TDT dövlətlərinin ÜDM-in həcmi 594 milyard dollara çatıb
30.06.2025 [14:56]
Qlobal qeyri-müəyyənlik fonunda türk dövlətləri güclü iqtisadi artım, ticarət və investisiya performansı ilə dünya iqtisadiyyatının artım tempini üstələyib. Türk Dövlətləri Təşkilatının (TDT) üzv və müşahidəçi dövlətləri – Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə, Özbəkistan, Türkmənistan, Macarıstan və Şimali Kipr Türk Respublikası (ŞKTR) – birgə ÜDM həcmini 593,8 milyard dollara çatdıraraq qlobal iqtisadiyyatın 2,1 faizini təşkil edib.
AZƏRTAC xəbər verir ki, bu barədə məlumat İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) Türk Dövlətləri Təşkilatının Katibliyi ilə birgə 8 dildə təqdim etdiyi “Türk iqtisadi icmalı”nın 2025-ci ilin birinci rübünə dair buraxılışında qeyd olunub.
Məlumata görə, orta hesabla 5,04 faiz iqtisadi artım qeydə alan türk dövlətləri Dünya Bankının 2025-ci il üçün hesabladığı 2,3 faizlik qlobal orta göstəricini iki dəfə üstələyib. Qırğızıstan 13,1 faiz, Özbəkistan 6,8 faiz, ŞKTR 6,4 faiz, Türkmənistan 6,3 faiz, Qazaxıstan 5,6 faiz artım nümayiş etdirib, Türkiyə və Azərbaycanda isə müvafiq olaraq 2 faiz və 0,3 faiz səviyyəsində artım qeydə alınıb. Macarıstanda isə ÜDM-də cüzi azalma (-0,2 faiz) müşahidə olunub.
Ticarət sahəsində də güclü göstəricilər qeydə alınıb: TDT ölkələrinin ümumi ticarət dövriyyəsi 369,3 milyard dollara çataraq qlobal ticarətin 4,4 faizini təşkil edib (WTO, UNCTAD, 2025). Bu göstərici TDT ölkələrinin qlobal ÜDM-dəki payından ikiqat çoxdur. Türkiyə, Qazaxıstan, Özbəkistan və Azərbaycanda ixracın artması müşahidə edilib. Xüsusilə Qazaxıstan və Azərbaycan Orta Dəhliz üzrə yük axınlarında davamlı artıma nail olub.
Sektorlar üzrə göstəricilər də diqqətəlayiq olub. Qırğızıstanın kənd təsərrüfatı istehsalı 17 faiz artıb ki, bu da suvarma infrastrukturunun genişləndirilməsi və subsidiyalar hesabına gerçəkləşib. Özbəkistanda ərzaq məhsullarının istehsalı 7,4 faiz artıb, aqro-ixrac genişlənib. Qazaxıstan taxıl ixracını 22 faiz artıraraq Çin və Türkiyə ilə ərzaq təhlükəsizliyi əməkdaşlığını gücləndirib.
Sənaye sahəsində Türkiyədə artım əsasən avtomobil və maşınqayırma sektorlarında baş verib. Özbəkistanda yüngül sənaye və tekstil sektorunda ikirəqəmli artım qeydə alınıb, bu artıma re-eksport fəaliyyəti və xarici investisiyalar töhfə verib. Azərbaycanda qeyri-neft sənayesi 4.1 faiz artaraq emal sənayesi və tikinti materialları üzrə inkişafla seçilib. Nəqliyyat və logistika sahəsində də irəliləyişlər olub, Bakı Limanı Orta Dəhliz üzrə konteyner axınını əhəmiyyətli dərəcədə artırıb, Özbəkistan isə yeni multimodal logistika mərkəzi istifadəyə verib.
Rəqəmsal transformasiya sahəsində də irəliləyişlər müşahidə edilib. Özbəkistan İKT islahatlarını sürətləndirib, Qırğızıstan isə əsas şəhərlərdə “Safe City” sistemlərini pilot mərhələdə tətbiq edib.
Hesabat dövründə Qazaxıstan 7 milyard dollardan çox xarici investisiya cəlb edib, Türkiyə və Özbəkistan isə sənaye və rəqəmsal sahələrdə əsas investisiya istiqamətləri olaraq qalıb. Qırğızıstan sabit kapitala qoyulan investisiyalarda 90 faizə yaxın artım göstərib, ŞKTR-də bank aktivləri 43 faiz artıb. Qazaxıstanın bank sektorunun aktivləri isə 17 faiz yüksəlib.
Yaşıl və rəqəmsal keçid sahəsində də mühüm addımlar atılıb. Azərbaycan, Qazaxıstan və Özbəkistan COP29 çərçivəsində razılaşdırılmış Xəzər-Qara Dəniz-Avropa Yaşıl Enerji Dəhlizi üzrə irəliləyişə nail olub. Özbəkistan isə 2030-cu ilə qədər enerji istehsalının 40 faizini bərpaolunan mənbələrdən təmin etməyi qarşısına məqsəd qoyub. Bişkek 2025-ci il üçün “Rəqəmsal Paytaxt” elan edilib (OTS, UNEP).
Bütövlükdə, Türk dövlətləri strateji dəhlizlər, yüksək ticarət intensivliyi və investisiya dinamikası ilə iqtisadi dayanıqlıq, artan inteqrasiya və qlobal dəyər zəncirlərində rolunu artırır. “Türk Dünyası 2040 Vizyonu” çərçivəsində region dayanıqlı inkişaf, ticarət əlaqələrinin gücləndirilməsi və Avrasiya üzrə birləşdirici rolu artırmaq istiqamətində sadiqliyini nümayiş etdirir.
Xəbər lenti
Hamısına baxSosial
20 Aprel 20:18
Dünya
20 Aprel 19:50
İqtisadiyyat
20 Aprel 19:30
Sosial
20 Aprel 19:22
Sosial
20 Aprel 18:00
İqtisadiyyat
20 Aprel 17:59
Gündəm
20 Aprel 17:58
Dünya
20 Aprel 16:28
Siyasət
20 Aprel 15:46
Dünya
20 Aprel 15:34
Elanlar
20 Aprel 15:23
İqtisadiyyat
20 Aprel 15:22
İdman
20 Aprel 14:35
Elm
20 Aprel 14:31
Siyasət
20 Aprel 13:53
Dünya
20 Aprel 13:20
Sosial
20 Aprel 13:10
Xəbər lenti
20 Aprel 12:40
Dünya
20 Aprel 12:39
Sosial
20 Aprel 12:36
Siyasət
20 Aprel 12:32
Hadisə
20 Aprel 12:11
Sosial
20 Aprel 11:58
İqtisadiyyat
20 Aprel 11:21
İqtisadiyyat
20 Aprel 11:21
Xəbər lenti
20 Aprel 11:02
Gündəm
20 Aprel 10:56
Dünya
20 Aprel 10:45
İqtisadiyyat
20 Aprel 10:26
Dünya
20 Aprel 10:19
Dünya
20 Aprel 09:51
Dünya
20 Aprel 09:17
Gündəm
20 Aprel 09:08
Dünya
20 Aprel 08:49
Dünya
20 Aprel 08:23
Dünya
20 Aprel 08:20
Dünya
20 Aprel 07:57
Elm
19 Aprel 23:18
Dünya
19 Aprel 22:35
Dünya
19 Aprel 21:20
Hadisə
19 Aprel 20:33
Hadisə
19 Aprel 19:15
Siyasət
19 Aprel 19:11
Sosial
19 Aprel 19:09
Sosial
19 Aprel 18:27
Dünya
19 Aprel 17:24
Gündəm
19 Aprel 16:53
Maraqlı
19 Aprel 16:39
Analitik
19 Aprel 14:32
Dünya
19 Aprel 14:25
Dünya
19 Aprel 13:41
Dünya
19 Aprel 12:38
Siyasət
19 Aprel 11:24
Dünya
19 Aprel 11:06
Dünya
19 Aprel 10:50
Dünya
19 Aprel 10:17
Siyasət
19 Aprel 09:45
Dünya
19 Aprel 09:22
Dünya
19 Aprel 08:51
İdman
19 Aprel 08:38
Dünya
19 Aprel 08:09
Siyasət
19 Aprel 08:03
Siyasət
19 Aprel 08:02
Siyasət
19 Aprel 08:00
Siyasət
19 Aprel 07:59
Elm
19 Aprel 07:55
Elm
19 Aprel 07:31
Siyasət
19 Aprel 02:16
Siyasət
19 Aprel 02:15
Siyasət
19 Aprel 02:14

