Ağcabədidə 15 İyun–Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirilib
11.06.2026 [18:10]
İyun ayının 11-də Yeni Azərbaycan Partiyası Ağcabədi rayon təşkilatı 15 İyun – Azərbaycan xalqının Milli Qurtuluş Günü münasibətilə tədbir təşkil etmişdir.
Tədbir iştirakçıları müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Ulu Öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyaraq, dahi şəxsiyyətin əziz xatirəsini dərin ehtiramla yad ediblər.
Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə tədbir açıq elan edilmiş, Ümummilli Lider Heydər Əliyevin və Azərbaycan Respublikasının azadlığı və ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərin xatirəsi 1 dəqiqəlik sükutla yad edilmişdir.
Tədbirin əvvəlində “15 iyun – Milli Qurtuluş Günü”nə həsr olunan sənədli film nümayiş etdirilmişdir.
YAP Ağcabədi rayon təşkilatının sədri Rövşən Əhmədov məruzə ilə çıxış edərək, Milli Qurtuluş Gününün Azərbaycan xalqı üçün böyük ictimai, siyasi və tarixi əhəmiyyətə malik bir gün olduğunu qeyd etmiş, bu tarixi yaradanın isə Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasında, möhkəmlənməsində, inkişafında müstəsna rol oynayan, daim xalqına arxalanan Ulu Öndər Heydər Əliyev olduğunu vurğulamışdır.
Natiq bildirdi ki, Ulu Öndər Heydər Əliyevin siyasi hakimiyyətə ikinci dəfə qayıdışından sonra ölkədə baş vermiş sosial-iqtisadi və siyasi inkişaf dövlətimizin möhkəmlənməsində, sivil dünyaya sıx inteqrasiya prosesinə qoşulmasında və xalqımızın strateji mənafelərini təmin edən modern cəmiyyətin qurulmasında həlledici rol oynadı.
Rövşən Əhmədov onu da qeyd etdi ki, bu gün müstəqil Azərbaycan Ulu Öndərin layiqli davamçısı Ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə uğurla inkişaf edir, ardıcıl nailiyyətlər qazanaraq, yeni zirvələr fəth edir. Cənab İlham Əliyevin uzaqgörən, düşünülmüş və qətiyyətli siyasəti sayəsində Azərbaycanın əldə etdiyi uğur və nailiyyətlər onu söyləməyə əsas verir ki, Ulu Öndərin bizlərə miras qoyduğu müstəqil dövlət etibarlı əllərdədir.
Tədbirdə çıxış edən Ağcabədi Pedaqoji Kollecinin müəllimi Şahin Rəhimov, Hacıbədəlli bələdiyyəsinin sədri Məlahət Hüseynova, partiya veteranı Xəqani Əliyev, ADPU-nun Ağcabədi filialının tələbə gənclər təşkilatının sədri Fəxriyyə Cəfərli və Ağcabədi bələdiyyəsinin YAP ərazi təşkilatının sədri Fizuli Yusibov Qurtuluşdan Zəfərə gedən şərəfli yoldan bəhs edərək, vurğuladılar ki, ölkəmizdə gedən inkişafın daha da sürətlənməsi üçün biz hamımız Müzəffər Ali Baş komandan, Ölkə Prezidenti cənab İlham Əliyevin ətrafında daha da sıx birləşməli, Ulu Öndər Heydər Əliyevin bizə miras qoyduğu müstəqil Azərbaycanın çiçəklənməsi üçün bütün qüvvəmizi səfərbər etməliyik.
Tədbirdə rayonun ictimai-siyasi həyatında fərqlənən bir qrup partiya veteranı və fəala Fəxri Fərman və hədiyyələr, Partiya sıralarına yeni qəbul edilmiş üzvlərə isə partiya vəsiqələri təqdim edilmişdir.
Tədbir Yeni Azərbaycan Partiyasının Himninin səslənməsi ilə başa çatmışdır.
Sonda tədbir iştirakçıları xatirə şəkli çəkdirmişlər.
Xəbər lenti
Hamısına baxDünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13

