Siyavuş Novruzov: “Milli şura”da təmsil olunan müxalifətçilər uydurma iddialarla çıxış edirlər
02.10.2013 [10:19]
“Azərbaycan cəmiyyəti korrupsiya, rüşvətxorluq və digər neqativ hallarla mübarizənin gücləndirildiyini, artıq ortada ciddi nəticələr olduğunu görür, bunu təqdir edir və dağıdıcı müxalifətin iddialarını rədd edir”.
Bunu Trend-ə açıqlamasında OECD-nin (İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı) Şərqi Avropa və Mərkəzi Asiya üzrə Antikorrupsiya Şəbəkəsi çərçivəsində Azərbaycana dair qəbul edilmiş hesabatla bağlı mövqeyini bildirən Yeni Azərbaycan Partiyasının (YAP) İcra katibinin müavini, millət vəkili Siyavuş Novruzov deyib.
Millət vəkili qeyd edib ki, Azərbaycan dövləti, Prezidenti və hökuməti korrupsiyaya qarşı ciddi şəkildə mübarizə aparır. Bu isə beynəlxalq təşkilatların diqqətindən kənarda qala bilməzdi: “Korrupsiya iqtisadi bir bəladır. Dövlətindən, millətindən asılı olmayaraq, bu bir xəstəlikdir və ona qarşı mübarizə aparılır. Azərbaycanda isə bu çox yüksək səviyyədə edilir. Azərbaycanda Korrupsiyaya qarşı Mübarizə üzrə Komissiya var. Həmin komissiyaya QHT, parlament, hökumət və digər sahələrin nümayəndələri daxildir. O cümlədən, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsi fəaliyyət göstərir və hətta ona bütün cinayət-axtarış və istintaq səlahiyyətləri verilib. Halbuki heç bir ölkədə belə bir dövlət strukturu yoxdur. Yəni bu da korrupsiyanın azaldılmasına qarşı mübarizənin göstəricisidir. Biz artıq nə qədər insanın korrupsiya ilə əlaqədar məsuliyyətə cəlb olunduğunun şahidiyik. Bununla bağlı hökumət tərəfindən həm siyasi iradə, həm də atılan addımlar, korrupusiyanın azaldılması və aradan qaldırılması üçün görülən işlər var. Ona görə də, Azərbaycan hökumətinin korrupsiyaya qarşı apardığı mübarizə beynəlxalq təşkilatlar tərəfindən də yüksək qiymətləndirilir”.
Millət vəkili onu da əlavə edib ki, ölkədə korrupsiya əleyhinə görülən bu müsbət işləri görə bilməyən müxalif qüvvələr də var. Xüsusən də “Milli şura”da təmsil olunan müxalifətçilər uydurma iddialarla çıxış edirlər: “Yalnız dağıdıcı müxalifət, onun formalaşdırdığı “Milli şura” adlanan qurum tam inkarçılıq mövqeyi tutaraq bunun əksini iddia etməyə çalışır. “Milli şura”da təmsil olunan müxalifət özünün siyasi iddialarına uyğun olaraq hakimiyyəti qaralamaq üçün nə uydurmaq mümkündürsə, onu da dilinə gətirir, hansı qaranlıq mənbəyə istinad etmək mümkündürsə, ora da baş vurur. Ona görə də korrupsiya ilə bağlı fantastik rəqəmlər səsləndirir, heç kimin tanımadığı mənbələrin qondarma “araşdırmaları”nı əlində bayraq edir”.
Xəbər lenti
Hamısına baxMüsahibə
07 İyul 23:21
Dünya
07 İyul 22:37
İdman
07 İyul 22:10
Dünya
07 İyul 21:44
Hadisə
07 İyul 21:19
Elm
07 İyul 20:41
İqtisadiyyat
07 İyul 20:17
Siyasət
07 İyul 20:09
Xəbər lenti
07 İyul 20:08
Elm
07 İyul 19:55
Dünya
07 İyul 19:50
Dünya
07 İyul 19:23
Sosial
07 İyul 18:06
Xəbər lenti
07 İyul 17:35
Siyasət
07 İyul 17:09
Siyasət
07 İyul 16:59
Sosial
07 İyul 16:45
Dünya
07 İyul 16:20
Sosial
07 İyul 16:09
Siyasət
07 İyul 16:09
Sosial
07 İyul 16:08
İqtisadiyyat
07 İyul 16:08
YAP xəbərləri
07 İyul 16:06
İqtisadiyyat
07 İyul 16:00
YAP xəbərləri
07 İyul 15:50
İqtisadiyyat
07 İyul 15:45
Siyasət
07 İyul 15:35
Xəbər lenti
07 İyul 15:25
Dünya
07 İyul 15:10
Dünya
07 İyul 14:40
Xəbər lenti
07 İyul 14:35
İqtisadiyyat
07 İyul 14:30
Dünya
07 İyul 14:10
YAP xəbərləri
07 İyul 13:07
Sosial
07 İyul 13:03
Siyasət
07 İyul 12:52
İqtisadiyyat
07 İyul 12:51
Elm
07 İyul 12:47
Sosial
07 İyul 12:08
İqtisadiyyat
07 İyul 11:54
İqtisadiyyat
07 İyul 11:54
İdman
07 İyul 11:53
Siyasət
07 İyul 11:35
Gündəm
07 İyul 11:35
Gündəm
07 İyul 11:34
Sosial
07 İyul 11:30
Siyasət
07 İyul 11:25
Siyasət
07 İyul 11:10
COP29
07 İyul 10:55
Analitik
07 İyul 10:40
YAP xəbərləri
07 İyul 10:21
YAP xəbərləri
07 İyul 10:21
Ədəbiyyat
07 İyul 09:48
Dünya
07 İyul 09:41
Analitik
07 İyul 09:39
Maraqlı
07 İyul 09:34
Maraqlı
07 İyul 09:25
Dünya
07 İyul 09:20
Dünya
07 İyul 08:58
Dünya
06 İyul 22:38
Dünya
06 İyul 22:10
Dünya
06 İyul 21:45
Dünya
06 İyul 21:18
Dünya
06 İyul 20:56
Dünya
06 İyul 19:53
YAP xəbərləri
06 İyul 19:27
Dünya
06 İyul 19:25
Dünya
06 İyul 19:20
Siyasət
06 İyul 18:27
Dünya
06 İyul 17:28

