Krım türklərinə böyük etimad
13.09.2023 [11:45]
Haqqında çox danışılan, Ukraynanın yeni Müdafiə naziri Rüstəm Ömərov kimdir? Krım Türkləri İcmasının liderlərindən olan Rüstəm Ömərov Ukrayna hökumətində belə yüksək vəzifəyə təyin olunan ilk Krım türkü sayılır.
“Müdafiə Nazirliyində islahatlara ehtiyac var”. Bu sözləri Ukrayna prezidenti Volodimir Zelenski keçmiş Müdafiə naziri Reznikovu vəzifədən uzaqlaşdırarkən söyləmişdi. Müdafiə Nazirliyinin adının tez-tez korrupsiya qalmaqallarında hallanması, Qərbin bu barədə Ukrayna hökumətinə iradlar bildirməsi, məlum olduğu kimi, nazirin işdən kənarlaşdırılması ilə nəticələndi. Müdafiə naziri postuna yeni təyinat isə həm Rusiya, həm Ukrayna ictimaiyyəti üçün, həm də regionda marağı olan dövlətlərdən ötrü olduqca maraqlı və gözlənilməz addım oldu.
Məsələni şərh edən “Politico” saytı yazır ki, Zelenskinin bu təyinatı Ukraynanın müttəfiqlərinə və rəqiblərinə iki açıq mesaj ötürür. Birincisi budur ki, Kiyev korrupsiyaya qarşı ciddi mübarizə aparır. İkincisi isə Ukraynanın Krımı Rusiyadan geri almaqda israrlı olduğunu bildirməkdir.
Əvvəldə də qeyd etdiyimiz kimi Ukraynanın yeni Müdafiə naziri Qərb dairələrində də müzakirə edilir.
ABŞ-ın Rusiyadakı keçmiş səfiri, Stenford Universitetinin professoru Maykl Makfol X sosial şəbəkəsində (keçmiş “Twitter”) yazıb:
“Rüstəm Ömərovun Müdafiə naziri olması Krımın heç vaxt unudulmayacağı deməkdir. Bu isə əla xəbərdir!”
Krımın parlayan ulduzu
Rüstəm Ömərovun ailəsi Stalin dövründə Sovet Özbəkistanına sürgün edilib. Rüstəm Özbəkistanda anadan olub. 1980-1990-cı illərdə sürgün edilmiş tatarların doğma yerlərinə geri qayıtmasına icazə verildikdən sonra Ömərovun ailəsi yenidən Krıma köçür. Ömərov biznes karyerasına 2004-cü ildə telekommunikasiya sahəsində çalışmaqla başlayıb. 2013-cü ildə özünün ASTEM investisiya şirkətini və şirkətə daxil olan ASTEM Fondunu yaradıb. Sonralar siyasi karyerada yüksəlməyə başlayan Ömərov 2019-cu ildə parlamentə seçilib. O, 2014-cü ildə Rusiya tərəfindən zəbt edilmiş yarımadanı azad etmək üçün yaradılan beynəlxalq diplomatik təşəbbüs qrupu - Krım Platformasının həmsədri kimi fəaliyyət göstərib. Ömərov həmçinin uzun illər Krım tatarlarının lideri Mustafa Cəmiloğlunun müşaviri işləyib. Rusiya 2014-cü ildə Krımı qeyri-qanuni olaraq ilhaq etdikdən sonra Ukraynada bu ilhaqla bağlı referendum keçirilib və Rusiyanın bu addımı işğal kimi qiymətləndirilib. Bundan sonra Moskva müsəlman tatarların ənənəvi toplantı mərkəzi olan “Məclis”in fəaliyyətini qadağan edərək onu ekstremist təşkilat elan edib. O vaxtdan bəri Rusiya, təhlükəsizlik səbəblərini əsas gətirərək fəaliyyət göstərmək istəyən “Məclis” üzvlərini həbsxanaya göndərirdi.
Sözsüz ki, belə bir məqamda Krım türkünün Ukraynada Müdafiə naziri postuna gətirilməsi xüsusilə, Rusiya üçün ciddi mesajdır.
“Rusiya işğalçıları ölkəmizin ərazisində apardıqları hərbi əməliyyatlara bəraət qazandırmaq üçün Ukrayna xalqını etnik qruplara bölmək ideyası ilə çıxış edirlər”. Bu sözləri Rüstəm Ömərov ötən il İordaniyanın “AmmanNet” xəbər saytına müsahibəsində deyib. “Lakin biz Ukraynada etnik, dini mənsubiyyətimizə görə heç bir şovinizm və ya islamofobiya meyli hiss etmirik” - deyə, Ömərov həmin müsahibəsində əlavə edib.
Həm Krımın ilhaqından sonra, həm də Rusiyanın tammiqyaslı işğalı başlayandan bəri Ömərov Rusiya rəsmiləri ilə məxfi danışıqlarda, o cümlədən yüksək statuslu əsirlərin mübadiləsi, eləcə də 2022-ci ildə Mariupol uğrunda döyüşlər zamanı əsir götürülən Ukrayna Azov döyüşçüləri və mülki şəxslərin evakuasiyası ilə bağlı ciddi danışıqlarda olub.
O, müharibənin ilk həftələrindən etibarən Rusiya ilə aparılan danışıqlarda Ukrayna nümayəndə heyətinin tərkibində olub və Qara dəniz vasitəsilə Ukrayna taxılının ixrac dəhlizinin yaradılması üzrə müzakirələrdə fəal iştirak edib.
Krım türkləri Məclisinin sədri Refat Çubarov Rüstəm Ömərovun Müdafiə naziri postuna təyin olunmasını icma üçün uğurlu və məsuliyyətli addım kimi dəyərləndirib:
“Rüstəm Ömərov Avropa İttifaqında, Türkiyədə, Mərkəzi Asiya ölkələrində və ərəb dünyasında beynəlxalq əlaqələr qurmuş, strateji baxışa malik güclü siyasi menecerdir.
Belə yüksək bir təyinat Krım türklərinin Ukraynanın hökumət strukturlarına inteqrasiyası üçün çox yaxşı siqnal, eyni zamanda da böyük məsuliyyətdir”.
Türkiyə ilə qardaşlıq
Bu arada Ömərovun islam dünyasındakı, xüsusən də Türkiyədəki əlaqələri də Ukrayna üçün olduqca əhəmiyyətlidir. Belə ki, Ömərov siyasətə gəlməzdən öncə Türkiyənin “Turkcell” şirkətində investisiya müşaviri vəzifəsində çalışıb. Beləliklə o, Türkiyənin biznes və siyasi elitasında güclü əlaqələr yarada bilib. Təbii ki, Ömərov Türkiyə türkcəsində də səlis danışır. Bəzi məlumatlara görə Ömərovun Türkiyə Xarici İşlər Nazirliyinin rəhbəri (Türkiyə kəşfiyyatının keçmiş rəhbəri) Hakan Fidanla da yaxşı münasibətləri var.
Bundan əlavə, Ömərov Zelenskinin Səudiyyə Ərəbistanına may ayında baş tutan səfəri zamanı nümayəndə heyətinin üzvü olub. O, həmçinin mart ayında Birləşmiş Ərəb Əmirliklərinə səfəri zamanı Yelena Zelenskayanı da müşayiət edib. Bu yaxınlarda, ərəb dünyasının yaxşı tanıdığı Ömərov haqqında “Əl-Cəzirə” telekanalı: “Ömərov müsəlman ölkələrindən Ukraynaya silah tədarükünü təmin edən əsas fiqurdur”- sözlərini də səsləndirib.
Ömərov artıq yeni vəzifəsində ilk addımlarından danışıb. Bunlara Müdafiə Nazirliyinin tabeliyində olan bütün sahələrin auditinin aparılması, F-16 qırıcılarının tam istismarı üçün lazımi infrastrukturun hazırlanması və yerli istehsalçının müdafiə qabiliyyətinin artırılması daxildir. “Ukraynada istehsal oluna bilən hər şey, elə Ukraynada da istehsal edilməlidir” - deyə, Ömərov Ali Radanın iclasında bildirib.
Müharibədə əsaslı dönüş gözlənilirmi?
Bəs, yeni Müdafiə nazirinin təyinatı cəbhədə əsaslı dəyişiklik yarada biləcəkmi? Xarici ekspertlərin fikrincə, Rüstəm Ömərovun Müdafiə naziri postuna gətirilməsinin döyüş meydanında ciddi dəyişikliklərə səbəb olacağı etimalı azdır. Belə ki, general Valeri Zalujnı Ukrayna Silahlı Qüvvələrinin komandanı olaraq qalır, cənub istiqamətində isə Ukrayna Silahlı Qüvvələrinin bölmələrinə briqada generalı Aleksandr Tarnavski rəhbərlik edir.
Ümumiyyətlə, Ukraynanın əks-hücum əməliyyatı müttəfiqlərinin gözlədiyindən daha yavaş gedir. Bu yaxınlarda isə Ukraynanın hərbi rəhbərliyi ölkənin Silahlı Qüvvələrinin Zaporojye bölgəsində Rusiyanın müdafiə xəttini yarıb keçdiyini təsdiqləyib. Bütün hallarda Ukrayna xalqının və Krım türklərinin Rüstəm Ömərovdan gözləntiləri böyükdür. Yəqin ki, Rüstəm Ömərov ona yönələn ümidləri doğrulda biləcək.
Murad Köhnəqala
Xəbər lenti
Hamısına baxDünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13

