“YAY!” qalereyasında “PAT vəziyyəti” adlı sərgi açılacaq
15.01.2013 [02:24]
Yanvarın 16-da “YARAT!” Müasir İncəsənət Məkanının “YAY!” qalereyasında “PAT vəziyyəti” adlı sərgi açılacaq.
“YARAT” Müasir İncəsənət Məkanına məxsus olan bu kurator layihəsi ilk dəfə keçən ilin yayında Moskvada - “Mars” qalereyasında, Gənclərin III Beynəlxalq İncəsənət Biennalesi sərgisi çərçivəsində uğurla təqdim edilib.
“YARAT!” Müasir İncəsənət Məkanından AzərTAc-a bildiriblər ki, sərgidə bu qrup gənc rəssamın - Reza Hazare, Fidan Seyidova, Nəzrin Məmmədova, Djemma Səttarovanın əsərləri nümayiş etdiriləcək.
“PAT vəziyyəti” sərgisi müasir dünyada kişilər və qadınlar arasında olan qarşılıqlı münasibət, dəyişən yaşam şəraitinin kontekstində həmişə maraqlı və aktualdır. Onilliklərlə gender mövzusunda davam edən sosial-mədəni araşdırmalar, demək olar ki, cinslər arasındakı münasibətlərə aydınlıq gətirməyib, əksinə, hər şey daha da mürəkkəbləşib. Çətinliklərin dərəcəsinin artması onunla əlaqələndirilir ki, müasir dünyada postmodernizmdən təyin olunmayan “X” zamanına keçid baş verir. Bu zəmanə isə özündə müxtəlif sistemləri - ənənəvi cəmiyyətdə yaşayanların zamanı ilə müasirlik rejimində yaşayanların zəmanəsini birləşdirəcək. Amma bir çox ölkələr qarışıq zəmanələr zonasında mövcud olur ki, onlarda nəinki gender problemi radikallaşır, həm də yaradıcılıq üçün maraqlı materiallar olur. Məsələn, Azərbaycandan gənc rəssamlar - burada yaşayan əfqan rəssamı və üç nəfər azərbaycanlı xanım rəssam belələrindəndir. Əfqan rəssamı Reza Hazare elə bir ölkədəndir ki, orada şəriət qanunları hökm sürür. Onun yaradıcılığı da daha çox patriarxal xarakter daşıyır: rəssam arxi-ənənəvi vasitələrdən - karandaş və kağızdan istifadə edir. Onun qəlbində Şərq Qərblə, Cənub Şimalla mübarizə aparır, çünki öz xanım həmkarlarından fərqli olaraq, o İslam ölkəsindən dünyəvi ölkəyə - Azərbaycana gəldiyindən uyğunlaşmağa məcburdur. Fidan Seyidova, Nəzrin Məmmədova, Djemma Səttarova isə doğulduqları gündən dünyəvi bir məkanda yaşayırlar. Onların öz yaradıcılıq ideyalarını reallaşdırmaları üçün vasitə seçimləri də çox genişdir - həm heykəltəraşlıq instalyasiyaları, həm video... İki növ dünyagörüşünün və iki ayrı cinsin toqquşması maraqlı nəticə vəd edir, hansının baxışı tamaşaçı üçün orijinal və aktual olacaqdır: müasirlik şüalarını sındıran barışmaz, sərt və çox ənənəvi kişi optikası, yoxsa qadınların probleminə kişi dominantlığını yuyub aparan yanaşma tərzi?
Sərgi fevralın 16-dək davam edəcək.
Xəbər lenti
Hamısına baxDünya
20 Aprel 09:51
Dünya
20 Aprel 09:17
Gündəm
20 Aprel 09:08
Dünya
20 Aprel 08:49
Dünya
20 Aprel 08:23
Dünya
20 Aprel 08:20
Dünya
20 Aprel 07:57
Elm
19 Aprel 23:18
Dünya
19 Aprel 22:35
Dünya
19 Aprel 21:20
Hadisə
19 Aprel 20:33
Hadisə
19 Aprel 19:15
Siyasət
19 Aprel 19:11
Sosial
19 Aprel 19:09
Sosial
19 Aprel 18:27
Dünya
19 Aprel 17:24
Gündəm
19 Aprel 16:53
Maraqlı
19 Aprel 16:39
Analitik
19 Aprel 14:32
Dünya
19 Aprel 14:25
Dünya
19 Aprel 13:41
Dünya
19 Aprel 12:38
Siyasət
19 Aprel 11:24
Dünya
19 Aprel 11:06
Dünya
19 Aprel 10:50
Dünya
19 Aprel 10:17
Siyasət
19 Aprel 09:45
Dünya
19 Aprel 09:22
Dünya
19 Aprel 08:51
İdman
19 Aprel 08:38
Dünya
19 Aprel 08:09
Siyasət
19 Aprel 08:03
Siyasət
19 Aprel 08:02
Siyasət
19 Aprel 08:00
Siyasət
19 Aprel 07:59
Elm
19 Aprel 07:55
Elm
19 Aprel 07:31
Siyasət
19 Aprel 02:16
Siyasət
19 Aprel 02:15
Siyasət
19 Aprel 02:14
Dünya
18 Aprel 23:35
Dünya
18 Aprel 23:19
İdman
18 Aprel 22:19
Dünya
18 Aprel 22:03
Sosial
18 Aprel 22:03
İdman
18 Aprel 21:38
Hadisə
18 Aprel 20:41
Dünya
18 Aprel 19:27
Dünya
18 Aprel 18:39
Sosial
18 Aprel 17:32
Siyasət
18 Aprel 17:23
Sosial
18 Aprel 16:21
Gündəm
18 Aprel 15:59
Sosial
18 Aprel 15:43
Hadisə
18 Aprel 14:35
Sosial
18 Aprel 13:28
Gündəm
18 Aprel 12:44
Gündəm
18 Aprel 11:21
Gündəm
18 Aprel 10:54
Siyasət
18 Aprel 10:31
Analitik
18 Aprel 10:18
Gündəm
18 Aprel 09:50
Analitik
18 Aprel 09:35
Mədəniyyət
18 Aprel 09:12
Ədəbiyyat
18 Aprel 08:57
Ədəbiyyat
18 Aprel 08:33
YAP xəbərləri
17 Aprel 23:53
Dünya
17 Aprel 23:52
YAP xəbərləri
17 Aprel 23:51
Dünya
17 Aprel 23:39

