“Taxıl sazişi” Soçidə yenilənə bilər
26.08.2023 [11:40]
BMT və Türkiyənin təklifləri sentyabrda masaya qoyulacaq
Türkiyə Rusiya-Ukrayna müharibəsi və regionun yeni inkişaf mərhələsi ilə bağlı yenidən aktiv fəaliyyətə başlayır. Avropanın mərkəzində bir ildən artıqdır davam edən hərbi eskalasiya bütün regionlar üçün mühüm problemlər yaratmaqda davam edir. Həm təhlükəsizlik, həm enerji təminatı, həm də iqtisadi sferada yeni münasibətlərin formalaşmasına mane olan bu müharibə qarşıdakı dövr üçün də çətin bir mərhələ formalaşdırır - nəzərə alsaq ki, Rusiyanın bəzi addımları yenidən qış fəslində ərzaq təhlükəsizliyi ilə bağlı problemlər vəd edir, bu mənada yeni təmasların başladılması qaçılmazdır. Bir sıra siyasi ekspertlərin də bildirdiyi kimi, Rusiya-Ukrayna müharibəsi tərəflərin qalibiyyətindən çox dünyaya vurduğu zərərlərlə yadda qalacaq. Bu müharibə dünyaya iqtisadi geriləmə, qorxunc nüvə ritorikası və siyasi-hərbi qütbləşmədən başqa heç nə verə bilməyəcək. Maraqlıdır ki, müharibədən daha çox əziyyət çəkən tərəflər hələ də “israrlı” görünür və hərbi eskalasiyanı davam etdirmək niyyətlərini gizlətmirlər. Bu qanlı döyüşlərin dayandırılması istiqamətində göstəriləcək cəhdlər isə dünyanın iqtisadi düzənin nizamlanmasına veriləcək töhfə sayılır. Hazırki dövrdə bu funksiyanı daşıyacaq yeganə dövlət Türkiyə hesab edilir. Rəsmi Ankara müharibənin dayandırılması, danışıqlar mərhələsinə keçidlə bağlı mütəmadi olaraq çağırışlar edib və etməkdədir. Hələ ötən ildən tərəflər arasında danışıqlar üçün zəmin formalaşdıran, hətta “humanitar keçid” problemini həll edən, ən əsası isə taxıl koridorunun açılmasını təmin edən Ankara yenidən işə “əl atır”. İyulun 17-dən etibarən taxıl sazişindən çıxdığını bəyan edən Rusiyanın müqaviləyə qaytarılması ilə bağlı aktiv fəaliyyətə başlayan Ankaranın ilk işi təmasların bərpası olacaq.
Yeni Soçi görüşü nə vəd edir?
Yayılan məlumatlar da bunu təsdiqləyir. Belə ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Rusiya lideri Vladimir Putinlə Soçidə görüşəcəyi ilə bağlı informasiyalar yayılıb. Bu barədə TASS Türkiyədəki diplomatik mənbəyə istinadən bildirib. Məlumata əsasən, görüş 4 sentyabr tarixində baş tuta bilər. Qeyd edək ki, Türkiyə hakimiyyəti də Ərdoğanın Soçi səfərinin tarixini açıqlamayıb və ölkə lideri gələn ay Putinlə görüşü istisna etməyib. Xatırladaq ki, Putinin sözçüsü Dmitri Peskov 3 avqustda prezidentlərin görüş yerinin və dəqiq tarixinin diplomatik kanallar vasitəsilə razılaşdırılacağını bildirmişdi. Peskov əlavə etmişdi ki, görüş Türkiyədə baş tutmayacaq - bu, hazırki məqamda Putinin ölkəsində olmasının vacibliyi ilə əlaqələndirilmişdi.
Türkiyə Rusiya ilə Qərb arasında da vasitəçi olmağa hazırdır
Türkiyənin növbəti dəfə vasitəçi rolunda “həmləsi” problemin həlli ilə bağlı ümidlər yaradır. Nəzərə alınmalıdır ki, BMT baş katibi Quterreş belə prosesin yalnız Türkiyənin vasitəsilə tənzimlənmə imkanına malik olduğunu önə sürmüşdü. Bu mənada, Türkiyənin müharibə dövründə tutduğu mövqe olduqca dərindir - NATO üzvü olsa da, Türkiyə Rusiyaya qarşı hər hansı bir qəti addımı ilə gündəmə gəlməyib. Bu nöqteyi-nəzərdən Türkiyə Rusiya ilə Ukrayna arasında olduğu qədər, həm də Rusiya ilə Qərb arasında münasibətlərin normallaşmasını mümkünləşdirə bilər. Ukrayna və Rusiya arasında qarşıdurma bütün regionun, o cümlədən Türkiyənin maraqlarına cavab vermir, çünki Qara dəniz regionunda vəziyyət qeyri-sabit olaraq qalır. Bu, həm də Türkiyənin Qara dəniz məkanı ilə bağlı enerji mənbələri məsələsində çətinlik yaradır. Bu baxımdan, Ankara ənənəvi olaraq regionun bütün dövlətlərinin əməkdaşlığını təmin etmək və beləliklə, bu regionu xarici təsirlərdən qorumaq üçün səfərbər olur.
Eyni zamanda, Ərdoğan həm Rusiya, həm də Ukrayna prezidenti ilə kifayət qədər etibarlı münasibət qurub - bu amil dialoqun canlanması və Türkiyənin vasitəçilik missiyasının uğuru üçün ümid yaradır. Bir çox Qərb ölkələrinin Rusiya ilə Türkiyə kimi konstruktiv əlaqələri yoxdur, ona görə də Ankara Ukrayna və Rusiya arasında vasitəçi roluna daha uyğun gəlir. O, həm Ukrayna ilə strateji tərəfdaşlığa, həm də Rusiya ilə kifayət qədər yüksək səviyyədə əlaqələrə malikdir, ona görə də Kiyev və Moskva arasında dialoqu təmin edə biləcək ideal vasitəçi kimi görünür.
Problem həllini tapır...
Türkiyənin bu məsələyə baxışı həm də iqtisadi problemlərin həlli prizmasından böyük əhəmiyyət daşıyır. Regional güc mərkəzindən qlobal güc mərkəzinə çevrilən Ankara qış fəsli öncəsi yarana biləcək ərzaq təhlükəsizliyinə təhdidin qarışısını almaq üçün fürsət axtarır - xatırladaq ki, bu ilin avqustun 22-də Prezident Putinin yenidən taxıl sazişinə qayıdışla bağlı anonsu kifayət qədər mühüm perspektiv yaradır. Bəlli olduğu kimi, son bir ildə dünyanın bir çox dövlətlərinin taxılla təminatında ortaya çıxan problemlərin həlli “Taxıl sazişi” əsasında tənzimlənirdi. Bu təşəbbüs BMT tərəfindən irəli sürülsə də, tarixi sənəd kimi dəyərləndirilən sazişin imzalanmasınadək keçilən yolda Türkiyə, bu ölkənin lideri Rəcəb Tayyib Ərdoğan xüsusi səy göstərmişdi - tarixi “Taxıl sazişi” 2022-ci il 22 iyul tarixində BMT, Türkiyə, Rusiya və Ukraynanın rəsmilərinin imzası ilə təsdiqlənmişdi. Sənəddə Ukraynanın kənd təsərrüfatı məhsullarının Qara dəniz vasitəsilə daşınması məqsədilə taxıl koridorunun yaradılması, eləcə də Rusiyadan kənd təsərrüfatı məhsullarının ixracına icazə verilməsi nəzərdə tutulurdu. Ötən ilin yayında bağlanan “Taxıl sazişi” bu ilin iyulunda başa çatıb və Rusiyanın müqavilədən çıxdığını bəyan etməsi ilə məsələlər dalana dirənib. Türkiyənin yenidən aktiv şəkildə məsələyə diqqət yetirməsi isə problemin həllinə yol aça bilər. Bəlli olduğu kimi, Türkiyə və BMT “Taxıl sazişi”nə dair təkliflər hazırlayıb. Yayılan məlumatlara görə, ortada qalan problemli məsələ əsasən bank proses ilə bağlıdır. Görünür, artıq bu mərhələ də adlanıb - Soçi görüşü yenidən “Taxıl sazişi”nin aktivləşməsi ilə yadda qala bilər...
P.İSMAYILOV
Xəbər lenti
Hamısına baxSosial
16 İyun 14:37
Dünya
16 İyun 14:22
Siyasət
16 İyun 14:09
Siyasət
16 İyun 14:07
Gündəm
16 İyun 14:05
Sosial
16 İyun 13:03
Elm
16 İyun 12:59
Sosial
16 İyun 12:31
İqtisadiyyat
16 İyun 12:30
Elm
16 İyun 11:33
Sosial
16 İyun 11:15
Müsahibə
16 İyun 10:54
Dünya
16 İyun 10:43
Gündəm
16 İyun 10:41
Gündəm
16 İyun 10:30
Sosial
16 İyun 10:29
Dünya
16 İyun 10:19
Dünya
16 İyun 09:47
Dünya
16 İyun 09:20
Dünya
16 İyun 08:52
Hadisə
16 İyun 08:34
Dünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19

