Xalq-iqtidar birliyi...
24.05.2022 [10:17]
Azərbaycanın bugünkü rifahını və təhlükəsizliyini təmin edir
Dövlət maraqlarının effektiv şəkildə qorunması təmin edilmədən ictimai maraqların qorunması mümkün deyil
Məlik MƏMMƏDOV
İctimai maraq dedikdə bütünlükdə cəmiyyət, yaxud cəmiyyətin müxtəlif sosial qrupları tərəfindən ortaq hesab etdiyi maraq və mənafelər başa düşülür. Və ictimai maraqları dövlət maraqları ilə qırılmaz bağlar birləşdirir, çünki cəmiyyət və dövlətin bir-birindən ayrı mövcudluğu qeyri-mümkündür. Dövlət olmadan, dövlət maraqlarının etibarlı və effektiv şəkildə qorunması təmin edilmədən ictimai maraqların mövcud olması və ya qorunması mümkün deyil. Əgər cəmiyyət ayrı-ayrı fərdləri özündə birləşdirərək, böyük bir toplum kimi çıxış edirsə, dövlət də bu toplumu bir araya gətirməklə bir növ, himayəçilik missiyasını öz üzərinə götürür, ictimai maraqların tanınması, təbliği və müdafiəsi hökumət tərəfindən sığortalanır, qorunur.
Azərbaycanda ictimai və milli maraqların təmin olunması əsas prioritet məsələdir. Dövlət tərəfindən qəbul edilən qanunlar, həyata keçirilən islahatlar, istər sosial, iqtisadi, istərsə də siyasi sahədə dövlət və ictimai maraqların qorunmasına xidmət edir, siyasi sistemin təkmilləşməsinə mühüm töhfələr verir.
Dövlət məmurlarını vəzifəyə təyin edərkən Prezident İlham Əliyev onlara ciddi şəkildə tapşırıq verir və qeyd edir ki, qanun qarşısında hamı birdir, heç kimdə immunitet yoxdur və ola bilməz. Daim xalqın yanında olmaq, onun çətinliklərini, ağrı-acılarını öyrənmək və problemlərin operativ həlli istiqamətində tədbirlər görmək dövlət başçısının fəaliyyətində hər zaman xüsusi yer tutub. Ölkə rəhbəri tərəfindən belə bir prinsipə dönmədən əməl olunması nəticəsində ictimaiyyətin dövlətə inamı güclənib, xalqın Prezidentinə, dövlətə etimadı möhkəmlənib, xalq-iqtidar birliyi getdikcə güclənib.
Azərbaycanda ictimai və dövlət maraqlarının müdafiəsi güclü xalq-iqtidar birliyini şərtləndirir. Xalq dövlət rəhbərliyinin həyata keçirdiyi işləri, əhaliyə göstərilən qayğını, ölkəmizin ildən-ilə sürətli inkişafını aydın görür. Vətəndaşlar dövlətin onların həyat səviyyəsinin yüksəldilməsinə yönəlmiş səylərini yüksək qiymətləndirir və buna görə də öz liderinin ətrafında sıx birləşiblər. Bütün bu illər ərzində xalqın ölkə rəhbərliyinin həyata keçirdiyi siyasətə güclü dəstəyi Azərbaycanın bugünkü uğurlarının əsasını qoyub.
Torpaqlarımızın uzunmüddətli işğalına son qoyan 44 günlük Vətən Müharibəsində böyük Qələbəmizi şərtləndirən məhz xalq-iqtidar arasında formalaşan birlik oldu. Azərbaycan dövlətinin hərbi əməliyyatları, torpaqlarımızın işğaldan azad edilməsi beynəlxalq səviyyədə uğurlarımızı həzm etmək istəməyən bəzi dairələri narahat edirdi. Onların Azərbaycandakı əlaltıları da, bütün mümkün vasitələrdən istifadə etməklə xalq arasındakı mövcud birliyə xələl gətirəcək, qələbəmizlə bağlı insanların qəlbinə şübhə toxumu səpəcək fikirlər səsləndirirdilər. Lakin Ali Baş Komandan İlham Əliyevin əks-həmlə ilə bağlı əmrini böyük sevinc hissi ilə qarşılayan Azərbaycan xalqı Prezidentin ətrafında bir yumruq kimi birləşdi. Və bu gün biz və bütün dünya görür ki, erməni işğalçıları tərəfindən dağıdılan və viran qoyulan ərazilər sürətlə bərpa olunur, ora həyat qayıdır və hər bir azərbaycanlı bununla fəxr edir.
Eyni sözləri əsrin yeni bəlasına çevrilmiş koronavirus pandemiyası üzərində ölkəmizin qələbəsi haqqında da demək olar. Azərbaycan əhalisi ölkə rəhbərliyinin həyata keçirdiyi bütün məhdudlaşdırıcı tədbirlərə rəğbət bəsləmiş, onları dəstəkləmiş, ayrı-ayrı narazı şəxslərin və təxribatçıların şəxsi maraqlarını ictimai maraqlardan üstün tutmasına imkan verməmişdir. Bunun sayəsində Azərbaycan bir çox, o cümlədən dünyanın inkişaf etmiş və qabaqcıl ölkələrindən fərqli olaraq əhali arasında virusdan yüksək ölüm hallarının qarşısını alıb və bu gün ölkədə yoluxma səviyyəsi demək olar ki, sıfıra enib. Biz bir daha sıx qarşılıqlı əlaqəni aydın şəkildə gördük: xalq dövlətin siyasətini dəstəklədi, ictimai-siyasi vəziyyəti pozmağa, dövlət maraqlarına zərər vurmağa yönəlmiş hərəkətlərin qarşısını aldı, çünki dövlətin fəaliyyəti sırf ictimai maraqların təmin edilməsinə, vətəndaşların rıfahı, həyat və sağlamlığının təhlükəsizliyinin təmin edilməsinə yönəlmişdi.
Bu gün isə biz ölkə rəhbərliyinin uzun illərin gərgin əməyinin, müdrik siyasətinin bəhrəsini hər zamankindən daha çox müşahidə edirik. Dünyada mövcud çətin geosiyasi vəziyyət, qlobal iqtisadi böhran şəraitində ölkəmiz siyasi və iqtisadi sabitliyin azsaylı adalarından biri olaraq qalır. Prezident İlham Əliyev düşünülmüş xarici siyasət yeritməklə ölkəmizi xarici təhdidlərdən, humanitar fəlakətdən qorudu.
Lakin xaricdə Azərbaycanın uğurlarını həzm edə bilməyən müəyyən dairələr Azərbaycan dövlətçiliyinin əsaslarını sarsıtmaq, ölkəmizdə ictimai-siyasi vəziyyəti pozmaq, hakimiyyəti gözdən salmaq, dövlət maraqlarına xələl gətirmək cəhdlərindən əl çəkmirlər. Azərbaycanda keçirilən kütləvi idman və ya digər tədbirlər ərəfəsində adətən olduğu kimi, bu gün də “beşinci kolon” - Qərb QHT-lərinin himayə etdiyi radikal müxalifət vasitəsilə onların səylərini gücləndirməsinin növbəti mərhələsinin şahidi oluruq. Ölkə rəhbərliyinə böhtan atmaq, qərbyönümlü təbliğat kampaniyaları apararaq, gənclərin kövrək şüurunu ələ keçirməyə, ölkədə sabitliyi pozmağa çalışırlar. Ona görə də, hər bir vətəndaşın borcudur ki, dövlət maraqlarını qorusun, antiazərbaycançı ünsürlərin öz çirkin məqsədlərinə çatmasının qarşısını alsın, bunun üçün də müvafiq maarifləndirmə işi aparılmalıdır. Və biz, media olaraq bu baxımdan xüsusi rol oynamalıyıq. Çünki dövlət güclü olarsa, vətəndaşın həyatı təhlükəsiz, risksiz, rahat olar və maddi rifahı da ildən-ilə yaxşılaşar.
Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “İctimai və dövlət maraqlarının müdafiəsi” istiqaməti üzrə hazırlanmışdır
Xəbər lenti
Hamısına baxSiyasət
11 Noyabr 23:04
Dünya
11 Noyabr 22:02
Siyasət
11 Noyabr 21:18
Dünya
11 Noyabr 20:36
Dünya
11 Noyabr 19:21
Hərbi
11 Noyabr 18:24
Gündəm
11 Noyabr 17:13
Dünya
11 Noyabr 17:13
Sosial
11 Noyabr 17:11
Dünya
11 Noyabr 16:41
Dünya
11 Noyabr 15:27
Dünya
11 Noyabr 14:39
Dünya
11 Noyabr 13:17
İdman
11 Noyabr 12:31
Dünya
11 Noyabr 11:25
Hadisə
11 Noyabr 10:59
İdman
11 Noyabr 10:21
Hadisə
11 Noyabr 09:42
İdman
11 Noyabr 09:17
Dünya
11 Noyabr 08:55
Hadisə
10 Noyabr 23:20
Hadisə
10 Noyabr 22:19
COP29
10 Noyabr 21:32
Dünya
10 Noyabr 20:21
Hadisə
10 Noyabr 19:40
Sosial
10 Noyabr 18:37
Analitik
10 Noyabr 18:11
Dünya
10 Noyabr 17:45
Xəbər lenti
10 Noyabr 16:39
İqtisadiyyat
10 Noyabr 15:28
Dünya
10 Noyabr 14:41
Maraqlı
10 Noyabr 13:24
Dünya
10 Noyabr 12:30
Dünya
10 Noyabr 11:18
Siyasət
10 Noyabr 10:44
Formula 1
10 Noyabr 10:25
Hadisə
10 Noyabr 09:58
Dünya
10 Noyabr 09:32
Sosial
10 Noyabr 08:19
Diaspor
09 Noyabr 23:21
İdman
09 Noyabr 22:19
Siyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
YAP xəbərləri
09 Noyabr 17:56
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
YAP xəbərləri
09 Noyabr 15:58
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Xəbər lenti
09 Noyabr 14:52
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31
Siyasət
08 Noyabr 20:55
Dünya
08 Noyabr 20:32

