Şuşa Bəyannaməsinin 9-cu bəndi - təxribatlara tutarlı cavab
01.12.2022 [10:26]
Stanislav Zas hansı sərhədlərə hərbi missiya göndərmək istəyir?
Mübariz FEYİZLİ
Postmüharibə dövründə Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanması, iki ölkə arasında sərhədlərin delimitasiya və demarkasiya olunması gündəlikdə duran əsas məsələlərdir. Yalnız bu kimi məsələləri həll etməklə regionda uzunmüddətli sabitliyə və təhlükəsizliyə nail olmaq mümkündür. Əslində, prosesə start verilmişdi. Vasitəçilərin səyləri ilə Moskvada, Soçidə, Brüsseldə və Praqada baş tutan görüşlərdə Azərbaycanın və Ermənistanın siyasi rəhbərliyi ölkələrinin sülh sazişini imzalamağa, bir-birlərinin ərazi bütövlüyünü və suverenliyini tanımağa hazır olduqlarını bəyan etmişdilər. Ancaq belə görünür ki, postmüharibə mərhələsində iki ölkə arasında sülhyaratma prosesinə maneçilik törətmək istəyən qüvvələr də var. Son günlərdə belə qüvvələrin manipulyativ davranışlarının və açıqlamalarının şahidi oluruq. Bütün bunlar isə üçtərəfli Bəyanatla üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmək istəməyən Ermənistanda revanşizm meyillərini daha da qızışdırır və bu ölkəni sülh prosesindən geri dönüşə cəsarətləndirir.
KTMT rəsmisinin məsuliyyətsiz açıqlaması
Bütövlükdə, 15 may 1992-ci ildə əsası qoyulan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) Azərbaycanla Ermənistan arasında sülhyaratma prosesinə təmkinli yanaşma sərgiləyir. Qurum sentyabr ayında iki ölkə arasında baş verən və hər iki tərəfdən itkilərlə nəticələnən təxribatla əlaqədar Ermənistanın hərbi yardım istəyinə “yox” cavabı verdi ki, bu da məğlub ölkədə narazılıqla qarşılandı.
Ancaq KTMT-nin ümumi mövqeyinə rəğmən, qurumun baş katibi Stanislav Zasdan ziddiyyətli açıqlama gəlib. Belə ki, vəziyyətin sadə olmadığını, Ermənistan-Azərbaycan sərhədində hər gün atışmalar baş verdiyini deyən qurum rəsmisi məğlub ölkəyə müxtəlif səpkili yardım göstərilməsi, o cümlədən də sərhədə hərbi missiya göndərilməsi ehtimalından bəhs edib. Stanislav Zasın bu açıqlaması odun üstünə yağ tökmək, revanşistlərin əlinə oynamaq anlamına gəlir. Baş katib KTMT-yə üzv dövlətlərin fərdi və ümumi mövqeyinə bələd ikən bu cür məsuliyyətsiz açıqlamanı necə səsləndirə bilərdi? Məgər Stanislav Zasın təmsil etdiyi təşkilatın və MDB-nin nizamnamələrindən xəbəri yoxdur? Əvvəla, KTMT hərbi ittifaq olsa da, indiki halda qurumun proseslərə müdaxilə etmək ehtimalı sıfıra bərabərdir və bu, bir sıra amillərlə şərtlənir. Bəli, təşkilatın nizamnaməsində üzv dövlətlərə kollektiv hərbi dəstəyin göstərilməsi ilə bağlı müddəa yer alıb. Ancaq hansı halda? Nizamnamədə buna aydınlıq gətirilir-həmin üzv dövlətə xarici təcavüz qeydə alındıqda. İndiki halda törədilən təxribatlar Ermənistanın son 30 il ərzində həyata keçirdiyi işğalçılıq siyasətinin davamıdır. Bu ölkəyə qarşı Azərbaycanın hər hansı bir təcavüz planı olmayıb. Aranı qatan, təxribatlar törədən və yenə də torpaq iddiaları səsləndirən məhz Ermənistandır. Bu halda KTMT hansı əsasla Ermənistanın müdafiəsinə qalxa bilər? Digər tərəfdən, KTMT regional təşkilat olaraq BMT Baş Assambleyasında müşahidəçi qismində qeydə alınıb. Müşahidəçi təşkilatın isə münaqişə tərəflərindən birinə hansısa bir formada hərbi dəstək verməsi beynəlxalq hüquqa ziddir.
KTMT-nin regiona hərbi missiya göndərmək ehtimalını Azərbaycanın da üzv olduğu MDB-nin nizamnaməsi istisna edir. Həmin sənədin müddəalarına əsasən, MDB-yə üzv olan iki dövlətin sərhədlərinə KTMT hərbi qüvvə yerləşdirə bilməz.
Digər bir vacib məqama diqqət yetirək. Stanislav Zas, görəsən, hansı sərhədlərdən bəhs edir? Axı müharibə başa çatandan sonra Azərbaycan dəfələrlə təşəbbüs göstərsə də, məğlub Ermənistan hər vəchlə sərhədlərin demarkasiya və delimitasiya edilməsi prosesinə başlanılmasından yayınır. Yeri gəlmişkən, baş katibin özü də əvvəlki açıqlamalarında sərhədlərin müəyyənləşdirilməsinin zəruriliyindən danışmışdı. Həmin açıqlamanın mürəkkəbi qurumamış növbəti ziddiyyətli bəyanatın səsləndirilməsi və bununla da Ermənistandakı revanşistlərin ümidləndirilməsi hansı məqsədə xidmət edir?
Şuşa Bəyannaməsi işə düşə bilər
Stanislav Zas siyasət meydanında yeni fiqur deyil. Bu cür təcrübəli siyasətçinin naşı, diletant açıqlamalar səsləndirməsi təsadüfi sayıla bilməz. Belə görünür ki, baş katib sülh prosesinə pəl vurmaq istəyən qüvvələrin mövqeyini ortaya qoyur və onların dili ilə danışır. Bəli, son günlərdə regionda müharibə səhifəsinin bağlanmasını istəməyən, Cənubi Qafqazda təsir imkanlarını qorumaq və yaxud artırmaq istəyən qüvvələrin nəfəsi duyulmaqdadır. Azərbaycan iki ölkə arasındakı şərti sərhədlərə hər hansı bir ölkənin və yaxud beynəlxalq təşkilatın hərbi missiyasının gəlməsinə qarşı birmənalı şəkildə dirəniş göstərir. Bundan əvvəl belə bir təşəbbüs Avropa İttifaqından gəlmişdi. Azərbaycan buna kəskin etirazını bildirdi və qurum Ermənistana mülki missiya göndərməklə kifayətləndi. Yeri gəlmişkən, sentyabr təxribatlarından sonra KTMT-nin də missiyası məhz Stanislav Zasın rəhbərliyi ilə Ermənistanda oldu. Ancaq bu, hərbi missiya deyildi. KTMT-dəki bəzi ölkələr regiona qurumun hərbi missiyasının göndərilməsinə cəhd göstərsələr və buna nail olsalar, Azərbaycanla Türkiyə arasında ötən il imzalanan Şuşa Bəyannaməsinin işə düşməsi tam realdır. Müttəfiqlik sənədi sayılan sözügedən Bəyannamənin belə bir müddəası var: “Tərəflərdən hər hansı birinin fikrincə, onun müstəqilliyinə, suverenliyinə, ərazi bütövlüyünə, beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına və ya təhlükəsizliyinə qarşı üçüncü dövlət və ya dövlətlər tərəfindən təhdid və ya təcavüz edildiyi təqdirdə, Tərəflər birgə məsləhətləşmələr aparacaq və bu təhdid və ya təcavüzün aradan qaldırılması məqsədilə BMT Nizamnaməsinin məqsəd və prinsiplərinə müvafiq təşəbbüs həyata keçirəcək, bir-birinə BMT Nizamnaməsinə uyğun zəruri yardım göstərəcəklər. Bu yardımın həcmi və forması təxirə salınmadan keçirilən müzakirələr yolu ilə müəyyən edilərək birgə tədbirlər görülməsi üçün müdafiə ehtiyaclarının ödənilməsinə qərar veriləcək və Silahlı Qüvvələrin güc və idarəetmə strukturlarının əlaqələndirilmiş fəaliyyəti təşkil olunacaqdır”.
Stanislav Zas, Ermənistandakı revanşistlər və onlara zəhər ötürən qüvvələr reallıqları və məsuliyyətlərini düzgün dəyərləndirməlidirlər. Əks təqdirdə onlara Azərbaycanın və müttəfiqlərinin cavabı çox sərt olacaq.
Xəbər lenti
Hamısına baxDünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13

