasi və dini baxımdan Azərbaycana yaxın olan türk respublikaları ilə ikitərəfli və çoxtərəfli münasibətlərin genişləndirilməsi təşəbbüsləri də məhz bu məqsədə xidmət edir. Beləliklə, Azərbaycan Prezidenti İlham Əliyev türk dövlətləri ilə əlaqələrin daha böyük coğrafi arealda genişləndirilməsinə çalışmaqla, bütövlükdə türk dünyasının qəbul etdiyi, hesablaşdığı, rəğbət bəslədiyi birləşdirici lider statusunda çıxış edir. Bu əzmkar fəaliyyət milli-dini yaxınlıq amili və təəssübkeşlik prinsiplərindən bir qədər də irəliyə gedərək, bütövlükdə türk xalqlarının dünya siyasətindəki tarixi yerini, beynəlxalq proseslərə təsir imkanlarını və nüfuzunu təmin etməyə yönəlmiş mühüm və tarixi missiyadır.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13

