Nurəngiz Gün - nurlu və günəşli poeziya
24.04.2014 [08:54]
Aprelin 23-də Azərbaycan Yazıçılar Birliyinin (AYB) “Natəvan” klubunda tanınmış şairə Nurəngiz Günün 75 illik yubileyinə həsr edilmiş tədbir keçirilib.
AzərTAc xəbər verir ki, yubiley tədbirində Milli Məclisin deputatları, elm və mədəniyyət xadimləri, sənətkarın ailə üzvləri və ədəbi ictimaiyyətin nümayəndələri iştirak ediblər.
Tədbirdə çıxış edən AYB-in sədri, Xalq yazıçısı Anar ədəbiyyata “Tanrı” povesti ilə gələn Nurəngiz Günü istedadlı şairə, publisist və gözəl insan kimi xarakterizə edib. Bildirib ki, Nurəngiz Gün həm də xoşbəxt anadır. Onun qızı Jalə Əliyeva çox istedadlı bir alim, filoloq, ən əsası isə anası kimi geniş qəlbli bir insandır. Bu gün o, Milli Məclisin deputatı kimi çox səmərəli işlər görür.
AYB-in sədri öz əsrarəngiz şeirləri ilə ilğımlı sevgiləri xatırladan, poeziyası azadlıq, ümid, kədər və məhəbbət ətrinə bələnən Nurəngiz Günü anadan olmasının 75 illiyi münasibətilə təbrik edib.
Məlumat verilib ki, Bakıda ziyalı ailəsində dünyaya göz açan Nurəngiz Gün Azərbaycan Televiziyasında diktor vəzifəsində çalışıb, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində səhnə danışığı və nitq mədəniyyəti kafedrasında müəllim işləyib.
Ədəbiyyata nəsr əsəri ilə gələn şairə “Tanrı bəşər övladıdır”, “Ağ qanadlar”, “Günəşə dua”, “Yol gedirəm”, “Xocalı simfoniyası” və digər şeir kitablarının müəllifidir. Nurəngiz Günün şeirləri bir çox xarici ölkələrdə - Türkiyə, Estoniya, Özbəkistan, İran, İraq və keçmiş Yuqoslaviyada çap olunub. Şairə müxtəlif vaxtlarda xarici ölkələrin ədəbi mükafatlarına layiq görülib.
Milli Məclisin deputatı, Xalq şairi Sabir Rüstəmxanlı bildirib ki, Nurəngiz Gün bizim nəslin yaddaşında parlaq bir obraz kimi qalıb. O, televiziyada işlədiyi vaxtlarda Azərbaycan tamaşaçısının dərin rəğbətini qazana bilmişdi. Gənc qələm sahibləri həmişə bu işıqlı insanla ünsiyyətə can atırdılar. Nurəngiz Günün şeirləri öz üslub zənginliyinə görə bir təzə nəfəs kimi diqqət cəlb edirdi. Ən başlıcası, onun şeirlərində azadlıq duyğusu var idi.
Tədbirdə çıxış edən Milli Məclisin Mədəniyyət komitəsinin sədri, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü Nizami Cəfərov Nurəngiz Günün yaradıcılığını nurlu və günəşli poeziya adlandırıb. Qeyd edib ki, Nurəngiz Gün minillik Azərbaycan qadın poeziyasında yeri olan şairədir. O, təkcə şeirlərində deyil, həm də bir insan kimi də çox sadə və səmimidir.
Yubiley tədbirində Nurəngiz Günün Azərbaycan dilinin qorunmasında xidmətləri də xatırlanıb. Qeyd edilib ki, o, istər şeirlərində və söhbətlərində, istərsə də aparıcılıq fəaliyyətində daim dilimizə hörmətlə yanaşyıb.
Bildirilib ki, şairənin yaradıcılığında ən çox diqqəti cəlb edən məqam onun yalandan, riyadan uzaq olması, həqiqəti yazmasıdır. Daxilən azad bir şairə olan Nurəngiz Gün bütün əsərlərində, hətta ən kiçik şeirlərində belə sərbəstdir, səmimidir. O, cəmiyyətdə baş verən naqislikləri, əyintiləri daxili intellektual bir narahatlıqla, bir vətəndaş həssaslığı ilə ürəyindən qələminə köçürərək onları oxucuya təqdim edir.
Milli Məclisin deputatı Hüseynbala Mirələmov isə bu gözəl insanı Azərbaycan Televiziyasında gördüyünü, aydın nitqinə, misilsiz gözəlliyinə heyran qaldığını deyib. Qeyd edib ki, qaraqaşlı, cazibədar, iri qara gözlü, əsl Azərbaycan gözəli olan nur üzlü bu xanıma o zaman hamı valeh olub. Sonradan mətbuatda onun yazılarını, şeirlərini oxuduqca, bu şeirlərdəki mənaları anlayıb dərk etdikcə, bu sənət adamının yaradıcılığına daha da ürəkdən bağlandım.
Xalq şairi Fikrət Qoca, Milli Məclisin deputatı Qənirə Paşayeva və başqaları Nurəngiz Günün əsərlərinin məziyyətlərindən, eləcə də onun yüksək insani keyfiyyətlərindən söhbət açıb, şairəyə yeni yaradıcılıq uğurları arzulayıblar.
Bildirilib ki, Nurəngiz Günün həm yaradıcılığı, həm də bir insan kimi alicənablığı və yüksək mədəniyyəti insanları həmişə özünə cəlb edib. Onun işğalda olan torpaqlarımızın dərdləri ilə baş-başa qalıb yazdığı və bizləri də bu həsrətin oduna yandırdığı bir sıra şeirləri, poemaları öz fəlsəfi-lirik, psixoloji mahiyyəti baxımından düşündürücüdür. Tanınmış poeziya ustasının ürəyindəki yanğı, ağrı-acı, Vətən təəssübkeşliyi bütün şeirlərinə hopub. Nurəngiz Günün şeirlərindəki bu ağrı Qarabağ dərdi, itirilmiş torpaqlarımızın həsrətidir. Bu həsrət onu yatmağa da qoymur, yuxusunu ərşə çəkir, qəlbini göyüm-göyüm göynədir. Şairə torpağını, xalqını, millətini sevən bir ziyalıdır. Nurəngiz Gün həm də şeirlərində xəlqiliyi bu günə qədər qoruyub saxlamağı bacaran dəyərli söz sahiblərindəndir.
Tədbirdə Nurəngiz Gün musiqinin müşayiəti ilə öz şeirlərini səsləndirib.
Nurəngiz Günün şeirlərindən biri “Yol gedirəm” adlanır. Şeirdə əsas qayə budur ki, bu dünyada hər kəs bir yol gedir. O insan xoşbəxtdir ki, özündən sonra iz qoyub gedir. Nurəngiz Gün kimi...
Xəbər lenti
Hamısına baxDünya
10 Noyabr 11:18
Siyasət
10 Noyabr 10:44
Formula 1
10 Noyabr 10:25
Hadisə
10 Noyabr 09:58
Dünya
10 Noyabr 09:32
Sosial
10 Noyabr 08:19
Diaspor
09 Noyabr 23:21
İdman
09 Noyabr 22:19
Siyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31
Siyasət
08 Noyabr 20:55
Dünya
08 Noyabr 20:32
Sosial
08 Noyabr 19:20
Siyasət
08 Noyabr 19:19
Siyasət
08 Noyabr 19:18
Sosial
08 Noyabr 19:17
Xəbər lenti
08 Noyabr 19:16
Gündəm
08 Noyabr 18:49
Dünya
08 Noyabr 18:25
Xəbər lenti
08 Noyabr 18:02
Dünya
08 Noyabr 17:42
Gündəm
08 Noyabr 17:24
Gündəm
08 Noyabr 17:13
Dünya
08 Noyabr 16:30
Dünya
08 Noyabr 15:26
Dünya
08 Noyabr 14:51
Dünya
08 Noyabr 14:39
Xəbər lenti
08 Noyabr 13:42
Dünya
08 Noyabr 13:14
Siyasət
08 Noyabr 13:11
Dünya
08 Noyabr 12:48
Gündəm
08 Noyabr 12:16
Gündəm
08 Noyabr 12:15
Gündəm
08 Noyabr 12:12
Gündəm
08 Noyabr 11:42
Gündəm
08 Noyabr 11:25
Siyasət
08 Noyabr 10:58
YAP xəbərləri
08 Noyabr 10:35
Sosial
08 Noyabr 10:12
İqtisadiyyat
08 Noyabr 09:56
Xəbər lenti
08 Noyabr 09:39
MEDİA
08 Noyabr 09:34
Analitik
08 Noyabr 09:12
Siyasət
08 Noyabr 08:52
Ədəbiyyat
08 Noyabr 08:28
Gündəm
08 Noyabr 00:26
YAP xəbərləri
07 Noyabr 23:52
Gündəm
07 Noyabr 21:41

