Dünya Bankı: Bərk məişət tullantılarının həcmi sürətlə artır – Hesabat
01.04.2026 [13:31]
Dünya Bankı bərk məişət tullantıları üzrə ən əhatəli qlobal məlumat toplusu hesab edilən “What a Waste 3.0” hesabatının üçüncü nəşrini dərc edib. Son təsdiqlənmiş məlumatlara görə, bəşəriyyət 2022-ci ildə 2,56 milyard ton bərk məişət tullantısı istehsal edib. Bu rəqəm təxminən həmin il üzrə qlobal taxıl istehsalı ilə eyni həcmdədir.
Qlobal miqyasda yaranan tullantıların təxminən üçdə biri heç bir idarəetmə sisteminə daxil olmur. Mövcud tendensiyalar davam edərsə, 2050-ci ilə qədər bu göstərici 3,86 milyard tona çatacaq. Dünya Bankı bu prosesi artan qlobal böhran kimi qiymətləndirir.
AZƏRTAC xəbər verir ki, təkrar emal texnologiyalarının inkişafına baxmayaraq, tullantıların həcmi artmaqda davam edir və bu, iqtisadiyyat, ətraf mühit və səhiyyə sistemi üçün ciddi risklər yaradır. Bu barədə Dünya Bankının martın 30-da qeyd olunan Beynəlxalq Sıfır Tullantı Gününə həsr olunmuş yeni hesabatında bildirilir.
Tədqiqata əsasən, qlobal tullantıların təxminən üçdə biri hazırda təkrar emal olunmur və nəzarətsiz şəkildə atılır ki, bu da ciddi ekoloji və sosial-iqtisadi problemlərə səbəb olur.
Ekspertlərin fikrincə, problemin effektiv həlli üçün ölkələrin ümumi daxili məhsulunun 0,3–0,8 faizi həcmində illik investisiya tələb olunur. Eyni zamanda vurğulanır ki, hərəkətsizliyin iqtisadi və sosial xərcləri bu investisiyalardan xeyli yüksəkdir. Bu xərclərə ətraf mühitin çirklənməsi, əmlak dəyərinin azalması, turizm sektorunda itkilər və iş yerlərinin azalması daxildir.
Hesabat 217 ölkə və iqtisadiyyat, həmçinin 262 şəhər üzrə məlumatlara əsaslanır. Dünya Bankının qiymətləndirmələrinə görə, tullantıların idarə olunmasına çəkilən qlobal xərclər artıq illik 250 milyard dolları ötüb və mövcud tendensiyalar davam edərsə, 2050-ci ilə qədər 426 milyard dollara çata bilər.
Əhali artımı, sürətli urbanizasiya, gəlir səviyyəsinin yüksəlməsi və istehlakın artması tullantıların çoxalmasının əsas səbəbləri kimi göstərilir. Qlobal əhalinin 16 faizini təşkil edən yüksək gəlirli ölkələr tullantıların 29 faizini istehsal edir. Yuxarı orta gəlirli ölkələr isə əhalinin 36 faizi ilə tullantıların 42 faizinə sahibdir. Aşağı gəlirli ölkələrin payına cəmi 4 faiz düşür.
Baza ssenarisinə əsasən, tullantıların həcmi 2022-ci ildəki 2,56 milyard tondan 2050-ci ilə qədər 3,86 milyard tona yüksələcək ki, bu da təxminən 50 faiz artım deməkdir. Bununla yanaşı, yüksək ambisiyalı ssenari tullantıların səviyyəsinin sabitləşdirilməsini mümkün hesab edir.
Hesabatda qeyd olunur ki, səmərəsiz utilizasiya üsulları metallar və minerallar da daxil olmaqla qiymətli resursların itirilməsinə səbəb olur və ətraf mühitə mənfi təsiri gücləndirir. Eyni zamanda drenaj sistemlərinin çirklənməsi nəticəsində yaranan daşqınlar kimi fəlakətlərin iqtisadi zərərləri müasir tullantı idarəetmə sistemlərinə çəkilən xərcləri üstələyir.
Dünya Bankı vurğulayır ki, davamlı və inklüziv tullantı idarəetmə sistemlərinin inkişafı iqtisadi artımı stimullaşdıra, yeni iş yerləri yarada və innovasiyaları təşviq edə bilər. Bu səbəbdən tullantıların idarə olunması dövlətlər üçün strateji prioritet kimi qiymətləndirilir.
“What a Waste” seriyası Dünya Bankı tərəfindən 2012-ci ildən hazırlanır. Birinci nəşrdə qlobal tullantı həcmi 1,3 milyard ton, ikinci nəşrdə isə (2018) 2,1 milyard ton olaraq qeyd edilib. Üçüncü nəşr isə əhatə dairəsinə görə ən geniş hesabatdır və 217 ölkə, 262 şəhər üzrə məlumatları, həmçinin açıq onlayn bazanı əhatə edir.

Yeni nəşrin əsas metodoloji yeniliyi əvvəllər statistikadan kənarda qalan tullantı axınlarının da nəzərə alınmasıdır. Bunlara toplanmayan tullantılar, qeyri-rəsmi şəkildə yandırılan və ya atılan tullantılar, eləcə də qeyri-rəsmi təkrar emal sektorunun fəaliyyəti daxildir. Bu yanaşma 2022-ci il üçün daha dəqiq baza göstəricisinin formalaşdırılmasına imkan verib.
Müəlliflər qeyd edirlər ki, əvvəlki proqnozlarla mövcud göstəricilər arasındakı fərqlər əsasən ölçmə metodlarının təkmilləşdirilməsi ilə bağlıdır. Bununla belə, hesabatda tullantıların yaranma tempinin əvvəlki proqnozlardan daha sürətli ola biləcəyi də istisna edilmir.
Tullantıların tərkibi ölkələrin inkişaf səviyyəsindən asılı olaraq dəyişir. Qlobal miqyasda qida və üzvi tullantılar ümumi həcmin 38 faizini təşkil edir, aşağı gəlirli ölkələrdə isə bu göstərici 50 faizdən çoxdur. Yüksək gəlirli ölkələrdə isə təkrar emal edilə bilən quru materiallar, tekstil və elektron tullantılar üstünlük təşkil edir və ümumi həcmin təxminən yarısını təşkil edir.
Xəbər lenti
Hamısına baxDünya
16 Aprel 21:20
İqtisadiyyat
16 Aprel 21:09
Dünya
16 Aprel 20:45
Dünya
16 Aprel 20:33
Sosial
16 Aprel 20:18
Dünya
16 Aprel 19:51
Dünya
16 Aprel 19:31
Dünya
16 Aprel 19:27
Gündəm
16 Aprel 18:59
Dünya
16 Aprel 18:23
YAP xəbərləri
16 Aprel 17:55
YAP xəbərləri
16 Aprel 17:20
Dünya
16 Aprel 17:19
Sosial
16 Aprel 17:16
Hadisə
16 Aprel 16:28
Dünya
16 Aprel 16:09
Sosial
16 Aprel 15:52
Siyasət
16 Aprel 15:50
Dünya
16 Aprel 15:32
Siyasət
16 Aprel 15:22
Sosial
16 Aprel 15:20
Siyasət
16 Aprel 15:10
Gündəm
16 Aprel 14:51
Sosial
16 Aprel 14:41
Sosial
16 Aprel 14:15
Siyasət
16 Aprel 13:53
Sosial
16 Aprel 13:34
Gündəm
16 Aprel 12:51
Sosial
16 Aprel 12:42
İqtisadiyyat
16 Aprel 12:42
İqtisadiyyat
16 Aprel 12:41
Gündəm
16 Aprel 12:27
Siyasət
16 Aprel 12:15
İqtisadiyyat
16 Aprel 11:53
İqtisadiyyat
16 Aprel 11:30
Gündəm
16 Aprel 11:12
Siyasət
16 Aprel 10:49
İqtisadiyyat
16 Aprel 10:35
MEDİA
16 Aprel 10:11
Analitik
16 Aprel 09:58
Gündəm
16 Aprel 09:31
Gündəm
16 Aprel 09:15
Sosial
16 Aprel 08:50
Elm
16 Aprel 08:39
Dünya
15 Aprel 23:25
Dünya
15 Aprel 23:10
Dünya
15 Aprel 22:41
Dünya
15 Aprel 22:19
YAP xəbərləri
15 Aprel 22:18
Dünya
15 Aprel 21:54
Sosial
15 Aprel 21:28
YAP xəbərləri
15 Aprel 21:23
YAP xəbərləri
15 Aprel 21:19
İdman
15 Aprel 20:45
Elanlar
15 Aprel 20:39
Siyasət
15 Aprel 20:26
Dünya
15 Aprel 20:17
Dünya
15 Aprel 19:50
Dünya
15 Aprel 19:22
YAP xəbərləri
15 Aprel 19:17
YAP xəbərləri
15 Aprel 18:58
İqtisadiyyat
15 Aprel 18:53
Dünya
15 Aprel 18:44
Elm
15 Aprel 18:25
Siyasət
15 Aprel 17:44
Dünya
15 Aprel 17:34
Sosial
15 Aprel 17:13
İqtisadiyyat
15 Aprel 17:12
Dünya
15 Aprel 17:12
İqtisadiyyat
15 Aprel 16:59

