“Yaşıl enerji” istehsalında rekord...
15.08.2024 [10:47]
2024-cü ilin 7 ayında bərpa olunan enerjinin payı ümumi elektrik enerjisi istehsalında 15 faizi ötüb2024-cü ilin yanvar-iyul aylarında Azərbaycanda “yaşıl enerji” güclərinin istehsal həcmi 1 milyard kVt·st-dan çox artıb. Belə ki, qeyd olunan dövrdə “yaşıl hidrogen” mənbəyi olan su elektrik stansiyalarında (SES) 1 milyard 867,3 milyon kVt·st, külək elektrik stansiyalarında 33,3 milyon kVt·st, ?ünəş elektrik stansiyalarında 352 milyon kVt·st, Bərk Məişət Tullantılarının Yandırılması Zavodunda isə 152,7 milyon kVt·st elektrik enerjisi istehsal edilib. Beləliklə, “yaşıl enerji” mənbələri üzrə elektrik enerjisi istehsalı ötən ilin müvafiq dövrünə nisbətən 1 milyard 77,6 milyon kVt·st artaraq 2,4 milyard kVt·st təşkil edib. Müqayisə üçün qeyd edək ki, 2023-cü ilin yanvar-iyul aylarında yaşıl güclər üzrə istehsal həcmi 1,3 milyard kVt·st-a bərabər olmuşdu. Cəmi bir il ərzində “yaşıl enerji” istehsalının 80 faiz və ya 1 milyard Kvt-st-dan çox artması rekord göstərici olmaqla Azərbaycanın “yaşıl enerji” strategiyasının gözlənildiyindən də uğurla həyata keçirilməsindən xəbər verir.
Bu rəqəmlər “yaşıl güclərin” ümumi enerji istehsalında payının durmadan artmasını da şərtləndirir. Əgər əvvəllər ölkə üzrə enerji istehsalında bərpa olunan enerji mənbələrinin payı 10 faizdən aşağı idisə hazırda bu göstərici 15 faizi ötüb. Belə ki, 2024-cü ilin yanvar-iyul ayları üzrə Azərbaycanda ümumilikdə 16,2 Kvt-st elektrik enerjisi istehsal olunub ki, onun 15,2 faizi “yaşıl enerji” mənbələrinin payına düşür. Bu, bir daha Azərbaycanda bərpa olunan enerji növlərinin hər birində dayanıqlı artımın baş verdiyini göstərir və yaxın 5 il ərzində “yaşıl enerji” gücünün cəmi enerji istehsalında 25 faizi ötəcəyini əsaslandırır. Mövcud ssenari hökumətin 2030-cu ilə qədər elektrik enerjisində bərpa olunan enerjinin payının 30 faizə çatdırmaq planlarının vaxtından əvvəl yerinə yetiriləcəyinə də işarə edir. Yaxın 6-7 ildə bərpa olunan enerji sitehsalının təxminən 5 milyard Kvt-st-a çatacağı proqnozlaşdırılır ki, bu da cəmi enerji hasilatının təxminən 34 faizi deməkdir. Göründüyü kimi Azərbaycan “yaşıl enerji” gücünü artırmaqla bölgədə yeni enerji arxitekturasını da möhkəmləndirir.
Azərbaycanın “yaşıl enerji” potensialı qiymətləndirmələrə əsasən, quruda 135 QVt, dənizdə 157 QVt proqnozlaşdırılır.Təkcə, Qarabağ və Şərqi Zəngəzur bölgəsində hidroenerji, külək və ?ünəş enerjisi, termal su mənbələrinin gücü 7200 MVt-dan artıq qiymətləndirilir. Laçın və Kəlbəcərin dağlıq ərazilərində külək enerjisinin 2000 MVt həcmində texniki potensialının olduğu proqnozlaşdırılır. Hidroenerji ehtiyatlarına görə Tərtərçay, Həkəri çayı və bu çayların qolları əsas resurs mənbələri hesab olunur. İndiyə qədər bu ərazilərdə 10 ədəd kiçik su elektrik stansiyası inşa edilərək istifadəyə verilib, digər hidrogen infrastrukturlarının yaradılması işləri davam etdirilir. Ümumilikdə, 2 il ərzində Qarabağ və Şərqi Zəngəzurda 12 yerdə ekoloji cəhətdən təmiz “yaşıl enerji” istehsal edəcək su elektrik stansiyalarının tikintisinin başa çatdırılması nəzərdə tutulub. Bu isə bu bölgədə bərpa olunan təmiz enerjinin gücünün 1 QVt-ı ötməsinə səbəb olacaq.
Azərbaycan hökuməti “yaşıl enerji” sektorunda istehsalın artırılması üçün beynəlxalq koalisiya ilə sıx əməkdaşlıq qurub və son 2 ildə Birləşmiş Ərəb Əmirliklərinin “Masdar”, Səudiyyə Ərəbistanının “ACWA Power”, Böyük Britaniyanın “bp”, Avstraliyanın “Fortescue Future Industries”, Yaponiyanın “TEPSCO”, İtaliyanın “Maire Tecnimont”, Çinin “China Gezhouba Group Overseas Investment”, Fransanın “Total Energies” və digər xarici şirkətlərlə bərpaolunan enerji istehsalına dair müqavilələr imzalanıb. Ümumilikdə, Avropa İttifaqı daxil olmaqla 23 ölkə, 6 beynəlxalq təşkilat və 44 şirkətin təmsil olunduğu tədbirdə “yaşıl enerji” sahəsində əməkdaşlığa dair sənədlər imzalanıb. Bundan başqa, Azərbaycanda Dünya Bankı (DB) , Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) , Asiya İnkişaf Bankı (AİB) kimi beynəlxalq maliyyə təşkilatlarının dəstəyi ilə layihələr həyata keçirilir. AYİB 2027-ci ilədək 8 külək və günəş elektrik stansiyasının inşasına kreditlər ayıracaq. 2 ay əvvəl Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) “Masdar” şirkəti ilə maliyyə tutumu 1 milyard dollar olan müqavilələrin imzalanması isə “yaşıl enerji” hərəkatında yeni dalğanın başlanğıcı sayıla bilər. Bu, yeni enerji sərmayələrinin açar sazişi kimi digər çoxhəcmli investisiyalar üçün əsaslı zəmin demıəkdir. Həmin sərmayə proqramının davamı kimi digər potensial investorlarla daha iritutumlu “yaşıl sərmayələr”in qoyuluşuna dair ilkin razılaşmalar da əldə edilib. Məsələn, Səudiyyə Ərəbistanının “ACWA Power” şirkəti qarşıdakı illərdə ölkəmizin yaşıl güclərinə 5 milyard dollara yaxın investisiya yatırmaq niyyətini bəyan edib.
Beləliklə, Azərbaycanda “yaşıl enerji” istehsalının əhəmiyyətli dərəcədə artması bu enerji resurslarının nəqli üçün də dayanıqlı mənbə formalaşdırır. “Yaşıl enerji” siyasətinin əsas istiqamətlərindən biri kimi yaxın illərdə ixracın şaxələndirilməsi də əsas prioritetdir. Həmin istiqamət üzrə fundamental hüquqi baza yaradılıb, hazırda yaşıl infrastrukturların qurulması işləri sürətlə icra olunur. “Yaşıl enerji”nin ixracını təmin edəcək “Mərkəzi Asiya -Xəzər-Qara dəniz-Avropa” dəhlizinin yaradılması ilə bağlı niyyət razıalşmaları imzalanıb və yaxın aylarda Avropa ölkələri ilə birlikdə çoxtərəfli beynəlxalq sazişin imzalanması nəzərdə tutulur.
ELBRUS CƏFƏRLİ
Xəbər lenti
Hamısına baxDünya
11 Noyabr 13:17
İdman
11 Noyabr 12:31
Dünya
11 Noyabr 11:25
Hadisə
11 Noyabr 10:59
İdman
11 Noyabr 10:21
Hadisə
11 Noyabr 09:42
İdman
11 Noyabr 09:17
Dünya
11 Noyabr 08:55
Hadisə
10 Noyabr 23:20
Hadisə
10 Noyabr 22:19
COP29
10 Noyabr 21:32
Dünya
10 Noyabr 20:21
Hadisə
10 Noyabr 19:40
Sosial
10 Noyabr 18:37
Analitik
10 Noyabr 18:11
Dünya
10 Noyabr 17:45
Xəbər lenti
10 Noyabr 16:39
İqtisadiyyat
10 Noyabr 15:28
Dünya
10 Noyabr 14:41
Maraqlı
10 Noyabr 13:24
Dünya
10 Noyabr 12:30
Dünya
10 Noyabr 11:18
Siyasət
10 Noyabr 10:44
Formula 1
10 Noyabr 10:25
Hadisə
10 Noyabr 09:58
Dünya
10 Noyabr 09:32
Sosial
10 Noyabr 08:19
Diaspor
09 Noyabr 23:21
İdman
09 Noyabr 22:19
Siyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
YAP xəbərləri
09 Noyabr 17:56
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
YAP xəbərləri
09 Noyabr 15:58
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Xəbər lenti
09 Noyabr 14:52
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31
Siyasət
08 Noyabr 20:55
Dünya
08 Noyabr 20:32
Sosial
08 Noyabr 19:20
Siyasət
08 Noyabr 19:19
Siyasət
08 Noyabr 19:18
Sosial
08 Noyabr 19:17
Xəbər lenti
08 Noyabr 19:16
Gündəm
08 Noyabr 18:49
Dünya
08 Noyabr 18:25
Xəbər lenti
08 Noyabr 18:02
Dünya
08 Noyabr 17:42
Gündəm
08 Noyabr 17:24
Gündəm
08 Noyabr 17:13
Dünya
08 Noyabr 16:30

