Xalqla iqtidar arasında birlik
29.03.2022 [10:44]
Dövlətçilik modelinin ən uğurlu istiqamətlərindən biri
Nicat
Dövlət, ictimai və milli maraqların müdafiəsi ölkəmizin əsas istiqamətlərindən biridir. İntellektual əsaslarda formalaşmış modern Azərbaycan cəmiyyəti ictimai maraq və dövlət marağı anlayışlarını ictimai, siyasi münasibətlərdə və dövlətlə əlaqələrində nümayiş etdirməyi bacaran formalaşmış bir cəmiyyətdir. Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən azərbaycançılıq ideyası çərçivəsində qoyulan dövlət və cəmiyyət maraqlarının birliyi bu gün Onun layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə davam etdirilməkdədir. Belə ki, günümüzdə dövlət nümayəndələri ilə vətəndaş cəmiyyətinin nümayəndələri arasında təmaslar, qarşılıqlı anlaşma yüksələn xətt üzrə hərəkət etməkdədir. Sadalananların bariz nümunəsi kimi Azərbaycan Prezidenti İlham Əliyevin vurğuladığı “Bizim siyasətimizin təməlində dövlət maraqları, xalqla iqtidar arasında birlik dayanır” fikirlərini misal gətirmək yerinə düşür.
Mövzu ilə bağlı fikirlərini “Yeni Azərbaycan”a bölüşən Qafqaz - Media İctimai Birliyinin sədri Hacı Azadə Taleh Abbas qızı bildirib ki, ölkəmizdə ictimai və dövlət maraqlarının əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulub. QHT rəhbəri deyib ki, Ali Baş Komandan İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində bu gün hər birimiz cəmiyyət-dövlət münasibətlərinin ideal modelini görməkdəyik: “İctimai maraqlar cəmiyyəti təşkil edən fərdlərin rifahının ifadə olunduğu, individual mahiyyəti ümumi anlayışa yönləndirən və çoxluğun marağını üstün sayan bir anlayışdır. Bu məfhum daha geniş və çoxşaxəli anlam kəsb etməklə dövlət-vətəndaş münasibətlərinə birbaşa təsir edir. Günümüzdə ictimai və dövlət maraqlarının müdafiəsi Ulu Öndər Heydər Əliyevin yaratdığı azərbaycançılıq ideyası ətrafında sürətlə inkişaf etməkdə, təkmilləşməkdədir. Ümummilli Liderin irəli sürdüyü bu konsept dövlət və cəmiyyət maraqları, eyni zamanda fərdin mənəvi maraqlarının vəhdəti kimi bütün azərbaycanlıları birləşdirən önəmli, güclü bir zəmin rolunu oynadı. Hazırda cənab Prezidentimizin yürütdüyü uğurlu siyasətin, mövcud dövlətçilik modelinin ən uğurlu istiqamətlərindən biri kimi dövlətlərlə bütün sahələrdə münasibətdə öz milli maraqlarından çıxış etməsi olduğunu deyə bilərik”.
A.Hüseynova xatırladıb ki, ölkəmizdə ictimai maraq anlayışının müxtəlif aspektlərinin hüquqi bazasının formalaşması və təbliği istiqamətində bir sıra işlər görülüb: “Vətəndaş cəmiyyətinin inkişafını, azadlığını şərtləndirən əsas amillərdən biri də söz, fikir, informasiya azadlığının dövlət tərəfindən təmin olunmasıdır. Bu xüsusda ölkəmizdə mediaya olan xüsusi diqqət və qayğını nümunə gətirmək yerinə düşər. Dövlət-cəmiyyət münasibətlərinə güclü təsir imkanına malik olan KİV-lərə dəstəyin nəticəsidir ki, bu gün bir çox çatışmazlıqlar üzə çıxır, mövcud problemlər operativ şəkildə aidiyyəti qurumlara çatır. Bununla da bütün sahələrdə vətəndaş məmnuniyyətinin şahidi olmuş oluruq. Cənab Prezidentimiz də bununla bağlı dəfələrlə fikirlərini bölüşüb. Əgər həmin müsahibəni yada salsaq, oradakı bir məqamı qeyd etmək yerinə düşür. Çıxışı zamanı media nümayəndələrinin böyük rolundan danışan ölkəmizin başçısı vurğulamışdı ki, Prezidentimizin özü də bəzən xoşagəlməz hallar haqqında jurnalistlərdən xəbər tutur və təbii ki, məsələlərə dərhal reaksiya verilir”.
“Lakin cəmiyyətdə yayılan heç də bütün informasiyalar doğru deyil. Bununla yanaşı bəzi maraqlı dairələr ölkəmizdə hökm sürən sabitliyi pozmaq məqsədilə zərərli məlumatlar, dezinformasiyalar yayırlar. Bu sahədə vətəndaşlarımızın təlimlər almasına, maarifləndirilmə işlərinin sürətlə aparılmasına baxmayaraq, görünən odur ki, hələ də cəmiyyətdə bu problem qalmaqda davam edir. Belə olduğu halda vətəndaşlarımızın arasında çaşqınlıq, anlaşılmazlıq yaranır ki, bu da təbiidir. Məhz bu səbəbdən də bütün sahələrdə şəffaflığın tam təmin olunması üçün düzgün şəkildə informasiya ötürmək qabiliyyətinə malik, haqqını, hüququnu bilən cəmiyyət fərdlərinə ciddi ehtiyac var. Sevindirici haldır ki, bu gün ölkə gəncləri təhsil sahəsində böyük uğurlara imza atırlar. Bu isə sağlam düşüncəli, oturuşmuş cəmiyyətin, dərin təhlil qabiliyyətinə malik sosiumun olacağının qarantıdır”.
Deyilənlərdən də göründüyü kimi, sağlam fikirli cəmiyyətin olması həm ictimai, həm də dövlət maraqlarının qorunmasına, dövlət-cəmiyyət münasibətlərinin yüksək səviyyədə inkişafının davam etməsinə təminat verən əsas şərtlərdən biridir.
Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “İctimai və dövlət maraqlarının müdafiəsi” istiqaməti üzrə hazırlanmışdır
Xəbər lenti
Hamısına baxDünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13

