Tehran 43...
28.11.2023 [10:40]
Tarixin axınını dəyişən konfransdan 80 il ötür...
XX əsrin ən mühüm, bəlkə də tarixin gedişinə təsirinə görə ən böyük tədbirlərindən biri 1943-cü ildə o dövrki İran şahlığının paytaxtı Tehranda baş tutmuşdu. 80-ci ildönümü qeyd edilən Tehran konfransı 1943-cü il 28 noyabr - 1 dekabr tarixlərində antihitler koalisiyası liderlərinin - İosif Stalin (SSRİ), Franklin Ruzvelt (ABŞ) və Vinston Çörçillin (Böyük Britaniya) iştirakı ilə keçirilmişdi və yeni dövrün “sərhədləri” məhz bu konfransda müəyyənləşmişdi. Konfrans post-müharibə xəritəsini özündə əks etdirməklə yanaşı, XX əsrin son onilliyinə qədər davam edəcək “soyuq müharibə”nin də ilkin işartılarını özündə əks etdirirdi. İki fərqli ideoloji xəttə malik “zorən müttəfiqlərin” masa arxasında müzakirə etdikləri məsələlər yeni tarixin dönüş nöqtəsi idi...
İkinci cəbhə qarşıdurması - SSRİ-nin təkidi...
Qeyd edildiyi kimi, İkinci dünya müharibəsinin gedişində diplomatik mübarizədə Tehran konfransı xüsusi yer tutur. Həmin günlərdə artıq müharibənin gedişində əsaslı dönüş yaşanırdı - Hitler ordusu ard-arda mövqe itirir, məğlubiyyətin ilkin siqnalı verilirdi. Qüvvələrin təmərküzləşməsi, müttəfiqlərin qələbədəki “payı”nın müəyyənləşməsi üçün isə müzakirə əsas şərt idi. Antihitler koalisiyasının əsas gücü sayılan dövlətlərin başçılarının - Stalinin, Ruzveltin və Çörçillin iştirakı ilə baş tutan 1943-cü il noyabrın 28-dən dekabrın 1-dək davam edən Tehran konfransının əsas qayəsi bundan ibarət idi. Qələbəni həm daha yaxın etmək, həm də əldə edəcəyi qəniməti dəqiqləşdirmək hər kəs üçün maraqlı idi. Çünki Tehranda əldə olunacaq razılıq Berlində imzalanacaq “kapitulyasiyanın” əsasını təşkil etməli idi.
Bu baxımdan, SSRİ ABŞ ilə Britaniyanın müharibəyə daha aktiv qoşulmasını tələb edirdi. Məhz bu görüşün nəticəsi olaraq 1944-cü il iyunun 6-da ABŞ və Böyük Britaniya tərəfindən faşist Almaniyasına qarşı ikinci cəbhə açıldı. 2,9 milyon ingilis və amerikan əsgəri Amerika generalı Eyzenhauerin ümumi komandanlığı ilə Normandiyaya çıxarıldı. İyunun 20-nə burada əsas qoşunların yerləşəcəyi plasdarm yaradıldı.
Hələlik isə bunun reallaşması üçün qızğın danışıqlar davam edirdi. Avropada ikinci cəbhənin açılması ilə yanaşı, harada açılması məsələsi də müşkülə düşmüşdü - bu, müttəfiqlər arasında ən kəskin məsələlərdən biri idi. Məsələnin müzakirəsi müttəfiqlər arasında fikir müxtəlifliyini göstərdi. Çörçill ikinci cəbhənin Aralıq dənizindən və Balkanlardan, Ruzvelt və Stalin isə Avropanın şimalından açılmasını təklif edirdilər. Lakin Çörçill planı həyata keçmədi, ikinci cəbhəni 1944-cü ildə “Overvold” adı altında Fransanın şimalında açmaq barədə qərar verildi.
Müttəfiq dövlətlər Türkiyənin antihitler koalisiyası tərəfindən müharibəyə qoşulmasına dair tədbir görəcəkləri barədə də razılığa gəldilər. Stalin Yaponiyanın bitərəflik haqqında sovet-yapon müqaviləsini pozmasını əsas götürərək Almaniya məğlub edildikdən sonra Yaponiyaya müharibə elan ediləcəyini bildirdi.
Almaniyanın 5 yerə bölünməsi, BMT-nin yaradılması...
Konfransda Almaniyanın taleyi məsələsi də müzakirə edildi. Üç dövlət başçısı Almaniyadan bir daha yeni müharibə törənməməsi üçün tədbirlər görəcəklərini bildirdilər. Ruzvelt Almaniyanı 5 dövlətə bölməyi təklif edirdi. Çörçill bu təklifi bəyəndi. Amma nəticədə Almaniya iki hissəyə bölündü.
Konfransda Polşa haqqında məsələ də müzakirə olundu. Polşa dövlətinin sərhədlərini Kerzon xətti ilə Oder çayı boyunca ədalətli və tarixi həll etmək barədə qərar qəbul edildi.
Tehran konfransı həm də BMT-nin yaradılmasında ilkin qığılcım oldu. Belə ki, konfransın gedişində, 1 dekabrda Ruzveltlə söhbətində Stalin müharibədən sonrakı dövrdə beynəlxalq mühasibətləri tənzimləmək üçün bir beynəlxalq təşkilatın yaranmasını təklif etdi, lakin bu konfransda hər hansı bir beynəlxalq təşkilatın yaradılması barədə qərar qəbul edilmədi. Bu ideyanı yalnız müharibədən sonra reallaşdırmaq mümkün oldu. Beləliklə, Tehran konfransı müttəfiq dövlətlərin müharibənin tezliklə qurtarmasına yönəldilən birgə səylərini nümayiş etdirdi. Konfransın böyük tarixi əhəmiyyəti bu gün də etiraf olunmaqdadır. Məhz bu tədbir faşist blokunun böhranının dərinləşdirilməsində mühüm rol oynadı.
80 ilə nələr dəyişdi...
“Tehran - 43” konfransından ötən 80 ildə proseslərin məcrası, mahiyyəti və rəngi azı 180 dərəcə dəyişib. Vaxtilə dünyanı faşizmin cəngindən xilas etmək üçün gücünü birləşdirən dövlətlərə rəhbərlik edən üçlüyün “taleyi” bu gün fərqlidir. Məsələn, SSRİ artıq beynəlxalq subyekt kimi 32 ildir ki, mövcudluğunu itirib. Onun varisi olan Rusiya isə keçmiş müttəfiqləri ilə heç də
ürəkaçan münasibətlərə malik deyil - hətta bəzi məqamlarda rəqibə belə çevrilirlər. Bəli, 80 il öncə dünyanın təhlükəsiz gələcəyi üçün gücünü birləşdirən dövlətlər bu günün rəqiblərinə çevriliblər. Mövcud reallıqda yalnız bir həqiqət göz oxşayır - Tehran konfransının şifahi razılaşmasının bəhrəsi sayılan BMT hələ də beynəlxalq münasibətlərin tənzimlənməsində əsaslı güc kimi çıxış etməkdədir...
SADİQ
Xəbər lenti
Hamısına baxDünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13

