Gender bərabərliyi adı altında basqılar
06.06.2024 [10:57]
Əcnəbi seriallar, Qərb-Avropa həyat tərzinin təsiri...
Tarixin demək olar ki, bütün dövrlərində gender bərabərliyi ən aktual məsələlərdən biri olub. Bu günə qədər qadın-kişi münasibətləri müxtəlif quruluşlarda nəzərdən keçirilib. Qadınla kişinin bərabər hüquqları, istər sosial, istər cinsi, istər də mənəvi aspektlərdə müzakirəyə açıq məsələdir. Cinslərin qarşılıqlı münasibətləri ən çox müzakirə olunan mübahisəli məsələlərdən sayılır.
Gender bərabərliyi ilə bağlı məsələ bütün qlobal aləmdə olduğu kimi, Azərbaycanda da prioritet məsələlərdən biridir. Ümumiyyətlə, gender bərabərliyi qlobal çağırışlardan biridir və bu, hər bir cəmiyyətdə mütləq şəkildə olmalıdır.
Bu ölkələr gender bərabərliyində öndədir
Dünya İqtisadi Forumunun gender bərabərliyi ilə bağlı son reytinq cədvəlində maraqlı məqamlar var. Belə ki, reytinq kişilərin və qadınların iqtisadiyyatda rolu, təhsilə əlçatanlığı, siyasətə cəlb olunması və sağlamlıq səviyyəsi meyarlarına əsaslanır.
Gender bərabərliyi reytinqinə İslandiya başçılıq edir. İlk onluqda Norveç, Finlandiya, Yeni Zelandiya, İsveç, Almaniya, Nikaraqua, Namibiya, Litva və Belçika da var.
146 ölkənin yer aldığı siyahını Əfqanıstan qapadır.
Qadınlara qarşı pozitiv diskriminasiya...
Mövzu ilə bağlı “Yeni Azərbaycan”a açıqlama verən sosioloq Sahib Altay bildirib ki, Azərbaycanda hələ 2006-cı ildə gender bərabərliyinin təmin olunması ilə bağlı qanun qəbul olunub. Onun sözlərinə görə, əslində, hələ sovet dövrünə qədər Azərbaycan qadına seçki hüququ verən ilk demokratik ölkə olub: “Ölkəmizdə gender bərabərliyinə münasibət hər zaman müsbət olub. Cəmiyyətimizdə mənəvi-əxlaqi sistemdə qadına və ailəyə həmişə önəm verilib. Hətta, tarixən qadınlar yoldaşlarının yanında onun silahdaşı kimi də fəal iştirak ediblər. Qeyd etmək yerinə düşər ki, bu gün ölkəmizdə çoxsaylı qadınlarımız rəhbər vəzifələrdə təmsil olunurlar. Azərbaycanda qadına qarşı ancaq pozitiv bir diskriminasiya var, yəni onların mənafeyi, sağlamlığı naminə. Ümumiyyətlə, hər zaman ölkəmizdə qadınların reproduktiv sağlamlığının təmin olunması üçün pozitiv diskriminasiya müşahidə edilib”.
Feminizmlə gender bərabərliyini qarışdırırlar
S.Altay bildirib ki, bu gün ölkəmizdə gender bərabərliyi ilə bağlı hər hansı bir problem yoxdur: “Müxtəlif təşkilatlar ölkəmizə gender bərabərliyi adı ilə basqılar etmək istəyirlər. Ancaq bunun heç bir əsası yoxdur. Çünki Azərbaycanda gender bərabərliyi yüksək səviyyədə təmin olunub. Bəzən feminizmlə gender bərabərliyini qarışdırırlar. Ancaq feminizm ayrı, gender bərabərliyi ayrıdır. Feminizm məhz anaxaqanlıq uğrunda çarpışan hərəkatdır. Məlumdur ki, cəmiyyətimizin bütün sahələrində qadın təmsilçiliyi var. Ölkəmizdə qadının məişət zorakılığından qorunması üçün qanun qəbul olunub və onun icra mexanizmi var. Həmçinin, dövlətimiz tərəfindən qadınlara böyük dəstək göstərilməkdədir”.
Əvvəllər qadınlar çətinliyə dözümlü idilər
Sosioloqun fikrincə, ölkəmizdə ailə dayanıqlığı ilə bağlı əlavə tədbirlərə, proaktiv sosial dəstək paketlərinə ehtiyac var. Çünki son vaxtlar Azərbaycanda boşanmaların statistikasında artım müşahidə olunur: “Boşanmalara şərait yaradan səbəblərdən biri kimi qadınların iqtisadi asılılığının olmaması, iqtisadi fəal kütləyə çevrilməsidir. Belə ki, qadınlar bəzən iqtisadi müstəqillik əldə etdikdən sonra öz seçimlərini edirlər. Yəni onlar daha müstəqil olmaq istəyirlər. Buna əcnəbi seriallar da bir qədər təsir göstərib desək, yanılmarıq. Çünki əvvəllər də ailələrdə çətinliklər olub və ona dözümlü yanaşırdılar. Müasir dövrdə isə Azərbaycan qadını bir az kənar informasiyalar aldığına görə, Qərb-Avropa həyat tərzini əsas götürürlər. Bundan çıxış edərək məişət zorakılığına hədsiz dözümsüzlük nümayiş etdirirlər, qeyri-tolerant yanaşırlar. Buna görə də sonda boşanmalara üz tuturlar”.
Ailə ilə işləyən psixoloqlar lazımdır...
Ekspert ölkəmizdə ailə psixoloqlarının fəaliyyət göstərməsinin mühüm olduğunu vurğulayıb: “Bu məntiqdən çıxış edərək Azərbaycanda Mediasiya Şurası yaradıldı. Bu şurada ailədaxili konfliktləri, ailə münaqişələrini, boşanmalarla bağlı məsələləri ilk öncə müzakirə edirlər. Həmin müddət ərzində bəzən boşanmaların qarşısını alırlar. Çünki cütlüklərə başa salınır ki, siz boşanmaya da bilərsiniz. Sizin konfliktin motivi boşanmaya səbəb olan motiv deyil. Şübhəsiz ki, onlarla psixoloqlar işləyir. Lakin çox yaxşı olardı ki, ailə ilə işləyən psixoloqlar, sosial işçilər olsun. Eyni zamanda, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təkcə Bakıda yox, əyalətlərdə də nümayəndələri çalışa bilər. Böhranlı, münaqişəli ailələrlə iş aparılsın. Preventiv, profilaktik tədbirlər görülsün. Elə boşanma hadisələri var ki, onlar baş verməyə də bilər”.
Yeganə BAYRAMOVA
Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “Gender, ailə və demoqrafiya məsələlərinin işıqlandırılması” istiqaməti üzrə hazırlanmışdır
Xəbər lenti
Hamısına baxDünya
28 Aprel 23:25
Dünya
28 Aprel 23:10
Sosial
28 Aprel 22:41
Dünya
28 Aprel 22:19
İqtisadiyyat
28 Aprel 22:10
Dünya
28 Aprel 21:50
Sosial
28 Aprel 21:24
Dünya
28 Aprel 21:09
Elm
28 Aprel 20:43
YAP xəbərləri
28 Aprel 20:31
Dünya
28 Aprel 20:17
YAP xəbərləri
28 Aprel 19:59
Dünya
28 Aprel 19:55
YAP xəbərləri
28 Aprel 19:32
Diaspor
28 Aprel 19:21
YAP xəbərləri
28 Aprel 18:59
YAP xəbərləri
28 Aprel 18:30
Dünya
28 Aprel 18:12
Sosial
28 Aprel 17:20
Mədəniyyət
28 Aprel 17:20
Müsahibə
28 Aprel 17:19
Sosial
28 Aprel 17:18
Elanlar
28 Aprel 17:17
Dünya
28 Aprel 17:06
Xəbər lenti
28 Aprel 17:05
YAP xəbərləri
28 Aprel 16:19
Xəbər lenti
28 Aprel 16:14
Elm
28 Aprel 16:12
İqtisadiyyat
28 Aprel 16:11
Dünya
28 Aprel 15:40
Gündəm
28 Aprel 14:31
Sosial
28 Aprel 14:29
YAP xəbərləri
28 Aprel 14:14
Siyasət
28 Aprel 14:08
Sosial
28 Aprel 14:07
Gündəm
28 Aprel 14:06
Elm
28 Aprel 13:41
Elm
28 Aprel 13:09
Sosial
28 Aprel 12:45
Sosial
28 Aprel 12:43
Sosial
28 Aprel 12:40
Sosial
28 Aprel 12:37
Gündəm
28 Aprel 12:35
Sosial
28 Aprel 12:34
Hadisə
28 Aprel 12:33
İqtisadiyyat
28 Aprel 12:26
YAP xəbərləri
28 Aprel 12:11
Gündəm
28 Aprel 11:59
Elm
28 Aprel 11:57
İdman
28 Aprel 11:57
Sosial
28 Aprel 11:56
Gündəm
28 Aprel 11:30
Siyasət
28 Aprel 11:17
Gündəm
28 Aprel 10:55
Siyasət
28 Aprel 10:39
YAP xəbərləri
28 Aprel 10:29
YAP xəbərləri
28 Aprel 10:22
Siyasət
28 Aprel 10:21
Gündəm
28 Aprel 10:14
Siyasət
28 Aprel 09:58
Ədəbiyyat
28 Aprel 09:30
Analitik
28 Aprel 09:14
Sosial
28 Aprel 08:51
Siyasət
28 Aprel 08:35
Sosial
28 Aprel 08:18
Dünya
27 Aprel 23:35
Elm
27 Aprel 23:11
Turizm
27 Aprel 22:47
Dünya
27 Aprel 22:39
Dünya
27 Aprel 22:14

