Ermənistanın cinayətlərini dünyaya tanıdaq
19.11.2021 [10:44]
Azərbaycan gəncləri bu prosesdə fəal olmalıdırlar
Ermənistanın 30 illik işğalı dövründə Azərbaycan əraziləri vandalizmə məruz qalıb, həmin torpaqlarda misli görünməmiş cinayətlər törədilib. Azərbaycan hər zaman Ermənistanın törətdiyi cinayətlər haqqında müvafiq beynəlxalq təşkilatları məlumatlandırır. Dövlətimiz erməni vandalizminin dünya ictimaiyyətinə çatdırılması istiqamətində tədbirlərini sistemli şəkildə davam etdirir. Prezident İlham Əliyev bütün beynəlxalq platformalarda çıxışları zamanı, xarici KİV-lərə müsahibələrində bu barədə ətraflı məlumatlar verir. Dövlətimizin bu istiqamətdə həyata keçirdiyi tədbirlərlə yanaşı, Azərbaycan cəmiyyəti də prosesdə fəal olmalıdır.
Bu baxımdan, ölkə gəncliyinin üzərinə hansı vəzifələr düşür? Mövzu ilə bağlı Azərbaycan-Slavyan Gəncləri Assosiasiyasının sədri Səbuhi Abbasov qəzetimizə açıqlamasında bildirib ki, 44 günlük Vətən müharibəsi zamanı və ondan sonrakı proseslərdə Azərbaycan gəncləri də önəmli rol oynadılar. Gənclər reallıqları dünyaya çatdırmaqda, eləcə də informasiya mübarizəsində fəal iştirak edirlər. Onun sözlərinə görə, erməni işğalı və bunun nəticəsində dinc əhalinin üzləşdiyi məhrumiyyətlər barədə məlumatların dünya ictimaiyyətinə tam və hərtərəfli şəkildə çatdırılması istiqamətində gənclərin məlumatlılığının artırılması vacibdir: “30 illik işğal nəticəsində soydaşlarımız öz doğma torpaqlarından qaçqın və məcburi köçkün düşüb, ermənilər tərəfindən qətlə yetirilib, itkin düşüb, əsir götürülüblər və Azərbaycana məxsus mədəni irs erməni vandalları tərəfindən məhv edilib. 44 günlük Vətən müharibəsi nəticəsində Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə rəşadətli Ordumuz torpaqlarımızı erməni işğalından azad etdi. Biz ermənilərin torpaqlarımızda hansı vəhşiliklər törətdiyinin əyani şəkildə şahidi olduq. Gənclər olaraq məqsədimiz bu istiqamətdə işlərimizi intensiv aparmaq və bütün gücümüzü buna səfərbər etməkdir”.
S.Abbasov qeyd edib ki, müasir gəncliyimiz öz bilik və bacarıqları ilə dövlətimizin inkişafına fayda verir: “İnformasiya müharibəsi davam edir. Bu sahədə fəaliyyət düzgün qurulmalı, müxtəlif ölkələrdə yaşayan gənclərimiz şəbəkələşərək vahid amal uğrunda birləşməlidirlər. Çünki bu gün hər bir azərbaycanlı kimi biz gənclərin də qarşısında erməni vandalizminin nəticələrini dünyaya çatdırmaq vəzifəsi dayanır. Bu, çox məsuliyyətli vəzifədir. Azərbaycan gəncləri olaraq bu işin öhdəsindən layiqincə gəlməyə çalışırıq. Gənclərimiz bu istiqamətdə sosial şəbəkələrdə fəallıq göstərir, erməni vandalizminin maksimum dərəcədə dünya ictimaiyyətinə çatdırmağa səy göstərirlər. Rəhbərlik etdiyim Azərbaycan-Slavyan Gəncləri Assosiasiyası da fəaliyyətində bu məsələyə xüsusi diqqət yetirir. Təşkilatımız öz fəaliyyəti dövründə Ermənistanın ölkəmizə qarşı işğalçılıq siyasətinə etiraz olaraq beynəlxalq təşkilatlara mürac?ətlər ünvanlayıb, bəyanatlar qəbul edib. Xarici ölkələrə səfərlərimiz zamanı da bu məsələ daim diqqət mərkəzində olub, erməni cinayətlərinin xarici ölkələrin ictimaiyyətinə, gənclərinə çatdırılmasını başlıca vəzifələrimizdən hesab etmişik. Bu fəaliyyətimizi bundan sonra da davam etdirəcəyik. Eyni zamanda, Azərbaycandan kənarda təhsil alan gənclərimiz də erməni vandalizminin ağır nəticələrinin xaricdə təbliğ olunması işində fəal iştirak edirlər. 44 günlük Vətən müharibəsi zamanı və ondan sonrakı dövrdə də Azərbaycan gəncləri həm hərb meydanında, həm də informasiya məkanında aktiv mübarizə aparıblar. Bu proses davam etməkdədir”.
Təşkilat sədri hesab edir ki, gənclərimiz Ermənistanın cinayətlərinin dünyaya çatdırılması işində bundan sonra da fəal olmalıdırlar: “Əsl həqiqətlərin dünyaya çatdırılması, gənclərin yerli və beynəlxalq platformalarda təmsil olunması üçün əlimizdən gələni etməliyik. Mənfur qonşularımızın beynəlxalq ictimai rəyi yanıltmaq cəhdlərinin qarşısını almaq üçün tariximizi daha yaxşı öyrənməli və öyrətməliyik. Bu gün gənclər müasir informasiya texnologiyalarından səmərəli və məqsədyönlü istifadə etmək üçün müasir biliklərə sahibdirlər. Düşünürəm ki, bu yöndə imkanlarımızı və bacarıqlarımızı daha da gücləndirməliyik. Çünki müasir dünyada yeni reallıqlarla ayaqlaşmaq, çağırışlara cavab vermək həm də milli maraqların qorunması üçün əlavə imkanlar yaradır. Bizim isə qarşımızda çox mühüm vəzifələr dayanır. Bu baxımdan, sistemli və ardıcıl fəaliyyət hər birimizin borcudur. Biz, bu məsələdə öz vətəndaşlıq mövqeyimizi nümayiş etdirməliyik. Hesab edirəm ki, Azərbaycan gəncləri bu missiyanın öhdəsindən bundan sonra da gələcəklər”.
Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük “Vətən müharibəsi”ndə qazanılmış tarixi qələbə, Ermənistan tərəfindən törədilmiş sülh və insanlıq əleyhinə cinayətlər, habelə müharibə cinayətləri ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması” istiqaməti üzrə hazırlanmışdır
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13

