Xalq yazıçısı Elçinin “Şekspir” pyesi Nyu-Yorkda tamaşaçıları heyran edib
24.11.2015 [10:07]
Nyu-Yorkun dünya şöhrətli “Brodvey” teatr məhəlləsində yerləşən Mint teatrında məşhur Azərbaycan yazıçısı Elçinin “Şekspir” pyesinin motivləri əsasında hazırlanmış “Şekspir kosmosda” adlı ekssentrik komediya nümayiş etdirilib. Tamaşanın quruluşçu rejissoru “The Complete Theatre Company” teatr truppasının bədii rəhbəri Enni Uarddır.
Pyesin mahiyyəti insanların hər gün qarşılaşdığı vacib problemlərə baxmayaraq sevgi və sədaqət hisslərini uca tutmağı təbliğ etməkdir. Qəhrəmanlar bu aktual problemlərin müasir cəmiyyətdə vəziyyətini təcəssüm edirlər. Başqa planetdən gəlmə bir varlıq hər kəsin şüuraltı dünyasında sevginin qüdrətini həm özü üçün, həm də tamaşanın qəhrəmanları üçün kəşf edir.
Tamaşanın bədii rəhbəri Enni Uard AZƏRTAC-a müsahibəsində “Şekspir” əsərinin Nyu-Yorkda tamaşaya qoyulması imkanına görə “The Complete Theatre Company” adından Elçin Əfəndiyevə minnətdarlığını bildirərək qeyd edib ki, tamaşada çıxış edən 8 aktyorun hamısı öz rollarının öhdəsindən gəlib.
Enni Uard deyib: “Biz Azərbaycan pyesini Nyu-York tamaşaçısı üçün uyğunlaşdırmaq məqsədilə ona yaradıcılıq baxımından müəyyən dəyişikliklər etdik və yumoru “amerikanlaşdırdıq”. Tamaşada hadisələr sürətlə cərəyan edir, çoxlu musiqi və səs effekti var. Hər şey o qədər dinamikdir ki, hər pərdədən sonra aktyor sanki indicə marafon yürüşü qaçmış kimi, sözün yaxşı mənasında əldən düşür. Hərəkətlər çox enerjilidir. Biz “Şekspir” əsərinin əvvəlki adını dəyişdirərək, tamaşanı “Şekspir kosmosda” adlandırdıq. Tezliklə “Ulduz müharibələri” adlı növbəti film ekranlara çıxacaq, hazırda kinoteatrlarda “Marslı” filmi nümayiş etdirilir, “Qravitasiya” isə nisbətən yaxın vaxtlarda ekranlara çıxıb. Buna görə biz tamaşanın adını dəyişməklə, onu kosmos haqqında göstərilən filmlər məcrasına daxil etməyə çalışmışıq”.
Sonra Enni Uard, bir növ sürpriz kimi, bildirib ki, məhz bu tamaşa onun həyatında radikal dəyişikliklərə səbəb olub: “Tamaşa üçün kastinq zamanı məlum oldu ki, baş həkim roluna birinci seçimim olan aktyor başqa bir işdə çox məşğul olduğuna görə bu rolu ifa edə bilməyəcək. Mənim üstünlük verdiyim ikinci aktyor da başqa bir tamaşanın aktyor heyətində məşğul olduğuna görə bu rolu ifa edə bilmədi. Bu rolu oynamaq istəyən üçüncü aktyor, mənim fikrimcə, o qədər də yaxşı namizəd deyildi. Amma o, kastinqdə iştirak etməyi xahiş etdi, kastinqdə seçildi və ən yaxşı aktyorlardan biri oldu və bütün bunlar sonda bizim nişanlanmağımızla nəticələndi”.
Nyu-Yorkun teatr cəmiyyətində məşhurlaşmış bu tamaşa noyabrın 18-dən 22-dək 6 dəfə göstərilib.
Elçin Əfəndiyev Azərbaycan incəsənətinin dünyada populyarlaşmasına böyük töhfələr verib. “Şekspir” onun başqa ölkələrin, o cümlədən Rusiya, Türkiyə, Böyük Britaniya və ABŞ-ın teatrlarında tamaşaya qoyulmuş pyeslərindən biridir.
Xəbər lenti
Hamısına baxMüsahibə
18 İyun 19:53
Analitik
18 İyun 19:22
İqtisadiyyat
18 İyun 19:20
Sosial
18 İyun 19:11
Dünya
18 İyun 18:20
Dünya
18 İyun 17:35
Dünya
18 İyun 16:29
Xəbər lenti
18 İyun 15:58
Dünya
18 İyun 15:31
İqtisadiyyat
18 İyun 15:16
Gündəm
18 İyun 15:15
Maraqlı
18 İyun 14:49
Siyasət
18 İyun 14:36
Siyasət
18 İyun 14:35
Siyasət
18 İyun 14:35
Siyasət
18 İyun 14:34
Sosial
18 İyun 14:33
Siyasət
18 İyun 14:32
Dünya
18 İyun 14:27
YAP xəbərləri
18 İyun 14:25
YAP xəbərləri
18 İyun 14:23
Sosial
18 İyun 14:16
Sosial
18 İyun 14:14
Dünya
18 İyun 13:48
Dünya
18 İyun 13:20
YAP xəbərləri
18 İyun 13:15
Gündəm
18 İyun 13:04
Siyasət
18 İyun 12:57
İqtisadiyyat
18 İyun 12:47
İqtisadiyyat
18 İyun 12:43
Sosial
18 İyun 12:43
Sosial
18 İyun 12:41
İqtisadiyyat
18 İyun 12:41
Sosial
18 İyun 12:40
Siyasət
18 İyun 12:18
Dünya
18 İyun 11:59
Analitik
18 İyun 11:25
Gündəm
18 İyun 11:23
Siyasət
18 İyun 10:47
Siyasət
18 İyun 10:46
Siyasət
18 İyun 10:45
Siyasət
18 İyun 10:44
Siyasət
18 İyun 10:44
Siyasət
18 İyun 10:43
Siyasət
18 İyun 10:43
Sosial
18 İyun 10:39
Dünya
18 İyun 10:17
İqtisadiyyat
18 İyun 09:40
Ədəbiyyat
18 İyun 09:16
Dünya
18 İyun 09:05
Analitik
18 İyun 08:53
Sosial
18 İyun 08:35
Dünya
18 İyun 08:10
Siyasət
18 İyun 07:39
Dünya
18 İyun 07:27
Dünya
17 İyun 23:42
Dünya
17 İyun 23:35
Sosial
17 İyun 23:19
Dünya
17 İyun 22:56
Dünya
17 İyun 22:20
Dünya
17 İyun 22:09
Dünya
17 İyun 21:43
Dünya
17 İyun 21:32
Elm
17 İyun 21:18
Dünya
17 İyun 21:15
Elm
17 İyun 20:58
Dünya
17 İyun 20:25
Dünya
17 İyun 20:10
Elm
17 İyun 19:42
Dünya
17 İyun 19:30

