Türkiyənin maliyyə naziri: Yaxın Şərqdəki gərginlik yeni ticarət dəhlizləri formalaşdırır
01.04.2026 [18:22]
Yaxın Şərqdəki gərginlik qlobal təchizat zəncirlərini dəyişdirir, yeni ticarət dəhlizləri formalaşdırır. Türkiyə bu kontekstdə investisiya maqniti kimi mövqeyini gücləndirir və iqtisadiyyatını inkişaf etdirmək üçün hər fürsətdən istifadə etməyə çalışır.
AZƏRTAC xəbər verir ki, bu barədə Türkiyənin xəzinə və maliyyə naziri Mehmet Şimşek Londondakı Türkiyə səfirliyində Türkiyə Prezidentliyinin İnvestisiya və Maliyyə İdarəsinin 20-ci ildönümü münasibətilə keçirilən qəbulda bildirib.
Türkiyənin maliyyə naziri İran ətrafında yaranmış böhranı “regionun inkişafının üzərindəki qara bulud” adlandırıb. “Lakin vəziyyətə daha geniş kontekstdə baxsaq, aydın olur ki, Türkiyə bu gün regionda təkcə “sabitlik adası” deyil, həm də güclü istehsal bazası və dinamik inkişaf edən xidmət mərkəzidir. Nazirlər Kabineti inflyasiyanı azaltmaq, xarici ticarət əməliyyatlarının sabitliyini təmin etmək və rəqabət qabiliyyətini artırmaq üçün proqram həyata keçirməklə ölkənin güclənməsi üçün bütün lazımi addımları atır”, - deyə M. Şimşek əmin edib. O qeyd edib ki, Türkiyə 1,6 trilyon dollarlıq ÜDM-ə malik və adambaşına düşən gəliri 18 min dollara qədər olan azsaylı ölkələrdən biridir.
Nazir, həmçinin Rəcəb Tayyib Ərdoğanın hakimiyyəti dövründə təxminən 360 milyard dollar investisiya qoyulan Türkiyənin güclü infrastrukturunu vurğulayıb.
O əlavə edib: “Türkiyə Orta Dəhlizin bir hissəsidir və regional nəqliyyat şəbəkələrinə investisiya qoymağa davam edir. İnanıram ki, Yaxın Şərqdəki vəziyyət yanaşmaların yenidən nəzərdən keçirilməsinə, yaşıl və rəqəmsal transformasiyanın sürətlənməsinə səbəb olacaq. Müdafiə sənayesi Ankaranın prioritetləri arasındadır. Bir çox digər sektorlarda da əhəmiyyətli potensial var”.
Şimşek bildirib ki, Türkiyə yüksək əlavə dəyərli kənd təsərrüfatı məhsulları baxımından dünyanın ilk on ölkəsi arasındadır. Ölkə kənd təsərrüfatı məhsuldarlığını artırmaq üçün səy göstərir.
Rəsmi məlumatlara görə, 2003-cü ildən bəri Türkiyəyə qoyulan ümumi xarici birbaşa investisiyalar təxminən 290 milyard dollar təşkil edib. Eyni dövrdə ölkədəki beynəlxalq şirkətlərin sayı 5 mindən təqribən 87 minə qədər artıb.
Xəbər lenti
Hamısına baxSiyasət
05 İyun 13:21
Sosial
05 İyun 12:36
Siyasət
05 İyun 12:23
Gündəm
05 İyun 12:11
Elanlar
05 İyun 12:02
Gündəm
05 İyun 11:57
Xəbər lenti
05 İyun 11:44
Gündəm
05 İyun 11:37
İqtisadiyyat
05 İyun 11:34
Gündəm
05 İyun 11:25
Elm
05 İyun 11:23
Siyasət
05 İyun 11:11
Sosial
05 İyun 11:10
Gündəm
05 İyun 10:51
İqtisadiyyat
05 İyun 10:32
Gündəm
05 İyun 10:29
Analitik
05 İyun 10:16
Analitik
05 İyun 09:58
Analitik
05 İyun 09:34
Sosial
05 İyun 09:16
Sosial
05 İyun 08:53
Ədəbiyyat
05 İyun 08:30
İdman
04 İyun 23:42
Dünya
04 İyun 23:42
Hadisə
04 İyun 23:17
Dünya
04 İyun 22:59
Siyasət
04 İyun 22:53
Dünya
04 İyun 22:26
Dünya
04 İyun 21:43
Dünya
04 İyun 21:19
Dünya
04 İyun 20:45
İqtisadiyyat
04 İyun 20:27
Dünya
04 İyun 20:11
Maraqlı
04 İyun 19:53
Dünya
04 İyun 19:30
Dünya
04 İyun 19:18
YAP xəbərləri
04 İyun 19:07
Dünya
04 İyun 18:35
Dünya
04 İyun 18:15
Dünya
04 İyun 17:41
Dünya
04 İyun 17:12
Dünya
04 İyun 16:58
YAP xəbərləri
04 İyun 16:25
Dünya
04 İyun 16:23
YAP xəbərləri
04 İyun 16:21
Dünya
04 İyun 15:54
Dünya
04 İyun 15:31
Dünya
04 İyun 15:10
Dünya
04 İyun 14:49
İqtisadiyyat
04 İyun 14:42
İqtisadiyyat
04 İyun 14:40
Sosial
04 İyun 14:34
Siyasət
04 İyun 14:33
Xəbər lenti
04 İyun 14:25
Dünya
04 İyun 14:22
Siyasət
04 İyun 14:20
Sosial
04 İyun 14:07
Dünya
04 İyun 13:54
Dünya
04 İyun 13:20
Dünya
04 İyun 13:08
Dünya
04 İyun 12:46
Dünya
04 İyun 12:30
Gündəm
04 İyun 12:19
Siyasət
04 İyun 12:04
İqtisadiyyat
04 İyun 11:50
Sosial
04 İyun 11:26
Gündəm
04 İyun 11:25
Xəbər lenti
04 İyun 11:01
Sosial
04 İyun 11:00
Sosial
04 İyun 10:54

