Dünyanın enerji gündəliyi Bakıda müəyyənləşir
31.05.2025 [10:23]
Zəngin resurslara malik olan və transmilli şirkətlərlə uğurlu əməkdaşlıq modeli quran Azərbaycanın enerji sektoruna beynəlxalq maraq artmaqda davam edir. Bunu “Bakı Enerji Həftəsi”nə (“Baku Energy Week”) ildən-ilə daha çox sayda iştirakçının qoşulması əyani şəkildə təsdiqləyir. Respublikamız 1-4 iyun tarixlərində keçiriləcək növbəti “Baku Energy Week”ə hazırlaşır. Qlobal enerji liderləri paytaxtımızda regionun aparıcı sənaye tədbirində bir araya gələcəklər.
İştirakçı ölkələrin coğrafiyası genişlənir
“Baku Energy Week” özündə üç mötəbər tədbiri birləşdirir: 30-cu Yubiley Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi - “Caspian Oil and Gas”, 13-cü Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji Sərgisi - “Caspian Power” və 30-cu Yubiley “Baku Energy Forum”. “Iteca Caspian” şirkətinin layihə meneceri Nailə Əliyevanın verdiyi məlumata əsasən, “Caspian Oil and Gas” və “Caspian Power” sərgiləri Bakı Ekspo Mərkəzində, “Baku Energy Forum” isə ekoloji konseptdə inşa edilmiş Bakı Konqres Mərkəzində təşkil ediləcək.
Növbəti “Baku Energy Week”də 39 ölkədən 267 şirkət iştirak edəcək. Yubiley tədbirinə qatılacaq ölkələrin coğrafiyasının genişlənməsi çox mühüm tendensiyadır. Bu il ölkələr arasında Azərbaycanla yanaşı, Almaniya, Amerika Birləşmiş Ştatları, Avstriya, Belarus, Belçika, Birləşmiş Ərəb Əmirlikləri, Böyük Britaniya və Şimali İrlandiya, Bolqarıstan, Çexiya, Çin, Estoniya, Finlandiya, Fransa, Gürcüstan, Hindistan, İsrail, İsveçrə, İtaliya, Qazaxıstan, Qvineya-Bisau, Lüksemburq, Macarıstan, Misir, Monako, Niderland, Norveç, Özbəkistan, Pakistan, Polşa, Rumıniya, Rusiya, Sinqapur, Səudiyyə Ərəbistanı, Slovakiya, Sloveniya, Türkiyə, Ukrayna, Yaponiya, həmçinin Almaniya Federativ Respublikası Milli pavilyon ilə iştirak edir.
Tədbirə qatılacaq ölkələrin coğrafiyasının genişlənməsi “Baku Energy Week”in dünyada əlverişli platforma kimi nüfuzunun artmasını əyani şəkildə təsdiqləyir. İştirakçılar burada həm Azərbaycanın diversifikasiya edilmiş enerji siyasəti və enerji potensialı barədə məlumatlar alır, həm də hazırkı geosiyasi və geoiqtisadi reallıqlar şəraitində yaranan tendensiyalar ətrafında fikir mübadiləsi aparır, yeni tanışlıq və əməkdaşlıq imkanları qazanırlar. “Bu il sərgi iştirakçılarının təxminən 70 faizini xarici şirkətlər, 30 faizini isə yerli müəssisələr təşkil edir. Bu, yüksək səviyyəli beynəlxalq əməkdaşlıqla yanaşı, yerli biznesin fəal iştirakını da bir daha nümayiş etdirir. Sərginin daimi iştirakçıları olan sənayenin aparıcı şirkətləri sərgi sahəsinin 40 faizini əhatə edir. Ənənəvi olaraq, onların bir çoxu enerji sektorunun inkişafına töhfələrini təsdiqləyərək sponsor kimi iştirak edirlər”, - deyə Nailə Əliyeva vurğulayıb.
Süni intellekt, dekarbonizasiya ilə bağlı yeniliklər təqdim olunacaq
30-cu Yubiley Beynəlxalq Xəzər Neft və Qaz - “Caspian Oil and Gas” sərgisinin əhatə etdiyi mühüm bölmələrə neft və qaz yataqlarının işlənməsi, neft və qazın nəqli və hasilatı, telekommunikasiya və İT, neft və qaz emalı, enerji sektorunda tikinti-quraşdırma işləri, innovativ texnologiyalar və s. daxildir. Sərgidə süni intellekt, dekarbonizasiya, qazma sahəsi, eləcə də neft və qeyri-qaz məhsullarının istehsalı və saxlanması ilə bağlı yeniliklər də təqdim olunacaq.
Verilən məlumata görə, 13-cü Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji - “Caspian Power” sərgisində beynəlxalq və yerli şirkətlərin energetika, yaşıl enerji mənbələrinin inkişafı və istifadəsi sahəsindəki yeniliklər və bununla bağlı təkliflər gündəmdə olacaq. Sərgidə günəş enerjisi, külək enerjisi, geotermal enerji, istilik energetikası, maşınqayırma və enerji avadanlıqları, elektrik nəqliyyat vasitələri, enerji resurslarına qənaət edən texnologiyalar və digər sektorlar üzrə məhsul və xidmətlər, eləcə də yeni layihələr nümayiş ediləcək.
30-cu Yubiley “Baku Energy Week” çərçivəsində həmçinin “Smart Energy Hub” adlı xüsusi startap zonası təqdim olunacaq. Layihənin önəmindən bəhs edən “Iteca Caspian” şirkətinin rəsmisi bildirib: “Burada yerli və xarici ölkələrdən olan startap layihələri təqdim ediləcək və ümumilikdə 10 stend nümayiş olunacaq. Bu zona startapçılara öz qabaqcıl həllərini və strategiyalarını enerji sahəsinin aparıcı şirkətləri və digər maraqlı tərəflərə təqdim etmək üçün unikal imkan yaradacaq. Bakı Enerji Həftəsinin 30 illik təcrübəsindən bəhrələnərək, startaplar burada ənənəvi enerji, yaşıl enerji, neft-qaz, nəqliyyat və logistika sahələrinə dair layihələrlə iştirak edəcəklər”.
Azərbaycanın 3 mərhələdə həyata keçirdiyi ədalətli enerji siyasəti
Azərbaycanın ədalətli enerji siyasəti üç mühüm mərhələni əhatə edir. Birinci mərhələdə respublikamızın Avropa ilə enerji dialoqu yalnız neft seqmenti üzrə idi. Uzaqgörən siyasətçi Heydər Əliyevin işləyib hazırladığı yeni neft strategiyası 1994-cü il sentyabrın 20-də imzalanan “Əsrin müqaviləsi” ilə həyata vəsiqə aldı. Bu müqavilə üzrə cəlb olunan böyük həcmli xarici investisiyalar və əldə olunan neft gəlirləri ölkəmizin sosial-iqtisadi inkişafı üçün yeni üfüqlər açdı .
Ölkəmizin enerji dialoqunun ikinci mərhəəsi qaz seqmenti üzrədir. Bütövlükdə, Azərbaycanın təsdiq edilmiş mavi yanacaq ehtiyatlarının həcmi 2,6 trilyon kubmetrə bərabərdir. Proqnozlaşdırılan qaz ehtiyatlarımız isə bundan xeyli çoxdur. Yeni çağırışlar şəraitində Azərbaycanla Avropa arasında mavi yanacaq seqmenti üzrə enerji dialoqunun aktuallığı heç vaxt olmadığı qədər artıb. Məlum geosiyasi reallıqlar fonunda Avropanın yeni təzhizat mənbələrinə böyük ehtiyacı yaranıb. Azərbaycan bu ehtiyası qarşılamağa hazır və qadir ölkədir. Hazırda respublikamızdan “qoca qitə”nin 10 ölkəsinə qaz ixrac olunur və bu coğrafiyanın genişlənməsi tam realdır. İmzalanmış müvafiq memoranduma əsasən 2027-ci ilə qədər Azərbaycandan Avropa bazarına qaz təchizatının həcmi iki dəfə artacaq.
Azərbaycanın Avropa ilə üç onilliyi əhatə edən enerji əməkdaşlığının yeni istiqaməti isə “yaşıl enerji” üzrədir. Bu, həm Avropa, həm də Azərbaycan üçün yeni bir çağırışdır. “Qoca qitə” enerji təhlükəsizliyinin transformasiyasında “yaşıl enerji”yə keçidi mühüm prioritetlərdən biri kimi bəyan edib. Eyni zamanda, Azərbaycanın bu sahədə zəngin potensialı var. Artıq ilkin hesablamalar aparılıb, yalnız Xəzər dənizində 157 qiqavat həcm proqnozlaşdırılıb. Ölkəmiz quruda da zəngin bərpa olunan enerji potensialına malikdir. Azərbaycanın 44 günlük Vətən müharibəsində işğaldan azad etdiyi ərazilər də bərpa olunan enerji mənbələri ilə kifayət qədər zəngin bir diyardır. İlkin dəyərləndirmələrə əsasən, bəhs olunan ərazilərdə külək, günəş və hidroenerji stansiyalarının potensialı 10 qiqavatdan çoxdur.
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına baxSiyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31
Siyasət
08 Noyabr 20:55
Dünya
08 Noyabr 20:32
Sosial
08 Noyabr 19:20
Siyasət
08 Noyabr 19:19
Siyasət
08 Noyabr 19:18
Sosial
08 Noyabr 19:17
Xəbər lenti
08 Noyabr 19:16
Gündəm
08 Noyabr 18:49
Dünya
08 Noyabr 18:25
Xəbər lenti
08 Noyabr 18:02
Dünya
08 Noyabr 17:42
Gündəm
08 Noyabr 17:24
Gündəm
08 Noyabr 17:13
Dünya
08 Noyabr 16:30
Dünya
08 Noyabr 15:26
Dünya
08 Noyabr 14:51
Dünya
08 Noyabr 14:39
Xəbər lenti
08 Noyabr 13:42
Dünya
08 Noyabr 13:14
Siyasət
08 Noyabr 13:11
Dünya
08 Noyabr 12:48
Gündəm
08 Noyabr 12:16
Gündəm
08 Noyabr 12:15
Gündəm
08 Noyabr 12:12
Gündəm
08 Noyabr 11:42
Gündəm
08 Noyabr 11:25
Siyasət
08 Noyabr 10:58
YAP xəbərləri
08 Noyabr 10:35
Sosial
08 Noyabr 10:12
İqtisadiyyat
08 Noyabr 09:56
Xəbər lenti
08 Noyabr 09:39
MEDİA
08 Noyabr 09:34
Analitik
08 Noyabr 09:12
Siyasət
08 Noyabr 08:52
Ədəbiyyat
08 Noyabr 08:28
Gündəm
08 Noyabr 00:26
YAP xəbərləri
07 Noyabr 23:52
Gündəm
07 Noyabr 21:41
Gündəm
07 Noyabr 21:10
YAP xəbərləri
07 Noyabr 21:08
Gündəm
07 Noyabr 20:24
YAP xəbərləri
07 Noyabr 18:30
Sosial
07 Noyabr 18:22
Dünya
07 Noyabr 17:51
Elanlar
07 Noyabr 16:51
Xəbər lenti
07 Noyabr 16:48

