Regionlarda 100 min hektarda pambıq əkilməsi üçün səpin işləri yekunlaşmaq üzrədir
03.05.2019 [09:48]
Pambıq istehsalındakı artımın yalnız məhsuldarlığın yüksəldilməsi hesabına əldə olunması qarşıda duran vacib hədəflərdəndir
Məlum olduğu kimi, dinamik tərəqqiyə malik olan Azərbaycan mütərəqqi inkişaf modeli ilə fərqlənir. Bu modelin səciyyəvi xüsusiyyətlərindən biri bütün sahələrin inkişafının təmin olunması, eləcə də həyata keçirilən ardıcıl və məqsədyönlü tədbirlər nəticəsində möhtəşəm nailiyyətlərin qazanılmasıdır. Ölkəmizdə digər sahələrdə olduğu kimi, aqrar sektorun inkişafı istiqamətində də aparılan uğurlu siyasət səmərəli nəticələr verməkdədir. Prezident İlham Əliyevin Sədrliyi ilə Nazirlər Kabinetinin 2019-cu ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında çıxış edən kənd təsərrüfatı naziri İnam Kərimov bildirib ki, aqrar sahədə inkişaf dinamikası cari ildə də davam edir: “Birinci rübdə əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə ümumi istehsal həcmi 3,6 faiz, o cümlədən bitkiçilik 24,7 və heyvandarlıq 2,8 faiz artıb. 32 faiz çox tərəvəz istehsal olunub, meyvə-tərəvəz ixracının həcmi 28,2 faiz artıb”.
O da qeyd edilməlidir ki, respublikamızda aqrar sektorda bir sıra gəlirli sahələrin, o cümlədən pambıqçılığın inkişaf etdirilməsi diqqət mərkəzində saxlanılır. Nazirlər Kabinetinin sözügedən iclasında İnam Kərimov onu da söyləyib ki, cari ildə 100 min hektarda pambıq əkilməsi üçün səpin işləri yekunlaşmaq üzrədir və bu il ümumi məhsuldarlığın daha yüksək olması proqnozlaşdırılır: “Ötən il xam pambığın alış qiymətinin hər ton üçün 650 manat müəyyən edilməsi pambıq istehsalını fermerlər üçün sərfəli sahəyə çevirib. Cari ildə taxıl və pambıq istehsalındakı artımın yalnız məhsuldarlığın yüksəldilməsi hesabına əldə olunması qarşıda duran vacib hədəflərdəndir”.
Xatırladaq ki, indiyədək pambıqçılığın inkişafı ilə bağlı aktual məsələlərin müzakirə edildiyi bir neçə müşavirə keçirilib, müvafiq Dövlət Proqramı qəbul edilib. Eyni zamanda, pambıqçılıqla məşğul olan fermerlərə dəstək tədbirləri gücləndirilib - onlara verilən subsidiyalar, tədarük olunan məhsulun alış qiyməti artırılıb. Bundan başqa, regionlarda pambıq əkib-becərən fermerlərə dövlət tərəfindən gübrə və texnika ilə təchizat sarıdan da hər cür köməklik göstərilir.
Bütövlükdə, Azərbaycanın regionlarında pambıqçılığın inkişafı istiqamətində kompleks tədbirlər həyata keçirilir. Yeri gəlmişkən, Ucar rayonunda pambıq bitkisinin Çin texnologiyası əsasında becərilməsi ilə bağlı pilot layihənin təqdimat mərasimi keçirilib. Tədbirdə kənd təsərrüfatı naziri İnam Kərimov, nazirlik Aparatının, tabeli qurumların və pambıq əkini aparılan rayonların Dövlət Aqrar İnkişaf mərkəzlərinin, həmçinin pambıq tədarükü məntəqələrinin rəhbərləri, Azərbaycan Dövlət Aqrar Universitetinin tələbələri, pambıqçılıq üzrə ixtisaslaşmış Kürdəmir, Ucar, Ağsu, Ağcabədi, Zərdab, Yevlax və digər rayonlardan olan 200-dək fermer iştirak edib.
Tədbiri açan kənd təsərrüfatı naziri İnam Kərimov Çindən dəvət olunmuş mütəxəssislərin iştirakı ilə Ucarda 10 hektar sahədə model təsərrüfat yaradıldığını bildirib: “Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev torpaq və su resurslarından səmərəli istifadə etmək və məhsuldarlığı maksimum yüksək səviyyəyə qaldırmaqla bağlı çox mühüm tapşırıq verib. Bu innovativ texnologiya da fermerin daha az əziyyət çəkməsinə, alaq otlarına qarşı mübarizə tədbirləri və suvarma üçün daha az vəsait xərcləməsinə səbəb olur. Çin texnologiyasından istifadə nəticəsində istehsalat xərcləri azalır, məhsuldarlıq artır. Siz fermerlər bu gün qazandığınız təcrübənin carçısı olmalısınız. Biz Beyləqanda və Tərtərdə türk və yunan mütəxəssislərin iştirakı ilə model təsərrüfatlar yaradırıq. Azərbaycanda pambıqçılığın ənənələri zəngindir. Artıq dünyada kənd təsərrüfatının inkişafı təcrübə mübadiləsi üzərində qurulub. Biz dünya təcrübəsini öyrənməli, öz yaxşı təcrübəmizlə birləşdirməli və təcrübəmizi digər dövlətlərlə bölüşməliyik”.
Daha sonra tədbir iştirakçıları Şirvan Təcrübə Stansiyasının torpaq sahəsində Çinə məxsus innovativ texnologiya əsasında pambıq səpini ilə əyani tanış olublar. Ənənəvi əkin və becərmə üsullarından fərqli olaraq Çin texnologiyası əsasında becərilən 10 hektarlıq sahə lazer mala ilə hazırlanıb. Çində tətbiq edilən bu texnologiyanın üstünlükləri ondan ibarətdir ki, lazer malalama torpağın təkrar şoranlaşmasının qarşısını alır, suya qənaət olunur, toxumların bərabər səviyyədə çıxmasına şərait yaradır, nəticədə məhsuldarlıq artır.
Yeni sistemin texniki üstünlüyünə gəldikdə, bir gedişlə 3 əməliyyatı (çiyidin səpilməsi, damcılı suvarma borusunun sərilməsi, polietilen örtüyün açılması) yerinə yetirmək mümkündür. Eyni zamanda, yeni innovativ texnologiya hər hektara düşən bitki sıxlığının çox olması ilə fərqlənir. Belə ki, Çin texnologiyası əsasında cərgəarası 90 santimetr olmaqla, hər hektara 200-220 min toxum səpilir. İndiyədək ənənəvi üsulla aparılan əkində isə hər hektarda 100-110 min toxum səpilirdi.
Torpaqda buxarlanmanın qarşısının alınması, nəmlik ehtiyatının yaradılması da pambığın innovativ texnologiya ilə əkilməsinin üstün cəhətlərindəndir. Çin texnologiyası əsasında pambığın əkini və becərilməsi zamanı polietilen örtükdən istifadə olunması alaq otlarının inkişafını məhdudlaşdırır ki, bu da ənənəvi üsulla müqayisədə əsas üstünlüklərdən biri sayılır. Bundan başqa, polietilen örtük toxumun inkişafı üçün yaxşı temperatur rejimi yaradır, bununla da erkən səpini həyata keçirmək mümkün olur.
Tədbir iştirakçılarına bildirilib ki, Azərbaycanda kənd təsərrüfatına yararlı torpaq sahəsinin az olması intensiv üsulla məhsuldarlığın artırılmasını zəruri edir. Hazırda əsas məqsəd yüksək məhsuldarlığa imkan verən bu pilot layihənin gələcəkdə daha geniş ərazilərdə tətbiqinə nail olmaqdır. Bununla bağlı, Azərbaycan Dövlət Aqrar Universitetinin müəllim və tələbələrinə Çin texnologiyası əsasında pambıq əkininin həyata keçirilməsi ilə bağlı ətraflı məlumatın verilməsi, eləcə də pambıqçılıqla məşğul olan şirkətlərə bu innovativ layihənin üstünlüklərinin nümayiş etdirilməsi nəzərdə tutulur.
Sonda yeni texnologiyanın tətbiqi ilə əlaqədar fermerlərin sualları mütəxəssislər tərəfindən cavablandırılıb, mövzu ətrafında geniş fikir mübadiləsi aparılıb.
Təqdimat mərasimindən sonra kənd təsərrüfatı naziri İnam Kərimov səyyar qəbul keçirib. Səyyar qəbulda nazir fermerlərin qayğıları ilə maraqlanıb, müvafiq göstəriş və tapşırıqlar verib.
Onu da qeyd edək ki, hazırda respublikanın bölgələrində pambıq əkini davam etməkdədir. Neftçalada çiyid səpini uğurla davam edir və qısa müddətdə 2 min hektardan çox sahəyə çiyid səpilib. Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən bildiriblər ki, neftçalalı “ağ qızıl” ustaları cari ildə 5 min hektar sahədə pambıq əkməyi planlaşdırıblar. Bunun üçün bütün lazımi tədbirlər vaxtında həyata keçirilib. Səpinə mütəşəkkil başlayan əkinçilər qısa müddətdə 2 min 500 hektar sahəyə çiyid səpiblər. Məhsul istehsalçıları müqavilə bağladıqları “Neftçala İ.K” MMC və “Aqrolizinq” ASC tərəfindən göstərilən hərtərəfli dəstəkdən yararlanaraq, səpini optimal müddətdə başa çatdırmaq üçün bütün qüvvələrini sərf edirlər.
Ötən il 3 hektar pambıq sahəsinin hər hektarından 30 sentner məhsul toplayan Boyat kənd sakini Qulammirzə Abıyev bu günə kimi əkəcəyi 10 hektar pambıq sahəsinin 5 hektarında səpin aparıb. “Ağ qızıl” ustası bu il becərdiyi sahənin hər hektarından azı 35 sentner məhsul götürmək niyyətindədir. Pambıqçı bu istəyinə çatmaq üçün səpini aqrotexniki qaydalara uyğun həyata keçirir.
Qeyd edək ki, ötən il neftçalalı pambıqçılar 7 min hektar pambıq sahəsindən 9 min 900 ton məhsul toplayıblar.
Cəbhə bölgəsində yerləşən Ağdam rayonunda da fermer və torpaq mülkiyyətçiləri çiyid səpinini davam etdirirlər. Ağdam pambıqçıları artıq 2254 hektarda səpin həyata keçiriblər. Bu il rayonda 2600 hektarda çiyid səpilməsi nəzərdə tutulub. Rayonda fəaliyyət göstərən “MKT İstehsalat Kommersiya” MMC, “Azərpambıq” MMC və “P-Aqro” MMC ilə bağlanan müqavilələrə əsasən, pambıq istehsalçıları lazımi texnika, toxum, gübrə və kimyəvi preparatlarla tam təmin edilirlər. Səpin işlərinin bir neçə günə başa çatdırılması nəzərdə tutulur. Xatırladaq ki, 2018-ci ildə Ağdam rayonunda 3100 hektar sahədə pambıq əkilib, 5822,2 ton məhsul istehsal olunub.
Kürdəmir rayonunda da çiyid səpini kampaniyası davam edir və indiyədək 1958 hektarda əkin aparılıb. Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən bildirilib ki, cari mövsümdə 2809 hektarda çiyid səpilməsi nəzərdə tutulub. Hazırda əkin kampaniyasında 40-dan çox səpin aqreqatından istifadə olunur. Fermerlər əkini mayın 5-dək başa çatdırmaq əzmindədirlər. Qeyd edək ki, ilkin səpin aparılan 200 hektardan çox sahədə normal çıxış alınıb.
Salyan rayonunda da çiyid səpini uğurla davam edir. Rayonda bu mövsüm 4 min 788 hektar sahədə pambıq əkilməsi nəzərdə tutulub. Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən bildiriblər ki, səpin başlayandan bu günə kimi rayon üzrə 1526 hektar sahəyə çiyid səpilib. Son günlər havaların təsərrüfat işləri üçün əlverişli keçməsindən istifadə edən məhsul istehsalçıları gün ərzində 350-400 hektar sahədə çiyid səpini aparırlar. Əkinçilər müqavilə bağladıqları şirkətlər tərəfindən göstərilən hərtərəfli dəstəkdən yararlanaraq səpini qısa müddətdə başa çatdırmağa səy göstərirlər. Əkinçilərin çiyid səpini və digər kənd təsərrüfatı işləri ilə bağlı qarşılaşacaqları çətinlikləri operativ şəkildə aradan qaldırmaq məqsədilə təcrübəli aqronom və digər kənd təsərrüfatı mütəxəssislərindən ibarət xüsusi qərargah yaradılıb.
Dövlət tərəfindən pambıqçılığın inkişafına göstərilən hərtərəfli qayğı fermerlərin bu sahəyə olan marağını ilbəil artırıb. Hazırda rayonda iri fermerlərlə yanaşı, 4-5 hektar pay torpağı olan təsərrüfat sahibləri də “ağ qızıl” yetişdirməyə başlayıblar.
Qeyd edək ki, ötən il rayonda 7 min 55 hektar sahədə pambıq əkilib və 10 min 356 ton xam pambıq tədarük olunub.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxGündəm
11 Noyabr 17:13
Dünya
11 Noyabr 17:13
Sosial
11 Noyabr 17:11
Dünya
11 Noyabr 16:41
Dünya
11 Noyabr 15:27
Dünya
11 Noyabr 14:39
Dünya
11 Noyabr 13:17
İdman
11 Noyabr 12:31
Dünya
11 Noyabr 11:25
Hadisə
11 Noyabr 10:59
İdman
11 Noyabr 10:21
Hadisə
11 Noyabr 09:42
İdman
11 Noyabr 09:17
Dünya
11 Noyabr 08:55
Hadisə
10 Noyabr 23:20
Hadisə
10 Noyabr 22:19
COP29
10 Noyabr 21:32
Dünya
10 Noyabr 20:21
Hadisə
10 Noyabr 19:40
Sosial
10 Noyabr 18:37
Analitik
10 Noyabr 18:11
Dünya
10 Noyabr 17:45
Xəbər lenti
10 Noyabr 16:39
İqtisadiyyat
10 Noyabr 15:28
Dünya
10 Noyabr 14:41
Maraqlı
10 Noyabr 13:24
Dünya
10 Noyabr 12:30
Dünya
10 Noyabr 11:18
Siyasət
10 Noyabr 10:44
Formula 1
10 Noyabr 10:25
Hadisə
10 Noyabr 09:58
Dünya
10 Noyabr 09:32
Sosial
10 Noyabr 08:19
Diaspor
09 Noyabr 23:21
İdman
09 Noyabr 22:19
Siyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
YAP xəbərləri
09 Noyabr 17:56
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
YAP xəbərləri
09 Noyabr 15:58
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Xəbər lenti
09 Noyabr 14:52
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31
Siyasət
08 Noyabr 20:55
Dünya
08 Noyabr 20:32
Sosial
08 Noyabr 19:20
Siyasət
08 Noyabr 19:19
Siyasət
08 Noyabr 19:18
Sosial
08 Noyabr 19:17
Xəbər lenti
08 Noyabr 19:16
Gündəm
08 Noyabr 18:49

