Zelenskinin “qələbə planı”...
25.09.2024 [09:08]
Müttəfiqlər bu plana dəstək verəcəkmi?
Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ-da səfərdədir. Səfərin məqsədi BMT Baş Assambleyasının 79-cu sessiyasında iştirak olsa da, o, çoxsaylı görüşlər də keçirib, müxtəlif tədbirlərdə iştirak edib. Bütün görüşlərin əsas mövzusu Rusiya-Ukrayna müharibəsidir. Sentyabrın 25-də Zelenski BMT Baş Assambleyasında çıxış edərək, Ukrayna üzrə sülh planını təqdim edəcək.
Planın 3 elementi...
Zelenski Amerika hərbi-nəqliyyat təyyarəsinin göyərtəsindən ölkəsinin vətəndaşlarına müraciət edərək “Əlbəttə, mən “Qələbə Planı”nı bütün tərəfdaş ölkələrin liderlərinə təqdim edəcəyəm. Liderlərin “Qələbə Planı”ndan xəbərdar olması bizə kömək edir”, - deyə bildirmişdi. Ukrayna lideri əmindir ki, qarşıdakı bir neçə ay müharibənin gələcəyi ilə bağlı həlledici olacaq. Yəni, bu payızda Ukraynada münaqişənin necə davam edəcəyinə qərar veriləcək. Onun sözlərinə görə, tərəfdaşların köməyi ilə Kiyev öz mövqeyini möhkəmləndirə və “ədalətli dünyaya” nail ola bilər.
Qeyd edək ki, Pensilvaniyaya çatdıqdan sonra Zelenski Skrantondakı sursat zavoduna baş çəkib və orada Ukrayna Silahlı Qüvvələri üçün əlavə mərmi istəyib. Zelenski “ABC News” telekanalına müsahibəsində isə Rusiya ilə müharibənin mümkün sona çatması ilə bağlı optimist bəyanat verib. O, müharibənin sonunun “düşündüyündən də yaxın” olduğunu bildirib: “Düşünürəm ki, biz sülhə düşündüyümüzdən daha yaxınıq”. Zelenski həmçinin müttəfiqləri Ukrayna ordusunu gücləndirməyə çağırıb: “Qələbə planı Ukraynanı gücləndirməkdir, ona görə də biz dostlarımızdan, müttəfiqlərimizdən bizi gücləndirmələrini xahiş edirik”. Ukrayna prezidenti həmçinin əlavə edib ki, Kiyev Rusiyanı yalnız “güclü mövqe” ilə müharibəni bitirməyə məcbur edə bilər.
Zelenskinin qələbə planı 3 əsas elementdən ibarətdir. Bunlara Ukraynaya daha çox silah yardımı, Rusiyanı sülhə məcbur etmək üçün beynəlxalq miqyasda diplomatik səylər göstərmək, 2022-ci il qarşıdurmalarına görə Moskvanın məsuliyyət daşıması kimi müddəalar daxildir. Ukrayna lideri bu planı ABŞ prezidenti Co Baydenlə müzakirə etdikdən sonra deyib ki, planı Konqreslə yanaşı prezidentliyə iki namizəd, vitse-prezident Kamala Harris və ABŞ-ın keçmiş prezidenti Donald Trampa da təqdim edəcək. Tramp bundan əvvəl ABŞ-ın Ukraynaya maddi və mənəvi dəstəyini tənqid etmiş və Rusiya prezidenti Vladimir Putini tərifləmişdi. Buna baxmayaraq, o da Zelenski ilə görüşə razılıq verib.
ABŞ Ukraynaya nə qədər yardım edib?
Zelenskinin ABŞ-a səfəri həm də Ağ Evin Ukraynaya 375 milyon dollarlıq yeni hərbi yardım paketi hazırlamağa çalışdığı dövrə təsadüf edir. Kiyev aylardır ki, Qərb müttəfiqlərindən, xüsusən də ABŞ-dan Rusiyadakı hədəfləri vurmaq üçün uzaqmənzilli raketlərə qoyulan məhdudiyyətləri aradan qaldırmağı xahiş edir. ABŞ prezidenti Co Bayden isə jurnalistlərin uzaqmənzilli raketlərlə bağlı qərarın əldə edilib-edilmədiyi sualına “xeyr” cavabını vermişdi. Respublikaçıların namizədi Trampa gəlincə, o, Ukraynadakı müharibəni dərhal bitirə biləcəyini iddia edir. Həm Putini, həm də Zelenskini çox yaxşı tanıdığını bildirən Tramp onları tez bir zamanda görüşdürəcəyinə söz verib.
Qeyd edək ki, Vaşinqton indiyədək Ukraynaya 56 milyard dollar yardım edib. ABŞ Ukraynanın müdafiəsini dəstəkləyən əsas ölkədir. Bununla yanaşı, Avropa Komissiyasının rəhbəri Ursula Fon der Leyen Rusiyanın dondurulmuş aktivlərindən 35 milyard avronun Ukraynanın iqtisadiyyatını və ordusunu dəstəkləmək üçün köçürüləcəyini açıqlayıb. Rusiya-Ukrayna müharibəsi başlayandan bəri Qərb ölkələri Rusiyanın təxminən 300 milyard dollarlıq aktivlərini dondurub. Bu məbləğin təxminən 200 milyard dolları Aİ ölkələrinin payına düşür. Dondurulmuş aktivlər hər il milyardlarla dollar faiz gəliri gətirir. G7 ölkələri, xüsusən də ABŞ bu gəliri Ukraynaya dəstək vermək üçün istifadə etmək istəyir.
Peskov: Hədəflərimizə çatmaq üçün heç bir alternativ yoxdur
Yeri gəlmişkən, Kreml Ukrayna Prezidenti Volodimir Zelenskinin Rusiya-Ukrayna müharibəsinin çoxlarının düşündüyündən də başa çatmağa yaxın olduğu barədə fikirlərini şərh edib. Bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib. “Bilirsiniz ki, istənilən müharibə bu və ya digər şəkildə sülhlə başa çatır. Ancaq hədəflərimizə çatmaq üçün heç bir alternativ yoxdur. Bu məqsədlərə bu və ya digər şəkildə nail olan kimi xüsusi hərbi əməliyyat başa çatacaq”, - deyə Peskov qeyd edib.
N. BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41
Hadisə
25 İyun 16:34
Gündəm
25 İyun 16:29
Gündəm
25 İyun 16:27
Hərbi
25 İyun 16:25
Gündəm
25 İyun 16:23
Elm
25 İyun 16:08
Elanlar
25 İyun 16:06
Elm
25 İyun 16:05
Gündəm
25 İyun 16:03
Siyasət
25 İyun 16:03
YAP xəbərləri
25 İyun 15:53
YAP xəbərləri
25 İyun 15:51
YAP xəbərləri
25 İyun 15:48
Siyasət
25 İyun 15:47
Siyasət
25 İyun 15:46
Xəbər lenti
25 İyun 15:43
Elanlar
25 İyun 15:29
Siyasət
25 İyun 15:27
Gündəm
25 İyun 15:26
Dünya
25 İyun 15:24
Siyasət
25 İyun 15:15
İqtisadiyyat
25 İyun 15:10
Sosial
25 İyun 14:35
YAP xəbərləri
25 İyun 14:32
Siyasət
25 İyun 14:22
Siyasət
25 İyun 13:56
Elanlar
25 İyun 13:49
Sosial
25 İyun 13:34
İdman
25 İyun 13:33
Elm
25 İyun 13:33
YAP xəbərləri
25 İyun 12:31
YAP xəbərləri
25 İyun 12:29
Siyasət
25 İyun 12:28
Gündəm
25 İyun 12:02
Siyasət
25 İyun 11:48
İqtisadiyyat
25 İyun 11:23
Gündəm
25 İyun 10:53
Siyasət
25 İyun 10:27
Gündəm
25 İyun 09:50
Analitik
25 İyun 09:32
Ədəbiyyat
25 İyun 09:15
Mədəniyyət
25 İyun 08:51
Sosial
25 İyun 08:28
Sosial
25 İyun 08:00
Dünya
24 İyun 23:32
İqtisadiyyat
24 İyun 23:17
Dünya
24 İyun 22:40
Dünya
24 İyun 22:34
Dünya
24 İyun 22:15

