Azərbaycan Prezidenti İlham Əliyev Avropa Voleybol Konfederasiyasının prezidentini qəbul edib
24.11.2016 [09:54]
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 23-də Avropa Voleybol Konfederasiyasının prezidenti Aleksandar Boriçiçi qəbul edib.
AZƏRTAC xəbər verir ki, Bakıya birinci Avropa Oyunları zamanı səfərini xatırlayan qonaq Oyunların hətta Olimpiya Oyunlarından da yüksək səviyyədə keçirildiyini, ölkəmizə gələn xarici qonaqların buradan çox gözəl xatirələrlə ayrıldığını qeyd edərək, bu cür tədbirlərin keçirilməsinin Azərbaycanın gələcək inkişafı üçün gözəl bir investisiya olduğunu vurğulayıb. 2017-ci ildə Bakıda qadınlar arasında Voleybol üzrə Avropa Çempionatının final mərhələsinin keçirilməsi barədə qərarın önəmini diqqətə çatdıran Aleksandar Boriçiç tədbirin ölkəmizdə uğurla təşkil ediləcəyinə ümidvar olduğunu deyib və bu işlərə verdiyi dəstəyə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirib.
Azərbaycanda idmanın inkişafına böyük önəm verildiyini deyən Prezident İlham Əliyev bütün idman tədbirlərinin yüksək səviyyədə təşkili üçün ölkəmizin böyük səylər göstərdiyini vurğulayıb. Bakıda keçirilən birinci Avropa Oyunlarının əhəmiyyətindən danışan dövlətimizin başçısı qeyd edib ki, ölkəmiz bu Oyunların Yay Olimpiya Oyunlarından da yüksək səviyyədə təşkilini qarşısına məqsəd qoymuşdu və buna nail olub. Azərbaycan komandasının 2016-cı il Rio Olimpiya Oyunlarında medalların sayına görə dünya ölkələri arasında 15-ci yeri tutduğunu deyən dövlətimizin başçısı bunun böyük uğur olduğunu qeyd edib. Ölkəmizdə idmanın təbliğinə, həmçinin müxtəlif beynəlxalq tədbirlərin təşkilinə böyük diqqət yetirildiyini vurğulayan Prezident İlham Əliyev qadınlar arasında Voleybol üzrə Avropa Çempionatının final mərhələsinin də Azərbaycanda uğurla keçiriləcəyinə, tədbirin mühüm beynəlxalq idman hadisəsinə çevriləcəyinə əminliyini ifadə edib.
Xəbər lenti
Hamısına baxMədəniyyət
13 May 21:54
Dünya
13 May 21:20
Xəbər lenti
13 May 21:14
Dünya
13 May 21:05
İqtisadiyyat
13 May 20:43
Dünya
13 May 20:30
Dünya
13 May 20:18
Dünya
13 May 19:50
Dünya
13 May 19:25
Dünya
13 May 19:13
Dünya
13 May 18:29
Dünya
13 May 17:35
Dünya
13 May 16:22
İdman
13 May 15:54
MEDİA
13 May 15:49
Maraqlı
13 May 15:30
Siyasət
13 May 15:17
Sosial
13 May 15:12
Dünya
13 May 14:25
Siyasət
13 May 14:07
İdman
13 May 14:06
Mədəniyyət
13 May 14:02
Dünya
13 May 13:42
Dünya
13 May 13:19
YAP xəbərləri
13 May 12:58
Dünya
13 May 12:55
Sosial
13 May 12:53
Sosial
13 May 12:30
Gündəm
13 May 12:21
Elm
13 May 11:55
Xəbər lenti
13 May 11:54
İdman
13 May 11:53
Gündəm
13 May 11:52
Siyasət
13 May 11:49
İqtisadiyyat
13 May 11:43
Gündəm
13 May 11:36
MEDİA
13 May 11:14
Gündəm
13 May 10:51
Siyasət
13 May 10:39
Analitik
13 May 10:12
İqtisadiyyat
13 May 09:57
Sosial
13 May 09:49
Xəbər lenti
13 May 09:47
Sosial
13 May 09:46
Ədəbiyyat
13 May 09:33
Analitik
13 May 09:15
Sosial
13 May 08:52
Ədəbiyyat
13 May 08:30
Dünya
13 May 07:48
Sosial
13 May 07:48
Xəbər lenti
13 May 07:47
Sosial
13 May 07:46
Dünya
13 May 07:39
Siyasət
13 May 07:39
Dünya
12 May 23:45
Müsahibə
12 May 23:22
Dünya
12 May 22:43
Dünya
12 May 22:30
İqtisadiyyat
12 May 22:19
Siyasət
12 May 21:50
Dünya
12 May 21:25
İdman
12 May 21:10
Dünya
12 May 20:42
Hadisə
12 May 20:31
Dünya
12 May 20:17
Dünya
12 May 19:54
Gündəm
12 May 19:23
Dünya
12 May 19:20
Dünya
12 May 19:06
Dünya
12 May 18:48

