ABŞ-ın Tayvan “tonqalı”
27.02.2024 [10:50]
Ukrayna və Yaxın Şərqdəki hərbi-siyasi əməliyyatlarda iştirak edən ABŞ iki daşın arasında Uzaq Şərqə də müdaxilə etməyə çalışır. Son günlər Ağ Ev Çinə qarşı ən böyük təzyiq vasitəsi kimi istifadə etdiyi Tayvana siyasi diqqətini artırıb. Bu günlərdə ABŞ konqresinin üzvlərindən ibarət nümayəndə heyəti Tayvana səfər edib. Konqresmenlər 22-24 fevralda “Hind-Sakit okean regionuna daha geniş səfər” çərçivəsində Taybey şəhərində görüşlər keçiriblər. Nümayəndə heyətinə konqresin aşağı palatasının Çin üzrə xüsusi komitəsinin sədri, Viskonsin ştatını təmsil edən respublikaçı Mayk Qallager rəhbərlik edib.
Şantaj və təzyiq siyasəti
Tayvanın yeni seçilmiş “rəhbəri” Lay Tsinde ABŞ nümayəndələri ilə görüşdə ölkəsini xarici təhdidlərdən müdafiə etmək üçün istənilən sahədə ABŞ-la əməkdaşlığa hazır olduğunu açıq bildirib. Lay Tsinde bununla yanaşı Pekinlə də danışıqlara hazır olduğunu vurğulayıb.
Sözsüz ki, bu səfər Vaşinqtonun Tayvanı öz orbitində saxlamaq siyasətinin bir hissəsidir. Birləşmiş Ştatlar Tayvan boğazındakı gərgin vəziyyətdən Çinə təzyiq üçün, eləcə də Hind-Sakit Okean strategiyasını inkişaf etdirmək üçün yararlanır ki, bu da regionda hərbi gücünü artırmaq, tərəfdaşlarını Çinə qarşı səfərbər etmək niyyəti güdür. ABŞ-ın yüksək rütbəli rəsmiləri bu planlarını heç gizlətmirlər də.
“Biz Tayvanı dişinə qədər silahlandırmalıyıq!” Adaya səfər edən diplomatik heyətin rəhbəri Qallagerin bu cümləsi onun bir ay öncə “Washington Post” qəzetində dərc olunmuş məqaləsindən sitatdır. Ağ Ev rəhbərliyinin niyyəti bu cümlədə ifadə olunub. Xatırladaq ki, Pekin və Taybey arasında münasibətlər yanvarın 13-də adada keçirilən seçkilərdən sonra bir qədər də gərginləşib. Seçkidə Tayvanın müstəqilliyinin tərəfdarı, Demokratik Tərəqqi Partiyasının namizədi, ABŞ-a yaxınlığı ilə tanınan Lay Tsinde qələbə qazanıb. Çin isə heç bir şəkildə Tayvanı müstəqil dövlət kimi qəbul etməyəcəyini bildirib. Pekində yeni rəhbər Lay Tsinde və onun administrasiya rəhbəri olmağa namizəd Xiao Meiqin separatçılıqda ittiham edilir. Separatçı fəaliyyətə görə Tayvan artıq Pekinin sanksiyaları ilə üzləşib. Siyasi şərhçilər hesab edirlər ki, artan gərginlik fonunda 2016-cı ildən bəri pozulmuş transsərhəd dialoqun bərpasına hələlik ümid yoxdur.
Müttəfiqlərin başını qatmaq, düşməni təkləmək
Çin Tayvan rejiminə qarşı sərt mövqe tutur. Sakit Okean regionunda Çinlə müttəfiqlik və əməkdaşlıq edən ada dövləti Nauru Tayvanla diplomatik əlaqələri kəsməyə qərar verib. Pekin və Taybey arasında münasibətlər fevralın 14-də iki çinli balıqçının qətlə yetirilməsinə görə daha da pisləşib. Balıqçılar Kinmen adaları yaxınlığında Tayvan sahil mühafizəsinin onların qayığını atəşə tutması nəticəsində həlak olublar.
Bütün bu hadisələr onu göstərir ki, ABŞ-ın okeanın o tayından uzanan pəncəsi artıq Uzaq Şərqdə də suyu bulandırmağa başlayıb. Tayvanı “dişinə qədər silahlandırmağı” qarşısına məqsəd qoyan ABŞ hakimiyyəti hansı əsasla “dünyada sülhün və təhlükəsizliyin qarantı” olmağa iddialıdır? ABŞ rəsmilərinin Tayvanın “qayğısına qaldıqları” zamanların tarixçəsinə nəzər saldıqda aydın görünür ki, bütün bu çıxşlar, fəaliyyətlər həmişə Çinə təzyiq vasitəsi kimi istifadə olunub.
Digər tərəfdən, Rusiya faktorunu da görməmək olmaz. Analitiklərin fikrincə, ABŞ-ın bu ərəfədə Tayvana diqqət yetirməsi Çinin regionda yürütdüyü aktiv siyasəti əngəlləmək, xüsusilə yaxın müttəfiqi Rusiyaya verdiyi dəstəyi zəiflətmək niyyəti güdür. Xatırladaq ki, Çin bu yaxınlarda BMT tribunasından Rusiyaya siyasi dəstək verdiyini açıq elan etmişdi. Təbii ki, bu addımlar Qərb, xüsusilə ABŞ tərəfindən cavabsız qalmayacaqdı. Lakin Çinin də öz müdafiə mexanizmləri, təzyiq rıçaqları var, onun Qərbə qarşı durmağa siyasi, iqtisadi və hərbi qüdrəti kifayət qədərdir.
Tayvan üçün “havayı pendir”
Azərbaycan isə bütün münaqişələrin dinc yolla həllinə tərəfdardır. Çinlə yaxın əlaqələrimizin olması səbəbindən bu ölkənin hər hansı münaqişəyə cəlb edilməsi bizim üçün də arzuolunmazdır.
Bəs Birləşmiş Ştatların növbəti addımı nədən ibarət olacaq? Ekspertlər bildirirlər ki, hazırda Vaşinqtonun gücü Ukrayna və Yaxın Şərqdəki münaqişələr üzündən kifayət qədər parçalanıb. İkinci bir tərəfdən, Ağ Ev prezident seçkiləri ərəfəsində öz daxili gündəliyi ilə məşğul olmağa məcburdur. Bu reallıqlar fonunda ABŞ-ın Tayvana silah tədarükü də qeyri-müəyyən vaxta qədər gecikdirilir. Beləliklə, Birləşmiş Ştatların Hind-Sakit okean regionunda vəziyyəti gərginləşdirməyə xidmət edən və Tayvandakı müttəfiqlərinə 4,83 milyard dollar ayırmağı nəzərdə tutan qanun layihəsinin qəbulu qeyri-müəyyən müddətə qədər təxirə salına bilər.
Çinin “pisə pis, yaxşıya yaxşı” mövqeyi
Çinə gəldikdə, Pekin Vaşinqtonla münasibətlərdə əlavə gərginliyin yaranmasında maraqlı deyil. 2022-2023-cü illərdə aralarında yaranmış soyuqlaşmadan sonra hər iki tərəf qarşılıqlı əlaqələri sabitləşdirmək və kommunikasiya kanallarını bərpa etmək üçün birgə fəaliyyət göstərməyə meyillənmişdi.
Siyasi təhlilçilərin fikrincə, Vaşinqton qəsdən açıq-aşkar təxribat xarakterli addımlar atmasa (məsələn, 2021-ci ildə bir qrup senatorun hərbi təyyarə ilə Tayvana uçması, konqres üzvlərinin Taybeyə indiki səfərinin Pekinə təzyiq məqsədi daşıması və s.), Çin ikitərəfli münasibətlərin bərpasına öz töhfəsini verməyə hazırdır.
Yox, Birləşmiş Ştatlar Yaxın Şərqdə olduğu kimi Çinlə də zorakı davranmağa çalışsa, o zaman qarşı tərəfdən gələn adekvat cavab tədbirlərinə də hazır olmalıdır.
Yeri gəlmişkən, Pekin ötən ilin aprelində Tayvana səfərindən sonra konqresmen Maykl Makkola qarşı sanksiyalar tətbiq edib. Eyni zamanda, ABŞ-ın xəbərdarlıqlarına əhəmiyyət verməyən Çin hökuməti Tayvan adası ətrafında hərbi təlimlər də keçirib. Bir sözlə, özünü dünyanın jandarmı sayan ABŞ üçün Uzaq Şərqdə siyasi oyunlar oynamaq elə də asan olmayacaq. Bu kontekstdə bütün qaranlıq məsələlər isə ABŞ-da keçiriləcək prezident seçkisindən sonra aydınlığa çıxacaq.
Murad Köhnəqala
Xəbər lenti
Hamısına baxSosial
17 Aprel 20:17
Dünya
17 Aprel 19:50
Siyasət
17 Aprel 19:25
Dünya
17 Aprel 19:21
Xəbər lenti
17 Aprel 19:10
Elm
17 Aprel 18:53
Dünya
17 Aprel 18:20
Dünya
17 Aprel 17:28
Dünya
17 Aprel 17:11
Gündəm
17 Aprel 16:36
Dünya
17 Aprel 16:34
YAP xəbərləri
17 Aprel 16:13
Dünya
17 Aprel 16:10
Dünya
17 Aprel 15:58
YAP xəbərləri
17 Aprel 15:55
Sosial
17 Aprel 15:51
Hadisə
17 Aprel 15:43
Sosial
17 Aprel 15:27
Dünya
17 Aprel 15:23
Sosial
17 Aprel 15:16
İdman
17 Aprel 15:15
Siyasət
17 Aprel 15:02
Siyasət
17 Aprel 15:01
YAP xəbərləri
17 Aprel 14:54
Dünya
17 Aprel 14:45
Dünya
17 Aprel 14:41
Siyasət
17 Aprel 14:33
Sosial
17 Aprel 14:32
Dünya
17 Aprel 14:19
Dünya
17 Aprel 13:50
Dünya
17 Aprel 13:27
Gündəm
17 Aprel 13:08
Gündəm
17 Aprel 12:54
Siyasət
17 Aprel 12:44
Gündəm
17 Aprel 12:22
İqtisadiyyat
17 Aprel 12:16
Siyasət
17 Aprel 12:16
Sosial
17 Aprel 12:15
Gündəm
17 Aprel 11:48
Siyasət
17 Aprel 11:38
İqtisadiyyat
17 Aprel 11:34
İqtisadiyyat
17 Aprel 11:12
Gündəm
17 Aprel 10:50
Sosial
17 Aprel 10:43
Siyasət
17 Aprel 10:37
Analitik
17 Aprel 10:15
Gündəm
17 Aprel 09:58
Analitik
17 Aprel 09:33
Elm
17 Aprel 09:14
Sosial
17 Aprel 08:51
Sosial
17 Aprel 08:30
Gündəm
17 Aprel 08:15
Hərbi
17 Aprel 07:42
Siyasət
17 Aprel 07:32
Siyasət
17 Aprel 07:31
Dünya
16 Aprel 23:12
Dünya
16 Aprel 22:43
Dünya
16 Aprel 22:16
Elm
16 Aprel 21:59
Dünya
16 Aprel 21:20
İqtisadiyyat
16 Aprel 21:09
Dünya
16 Aprel 20:45
Dünya
16 Aprel 20:33
Sosial
16 Aprel 20:18
Dünya
16 Aprel 19:51
Dünya
16 Aprel 19:31
Dünya
16 Aprel 19:27
Gündəm
16 Aprel 18:59
Dünya
16 Aprel 18:23
YAP xəbərləri
16 Aprel 17:55

