Dollar monopoliyasının sonu yaxınlaşır
29.08.2023 [11:35]
80 ildən çoxdur dünyanın ən əsas valyutası rolunu oynayan dollar öz hakimiyyətini nə zamana kimi qoruyub saxlaya biləcək? Hazırda Avropa mətbuatı qütbləşən dünyada dolların labüd taleyi ilə bağlı maraqlı araşdırma materialları dərc edir. Əksər iqtisadçı analitiklərin yazdığına görə, dövrün ən güclü valyutası sayılan dolların şahlıq taxtından enməsinə sanılı günlər qalıb. Rusiya Ukraynada müharibəyə başlayandan və Qərbin sanksiyaları ilə üzləşəndən bəri Moskva enerji alış-satışı zamanı ABŞ valyutasını qəbul etmir. Artıq Qərbdə belə bir düşüncə formalaşıb ki, ümumilikdə, dolların monopoliyası dağılır və onu əvəz edəcək alternativ valyutanın axtarışına başlanıb. Rusiyanın və təsir dairəsində olan ölkələrin dollardan imtina etməsi nəticəsində ən böyük neft sövdələşmələri Çin yuanı, Hindistan rupisi və BƏƏ dirhəmi ilə aparılır.
Dolların enişli-yoxuşlu tarixi
ABŞ dolları təxminən səkkiz onillik ərzində planetin ən mühüm valyutası olub. Bu gün dünya valyuta ehtiyatlarının təxminən 60%-i dollarla saxlanır. Bütün valyuta əməliyyatlarının 90%-də dollar iştirak edir və əksər mallar dollarla qiymətləndirilərək ticarətə buraxılır. Lakin vəziyyət getdikcə dəyişmək üzrədir.
Hər şeydən öncə yaddan çıxarmaq olmaz ki, dolların taleyi neftin taleyi ilə sıx bağlıdır. Hələ İkinci Dünya müharibəsi başa çatmamış ABŞ prezidenti Franklin Ruzvelt və Səudiyyə Ərəbistanı kralı Əbdül-Əziz ibn Səud Britaniya funt-sterlinqinin neft valyutası kimi ləğv edilməsi barədə razılığa gəlmişdilər. Elə o vaxtdan Birləşmiş Ştatların Səudiyyə Krallığının hərbi müdafiəsinə verdiyi zəmanətin müqabilində səudiyyəlilər nefti yalnız dollarla satacaqları şərti ilə razılaşdılar. 1960-cı illərin sonlarında ABŞ Vyetnam müharibəsini başlayanda dollar böyük təzyiqlərə məruz qaldı. 1973-cü ildə isə İkinci Dünya müharibəsində qalib gəlmiş 44 dövlətin ticarət dövriyyəsini dollarla aparacaqlarına dair razılaşma imzaladıqları “Bretton Vuds”ın sabit məzənnə sistemi çökdü.
Dolların sabitləşməsi yönündə əsas addım Nikson administrasiyası ilə Səudiyyə Ərəbistanı Kralı Feysəl arasındakı gizli razılaşma vasitəsilə atıldı. 1974-cü ildə bağlanmış bu sazişə uyğun olaraq Birləşmiş Ştatlar ərəb ölkələri ilə İsrail arasında baş verən hərbi münaqişədən asılı olmayaraq bu yaxınlarda milliləşdirilmiş neft şirkəti “Saudi Aramco”dan neft almağa davam edəcəyi və bunun müqabilində Krallığın silahla təminatı barədə üzərinə öhdəlik götürüb. Səudiyyə Ərəbistanı isə öz növbəsində OPEC-in aparıcı dövləti kimi quruma daxil olan ölkələrin neft satışını yalnız ABŞ dolları ilə həyata keçirməsini tələb edib.
Səudiyyə Ərəbistanı neftdən gələn gəlirləri əsasən ABŞ dövlət istiqrazlarına yatırıb. 1977-ci ildən Səudiyyə Ərəbistanı xaricdəki ABŞ dövlət istiqrazlarının təxminən 20%-ni alıb.
Alternativ valyutaların şansı artır
Araşdırmalar göstərir ki, bu illər ərzində dünyanın neftə olan tələbatı dolların möhkəmlənməsini təmin edib.
Sözün qısası, indiyədək yazılmamış qayda belə idi ki, neft almaq istəyirsənsə, sənə ABŞ dolları lazımdır, ona görə də dünyanın mühüm bir hissəsi dollardan asılı vəziyyətə düşdü. İqtisadçıların proqnozlarına görə, dollar monopoliyası artıq dağılmaq mərhələsinə qədəm qoyub. Hələ 2012-ci ildə Çin və İran öz aralarında neft alqı-satqısını Çin yuanı ilə qiymətləndirəcəkləri barədə qərarı təsdiqləyiblər. Mütəxəssislərin fikrincə, böyük ehtimalla Rusiya ilə İran arasında da belə bir razılaşma var.
Bundan əlavə, 2022-ci ilin yazında Səudiyyə Ərəbistanının Çinə neft ixracında satışı yuanla qəbul edəcəyi barədə xəbər rəsmi olaraq öz təsdiqini tapmasa da, ABŞ-da əməlli-başlı çaşqınlıq yaratmışdı.
Bu ilin iyununda isə “Reuters” xəbər agentliyi iki hökumət arasında əldə edilmiş razılaşmaya əsasən, Pakistanın Rusiyadan xam neft aldığını və onun dəyərini ilk dəfə Çin yuanı ilə ödədiyini bildirib. Almaniyanın “Handelsblatt” qəzeti isə yazır ki, bu faktlar Qərbin Rusiyanı təcrid etmək cəhdinin öz başında çatlamasına sübutdur. Rusiya sanksiyalar nəticəsində nəinki zəifləyir, əksinə, Qərbin ticarət ittifaqlarının, iri korporasiyaların dominantlığına təhlükə yaradacaq alternativ iqtisadi birliklər meydana gətirir. Dünya iqtisadçılarının apardıqları analizə görə, dolların bir il ərzində avro qarşısında öz dəyərinin təxminən 10%-ni itirməsinin əsas səbəblərindən biri də budur. “Əlbəttə, bu fikir Avropa İttifaqı yaxın iki-üç onillikdə iqlim məsələlərinə qarşı neytral olmağı bacaracağı və Çinin 2060-cı ilə qədər xalis istixana qazı emissiyalarını sıfıra endirə biləcəyi halda dolların başına gələcəklər barədə yürüdülən bir ehtimaldır”, - alman qəzeti yazır. Bu, iqlim layihələrinin həyata keçirilməsi, neft dövrünün başa çatması və dolların dominantlığının əsas sütunlarının dağılmasından başqa bir şey deyil.
Qlobal enerji keçidindən kimlər keçəcək?
Gələcəyin energetika proqramını analiz edən “Handelsblatt” nəşri yazır ki, Almaniyada, eləcə də bir çox Avropa ölkəsində avtomobillərdə daxili yanma mühərriklərindən istifadənin, eləcə də neft və qaz istehlakının mərhələli şəkildə dayandırılması üçün açıq təkliflər səslənir. Elm dayanmadan inkişaf edir və bu da inandırıcıdır ki, yaxın zamanlarda sənaye neftsiz və qazsız işləməyin yollarını tapacaq.
İdxal olunan qalıq yanacaqlar, ilk növbədə külək və Günəş enerjisindən əldə edilən məişət yanacağı elektrik enerjisini əvəz etməlidir. Əgər bu keçid uğurla nəticələnərsə və müvafiq istixana qazları emissiyaları olmadan sənaye istehsalı mümkün olarsa, dünyanın qalan hissəsi də buna əməl etməli olacaq və milyardlarla dollarlıq neft ticarəti artıq tarixə çevriləcək.
Müvafiq olaraq, dollara tələb də neftə olan tələbat kimi eyni sürətlə azalacaq. Bu da öz növbəsində dolların tədricən devalvasiyasına gətirib çıxaracaq. Beləliklə, qlobal enerji dönüşü təkcə neft ixrac edən ölkələr üçün yox, həm də dünyanın ən böyük iqtisadiyyatına malik ABŞ üçün dəhşətli ssenaridir. Dollara davamlı tələbat olmadan ABŞ-ın nəhəng ticarət dövriyyəsini və büdcə kəsirlərini maliyyələşdirmək mümkün olmayacaq. Üstəlik, bu, dollardan asılı ölkələrdə inflyasiyanın artımına təkan verəcək.
Mütəxəssislərin fikrincə, qlobal enerji keçidinin qlobal maliyyə sistemində şiddətli “alovlanmalara” səbəb ola biləcəyi qorxusunu da nəzərdən qaçırmaq olmaz. Keçid dövründə ölkələrin inkişafı da bir neçə onillik ərzində tədricən gedəcək. Həmin proseslər sabit məzənnələr sistemindən fərqli olaraq çevik bazarların və məzənnələrin tamamilə vəziyyətə uyğunlaşmasına yardım edəcək. Bu dönəmdə Hindistan rupisi və Çin yuanı kimi valyutaların qlobal valyutaya çevrilmə şansı da ola bilər.
Avropanın çıxış yolu: avrointeqrasiya
Çox güman ki, bu vəziyyətdə ABŞ da dolların əvvəlki hökmranlığını qoruyub saxlamağa cəhd göstərəcək. Ekspertlər isə düşünürlər ki, qlobal keçid baş verəcəyi təqdirdə ABŞ iqtisadiyyatının vəziyyətə uyğunlaşma qabiliyyəti çox da yüksək olmayacaq.
İqtisadçı analitiklərin bildirdiyinə görə, avronun öz yerində qalma şansı o halda mümkün olacaq ki, enerji keçidi uğurla başa çatacaq və iştirakçı ölkələr müəyyən milli maraqları bir kənara qoyaraq, Avropaya inteqrasiyaya yenidən meyillənəcəklər. Əlbəttə, hazırda bütün Avropa qitəsində sağ millətçi partiyaların nüfuza mindiyi zaman kontekstində bu proses təbii ki, o qədər də asan getməyəcək.
Mütəxəssislər gələcəyin labüd inteqrasiya prosesinə alternativ yolun olmadığını düşünürlər. Onların fikrincə, bu inteqrasiya Avropa xalqları üçün qaçılmazdır, əks halda Avropa qitəsi, avro valyutası və ayrı-ayrı Aİ ölkələri qlobal dünyada öz əhəmiyyətini itirmək riski ilə üz-üzə qalacaq.
Murad Köhnəqala
Xəbər lenti
Hamısına baxGündəm
14 Oktyabr 11:58
İdman
14 Oktyabr 11:54
Hadisə
14 Oktyabr 11:51
Elm
14 Oktyabr 11:42
Sosial
14 Oktyabr 11:41
Sosial
14 Oktyabr 11:29
Xəbər lenti
14 Oktyabr 11:29
Xəbər lenti
14 Oktyabr 11:12
İdman
14 Oktyabr 11:10
Dünya
14 Oktyabr 11:09
Sosial
14 Oktyabr 10:59
Dünya
14 Oktyabr 10:57
Dünya
14 Oktyabr 10:41
Dünya
14 Oktyabr 10:14
Hadisə
14 Oktyabr 10:07
Siyasət
14 Oktyabr 10:00
Dünya
14 Oktyabr 09:54
Dünya
14 Oktyabr 09:38
Hadisə
14 Oktyabr 09:17
MEDİA
14 Oktyabr 08:34
Sosial
14 Oktyabr 07:40
İdman
13 Oktyabr 23:34
Din
13 Oktyabr 22:19
İqtisadiyyat
13 Oktyabr 21:32
Mədəniyyət
13 Oktyabr 20:18
Dünya
13 Oktyabr 19:35
Sosial
13 Oktyabr 18:21
Sosial
13 Oktyabr 17:24
Hadisə
13 Oktyabr 16:31
Dünya
13 Oktyabr 15:38
İdman
13 Oktyabr 14:26
Siyasət
13 Oktyabr 13:47
Diaspor
13 Oktyabr 13:35
Siyasət
13 Oktyabr 13:11
Hərbi
13 Oktyabr 12:48
Dünya
13 Oktyabr 12:27
Sosial
13 Oktyabr 11:46
Dünya
13 Oktyabr 11:17
İdman
13 Oktyabr 10:57
Dünya
13 Oktyabr 10:35
Xəbər lenti
13 Oktyabr 10:01
Dünya
13 Oktyabr 09:41
Dünya
13 Oktyabr 09:19
Dünya
13 Oktyabr 08:42
Sosial
12 Oktyabr 23:02
Diaspor
12 Oktyabr 22:47
Elm
12 Oktyabr 22:24
Hadisə
12 Oktyabr 22:03
İdman
12 Oktyabr 21:52
Dünya
12 Oktyabr 21:34
Dünya
12 Oktyabr 21:18
İdman
12 Oktyabr 20:57
Sosial
12 Oktyabr 20:34
Hadisə
12 Oktyabr 20:13
Dünya
12 Oktyabr 19:48
Hadisə
12 Oktyabr 19:33
Dünya
12 Oktyabr 19:11
Xəbər lenti
12 Oktyabr 18:59
Dünya
12 Oktyabr 18:26
İdman
12 Oktyabr 18:13
İqtisadiyyat
12 Oktyabr 17:55
Dünya
12 Oktyabr 17:28
Dünya
12 Oktyabr 17:14
Turizm
12 Oktyabr 16:56
Dünya
12 Oktyabr 16:27
Sosial
12 Oktyabr 16:04
Siyasət
12 Oktyabr 16:03
İqtisadiyyat
12 Oktyabr 15:36
Sosial
12 Oktyabr 15:15
Sosial
12 Oktyabr 15:09