Onore de Balzakın etiqadı
14.04.2023 [10:59]
Dahi yazıçının “Qobsek” novellası haqqında
Balzak haqqında pıçıltıyla danışmaq mümkün deyil. Onun yaradıcı qüdrəti ağlasığmaz möcüzələr göstərib. Hələ gəncliyində Napoleonun heykəlciyinin pyedestalına öz əliylə belə yazmışdı: “Onun qılıncla başladığını mən qələmlə tamamlayacağam”. Doğrudan da onun qələmi Bonapartın qılıncından çox-çox uzaqlara getdi, onun fəthi Napoleonun işğalından qat-qat uzunömürlü oldu. Həyatda öz təyinatını tapmaq üçün göstərdiyi bir neçə uğursuz cəhddən sonra Balzak özünü yazı masasına zəncirlədi, təqribən on səkkiz ildə - otuz yaşından qırx səkkiz yaşına qədər sutkada on altı saat fasiləsiz işləməklə tükənməz ilham, titanik zəhmət bahasına “Bəşəri komediya” silsiləsindən yüzə yaxın roman, novella yazdı, bütün dünyaya ün saldı. Bu qədər əsəri nəinki yazmaq, oxumaq da böyük hünər istəyir. Dünya dramaturgiyası tarixində Şekspir hansı yeri tutursa, dünya nəsrində də Balzak elə həmin yerdə durur.
Balzak insan sərrafıdır, nəfsin anatomiyasını, canı yandırıb külə döndərən ehtirasların tərkibini onun qədər dəqiq bilən bir sənətkar tapılmaz. Buna əmin olmaq üçün təkcə elə “Şaqren dərisi” fəlsəfi romanını oxumaq yetər. Vur-tut otuz iki yaşında yazdığı bu əsərdə qədim əşyalar satan 125 yaşlı müdrik qocanın diliylə müəllif belə deyir: “İndi mən sizə bir neçə kəlməylə həyatın ən böyük sirrini açmaq istəyirəm. İnsan saya-hesaba gəlməyən ağılsız hərəkətlərlə özünü üzür, məhz elə bu səbəbdən onun həyat mənbələri tükənir. Ölümün bu iki səbəbinin bütün formaları bu bir cüt sözə calanır - istəmək, bir də almaq. İnsan əməllərinin bu iki qütbü arasında müdriklərin tutduğu başqa bir məqam da var, mənim bunca məsud, uzun ömür sürməyim o məqamın hikmətindəndir. “İstəmək” bizi körükləyir, “almaq” isə yandırıb külə döndərir; fəqət “bilmək” bizim zəif vücudumuza daim öz dincliyini qorumaq imkanı verir. Arzumu, istəyimi mən fikrimlə öldürmüşəm... ömrümün paytaxtını parçalana biləsi qəlbimə, korşalası duyğularıma yox, daim təzə-tər qalan, heç vaxt nimdaşlaşmayan beynimə, şüuruma köçürmüşəm... Ağrı, dəlilik, əzab nədir - ifrata varmış ehtiraslar, sərhədsiz arzular, hüdudsuz həzz almaq istəyi...”
Elə biləsən buddist rahib danışır.
Özünü zarafatla “ictimai elmlər doktoru” adlandırsa da, Balzak mahiyyətcə sosial yazıçı, yəni, sosial bəlaları hədəfə alan, quruluş dəyişərsə insan təbiətinin də dəyişəcəyinə inanan sadəlövh yazıçılardan deyildi. Balzakın şinelindən çıxmış, özü də bir məktəb yaratmış Emil Zolya onu demokrat adlandırırdı, ancaq Balzak siyasi dünyagörüşünə görə konstitusiyalı monarxiya tərəfdarıydı (bəziləri hətta onun respublikaya düşmən olduğundan şübhələnirdi), katolik kilsəsinə güvənirdi, ailə institutunu cəmiyyətin orta dirəyi sayırdı, hərçənd sözüylə əməli çox zaman düz gəlmirdi, fərdi baxışlarıyla yazıçı mövqeyi hər saat uzlaşmırdı. Balzak ehtirasların vulkan kimi püskürdüyü, nəfsin zəlzələtək silkələdiyi Paris cəmiyyətinə qalın qara pərdə arxasından baxan bir zahid, insanı tamah atından salmağa çalışan təmkinli bir stoik idi.
Onore de Balzak Avropa ədəbiyyatında yeni roman(çılıq) ənənəsi yaradıb. Onun ilmə-ilmə toxuduğu nəhəng epopeya yaşadığı dünyanın hər küncünə-bucağına amansız işıq tutur, Parisdən əyalət şəhərinə, oradan da kəndəcən hər yerdə adamları kəməndə salıb qırğı baxışlarıyla onları müayinədən keçirir, onların içini çölünə çevirib xəbis niyyətləri fələyin divanına çılpaq çıxarır. Onun yaratdığı minlərlə obrazın bir qismi kitabdan-kitaba adlayır, bəzən hansısa əsərdə onlardan hansısa səhnəyə çıxmayanda belə aralıdan-aralıya sədasını eşidirik, filan romanda, ya novellada qarşılaşmadığımız personajın da haradasa yaxınlıqda olduğunu hiss eləyirik. Sonradan Zolya, Folkner, Markes kimi bir çox böyük yazıçı bu metoddan istifadə elədi.
Balzak ən məşhur əsərlərinin çoxunu XIX əsrin otuzuncu illərində, yəni, otuz yaşlarında qələmə alıb. 1829-cu ildə işıq üzü görmüş “Şuanlar” romanının uğur qazanmasından sonra o, dalbadal çapdan çıxan yeni romanlarla, novellalarla ədəbiyyat meydanını artilleriya atəşinə tutmağa başladı. İyirmi yaşlarında gizli imzalarla o zaman dəbdə olan “çılğın romantizm” üslubunda yazdığı kitabları nəzərə almasaq, ilk romanının nəşrindən üç-dörd il sonra yazıçı bütün yazdığı-yazacağı əsərləri bir silsilə şəklində, bir ad altında birləşdirməyi qərara aldı. Dantenin məşhur əsərinə bir növ parodiya kimi meydana gələn “Bəşəri komediya”nın ilkin planına görə, silsilə yüz əlli əsərdən ibarət olmalıydı, fəqət ömrünün son illərində yazıçı xəstəliyi ucbatından işini yarımçıq qoymağa məcbur qaldı, beləliklə, öz nəhəng planının yalnız üçdə ikisini yerinə yetirə bildi.
1830-cu ildə yazdığı “Qobsek” novellası Balzak yaradıcılığının erkən ədəbi məhsullarındandır. Yazıçı bu əsərdə atası holland, anası yəhudi olan xəsis bir sələmçinin obrazını yaradıb. Onun adının “adamyeyən”, “qaniçən” sözlərinə yaxın bir mənası var. Qobsekin qəziyyəsi Parisdə yaxşı reputasiya qazanmış vəkil Dervilin dilindən nağıl olunur. Dervil onu tanıyanda qoca sələmçinin yetmiş altı yaşı olub, indi - əhvalat danışıldığı vaxt isə Qobsek artıq dünyada yoxdur, bir müddət əvvəl səksən doqquz yaşında canını İblisə tapşırıb.
Ədəbiyyatda parlaq xəsis obrazları var - Şekspirin Şeyloku (“Venesiya taciri”), Molyerin Qarpaqonu (“Xəsis”), Qoqolun Plyuşkini (“Ölü canlar”), Mirzə Fətəli Axundovun Hacı Qarası (“Sərgüzəşti-mərdi-xəsis”)... Hər müəllif bu insan mərəzinə öz prizmasından baxıb, onu söykəndiyi fəlsəfi-estetik prinsip çərçivəsində təqdim eləyib. Molyerdən, Qoqoldan, Axundovdan fərqli olaraq Balzak xəsisliyi ictimai bəla kimi qələmə vermir (hərçənd Qobsekin xarakterinin ictimai fəsadları adını çəkdiyim müəlliflərin bənzər personajlarının sosial dağıdıcılıq gücündən qat-qat artıqdır), o bu xəstəliyin köklərini sinirlərdən, instinktlərdən hörülmüş insan varlığının ən dərin qatlarında axtarır, ona bir təbiət hadisəsi kimi diaqnoz qoymağa çalışır, Qobsekin xislətini doğuran qüvvənin sirli mexanizmini gah onun öz diliylə, gah da kənar müşahidəçinin gözüylə çözməyə cəhd göstərir.
Qobsek sadəcə xəsis, acgöz bir sələmçi deyil, o, həyata, insanlara amansız münasibət bəsləyən qəddar bir filosofdur. Vəkil Dervilin dilindən deyildiyi kimi, Qobsekin ikili xarakteri var - o, həm altun düşkünü, sərvət köləsi olan miskin bir tamahkar, həm də həyatda böyük təcrübə qazanmış qeyri-adi bir müdrikdir. O, pula da alınıb-satılan əmtəə kimi baxır, onun fikrincə, tüfeyli zadəganları, talançı kapitalistləri soyub-talamaq heç də bəd əməl deyil. Dervil etiraf eləyir ki, bir gün qəfil yıxılıb ölsə, yetimləri yiyəsiz qalsa, Qobsek onları qəyyumluğa götürər. Doğrudan da qoca sələmçi haqq-hesab çəkməkdə yaman zalımdır, di gəl, verdiyi sözün üstündə durandır, özü düz yaşamasa da, düzün düzlüyünə qiymət verəndir. Dervillə dostluğu da elə bu səbəbdən baş tutub.
Jan-Ester van Qobsek heç bir universal dəyərə, mütləq həqiqətə, haqq divanına inanmayan amansız bir sinikdir. On yaşından sərbəst həyata atılıb, üzü üzlər görüb, başı bəlalar çəkib, Əzrayılla çilik-ağac oynayıb. Etibarını qazanmış vəkil Dervillə səmimi söhbətlərində açıq deyir ki, Qərbdə heyranlıq doğuran bir əmələ görə Şərqdə insan edam olunur, yaxud da tərsinə, Şərqdə normal qarşılanan bir əməl Qərbdə rüsvayçılığa səbəb olur. Yəni, bütün dəyərlər nisbi, qanunlar, adətlər məhəllidir. Onun tapındığı tək bir universal gerçək var - təbiətin bütün varlıqların təməlinə qoyduğu özünüqoruma instinkti! Danılmaz həqiqətdir ki, hər yerdə güclü-gücsüz, varlı-kasıb savaşı gedir. Bu, belə demək olarsa, filosof Qobsekin ontologiyasıdır. Bir sözlə, qoca sələmçi Şeytanın nümayəndəsi də yox, İblisin ta özüdür.
Ardı var..
F.Uğurlu
Xəbər lenti
Hamısına baxSiyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31
Siyasət
08 Noyabr 20:55
Dünya
08 Noyabr 20:32
Sosial
08 Noyabr 19:20
Siyasət
08 Noyabr 19:19
Siyasət
08 Noyabr 19:18
Sosial
08 Noyabr 19:17
Xəbər lenti
08 Noyabr 19:16
Gündəm
08 Noyabr 18:49
Dünya
08 Noyabr 18:25
Xəbər lenti
08 Noyabr 18:02
Dünya
08 Noyabr 17:42
Gündəm
08 Noyabr 17:24
Gündəm
08 Noyabr 17:13
Dünya
08 Noyabr 16:30
Dünya
08 Noyabr 15:26
Dünya
08 Noyabr 14:51
Dünya
08 Noyabr 14:39
Xəbər lenti
08 Noyabr 13:42
Dünya
08 Noyabr 13:14
Siyasət
08 Noyabr 13:11
Dünya
08 Noyabr 12:48
Gündəm
08 Noyabr 12:16
Gündəm
08 Noyabr 12:15
Gündəm
08 Noyabr 12:12
Gündəm
08 Noyabr 11:42
Gündəm
08 Noyabr 11:25
Siyasət
08 Noyabr 10:58
YAP xəbərləri
08 Noyabr 10:35
Sosial
08 Noyabr 10:12
İqtisadiyyat
08 Noyabr 09:56
Xəbər lenti
08 Noyabr 09:39
MEDİA
08 Noyabr 09:34
Analitik
08 Noyabr 09:12
Siyasət
08 Noyabr 08:52
Ədəbiyyat
08 Noyabr 08:28
Gündəm
08 Noyabr 00:26
YAP xəbərləri
07 Noyabr 23:52
Gündəm
07 Noyabr 21:41
Gündəm
07 Noyabr 21:10
YAP xəbərləri
07 Noyabr 21:08
Gündəm
07 Noyabr 20:24
YAP xəbərləri
07 Noyabr 18:30
Sosial
07 Noyabr 18:22
Dünya
07 Noyabr 17:51
Elanlar
07 Noyabr 16:51
Xəbər lenti
07 Noyabr 16:48

