Başıbəlalı obrazların mahir ifaçısı
07.06.2024 [10:50]
Görkəmli aktyor Məlik Dadaşovun 100 yaşı tamam olur...
Bu gün Azərbaycanın teatr və kino aktyoru, Xalq artisti Məlik Dadaşovun 100 illik yubileyidir.
Məlik Dadaşov 1924-cü ilin 7 iyununda Bakıda doğulub. Ailənin sonbeşiyi olan aktyorun adını atası Şöklü Məliyin şərəfinə qoymuşdu. Ailənin böyük oğlu Salman Dadaşov aktyor olub. “Onun böyük ürəyi” filmində Oqtay rolunu canlandırıb. Sonralar Sumqayıt teatrının rəhbəri olub. İkinci qardaş? Süleyman Dadaşov riyaziyyat müəllimi idi. Universitetdə dərs deyirdi. O, Xalq artisti Brilyant Dadaşovanın atasıdır. Məlik Dadaşov isə uşaqlıqdan incəsənətə bağlı olub. Musiqiyə gedər, kontrabasda çalarmış. Lakin orta məktəbi qurtardıqdan sonra sənədlərini Tibb İnstitutuna verərək ora daxil olur. Məlik elə ilk kursdanca tibbin onun yeri olmadığını, özünü yalnız səhnələrdə tapa biləcəyini anlayır...
Həmin dövrdə müharibə başladığından Məlik Dadaşov cəbhəyə getməli olur. 1943-cü ildə aldığı kontuziyaya görə geri qaytarılır və uzun müddət müalicə olunur. Müalicədən sonra hərbi hissələrdə musiqiçi kimi fəaliyyət göstərir. 1945-ci ildə müharibədən qayıdan Məlik Dadaşov Gənc Tamaşaçılar Teatrına yollanır və orda aktyor kimi işə götürülür. Az sonra sənədlərini Teatr İnstitutuna (indiki Mədəniyyət və İncəsənət Universiteti) verir. Adil İsgəndərovun sinfinə daxil olur.
M.Dadaşov səhnə fəaliyyətinə ilk dəfə 1946-cı ildə Zaqatalada yenicə açılmış teatrda başlayıb. 23 yaşlı gənc aktyor Zaqatala teatrında əsas rolların ifaçısı idi, əsas qadın obrazlarını isə Sofiya Hüseynova adlı gənc aktrisa oynayırdı. Qısa müddət sonra Məlik Dadaşovla Sofiya Hüseynova ailə qururlar. Bu izdivacdan 1946-cı ildə gələcəyin daha bir aktyoru Rafael Dadaşov dünyaya gəlir. Ancaq cütlüyün izdivacı çox çəkmir, onlar bir müddət sonra ayrılırlar.
Məlik Dadaşov Bakıya qayıdaraq Akademik Milli Dram Teatrında işə düzəlib və ikinci dəfə ailə qurub. Onun ikinci evliliyindən iki qız övladı doğulub. Onlardan biri xərçəng xəstəliyindən vəfat edib, digəri isə ABŞ-a köçüb. İllər sonra aktyor 3-cü dəfə özündən 13 yaş kiçik qadınla evlənib. Onların Gülnarə adında daha bir qız övladı doğulub.
Azərbaycan aktyorluq məktəbinin yaradıcılarından olan Məlik Dadaşov daha çox mənfi obrazların ustası kimi tanınırdı. “Simam sənədimdir” deyən aktyor həqiqətən də zəhmli siması və yüksək aktyorluq məharəti ilə bu obrazların öhtəsindən peşəkarcasına gəlməyi bacarırdı. Onun “Axırıncı aşırım” filmində canlandırdığı Qəmlo obrazı hələ də tamaşaçıların sevərək izlədiyi, unutmadığı obrazlardan biridir. Hətta müəllimi, Adil İsgəndərov “Axırıncı aşırım” filmində Kərbəlayi roluna görə ona verilən mükafatdan imtina edərək “Bu mükafat Məlik Dadaşova düşür, Qəmlonu yaratdığına görə” demişdi.
Çəkilmək istəmədiyi “Fəryad” filmi isə onun yaradıcılığında dönüş nöqtəsinə çevrildi. Bu filmdə erməni roluna dəvət gələndə aktyor tərəddüd edir, oynamaq istəmirdi. Çünki o, bununla xalqın sevgisini itirməkdən qorxurmuş. Lakin rejissor Ceyhun Mirzəyevin israrlarının nəticəsində rolu canlandırır. Özü də elə peşəkarcasına canlandırır ki, həqiqətən də azərbaycanlı tamaşaçılar tərəfindən mənfi reaksiyalarla qarşılaşır. Erməni diasporu isə Məlik Dadaşova “Ermənistanın xalq qəhrəmanı” adını verir. Əlbəttə, aktyor bununla razılaşmazdı. Elə də olur. O, Azərbaycan efirinə çıxaraq deyir ki, “Mən düşmənin verdiyi adı daşımaram”.
Oynadığı erməni obrazı insanlar arasında nifrət yaradırmış. Bir çoxları elə bilirmişlər ki, M.Dadaşov həqiqətən də ermənidir. Bir dəfə instituta gedəndə “Molokan” bağının yanında bir qadın onu görüb “Ay camaat, bu adam ermənidir” - deyərək qışqırmağa başlayır. Bu vaxt bir əsgər aktyora yaxınlaşır və ondan sənədlərini tələb edir. Görünür, cavan olduğu üçün aktyoru tanıya bilməmişdi. Qadın isə dediyinin üstündə təkid edirdi: “Mən onu televizorda görmüşəm, o, hərbçi ermənidir”. Axırda aktyor əsgərə deyir: “Bala, mən azərbaycanlıyam, erməni yox. Sən cavansan, məni tanıya bilməmisən. Mən tanınmış aktyoram. Sadəcə, filmdə erməni obrazını yaratdığım üçün qadın məni səhv salıb”.
“Fəryad” filmində Xaçaturyanın üzünü yuya-yuya oxuduğu erməni mahnısını Məlik Dadaşov uşaqlıqda məhəllələrində yaşayan ermənilərdən eşitmişdi. Həmin mahnının filmə salınması da onun öz ideyası idi. Bu səhnə kinoteatrda göstəriləndə M.Dadaşovun qızı Gülnarə xanımın arxasında əyləşən qadın qeyri-ixtiyari “zəhrimar canına, zəhər canına” - deyib hirslənir. Gülnarə arxaya çevrilib qadına, sonra atasına baxır. Atası isə ona əli ilə “əla” işarəsini göstərir.
Film başa çatandan sonra təəccüblə atasına deyir: “Ata, sən necə də alçaq bir insan obrazı yaratmısan”. O, doğrudan da təəccüblənmişdi. Təəccüblənmişdi ki, atası birdən-birə necə əclaf insana çevrilə bilib, bu rolu necə yaradıb. Məlik Dadaşov isə qızına belə cavab verir: “Əgər zalda belə reaksiya göstərirlərsə, əgər mənim öz doğma qızım mənə belə söz deyirsə, deməli, bu rolun öhdəsindən gələ bilmişəm”.
Qızı deyir: “Atam yaradıcılığı boyu iki rolu ifa etmək istəməyib. Erməni rolunu, bir də “Ölülər”də Şeyx Nəsrullahı. Şeyx Nəsrullahı ona görə oynamaq istəmirdi ki, özü axır vaxtlar namaz qılırdı. Deyirdi, mən Allaha ibadət eləyirəm, amma “Ölülər”də Allaha qarşı çıxıram. “Fəryad” filmində isə düşmən obrazı yaratmalı idi. Bu rolu heç oynamaq istəmirdi. Yadımdadır ki, Ceyhun Mirzəyev yalvarırdı atama, deyirdi, bu rol sizə yazılıb. Atam onun sözündən çıxmadı, yaratdı o obrazı. Ən pisi də o oldu ki, rola görə atamı Ermənistanda milli qəhrəman kimi qəbul etdilər. Atam isə AzTV-də çıxış edərək həmin addan imtina etdi: “O adı heç vaxt heç cür özümə yaraşdıra bilmərəm. Bax buna görə də mən bu rolu oynamaq istəmirdim. Bilirdim ki, nəticəsi bu ola bilər”.
“Dəli Kür”də Molla Sadıq, “Koroğlu”da Bolu bəy, “O dünyadan salam”da Şeyx Nəsrullah, “Birisi gün gecə yarısı”nda Nəriman Nərimanov, “Bir məhəlləli iki oğlan”da Nazif, “Ulduzlar sönmür”də general Mehmandarov, “26 Bakı komissarı”nda Əzizbəyov, “Müharibəni görən adam”da Niyazxan kimi yaddaqalan və maraqlı obrazlara ekran həyatı verən M.Dadaşov ümumilikdə 100-dən çox tamaşada, 50-dən çox filmdə müxtəlif çalarlı obrazlar yaradıb.
Aktyor 1996-cı ildə 72 yaşında dünyasını dəyişib. Tədris Teatrında tələbələrlə “Arşın mal alan”ı məşq edirmiş. Başı ağrıdığı üçün zalda oturub mizan verirmiş tələbələrə, özü səhnəyə çıxmırmış ki, qalxsa ayağa, təzyiq onu yıxar. Bu zaman tələbəsinin epizodu oynaması ürəyincə olmur və təzyiqini unudub səhnəyə çıxır. Ona mizanı başa salan zaman müvazinətini itirib yıxılır. Gicgahı yaxınlıqdakı stolun küncünə dəyir. Onu xəstəxanaya çatdırsalar da, görkəmli aktyor yalnız 6 gün yaşaya bilir.
Ondan geriyə isə unudulmaz obrazları və lent yazıları qalıb.
Şahanə MÜŞFİQ
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
20 Yanvar 13:01
Siyasət
20 Yanvar 12:45
Gündəm
20 Yanvar 12:08
Sosial
20 Yanvar 12:05
Siyasət
20 Yanvar 11:49
Hadisə
20 Yanvar 10:53
Dünya
20 Yanvar 10:49
Dünya
20 Yanvar 10:38
Xəbər lenti
20 Yanvar 10:33
Dünya
20 Yanvar 10:31
Siyasət
20 Yanvar 10:22
Xəbər lenti
20 Yanvar 10:17
İqtisadiyyat
20 Yanvar 10:16
Elm
20 Yanvar 10:08
Gündəm
20 Yanvar 09:57
Dünya
20 Yanvar 09:51
Dünya
20 Yanvar 09:34
Sosial
20 Yanvar 09:13
Xəbər lenti
20 Yanvar 08:51
Gündəm
20 Yanvar 08:33
Dünya
19 Yanvar 23:41
Siyasət
19 Yanvar 22:26
İdman
19 Yanvar 21:34
Gündəm
19 Yanvar 21:13
Sosial
19 Yanvar 20:17
Siyasət
19 Yanvar 19:24
İdman
19 Yanvar 18:23
Dünya
19 Yanvar 17:37
Hadisə
19 Yanvar 16:22
Dünya
19 Yanvar 15:28
Dünya
19 Yanvar 14:19
Dünya
19 Yanvar 13:26
Hadisə
19 Yanvar 13:16
Dünya
19 Yanvar 12:36
Dünya
19 Yanvar 11:24
Sosial
19 Yanvar 10:51
Dünya
19 Yanvar 09:20
Elm
19 Yanvar 08:32
Dünya
18 Yanvar 23:23
Dünya
18 Yanvar 22:29
Elm
18 Yanvar 21:18
Siyasət
18 Yanvar 20:27
Xəbər lenti
18 Yanvar 19:24
İdman
18 Yanvar 18:21
Siyasət
18 Yanvar 17:42
İqtisadiyyat
18 Yanvar 17:18
Siyasət
18 Yanvar 16:46
Hadisə
18 Yanvar 16:15
Dünya
18 Yanvar 15:53
Sosial
18 Yanvar 15:21
Elanlar
18 Yanvar 14:49
Siyasət
18 Yanvar 14:21
Siyasət
18 Yanvar 13:50
Sosial
18 Yanvar 13:18
Siyasət
18 Yanvar 12:42
Siyasət
18 Yanvar 12:38
Siyasət
18 Yanvar 12:17
Gündəm
18 Yanvar 11:52
Sosial
18 Yanvar 11:45
Siyasət
18 Yanvar 11:34
Sosial
18 Yanvar 11:12
İqtisadiyyat
18 Yanvar 10:51
Analitik
18 Yanvar 10:32
Analitik
18 Yanvar 10:18
Ədəbiyyat
18 Yanvar 09:48
Ədəbiyyat
18 Yanvar 09:35
MEDİA
18 Yanvar 09:17
İqtisadiyyat
17 Yanvar 23:47
Mədəniyyət
17 Yanvar 23:26
Dünya
17 Yanvar 23:18