Vətəndaş cəmiyyəti milli maraqlarımızı nə dərəcədə qoruya bilir
17.03.2022 [10:43]
Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafı üçün lazımi şərait yaradılıb. Ötən illər ərzində vətəndaş cəmiyyətinin təmsilçiləri olaraq qeyri-hökumət təşkilatlarına dövlət tərəfindən dəstək göstərilib və bu dəstək hazırda da davam etməkdədir. Məhz bunun nəticəsidir ki, ölkəmizdə yüzlərlə qeyri-hökumət təşkilatları fəaliyyət göstərir. Qeyri-hökumət təşkilatları demokratik cəmiyyətlərin əsas elementlərindən biridir. Vətəndaş cəmiyyəti həm də, milli və dövlət maraqlarının müdafiəsində də fəal iştirak edir. Bir neçə gün öncə Avropa Parlamentində ölkəmizə qarşı qərəzli qətnamə qəbul olundu. Vətəndaş cəmiyyətinin bu hadisəyə reaksiyası necədir?
Nardar BAYRAMLI
Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının üzvü, Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri İlqar Orucov bildirib ki, Avropa Parlamentinin Qarabağda mədəni irsin məhv edilməsi ilə bağlı qətnamə qəbul etməsi nəticəsində Azərbaycana qarşı növbəti ikili standartın təzahürünü gördük. Onun sözlərinə görə, ölkəmizin əraziləri 30 il ərzində işğal altında olarkən nəinki tarixi abidələr, həm də bütövlükdə həyat - ekologiya, maddi mədəniyyət nümunələri, xalqımızın əsrlərdir formalaşdırdığı bütün dəyərlər məhv edilib: “Biz Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi olaraq işğaldan azad edilmiş bölgələrə etdiyimiz səfər zamanı bu ərazidə bir tikilinin belə qalmadığının şahidi olduq. Qəbir daşları, məscidlər dağılıb. Tarixi abidələr məhv edilib. Muzeylər təcavüzə məruz qalıb. Azərbaycan xalqına qarşı 30 il müddətində böyük humanitar terror həyata keçirilib”. İ.Orucov qeyd edib ki, Azərbaycan rəsmi olaraq dəfələrlə beynəlxalq təşkilatlara Qarabağda baş verənlərlə bağlı müraciət etsə də, bu məsələyə hər zaman biganə yanaşılıb. Avropa Parlamenti 30 il ərzində Azərbaycana qarşı həyata keçirilən vandallığa heç bir zaman qiymət verməyib və heç bir doğruluğu olmayan faktlarla işğaldan azad olunmuş ərazilərdə Ermənistana məxsus abidələrin məhv edilməsi ilə bağlı həqiqəti özündə əks etdirməyən qərarlar qəbul olunub.
“Düşünürəm ki, bunlar növbəti siyasi riyakarlıqdır. Biz qətiyyətlə Avropa Parlamentinin qərarını pisləyirik. Biz UNESCO-ya müraciət etdik. Müraciətdə Ermənistan ərazisində Azərbaycan xalqının əsrlərlə formalaşdırdığı maddi mədəniyyət nümunələrinin - məscidlərin, qəbirlərin, tarixi abidələrin dağıdıldığı, mənimsənildiyi, fərqli məqsədlərlə istifadə edildiyi qeyd edilib. İşğaldan azad olunmuş ərazilərə səfər zamanı dini ibadət yerlərimizi ermənilərin heyvandarlıq üçün istifadə etdiyini gördük. Mən gənc alimlər adından Avropa Parlamentinin Qarabağda mədəni irsin məhv edilməsi ilə bağlı qətnaməsini ədalətsiz, çirkin məqsədlərə xidmət edən bir qərar kimi qiymətləndirirəm. Avropa Parlamenti insani dəyərlərə hörmət etməlidir”, - deyə İ.Orucov vurğulayıb.
“Hüquqi Təhlil və Araşdırmalar” İctimai Birliyi Ramil İskəndərli isə hesab edir ki, Avropa Parlamentinin “Qarabağda mədəni irsin məhv edilməsi ilə bağlı” qəbul etdiyi qətnamə antiazərbaycan xarakteri daşımaqla bərabər, həm də islamofobiyanın əyani nümunəsidir. QHT sədrinin sözlərinə görə, sənədin qəbulu onu göstərir ki, avropalı deputatlar Vətən müharibəsindən sonra regionda baş verən dəyişiklikləri və bununla bağlı formalaşan yeni reallıqları ya görmür, ya da həzm edə bilmirlər. Qətnamənin mətnində “Dağlıq Qarabağ” və “Şuşa/Şuşi” sözlərindən istifadəni, işğaldan azad edilmiş ərazilər barədə isə “Ermənistanın Azərbaycana qaytardığı ərazilər” ifadəsinin işlədilməsini, ATƏT-in Minsk qrupunun rolunun qeyd olunmasını bilərəkdən avropalı seçiciləri arasında Qarabağla bağlı yanlış təəssüratların yaradılması istiqamətində atılmış addım kimi qəbul etmək olar.
R.İskəndərli deyib ki, Vətən müharibəsinin bitməsinə bir neçə gün qalmış Şuşa muzeyində saxlanılan xalçalar daşınaraq İrəvana aparılıb və qanunsuz olaraq orada saxlanılmaqdadır: “Bu baxımdan “Mədəni dəyərlərin qeyri-qanuni yolla gətirilməsinin, aparılmasının və mülkiyyət hüququnun verilməsinin qadağan edilməsi və qarşısının alınmasına yönəlmiş tədbirlər haqqında” 1970-ci il Paris Konvensiyası və “Oğurlanmış və qeyri-qanuni yolla ölkədən çıxarılmış mədəni dəyərlər haqqında” 1995-ci il Konvensiyasında təsbit edilən müddəalara əsasən, silahlı münaqişələr zamanı mədəni sərvətlərə və mədəni irsə qarşı qanunsuz əməllər beynəlxalq cinayət qanunvericiliyinə görə müharibə cinayəti hesab olunur. Avropalı deputatlar qeyd olunan bütün məsələləri artıq 30 ildən çox görməzdən gələrək ermənilər üçün cəzasızlıq mühiti formalaşdırmağa çalışsalar da, hazırda Azərbaycan Ordusunun onların həzm edə bilmədikləri şanlı Qələbəsinin formalaşdırdığı yeni reallıqlarla barışmaqdan başqa çarələri qalmayacaq”.
Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “Vətəndaş cəmiyyəti, hüquqi dövlət quruculuğu” istiqaməti üzrə hazırlanmışdır
Xəbər lenti
Hamısına baxAnalitik
21 Aprel 09:15
Sosial
21 Aprel 08:57
Sosial
21 Aprel 08:34
Sosial
21 Aprel 07:29
Dünya
21 Aprel 07:16
Dünya
20 Aprel 23:51
Dünya
20 Aprel 23:45
Dünya
20 Aprel 23:20
Xəbər lenti
20 Aprel 22:41
İqtisadiyyat
20 Aprel 22:30
Dünya
20 Aprel 22:17
Dünya
20 Aprel 21:59
İqtisadiyyat
20 Aprel 21:24
Dünya
20 Aprel 21:10
Elm
20 Aprel 20:46
Dünya
20 Aprel 20:35
Sosial
20 Aprel 20:18
Dünya
20 Aprel 19:50
İqtisadiyyat
20 Aprel 19:30
Sosial
20 Aprel 19:22
Siyasət
20 Aprel 18:28
Sosial
20 Aprel 18:00
İqtisadiyyat
20 Aprel 17:59
Gündəm
20 Aprel 17:58
Dünya
20 Aprel 16:28
Siyasət
20 Aprel 15:46
Dünya
20 Aprel 15:34
Elanlar
20 Aprel 15:23
İqtisadiyyat
20 Aprel 15:22
İdman
20 Aprel 14:35
Elm
20 Aprel 14:31
Siyasət
20 Aprel 13:53
Dünya
20 Aprel 13:20
Sosial
20 Aprel 13:10
Xəbər lenti
20 Aprel 12:40
Dünya
20 Aprel 12:39
Sosial
20 Aprel 12:36
Siyasət
20 Aprel 12:32
Hadisə
20 Aprel 12:11
Sosial
20 Aprel 11:58
İqtisadiyyat
20 Aprel 11:21
İqtisadiyyat
20 Aprel 11:21
Xəbər lenti
20 Aprel 11:02
Gündəm
20 Aprel 10:56
Dünya
20 Aprel 10:45
İqtisadiyyat
20 Aprel 10:26
Dünya
20 Aprel 10:19
Dünya
20 Aprel 09:51
Dünya
20 Aprel 09:17
Gündəm
20 Aprel 09:08
Dünya
20 Aprel 08:49
Dünya
20 Aprel 08:23
Dünya
20 Aprel 08:20
Dünya
20 Aprel 07:57
Elm
19 Aprel 23:18
Dünya
19 Aprel 22:35
Dünya
19 Aprel 21:20
Hadisə
19 Aprel 20:33
Hadisə
19 Aprel 19:15
Siyasət
19 Aprel 19:11
Sosial
19 Aprel 19:09
Sosial
19 Aprel 18:27
Dünya
19 Aprel 17:24
Gündəm
19 Aprel 16:53
Maraqlı
19 Aprel 16:39
Analitik
19 Aprel 14:32
Dünya
19 Aprel 14:25
Dünya
19 Aprel 13:41
Dünya
19 Aprel 12:38
Siyasət
19 Aprel 11:24

