Rəqəmsal biznes hansı vergiləri ödəyəcək?
10.08.2024 [10:37]
Asiya Bankı Azərbaycana rəqəmsal biznesin vergiyə cəlb edilməsini tövsiyə edib. Bank son illərdə hökumətin rəqəmsal iqtisadiyyat quruculuğu istiqamətində apardığı islahatları dəstəkləyərək bu sahədə vergitutma məsələlərinin tənzimlənməsini məqsədəuyğun hesab edir. Xüsusilə də, Azərbaycanda elektron ticarətin təşkili və həyata keçirilməsinin hüquqi əsaslarını, onun iştirakçılarının hüquq və vəzifələrini, habelə e-ticarət haqqında qanunvericiliyin təmin olunması rəqəmsal biznesin vergiyə cəlb olunmasına imkan verir və aktuallaşdırır.
Qeyd edək ki, bir çox inkişaf etmiş ölkələr kimi Azərbaycanda da pərakəndə ticarətin rəqibinə çevrilmiş elektron ticarət və ya rəqəmsal biznes qarşısıalınmaz nəhəng qlobal platforma kimi dayanmadan öz mövqeyini möhkəmləndirməkdədir. Bir çox ölkələrlə nisbətdə Azərbaycanda e-ticarəti tənzimləyən qaydalar kifayət qədər yumşaq olduğundan rəqəmsal biznes iştirakçıları bundan istifadə edərək vergi öhdəliklərini məsuliyyətlə yerinə yetirməyə diqqət ayırmır. Ölkəmizdə rəqəmsal biznes “Elektron ticarət haqqında” Qanun və Vergi Məcəlləsi ilə tənzimlənir ki, bu qanunvericilik sənədlərində rəqəmsal kommersiyanın vergi öhdəlikləri ilə əlaqədar bütün təfərrüatlar öz əksini tapıb.
“Elektron ticarət haqqında” qanuna əsasən elektron ticarət - informasiya sistemlərindən istifadə edilməklə malların alqı-satqısı, xidmətlərin göstərilməsi və işlərin görülməsi üzrə həyata keçirilən fəaliyyətdir. Maliyyə bazarı, o cümlədən sığorta və qiymətli kağızlar bazarı istisna olmaqla, bu qanun Azərbaycanda bütün digər sahələrdə həyata keçirilən elektron ticarətə şamil olunur. Qanunda, həmçinin e-ticarət satışlarının və satışları həyata keçirən biznes subyektlərinin vergi ödəyicisi kimi qeydiyyata alınmalı olmasına dair tələblər də öz əksini tapıb.
Ancaq rəqəmsal kommersiyanın vergitutma mexanizmləri üçün əsas hüquqi istinad Vergi Məcəlləsidir. Məcəlləyə 2017-ci ildə edilən dəyişikliklərə əsasən, rəqəmsal iqtisadiyyatın vergiyə cəlb olunmasının hüquqi mexanizmləri müəyyənləşib.
Vergi Məcəlləsinin 125.1-1 maddəsinə əsasən, Azərbaycan rezidentləri tərəfindən qeyri-rezident şəxslərə məxsus elektron pul kisəsində yaradılan hesaba pul köçürülərkən əməliyyatı həyata keçirən yerli bank, xarici bankın Azərbaycan Respublikasındakı filialı və ya poçt rabitəsinin milli operatoru həmin rezidentdən köçürülən məbləğin 10 faizi miqdarında ödəmə mənbəyində vergi tutur. Qanunvericilikdə bildirilir ki, rezident vergi ödəyicisinin gəliri onun Azərbaycan Respublikasında və ölkə hüdudlarından kənarda əldə etdiyi gəlir hesab olunduğundan, sosial şəbəkələr vasitəsilə əldə edilən gəlir sahibkarlıq fəaliyyətindən əldə olunan gəlir kimi gəlir vergisinin vergitutma obyektini təşkil edir və belə gəliri əldə edən fiziki şəxs vergi orqanında vergi uçotuna duraraq qanunamüvafiq qaydada gəlirlərini bəyan etməli, vergisini hesablayaraq dövlət büdcəsinə ödəməlidir.
Vergi Məcəlləsində onlayn formada tədarük edilən xidmət və işlərə görə 18 fazi nisbətində ƏDV tutulur. Bu xidmətlərə informasiya portallarının, informasiya sistemlərinin internetdən istifadə etməklə təqdim etdiyi iş və xidmətlər daxildir. Həmin şəxslərin hamısı rəqəmsal platformalar üzərindən aparılan reklam, ticarət və digər satışlara görə, ƏDV ödəyicisi hesab olunurlar və əməliyyatları həyata keçirən müvəkkil bank tərəfindən 18 faiz vergiyə cəlb olunurlar. Bura ƏDV ödəyicisi olan hüquqi şəxslərin öz biznes kartlarından “Facebook”, “Google” kimi şirkətlərə reklam üçün ödənişləri də daxildir və onlar da ƏDV-yə cəlb olunurlar.
Bütün bu hüquqi qaydalara və vergi öhdəliklərinə baxmayaraq, rəqəmsal ticarətin vergiyə cəlb olunmasında ciddi problemlər qalmaqdadır. Elektron ticarət əməliyyatlarının virtual aləmdə həyata keçirilməsi həmin əməliyyatların vergiyə cəlb edilməsi məsələlərini çətinləşdirir. Rəqəmsal və ya elektron ticarət əməliyyatları aparan şəxslərin fərqli ölkələrin rezidentləri olması, informasiya sistemlərinin isə digər ölkələrdə yerləşməsi malların təqdim edildiyi yerin, vergi ödəyicisinin və vergi məbləğinin müəyyən edilməsini mürəkkəbləşdirir. Bu gün Azərbaycanda rəqəmsal bizneslə məşğul olan şəxslərin aldığı xidmətlərin təşkilatçısı olan şirkətlərin böyük əksəriyyəti xaricdə yerləşir və Azərbaycanda rəsmi nümayəndəlikləri yoxdur. Bu isə onların birbaşa vergiyə cəlb edilməsində əngəllər yaradır. Bir çox hallarda isə vergi ödəyiciləri elektron ticarət əməliyyatlarının virtual aləmdə həyata keçirilməsini əsas götürərək elektron ticarət əməliyyatlarına görə heç bir vergi öhdəliklərinin yaranmadığını iddia edirlər. Hazırda dünya elm və iqtisadi dairələrində e-kommersiyanın vergiyə cəlb olunmasında müxtəlif fikirlər mövcuddur.
İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) Biznes və Sənaye üzrə Məsləhət Komitəsinin (BIAC) “Rəqəmsal iqtisadiyyatın vergi problemlərinin həlli üçün biznesin aparılması prinsipləri” adlı sənədində rəqəmsal kommersiya ilə bağlı müasir vergitutma prinsipləri əksini tapıb və bu qaydaların üzv ölkələr tərəfindən nəzərə alınması tövsiyə edilir. Ona görə də bütün dünya ölkələrində mövcud olan bu problem Azərbaycanda da aktualdır və rəqəmsal ticarət sektorunun genişlənməsi vergi siyasətində təkmilləşməni zəruri edir.
Mövcud vəziyyət göstərir ki, Azərbaycanda rəqəmsal platformalar vasitəsilə aparılan sövdələşmələr və satışlar, reklam və digər ticari əməliyyatların vergiyə cəlb edilməsi üçün əlavə tənzimlənmələrə ehtiyac vardır. Asiya Bankının Azərbaycanda rəqəmsal biznesin vergiyə cəlb edilməsi ilə bağlı tövsiyəsi də məhz bu prinsiplərə söykənir.
E.CƏFƏRLİ
Xəbər lenti
Hamısına baxƏdəbiyyat
25 Aprel 08:50
Ədəbiyyat
25 Aprel 08:38
Dünya
25 Aprel 07:48
Dünya
25 Aprel 07:25
İdman
25 Aprel 07:24
Siyasət
25 Aprel 07:16
Dünya
25 Aprel 07:14
Dünya
24 Aprel 23:42
Dünya
24 Aprel 23:35
Dünya
24 Aprel 23:17
Dünya
24 Aprel 22:41
Dünya
24 Aprel 22:30
Dünya
24 Aprel 22:19
YAP xəbərləri
24 Aprel 22:07
YAP xəbərləri
24 Aprel 21:54
Dünya
24 Aprel 21:50
YAP xəbərləri
24 Aprel 21:50
İdman
24 Aprel 21:37
Elm
24 Aprel 21:23
Dünya
24 Aprel 20:45
Dünya
24 Aprel 20:17
İqtisadiyyat
24 Aprel 19:52
Formula 1
24 Aprel 19:28
Dünya
24 Aprel 19:11
Xəbər lenti
24 Aprel 19:08
YAP xəbərləri
24 Aprel 18:53
YAP xəbərləri
24 Aprel 18:36
YAP xəbərləri
24 Aprel 18:13
YAP xəbərləri
24 Aprel 17:27
MEDİA
24 Aprel 17:27
Elm
24 Aprel 17:26
YAP xəbərləri
24 Aprel 17:05
YAP xəbərləri
24 Aprel 17:04
Elanlar
24 Aprel 17:00
Elm
24 Aprel 16:27
Dünya
24 Aprel 16:22
Siyasət
24 Aprel 16:19
Sosial
24 Aprel 15:48
YAP xəbərləri
24 Aprel 15:45
Sosial
24 Aprel 15:27
Sosial
24 Aprel 15:09
YAP xəbərləri
24 Aprel 14:37
Siyasət
24 Aprel 14:16
İqtisadiyyat
24 Aprel 13:55
Sosial
24 Aprel 13:52
YAP xəbərləri
24 Aprel 13:42
İdman
24 Aprel 13:28
Sosial
24 Aprel 13:00
Siyasət
24 Aprel 12:54
Sosial
24 Aprel 12:35
Gündəm
24 Aprel 12:20
Siyasət
24 Aprel 12:20
İqtisadiyyat
24 Aprel 12:18
Gündəm
24 Aprel 12:17
Gündəm
24 Aprel 12:16
YAP xəbərləri
24 Aprel 12:06
Gündəm
24 Aprel 11:52
YAP xəbərləri
24 Aprel 11:51
Siyasət
24 Aprel 11:50
Siyasət
24 Aprel 11:42
Siyasət
24 Aprel 11:36
Gündəm
24 Aprel 11:14
Gündəm
24 Aprel 10:56
İqtisadiyyat
24 Aprel 10:34
Gündəm
24 Aprel 10:33
Hadisə
24 Aprel 10:31
Sosial
24 Aprel 10:27
Hadisə
24 Aprel 10:27
İqtisadiyyat
24 Aprel 10:17
Sosial
24 Aprel 10:05

