Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Analitik / Azərbaycan işğaldan azad olunmuş bütün ərazilərdə vəziyyətə nəzarət edir

Azərbaycan işğaldan azad olunmuş bütün ərazilərdə vəziyyətə nəzarət edir

26.11.2022 [10:30]

Vardanyanlar, oskanyanlar situasiyanı dəyişmək iqtidarında deyil

2020-ci ildə Vətən müharibəsində qazanılan Zəfər Azərbaycanın ərazi bütövlüyünü təmin etdi. Həmin ilin noyabrın 10-da imzalanan üçtərəfli bəyanat isə Qarabağ münaqişəsini tarixə qovuşdurdu. Bəyanata əsasən, Ermənistan özünün silahlı qüvvələrini Azərbaycan torpaqlarından çıxarmaq öhdəliyi götürüb. Təəssüf ki, münaqişənin bitməsindən iki ildən artıq vaxt keçməsinə baxmayaraq rəsmi İrəvan hələ də bu öhdəliyi yerinə yetirmir. Bunun səbəbləri isə məlumdur. Ermənistan 30 ilə yaxın işğal altında saxladığı Azərbaycan ərazisində yaratdığı qondarma rejimin “ömrünü uzatmağa” çalışır. Hətta son dövrlərdə iki ölkə arasında gedən sülh danışıqları prosesində Ermənistan yeni manipulyasiyalara əl atır. Rəsmi İrəvan qondarma qurumun “tərəf” kimi Azərbaycanla danışıqlar aparması istiqamətində səylər göstərir. Onların məqsədi ermənilərin Azərbaycanın daxilində hansısa statusla yaşamasıdır ki, bu məsələdə Azərbaycanın mövqeyi qətidir. Noyabrın 17-də Prezident İlham Əliyev Avropa İttifaqının Şərq Tərəfdaşlığı üzrə xüsusi elçisinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edərkən də bildirdi ki, onlar Azərbaycanda erməni azlığına aid məsələləri sülh sazişinə salmaq istəyirlər: “Bu olmayacaq. Bu, mümkün deyil. Biz buna razılıq verməyəcəyik”.

Heç nə dəyişməyəcək...

Son günlər isə Qarabağdakı qondarma qurumun başçısı Araik Arutunyan bir sıra “nazirləri” postlarından azad edir və yaxud onları “səlahiyyətləri icra edən” statusuna keçirir. Bəzi şərhçilər bunun hansısa ciddi proses olduğu qənaətini ifadə edirlər. Hətta Ermənistanın keçmiş XİN rəhbəri Vardan Oskanyanın qondarma qurumun “xarici işlər naziri” təyin olunacağını da proqnozlaşdırırlar. Amma onlar unutmamalıdırlar ki, Qarabağa kimin gəlməsindən asılı olmayaraq heç nə dəyişməyəcək. İstər rusiyalı milyarder Ruben Vardanyan, istər Vardan Oskanyan, istərsə də digər şəxslərdən ibarət “komandanın” formalaşdırılması situasiyanı dəyişmək iqtidarında deyil. Prezident İlham Əliyev Avropa İttifaqının Şərq Tərəfdaşlığı üzrə xüsusi elçisinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edərkən də bildirdi ki, əgər onlar Qarabağda ermənilərin hüquqları və təhlükəsizliyi barədə söhbət aparmaq istəyirlərsə, bu alınmayacaq: “Biz bu haqda Qarabağda yaşayan ermənilərlə danışmağa hazırıq, amma Moskvanın göndərdiyi, ciblərində rus xalqından oğurladığı milyardlarla pula sahib Vardanyan kimi insanlarla yox. O, Moskvadan oraya çox aydın gündəliklə göndərilib”.

Azərbaycan uzun müddət belə vəziyyətə dözmək niyyətində deyil...

Artıq iki ildir ki, Azərbaycan işğaldan azad olunmuş bütün ərazilərdə vəziyyətə nəzarət edir, Qarabağ ermənilərinin yaşadığı ərazilərdəki proseslər isə daim diqqət mərkəzində saxlanılır. Orada baş verən bütün hadisələr və cərəyan edən proseslər barədə tam dolğun məlumatımız var. Proseslərin təhlili göstərir ki, vəziyyət Azərbaycanın xeyrinədir. Eləcə də, nə Ermənistan, nə onun havadarları, nə də hər hansı üçüncü bir qüvvə bu vəziyyəti dəyişə bilməz. İstər rusiyalı Vardanyan, istərsə də suriyalı Oskanyan Azərbaycan ərazisinə qeyri-qanuni gəliblər və Azərbaycan qanunvericiliyinə əsasən, cinayət  törədiblər.  Azərbaycanın bu şəxslərlə cinayətkar kimi davranmağa tam haqqı var. Qarabağda qurulmasına çalışılan bu oyunların isə heç bir perspektivi yoxdur və Azərbaycan uzun müddət belə vəziyyətə dözmək niyyətində deyil. Azərbaycan bununla bağlı qəti tədbir görmək hüququnu özündə saxlayır. Bu, beynəlxalq hüquqda da özünü tövsif edir. Ermənistan və ya onun qondarma qurumu unutmamalıdır ki, Azərbaycan dövləti 44 gün ərzində onların illərlə “ümid bağladığı” ordunu darmadağın etdi. “Dəmir yumruq” öz sözünü dedi və Ermənistan kapitulyasiyaya uğradı. Növbəti belə zərbə isə artıq nəinki qondarma qurumu sıradan çıxara, hətta Ermənistan üçün böyük faciələrə yol aça bilər. Bu ilin noyabrın 8-də Zəfər Günü münasibətilə Şuşada təşkil olunan tədbirdə çıxış edən Prezident, Ali Baş Komandan İlham Əliyev bildirdi ki, İkinci Qarabağ müharibəsinin dərsləri Ermənistan tərəfindən unudulmamalıdır və onlar bilməlidirlər ki, odla oynamaq onlara baha başa gələcək: “Əgər orada kimsə - istər iqtidar, istər müxalifət, istərsə də xaricdən göndərilmiş, öyrədilmiş hansısa ünsür yenidən bizə qarşı hansısa bəd fikirdə olmaq niyyətindədirsə, o, bizim yumruğumuzu bir daha görəcək”.

Bu cinayətkarlarla hər hansı dialoq olmayacaq...

Bəli, Azərbaycan bu cinayətkarlarla hər hansı dialoqa getmək niyyətində deyil. Qarabağda yaşayan ermənilər Azərbaycan vətəndaşlarıdır və Azərbaycan Konstitusiyası ilə müəyyən olunmuş bütün hüquq və azadlıqlar onlara da şamil olunur. Azərbaycanın qəti mövqeyi belədir ki, kənardan gətirilib xüsusi qaydada statuslandırılan kiminləsə deyil, məhz Qarabağdakı ermənilərin içindən çıxmış və sözün əsl mənasında onları təmsil edə biləcək şəxslərlə müəyyən edilmiş səviyyədə dialoq apara bilər. Qarabağda yaşayan sıravi ermənilər isə anlamalıdırlar ki, onların üzərinə qurulan oyunların qurbanına çevriliblər. Vaxtilə Robert Koçaryan və Serj Sarkisyan onlardan istifadə edərək Ermənistanda hakimiyyəti ələ keçirdilər, sərvət sahibinə çevrildilər. Qarabağda yaşayan sıravi ermənilər isə onların bu ambisiyasının girovuna və qurbanına çevrildilər. İndi də sıravi ermənilər üzərlərindən qurulan yeni oyunlara sövq edilirlər və tədbirli olmasalar, bunun acı nəticələrini bu və ya digər şəkildə yenidən yaşamaq zorunda qalacaqlar. Bununla bağlı Prezident İlham Əliyev Avropa İttifaqının Şərq Tərəfdaşlığı üzrə xüsusi elçisinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edərkən də bildirdi ki, biz Qarabağda yaşayan və orada yaşamaq istəyən insanlarla söhbətə hazırıq: “Biz buna hazırıq. Yeri gəlmişkən, bu proses başlayıb. Əgər elə indicə qeyd etdiyim bəzi ölkələrdən, yəni, kənardan müdaxilə olmasa və həmin prosesi dayandırmaq cəhdləri edilməsə, onda hesab edirəm ki, proses daha dinamik gedə bilərdi”.

P.İSMAYILOV

Paylaş:
Baxılıb: 578 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

İqtisadiyyat

Siyasət

Siyasət

Siyasət

1 il tez...

18 Aprel 10:21

Gündəm

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30