Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Analitik / Avropa İttifaqı “yenilənir”?

Avropa İttifaqı “yenilənir”?

31.08.2023 [11:20]

Təşkilat yeni üzvlər qəbul etmək niyyətini bəyan etdi

Dünyada yeni nizam qaydalarının formalaşması, yeni münasibətlər sisteminin ortaya çıxması bəzi beynəlxalq təsisatların da “islahatlara” start verməsini tələb edir. Hətta BMT kimi dünyanın ən böyük təşkilatının belə yenilənməyə ehtiyac duyduğu dəfələrlə bildirilib.  Bundan başqa, yeni siyasi-hərbi vəziyyət regional təşkilatları da düşündürməyə bilməz. Avropa İttifaqı kimi mühüm strukturlara malik qurumlar belə yenilənmənin qaçılmazlığını dilə gətirir. Bu prosesi təşkilatdakı “nüfuz probleminin”, ortaq rəyə gələ bilməmə probleminin və başqa çətinliklərin həllində əsas şərt adlandırırlar.

Genişlənməyə hazır olmalıdır

Məsələn, Aİ Şurasının Prezidenti Şarl Mişel Sloveniyada keçirilən Bled Strateji Forumunda çıxışında bildirib ki, Avropa İttifaqı “etibarını saxlamaq” istəyirsə, 2030-cu ilə qədər genişlənməyə, yeni üzvləri qəbul etməyə hazır olmalıdır. “İnanıram ki, biz 2030-cu ilə qədər genişlənməyə hazır olmalıyıq. Bu, iddialıdır, lakin, eyni zamanda, zəruridir. Bu, bizim nə dərəcədə ciddi olduğumuzu göstərir”,- deyə Şarl Mişel bildirib.

Aİ Şurasının Prezidenti deyib ki, bloka qoşulmaq üçün gələcək üzv dövlətlər müstəqil məhkəmə sistemini təmin etmək, mütəşəkkil cinayətkarlıq və korrupsiya ilə mübarizə aparmaq üçün islahatlar həyata keçirməli və xarici siyasətlərini Aİ-yə üzv dövlətlərlə uyğunlaşdırmalı olacaqlar. O, bütün namizədləri Avropa İttifaqına daxil olmamışdan əvvəl aralarındakı ikitərəfli münaqişələri həll etməyə çağırıb. “Siz əmin olmalısınız ki, keçmiş münaqişələr Aİ-yə idxal olunmayacaq”.

Prezident Mişel əlavə edib ki, Avropa İttifaqı Şurası növbəti iclasında genişlənməni müzakirə edəcək. Onun sözlərinə görə, Avropa Komissiyasının oktyabr ayında gözlənilən genişlənmə paketi gələcək üzvlərə bloka rəsmi üzv olmamışdan əvvəl bəzi Aİ təsisatlarında tam iştirakın faydalarını hiss etməyə imkan verə bilər. Şarl Mişel Aİ-nin də genişlənməyə hazır olması üçün bəzi islahatlar həyata keçirməli olduğunu vurğulayıb.

Aİ-nin planı...

Qeyd edilməlidir ki, Aİ özündə 27 dövləti birləşdirən dövlətlərüstü və eyni zamanda, dövlətlərarası iqtisadi və siyasi təşkilat sayılır. Formal olaraq 1 noyabr 1992-ci ildə Maastrixt sazişi ilə təsis edilmiş bu ittifaqın təməli 18 aprel 1951-ci il tarixli Paris Müqaviləsinə əsasən, Belçika, Almaniya, Fransa, Niderland, Lüksemburq və İtaliya tərəfindən Avropa Kömür və Polad Cəmiyyəti (AKPC) yaradılması ilə qoyulub. Mənzil qərargahı Brüsseldə yerləşən Aİ yeganə beynəlxalq təşkilatdır ki, özündə həm beynəlxalq təşkilat, həm də dövlət əlamətləri daşıyır, əslində isə formal olaraq heç biri deyil. Bəzi məsələlər İttifaqın ümumi institutları, bəziləri isə üzv dövlətlərin nümayəndələrinin razılaşması ilə qəbul edilir. Vurğulandığı kimi, formal olaraq 1957-ci ildə yaranan təşkilata qurucu ?zvlərin ardınca 1973-cü ildə Danimarka, İrlandiya və İngiltərə, 1981-ci ildə Yunanıstan, 1986-cı ildə Portuqaliya və İspaniya qoşulub. Aİ platformasında isə ilk qəbul 1995-ci ildə Avstriya, Finlandiya və İsveçin qismətinə düşüb. Ən böyük üzvqəbuletmə prosesi isə 2004-cü ildə baş verib. Həmin il Estoniya, Litva, Latviya, Çex Respublikası, Polşa, Kipr, Slovakiya, Sloveniya, Malta və Macarıstan Aİ-nin tamhüquqlu üzvü hüququ əldə ediblər. 2007-ci ildə təşkilatın sıralarına  Rumıniya və Bolqarıstan, son olaraq 2013-cü ildə isə Xorvatiya qoşulub. 2020-ci ilin yanvarın 31-də isə hələlik yeganə hal olaraq Böyük Britaniya Avropa İttifaqını tərk edib.

Türkiyənin gözləntiləri...

Xatırladaq ki, quruma üzvlüklə bağlı müraciətlər son dövrlərdə yenidən aktuallaşıb. Qərbi Balkan dövlətləri - Albaniya, Bosniya, Kosovo, Monteneqro, Şimali Makedoniya və Serbiya bloka qoşulma prosesinin müxtəlif mərhələlərindədir. Ötən il Aİ Moldova və Ukraynaya namizəd statusu verib. Gürcüstan da sözügedən statusu almağı gözləyir. Bu mənada, ən uzunmüddətli namizəd isə Turkiyədir. Türkiyə 1987-ci ildə Aİ-yə üzvlük üçün müraciət edərək 1999-cu ildə namizəd statusu alıb. 2005-ci ilə qədər tərəflər rəsmi olaraq Ankaranın statusu ilə bağlı danışıqlar aparıblar. Lakin fikir ayrılıqları səbəbindən proses bir neçə dəfə dayandırılıb. 2016-cı ildən danışıqlar prosesi, xüsusən də, Türkiyənin qaçqın axınını öz ərazisində saxlamaqla Avropanı miqrasiya böhranından çıxarmaqda göstərdiyi yardıma görə bərpa olunsa da, son 7 il ərzində Ankara danışıqlar prosesini başa çatdıra bilməyib. İsveçin NATO yolunu açmaqla isə Türkiyə yenidən Aİ üzvü olmağa ümidlənib.  Amma Avropa İttifaqının xarici siyasət xidmətinin rəsmi nümayəndəsi Piter Stano bir müddət öncə “İzvestiya” qəzetinə bildirmişdi ki, Türkiyə 2024-cü ildə Avropa Birliyinə üzv olmayacaq, birlik hələlik Ankaraya hətta vizasız rejim də verməyə hazır deyil.

Ukrayna hələ gözləyəcək...

Ukraynanın “üzvlük” məsələsi isə bir neçə aspektdən qaranlıq qalır. İlk növbədə müharibədən sonrakı mərhələ üçün Ukraynanın yenidən tikilməsi prosesi başlanmalıdır ki, bu da Aİ büdcəsindən israf olunacaq böyük pullar deməkdir. Digər tərəfdən, indiki halda Ukraynanın üzv qəbul olunması isə mümkün deyil - prosedur qaydaları buna imkan vermir. Təbii ki, bu amil Kiyev üçün göydəndüşmə ola bilər. Amma İttifaq heç bir halda özünün prosedur qaydalarını pozmaq niyyətində deyil. Düzdür, ötən ilin yayında Ukraynaya namizəd statusu verilsə də, Kiyevə açıq şəkildə yaxın illərdə üzvlük məsələsi ilə bağlı ümidlənməmək məsləhət görüldü. Burada ən əsas amillərdən biri isə Ukraynanın Avropada ən böyük dövlət olmasıdır. Belə ki, təşkilatda dominant rola malik Qərbi Avropa ölkələri Polşanın ardından daha bir böyük Şərqi Avropa dövlətini quruma üzv edərək onlara “hakimlik” vermək niyyətində deyillər...

S.İSMAYILZADƏ

Paylaş:
Baxılıb: 222 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Maraqlı

Xəbər lenti

Xəbər lenti

İqtisadiyyat

Xəbər lenti

Siyasi fitnəkarlıq...

26 Sentyabr 11:46

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Siyasət

Gündəm

Sülhə doğru...

26 Sentyabr 10:26

Xəbər lenti

İqtisadiyyat

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30