Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Azərbaycan Prezidenti İlham Əliyev Səudiyyə Ərəbistanı Krallığına rəsmi səfərə gəlib

Azərbaycan Prezidenti İlham Əliyev Səudiyyə Ərəbistanı Krallığına rəsmi səfərə gəlib

06.04.2015 [10:21]

Xüsusi müxbirimiz xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva aprelin 5-də Səudiyyə Ərəbistanı Krallığına rəsmi səfərə gəliblər.
Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Ər-Riyadın hərbi aerodromunda Azərbaycan Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Burada Prezident İlham Əliyevin rəsmi qarşılanma mərasimi oldu.
Dövlətimizin başçısı İlham Əliyevi İki Müqəddəs Ocağın Xadimi, Səudiyyə Ərəbistanının Kralı Salman bin Əbdüləziz Əl Səud qarşıladı.
Fəxri qarovul dəstəsinin rəisi Prezident İlham Əliyevə raport verdi.
Azərbaycanın və Səudiyyə Ərəbistanının dövlət himnləri səsləndi.
Səudiyyə Ərəbistanının dövlət və hökumət nümayəndələri Prezident İlham Əliyevə, Azərbaycan nümayəndə heyəti isə İki Müqəddəs Ocağın Xadimi, Səudiyyə Ərəbistanının Kralı Salman bin Əbdüləziz Əl Səuda təqdim olundu.
Sonra İki Müqəddəs Ocağın Xadimi, Səudiyyə Ərəbistanının Kralı Salman bin Əbdüləziz Əl Səud tərəfindən Azərbaycan Prezidenti İlham Əliyevin şərəfinə rəsmi ziyafət verildi.

Paylaş:
Baxılıb: 737 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

İqtisadiyyat

Siyasət

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31