“Pəncə-Qılınc”əməliyyatı: terrora “hə” və “yox” deyənlər...
23.11.2022 [10:34]
Türkiyə öz mövqeyində qətidir
İstanbulun İstiqlal küçəsində baş vermiş terror hadisəsinin ardından Türkiyə Silahlı Qüvvələrininin keçirdiyi “Pəncə-Qılınc” Hava Hərəkatı ilə terrorçu qruplara böyük zərbə vurulub. Noyabrın 21-də Türkiyənin Milli müdafiə naziri Hülusi Akar, Baş Qərargah rəisi, ordu generalı Yaşar Gülər və silahlı qüvvələrin komandirləri Quru Qoşunları Komandanlığında olublar. Akar terror təşkilatı PKK/YPG-nin sərhəd xəttində həyata keçirdiyi hücumlar, bölmələrin fəaliyyəti və son vəziyyətlə bağlı sərhəd xəttində yerləşən birlik komandirlərindən məlumat alıb, təlimatlar verib.
Keçirdiyi mətbuat konfransında nazir Akar İraqın şimalında Qəndil, Asos, Hakurk, Arap Bulaq, Manbiç, Zor Mağarası bölgəsi, Tel Rıfat, Cizirə və Derik bölgələrindəki hədəfləri vuran “Pəncə-Qılınc” əməliyyatı nəticəsində terrorçulara aid 89 hədəfin məhv edildiyini bildirib: ““Pəncə-Qılınc” əməliyyatının başladığı gündən bu yana qurudan atəşə dəstək maşınları və təyyarələrlə 184 terrorçu zərərsizləşdirilib. Düşünürük ki, bu rəqəm daha da artacaq”.
Qaziantepə xain hücum - biri uşaq olmaqla iki nəfər həyatını itirib
Xatırladaq ki, “Pəncə-Qılınc” Hava Hərəkatı nəticəsində ağır zərbə alan PKK/YPG terror təşkilatı Suriyanın şimalındakı Tel Rifat və Ayn Əl Ərəb (Kobani) bölgələrindən Qaziantepin Karkamış rayonunda mülki yaşayış məntəqələrini hədəf alan raket və minaatanlarla hücuma keçib. Nəticədə azyaşlı Həsən Karataş və müəllim Ayşenur Alkan həyatlarını itiriblər. 2-si ağır olmaqla 19 nəfər yaralanıb. Raketlərin atıldığı ərazilər Türkiyə Silahlı Qüvvələri tərəfindən bombalanıb. Nazir Akar bildirib ki, terrorçular xain xislətlərini bir daha bütün dünyaya göstərdilər: “Terror hadisəsindən sonra bütün məlum hədəflər atəşə dəstək maşınları və təyyarələrlə vurulub və vurulmaqda davam edir”.
Qətər səfərindən qayıtdıqdan sonra jurnalistlərin gündəmlə bağlı suallarını cavablandıran Prezident Rəcəb Tayyib Ərdoğan “Pəncə-Qılınc” Hava Hərəkatından sonra quru əməliyyatının başlaya biləcəyinə də işarə edib. Dövlət başçısı bildirib ki, bu əməliyyat təsadüfi bir əməliyyat deyil: “Kimsə bizim ölkəmizi narahat edirsə, bunun əvəzini ona ödətdirəcəyik. Cənubumuzda bizə qarşı çoxlu hücumlar planlaşdıran və ya belə hücumlar həyata keçirən, təhlükə yaradan terror təşkilatları var. “Bir gecə anidən gələ bilərik” sözünü boş yerə deməmişik. Bu addımlar nəzərdə tutulan vaxtda atıldı. Gecə əməliyyatı da bunun təzahürü idi. Terror təşkilatlarını zərərsizləşdirmək və məhv etmək təhlükəsizlik güclərimizin əsas vəzifəsidir. Bu, təkcə hava hücumları ilə məhdudlaşmır. Quru Qoşunlarından buna nə qədər güc cəlb edilməlidir - müvafiq bölmələrimiz, Müdafiə Nazirliyimiz və Baş Qərargahımız birlikdə qərar verir. Məsləhətləşmələrimizi aparırıq, sonra ona uyğun addımlarımızı atırıq”.
Prezident Ərdoğan bildirib ki, 2019-cu ildə Soçidə Rusiya ilə müvafiq müqavilə imzalanıb və Rusiya da üzərinə ərazidəki terrorçuları təmizləmək öhdəliyi götürüb: “Təəssüf ki, dəfələrlə xatırlatsaq da, bunu etməyiblər, bacarmırlar. Onlara səssiz qalmayacağımızı, buna qarşı addım atacağımızı söylədik. Bu çərçivədə “Fırat Qalxanı” əməliyyatı çərçivəsində Kobanidə yuva quran terrorçuları, oradakı 12 hədəfi zərərsizləşdirdik. Bu əməliyyatda da davamlılıq var. İndiki əməliyyatla bağlı isə cənab Bayden və ya cənab Putinlə heç bir söhbətimiz olmayıb. Amma həm cənab Bayden, həm də cənab Putin artıq bilirlər ki, biz bu regionda istənilən vaxt belə əməliyyatlar keçirə bilərik. Türkiyənin təhlükəsizlik təşkilatı, bizlər icazə ilə çalışmırıq”.
Türkiyə dövlətinin baş verənlərdən sonra ABŞ-a qarşı münasibəti də sərt olub. Prezident Rəcəb Tayyib Ərdoğan bildirib ki, biz NATO müttəfiqiyik: “Lakin təəssüf ki, Suriyadakı terror zonasına minlərlə təchizat və avadanlıq, sursat və silah göndərən ABŞ olub. Bu, cənab Obamanın dövründən olub, cənab Tramp dövründə də davam edib və cənab Baydenin dövründə də davam edir. Mən bunları cənab Baydenlə də müzakirə etmişəm və bildirmişəm ki, buradakı terror təşkilatlarına bu dəstəyi verməklə bizi çətin vəziyyətə salırsınız. Təbii ki, biz bu problemlərlə yaşaya bilmərik. Lazım olanda onlara lazımi cavabı verməli olacağımızı da bildirmişəm. Heç nə deyə bilmirlər. Lazım olanı etdik və bundan sonra da edəcəyik. Biz bu məsələdə heç vaxt güzəştə gedə bilmərik”.
ABŞ terroru qınamadı...
ABŞ Dövlət Departamenti də Türkiyənin Şimali İraq və Suriyadakı terror hədəflərinə qarşı təşkil etdiyi “Pəncə-Qılınc” Hava Hərəkatı, terror təşkilatı PKK-nın Qaziantepin Karkamış mahalı və Kilisdə mülki əhalini hədəf alan hücumları ilə bağlı yazılı açıqlama yayıb. Türkiyə mətbuatının yaydığı məlumata görə, ABŞ Dövlət Departamentinin sözçüsü Ned Praysın terror hücumlarını qınamadığı qalmaqallı açıqlamasında bildirilib ki, biz tərəfləri mülki insanları qorumaq və İŞİD-i məğlub etmək kimi ümumi məqsədi dəstəkləmək üçün Suriyada gərginliyin azaldılmasına çağırırıq. İraqın suverenliyini pozan razılaşdırılmamış hərbi əməliyyatlara qarşı çıxmağa davam edirik.
Baş verənlərlə bağlı Pentaqonun açıqlamasında isə bildirilir ki, aparılan əməliyyatlar İŞİD-in dirçəlməsinə gətirib çıxara bilər: “ABŞ Müdafiə Nazirliyi Suriyada sabitliyi pozan hər hansı hərbi əməliyyatı və ya İraq hökuməti ilə koordinasiya olmadan həyata keçirilən hərbi əməliyyatları bu ölkənin suverenliyinin pozulması kimi qəbul edir”.
ABŞ-ın Ankaradakı səfirliyi rəsmi tvitter hesabından verdiyi açıqlamada isə Qaziantepə son hücum zorakılıq və ədalətsiz olaraq səciyyələndirilib: “ABŞ Missiyası bu gün Karkamışda həlak olmuş günahsız insanların yasını tutmaq üçün Türkiyə xalqının yanındadır”.
İsveç növbəti dəfə terrorçulara dəstək olur
Vurğulamaq lazımdır ki, keçirilən əməliyyat beynəlxalq arenada da böyük “səs-küyə” səbəb olub. Məsələn, terrorçu PKK təşkilatının himayədarı kimi tanınan İsveçin paytaxtında PKK tərəfdarlarının nümayişi keçirilib. Türkiyə Hərbi Hava Qüvvələrinin Şimali İraq və Suriyada yeni hərbi əməliyyatına etiraz edən iştirakçılar səfirliyin binasında təbliğat xarakterli foto və təhqirlər səsləndiriblər. İsveçin Ankaradakı səfiri Staffan Herrström PKK tərəfdarlarının Stokholmda keçirdiyi aksiya ilə əlaqədar Türkiyə Xarici İşlər Nazirliyinə çağırılıb. Bu barədə NTV telekanalı diplomatik mənbəyə istinadən məlumat yayıb.
Vurğulanmalıdır ki, artıq aylardır ki, NATO-ya üzvlüyü müzakirə obyekti olan İsveç Türkiyə ilə qarşılıqlı Memorandum imzalayıb. Memoranduma əsasən, İsveç üzərinə PKK və onun uzantıları ilə mübarizədə Türkiyə ilə tam əməkdaşlığa, terrorun bütün forma və təzahürləri ilə mübarizədə Türkiyə ilə həmrəylik nümayiş etdirilməsinə, PYD/YPG və FETÖ-yə dəstək verməmək öhdəliyi götürüb. İndiki halda isə bu kimi “etirazlar” rəsmi Stokholmun yenidən terrora dəstək nümayiş etdirmək kimi mövqedən əl çəkmədiyini göstərir. Bu isə, yəqin ki, Türkiyə tərəfindən də lazımi şəkildə dəyərləndiriləcək. Başqa sözlə, İsveçin bu davranışı onun üzünə NATO qapılarını sona qədər bağlaya bilər. Belə “etirazlar” rəsmi Ankaranı terrorizmə qarşı mübarizədən kənarlaşdıra və ya yayındıra bilməz.
Fransadan ənənəvi mövqe - rəsmi Paris də terrora dəstək nümayiş etdirir
Hər zaman işğalçıya və terrora dəstəyi ilə seçilən Fransa da ənənəsini pozmayıb. Belə ki, rəsmi Paris Türkiyəyə qarşı olan terror hədələrini bu dəfə də gözardı edərək fərqli reaksiya nümayiş etdirib. Fransa xarici işlər naziri Katerina Kolonna Türkiyə ordusunun Suriya və İraqda keçirdiyi “Pəncə-Qılınc” əməliyyatı ilə bağlı açıqlama verib. Hər fürsətdə Türkiyəyə qarşı düşmən münasibətini açıq formada sərgiləyən Fransanın “baş diplomatı” bu dəfə də “ənənə”sinə sadiq qalıb. “Təəssüf ki, Türkiyənin başqa ölkəyə hücum etdiyini ilk dəfə görmürük. Hər dəfə narahatlığımızı dilə gətirir və sağlam düşüncə tələb edirik. Türkiyənin narahatlığını başa düşürük, amma məsələ bu şəkildə həll edilə bilməz”, - Kolonna bildirib.
Göründüyü kimi, Fransa da terroru dəstəkləməkdə israrlıdır. Halbuki,
NATO çərçivəsində müttəfiq olan bu ölkələrin Türkiyəni dəstəkləməsi daha məntiqli olmalı idi. Demək ki, hər şey göründüyü kimi bəsit deyil. Sözdə terrora qarşı mövqe tutanlar real fəaliyyətdə tam əksini nümayiş etdirirlər. Amma bu mövqeləri hər zaman olduğu kimi bumeranq effekti ilə onların özlərinə ziyan gətirəcək.
Pərviz SADAYOĞLU
Xəbər lenti
Hamısına bax
Xəbər lenti
21 Sentyabr 12:27

Xəbər lenti
21 Sentyabr 12:21

Xəbər lenti
21 Sentyabr 11:46

Xəbər lenti
21 Sentyabr 11:45

Xəbər lenti
21 Sentyabr 11:40

Xəbər lenti
21 Sentyabr 11:40

İqtisadiyyat
21 Sentyabr 11:40

Siyasət
21 Sentyabr 11:35

MEDİA
21 Sentyabr 11:35

Analitik
21 Sentyabr 11:33

Xəbər lenti
21 Sentyabr 11:30

Xəbər lenti
21 Sentyabr 11:22

Xəbər lenti
21 Sentyabr 11:20

Siyasət
21 Sentyabr 11:15

Gündəm
21 Sentyabr 11:14

Xarici siyasət
21 Sentyabr 11:12

Siyasət
21 Sentyabr 11:10

Xəbər lenti
21 Sentyabr 11:07

Xəbər lenti
21 Sentyabr 11:00

Xəbər lenti
21 Sentyabr 10:50

Xəbər lenti
21 Sentyabr 10:42

Siyasət
21 Sentyabr 10:36

Xəbər lenti
21 Sentyabr 10:32

Siyasət
21 Sentyabr 10:30

Siyasət
21 Sentyabr 10:22

Siyasət
21 Sentyabr 10:12

Siyasət
21 Sentyabr 10:01

Xəbər lenti
21 Sentyabr 09:44

Xəbər lenti
21 Sentyabr 09:42

Siyasət
20 Sentyabr 23:52

Xəbər lenti
20 Sentyabr 22:42

Xəbər lenti
20 Sentyabr 21:55

Xəbər lenti
20 Sentyabr 21:01

Siyasət
20 Sentyabr 20:56

Siyasət
20 Sentyabr 20:54

Xəbər lenti
20 Sentyabr 20:52

Xəbər lenti
20 Sentyabr 20:49

Xəbər lenti
20 Sentyabr 20:47

Xəbər lenti
20 Sentyabr 20:43

Xəbər lenti
20 Sentyabr 20:41

Gündəm
20 Sentyabr 20:39

Siyasət
20 Sentyabr 20:37

Gündəm
20 Sentyabr 20:33

Xəbər lenti
20 Sentyabr 20:29

Xəbər lenti
20 Sentyabr 20:27

Xəbər lenti
20 Sentyabr 19:35

Xəbər lenti
20 Sentyabr 19:04

Xəbər lenti
20 Sentyabr 18:57

Xəbər lenti
20 Sentyabr 18:25

Xəbər lenti
20 Sentyabr 17:38

Xəbər lenti
20 Sentyabr 17:30

Xəbər lenti
20 Sentyabr 17:27

Dünya
20 Sentyabr 17:02

Xəbər lenti
20 Sentyabr 16:30

Xəbər lenti
20 Sentyabr 15:52

Xəbər lenti
20 Sentyabr 15:32

Xəbər lenti
20 Sentyabr 15:06

Xəbər lenti
20 Sentyabr 14:36

Xəbər lenti
20 Sentyabr 14:35

Xəbər lenti
20 Sentyabr 14:10

Xəbər lenti
20 Sentyabr 13:56

Xəbər lenti
20 Sentyabr 13:34

Xəbər lenti
20 Sentyabr 13:26

Xəbər lenti
20 Sentyabr 13:21

Xəbər lenti
20 Sentyabr 13:18

Siyasət
20 Sentyabr 13:11

Gündəm
20 Sentyabr 13:03

Xəbər lenti
20 Sentyabr 12:43

Xəbər lenti
20 Sentyabr 12:37

Maraqlı
20 Sentyabr 12:17
