Obyektiv və dürüst olmaq...
25.07.2025 [11:15]
Prezident İlham Əliyev: Xalqıma heç vaxt yalan söyləmirəm
Azərbaycan dövlətinin həyata keçirdiyi çoxvektorlu xarici siyasət kursu ölkəmizin dünya miqyasında siyasi-iqtisadi nüfuzunun gündən-günə artmasında əsaslı şərt kimi çıxış edir. Əldə olunan yüksək iqtisadi göstəricilər, diplomatik uğurlar, regionda formalaşdırılan və təhlükəsizliyə istiqamətlənən yeni siyasi reallıqlar, eyni zamanda, fərqli coğrafyaların enerji təminatında oynadığı əhəmiyyətli rol Azərbaycana olan qlobal marağın artamasını şərtləndirib. Prezident İlham Əliyevin müəyyənləşdirdiyi yol yeni mərhələdə formalaşan iqtisadi-siyasi, ticari münasibətlər sisteminə mühüm töhfələr vəd edir - burada əsas məqamlardan biri də Azərbaycanın beynəlxalq münasibətlər sistemində bərabərhüquqlu əməkdaşlığı təbliğ etməsidir. Beləliklə, ərazi baxımından kiçik olsa da, Azərbaycan dünyada cərəyan edən iqtisadi-suyasi, ticari proseslərə aktiv müdaxilə imkanı əldə edir. Nəticə isə göz önündədir - bu gün Qərb, Türkiyə, Ərəb-İslam dünyası, Mərkəzi Asiya, Uzaq Şərq, Çin, hətta fərqli qitələrin təmsilçiləri Azərbaycanın apardığı uğurlu siyasətin dəstəkçisi, tərəfdaşı kimi çıxış edir. Beləliklə, Azərbaycanın beynəlxalq aləmlə əlaqələri və əməkdaşlıq coğrafiyası genişlənir.
Əsas prinsiplərdən biri...
Çoxtərəfli əlaqələrin inkişafında ən mühüm amillərdən biri isə dövlətin daxilində vəhdətin, birliyin olmasıdır. Təkzibolunmaz faktdır ki, müasir dövr olduqca təlatümlü siyasi proseslərlə müşayət olunur - bu baxımdan, müasir siyasi münasibətlər sistemində dövlətin, hətta regionun inkişaf tendensiyasını müəyyənləşdirmək olduqca çətindir. Prezident İlham Əliyevin Azərbaycana qısa zamanda Cənubi Qafqazın lideri statusunu qazandırması, Mərkəzi Asiya-Cənubi Qafqaz-Kiçik Asiya iqtisadi tranzitini ən real və effektiv ticari yol kimi təqdim etməsi, nəhayət, 2020-ci il Vətən müharibəsi və 2023-cü il antiterror tədbirləri nəticəsində yeni təhlükəsizlik arxitekturası qurması Onun liderlik kefiyyətlərinin yeni təqdimatının ən vacib komponentlərindəndir. Post-müharibə dövrünün reallıqları isə Azərbaycan liderinin ölkəsini yeni nizamda yeni inkişaf mərhələsinə doğru apardığını sübuta yetirir. Bütün bu uğurlaın arxasında Liderin xalqına etimadı, güvəni, dürüstlüyü, xalqının Liderinə inamı və etibarı dayanır. Prezident İlham Əliyev III Qlobal şuşa Forumunda çıxışı zamanı bildirib ki, xalqıma heç vaxt yalan söyləmirəm: “Hesab edirəm ki, biz obyektiv və dürüst olmalıyıq, yalan danışmamalıyıq. Düşünürəm ki, bu, yəqin ki, əsas prinsiplərdən biridir: ilk növbədə öz xalqıma həqiqəti söyləmək. İnternet və sosial şəbəkələr dövründə yaşadığımız üçün burada dediyiniz hər şey dərhal bütün dünyada rezonans doğurur”.
Beynəlxalq hüquqa və BMT Nizamnaməsinə sadiqlik
Azərbaycan dövlətinin bütün məsələlərə yanaşmada sərgilədiyi vahid mövqe var: beynəlxalq hüquqa söykənən, ədaləti və haqqı tərənnüm edən yanaşma. Dünyanın idarəetmə sisteminin əsasında da bərabərlik, beynəlxalq münaqişələrin sülh yolu ilə həll edilməsi, bir ölkənin digər ölkəyə güc tətbiq etməsindən imtina etməsi, dövlətlərin daxili işlərinə qarışmamaq, insanların əsas hüquq və azadlıqlarına hörmət etmək, eləcə də bərabərhüquqlu əməkdaşlıq kimi prinsiplər dayanmalıdır. Bəzi hallarda bu prinsiplərin kobud şəkildə pozulması nəticəsində beynəlxalq münasibətlərdə qarşılıqlı etimadın azalması və beynəlxalq əməkdaşlıqda, eləcə də xalqlararası dialoq və inteqrasiya proseslərində arzuolunmayan - neqativ hadisələrin baş verməsi müşahidə edilir - məsələn, 30 ilə yaxın davam etmiş işğal faktı nəticəsində Azərbaycanın hüquqları pozulmuş, ölkəmiz təcavüzə məruz qalmış, vətəndaşlarımız öz doğma yurdlarında yaşamaq hüququndan məhrum edilmişdi.
Təsadüfi deyil ki, bu gün dünyanın müxtəlif yerlərində hələ də siyasi, dini, etnik zəmində konfrantasiyalar mövcuddur. Ədaləti bərpa etmək missiyasını üzərinə götürən qurumlar isə irəli sürdükləri prinsiplərin qlobal miqyasda tətbiqini təmin etməlidirlər. Beynəlxalq hüquq normalarının üstünlüyü təmin olunmalı, mövcud norma və prinsiplər əsasında işlək mexanizmlər formalaşdırılmalıdır. Prezident İlham Əliyev çıxışında bildirib ki, biz istənilən vəziyyətdə, istər siyasi, istərsə də başqa üstünlüklərdən asılı olmayaraq, həmişə konkret olaraq beynəlxalq hüququn universal prinsiplərinə sadiq olmuşuq: “Biz özümüz də separatizmdən və işğaldan əziyyət çəkən bir ölkə kimi sadəcə, olaraq dünyanın heç bir yerində analoji vəziyyətlərə münasibətimizi başqa cür ifadə edə bilmədik. Ona görə də beynəlxalq hüquqa və BMT Nizamnaməsinə sadiqlik həm də fundamental amildir və hesab edirəm ki, Azərbaycanın beynəlxalq aləmdə layiqli yer tutmasına imkan verib”.
Azərbaycan yekdilliklə qəbul edilən yeganə ölkədir
Bəli, bu gün Azərbaycan qlobal münasibətlər sisteminin aparıcı üzvü kimi çıxış etməkdədir. Dünyanın müxtəlif qitələrində yerləşən dövlətlərlə, aparıcı beynəlxalq təşkilatlarla ikitərəfli və çoxtərəfli əməkdaşlıq münasibətlərinin dərinləşdirilməsi dövlət siyasətimizin diqqət çəkən prioritetlərindəndir. Məhz, bu diplomatik reallıqlar fonunda respublikamızın Avropa üçün geosiyasi və iqtisadi əhəmiyyəti daha da yüksəlib, avrostrukturlara inteqrasiya prosesi sürətlənib. Ötən illər ərzində Azərbaycan Avropa İttifaqı, İslam Əməkdaşlıq Təşkilatı, NATO Parlament Assambleyası və digər mötəbər beynəlxalq təşkilatlarla qarşılıqlı maraqlar əsasında faydalı əməkdaşlıq edir. Beynəlxalq təşkilatlar tərəfindən də ciddi maraqla qarşılanan Azərbaycanın inkişaf modeli əlverişli coğrafi və geosiyasi məkanda yerləşən respublikamızın nüfuzunu daha da gücləndirib. Bu amilin nəticəsidir ki, Azərbaycanla əməkdaşlıq etmək istəyində olan dövlətlərin və təşkilatların sayı durmadan artır. Azərbaycan BMT-dən sonra dünyada ikinci ən böyük siyasi təsisat olan Qoşulmama Hərəkatına uğurla rəhbərlik edib. Üç qitəni əhatə edən D-8 üzvlüyümüz isə Azərbaycanın beynəlxalq aləmdə artan nüfuzunun və ölkəmizə olan etimadın növbəti bariz nümunəsidir. D-8 qrupuna üzvlüyümüz qarşılıqlı şəkildə həm siyasi, həm də iqtisadi əhəmiyyət daşımaqdadır. Prezident İlham Əliyev Şuşa Media Forumunda çıxışında bildirib ki, ölkəmizdə risklərin daxili mənbələri yoxdur. Bütün potensial risklər bizim sərhədlərimizdən kənarda formalaşa bilər. Ona görə də sürprizlərdən, fəaliyyətimizlə bağlı olmayan bəzi risklərdən qorunmaq da vacib idi və bu məsələdə coğrafiyanın mühüm rolu olub: “Azərbaycan, eyni zamanda, həm Avropa, həm də müsəlman təşkilatlarının üzvü olan və Avropa İttifaqı, İslam Əməkdaşlıq Təşkilatı, ECO və bir çox başqa qurumlar vasitəsilə sammit formatlarında fəal iştirak edən azsaylı ölkələrdən biridir. Azərbaycanın nüfuzunu vurğulayan daha bir mühüm amil, deyərdim ki, D-8 Təşkilatına yeni üzv olan ilk və yeganə ölkə olmasıdır. Vaxtilə Türkiyənin, Pakistanın, Misirin təşəbbüsü ilə yaradılan və hazırda müsəlman dünyasının əhalisinə, potensialına görə ən böyük səkkiz dövlətini birləşdirən təşkilat hələ bir çox onilliklər əvvəl yarandığı gündən indiyədək yeni üzv qəbul etməyib. Azərbaycan yekdilliklə qəbul edilən yeganə ölkədir”.
Səmimi qonşuluq prinsipləri...
Beləliklə, bütün dünya Azərbaycanın yaratdığı real mənzərəni həm görür, həm də ortada olan imkanlardan yararlanır. Nəticə etibarı ilə, qlobal məkanın gənc, amma qətiyyəti, birlik və həmrəylik təşəbbüsləri ilə seçilən bir üzvü olaraq yeni beynəlxalq əlaqələr sisteminin humanizm prisipləri əsasında qurulması cəhdləri dəstəklənir. Çoxtərəfliliyin təşviqi, regional, hətta qlobal maraqları, dəyərləri qorumağı özündə ehtiva edən siyasi gündəm Azərbaycanın ətrafında böyük bir dostluq masası formalaşdırır. Bu isə Azərbaycanla qarşılıqlı faydalı əməkdaşlığa əsaslanan tərəfdaşlıq münasibətlərinin də coğrafi miqyasını genişləndirir - beynəlxalq münasibətlər sisteminin aparıcı dövlətləri Azərbaycanın illərdir yürütdüyü dürüst, beynəlxalq hüquqa söykənən və ədalətə əsaslanan siyasətini təqdir edir. Xüsusilə, qonşularla münasibətdə səmimi əməkdaşlığa istinad etməsi ölkəmizin bölgədə tərəfdaşlıq platforması yaratmaq niyyətini ortaya qoyur. Prezident İlham Əliyev bildirib ki, öz maraqlarını nəzərə alanda qonşunun da maraqlarına baxmaq hər kəs üçün vacibdir: “Yəni milli maraqların qorunması Azərbaycanın xarici siyasətində fundamental amildir, lakin regional və qlobal kontekstdən ayrılaraq bu amildən güclü sui-istifadə etmək olmaz. Həmişə vəziyyətə baxmaq lazımdır, vəziyyətə qonşunun prizmasından baxmağa çalışın. Onda çox şey aydınlaşır, belə olan halda anlaşılmazlığa səbəb olan bir çox məsələlər kifayət qədər səmərəli nizamlanır”.
Dövlət başçısı bildirib ki, biz qonşularımızla deyil, qonşularımızın qonşuları ilə də yaxşı münasibətlərə malik olmalıyıq. “Bu sahədə də fəal diplomatik fəaliyyət aparılır və bizim etibarlı tərəfdaş imicimiz var. Biz son 10 il ərzində etimad qurmağa çalışmışıq. Biz nümayiş etdirməyə çalışmışıq ki, ölkəmiz etibarlı tərəfdaşdır və sözümüzün imzamız qədər dəyəri var. Bu, bu günə qədər də məhz belə olmuşdur”, - deyə Prezident bildirib.
P.İSMAYILOV
Xəbər lenti
Hamısına baxDünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13

